AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
38
J.Piaje
1
xətti üzrə sırf psixoloji, C.Miller
2
, N.Xomski,
T.Salama-Kazaku
3
xətti üzrə həm psixoloji, həm də
linqvistik, yəni qismən də olsa, adına uyğun şəkildə psixo-
linqvistik mahiyyət daşıyır
4
.
Nitq fəaliyyəti nəzəriyyəsi” adlandırılan və yaradıcısı-
nın A.Leontyev olduğu qəbul edilən üçüncü psixolinqvis-
tik istiqamətin və ya məktəbin istinad etdiyi psixoloji
əsaslar L.Vıqotskinin və A.R.Luriyanın
5
irəli sürdüyü
“fəaliyyət nəzəriyyəsi”dir. Linqvistik əsaslar kimi
L.Vıqotski tərəfindən “işə çevrilmiş söz”
6
, A.Leontyev
tərəfindən isə “real və virtual işarə”
7
anlayışları irəli
sürülsə də, linqvistik əsasların yalnız adda mövcud
olduğunu desək, heç də səhv etmərik. “Nitq fəaliyyəti
nəzəriyyəsi”nin əsas metodologiyası sırf psixoloji meto-
dologiyadır. Linqvistik əsasların psixolinqvistik tədqiqat-
lar üçün qəbuledilməz olduğunu iddia edən E.F.Tarasov
yazır: “eksperimental şəkildə aparılan psixolinqvistik
tədqiqatların əsasında heç bir linqvistik təsəvvür dayana
bilməz”
8
. E.F.Tarasovun fikrincə, “psixolinqvistik araşdır-
dırma aparan tədqiqatçılara “Sizin işinizin əsasında hansı
1
Пиаже
Ж
.
Психология
интеллекта. –
В
кн.: Избранные
психологические
труды. М.: Просвещение, 1969, с. 55-231.
2
Миллер Дж., Галентер Е., Прибрам К. Планы и структура поведения: Пер. с
англ., Москва, “Прогресс”, 1965, 238 с.
3
Салама-Казаку Т. Методология психолингвистики и некоторые ее
примечания//Психолингвистика за рубежом. Москва, “Наука”, 1972, с. 15-42.
4
Daha ətrafl bax: Əsgərov M.B. Linqvopsixologiya və ya..., 2011, s. 43-46, 56-62.
5
Лурия А.Р. Язык и сознание. Москва, “МГУ”, 1979, 320с.
6
Выготский Л.С. Мышление и речь. Москва, Издательство “Высшая школа”,
1959, 254 с.
7
Леоньтев А.А. Эвристический принцип в восприятии, порождении и
усвоении речи // Вопросы психологии 1974, № 5, с. 34-53.
8
Тарасов Е.Ф. Тенденции развития психолингвистики. Москва, “Наука”, 1987,
с. 136.
AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
39
linqvistik nəzəriyyə dayanır?” deyə sual vermək belə
qanunauyğun sayılmamalıdır”
1
. Bu nəzəriyyənin ideya
atalarının dilindən deyilən bu fakt bir daha sübut edir ki,
“Nitq fəaliyyəti nəzəriyyəsi”nin tətbiqi ilə nəzərdən
keçirilən və həll olunan bütün problemlər sırf psixoloji
mahiyyət daşıyır
2
.
Biheviorizm və neobiheviorizm nəzəriyyələri, eləcə də,
nitq fəaliyyəti nəzəriyyəsi əsasında ilk baxışdan konkret
nitq, mətn və ya söyləmin şərhinə həsr olunan tədqiqat
əsərlərində belə, sırf psixoloji problemlərin həlli birinci
dərəcəli əhəmiyyət daşıyan məsələlər kimi ön planda
dayanır. Aparılan bütün psixolinqvistik araşdırmaların hər
sətrindən, hər cümləsindən aydınca görünür ki, bu tədqi-
qatlarda linqvistik problemlərə ikinci dərəcəli məsələlər
kimi baxılır, psixolinqvistik araşdırmalarda onların həlli o
qədər də əhəmiyyətli hesab olunmur.
Biheviorizmə, neobiheviorizmə və nitq fəaliyyəti
nəzəriyyəsinə əsaslanan psixolinqvistikada ilkin meyar və
ya apellyativ vahid olaraq söz götürülür, düşünmə və
təfəkkür proseslərinin, dolayısı ilə də dərketmə prosesinin
əsasında nitqin və ya dilin dayandığı iddia edilir. Belə bir
mövqe, təbii ki, dilin və nitqin adekvat analizinin önünə
sədd çəkir. Çünki ilkin meyar və ya apellyativ vahid
əsasında prosesi izah etmək olar. Amma proses əsasında
apellyativ vahidi və ilkin meyarı izah etmək ümumiyyətlə,
mümkün deyil.
Məhz bu səbəbdəndir ki, psixolinqvistika öz tədqiqat
obyekti olan nitqin yaranma və mənimsənilmə prosesinin
1
Tarasov Y.F, göstərilən əsəri, s. 135.
2
Daha ətrafl bax: Əsgərov M.B. Linqvopsixologiya və ya..., 2011, s. 65-77.
AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
40
ümumi mexanizmini şərh edərkən yalnız psixoloji məsələ-
lərə toxunur. Linqvistik məsələləri isə, ümumiyyətlə, şərh
edə bilmir. Buna görə də “Nitq fəaliyyəti nəzəriyyəsi nitq
fəaliyyəti prosesinin analizinə linqvistik mövqedən yox,
sırf psixoloji mövqedən yanaşır”
1
kimi açıqlamalarla bu
çatışmazlığı ört-basdır etməyə cəhdlər göstərilir.
Nitq fəaliyyəti prosesinin analizinə sırf psixoloji möv-
qedən yanaşan, sadəcə psixoloji məsələlərin həllinə cəhd
edən, linqvistik məsələlərə isə, ümumiyyətlə, əhəmiyyət
verməyən bu elmi istiqamətin nə üçün “psixolinqvistika”
və ya “psixoloji dilçilik” adlandırılmasının məntiqi və
məramı isə, ümumiyyətlə, aydın deyildir. Məhz bu
səbəbdən də biz irəli sürdüyümüz nəzəriyyənin adında
“psixolinqvistik nəzəriyyə” ifadəsindən deyil, “linqvo-
psixoloji nəzəriyyə” ifadəsindən istifadə etməyi daha
məqsəduyğun hesab etmişik.
Psixologiya elmində konneksiya, koqnitivologiya
termin və anlayışları yeni deyil. Təxminən 1960-70-ci
illərdən başlayaraq bu terminlər biheviorizm və neobihe-
viorizmin daxili elementləri kimi psixologiya elmində
işlənməyə başlanmışdır. Psixologiyanın dilçiliyə güclü
meyli də məhz bu dövrlərə təsadüf edir. O dövrlərdən
başlayaraq konneksianist psixolinqvistika və koqnitiv
psixolinqvistika terminlərinə və ya adına də rast gəlinir.
Məlum olduğu kimi istənilən psixolinqvistik nəzəriy-
yənin psixoloji və linqvistik əsasını, reallaşma mexaniz-
mini əks etdirən sxematik modelinin olması vacib şərtdir.
Amma çox təəssüf ki, nə konneksianist, nə də koqnitiv
psixolinqvistikanın müstəqil istiqamət kimi nə nəzəri
1
Tarasov Y.F, göstərilən əsəri, s. 97.
Dostları ilə paylaş: |