AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
137
obrazları qəbul edilmiş mətnin dil struktur vahidlərinə
uyğun şəkildə sıralanır və beləliklə də, nitq və ya söyləm,
yəni onlar vasitəsilə ifadə edilən gerçəklik elementləri
haqqında verilən informasiya mənimsənilmiş olur.
Mausun
vilkası prosessorun razyomuna sancılır
ĠO-1
ĠO-1
ĠO-1
ĠO-1
ĠO-1
ĠO-2
ĠO-2
ĠO-2
ĠO-2
ĠO-2
→
Qeyd edək ki, qəbul edilən məlumatlar bitincəyə qədər,
yəni müəllimin məlumat vermə prosesi başa çatıncaya qə-
dər passiv kommunikantın beynində ardıcıl olaraq dərket-
mə aktının yalnız 1-ci və 2-ci fazaları gerçəkləşir.
Müəllimin verdiyi və şagirdlərin qəbul etdiyi məlumat-
larla bağlı cərəyan edən dərketmə fazalarının analizindən
də gördüyümüz kimi, məlumatın ötürülməsi məqsədi ilə
istifadə edilən nitqyaratma və qəbul prosesi dərketmə aktı-
nın sadəcə birinci və dördüncü fazalarında total modul-
laşma şəklində müşahidə olunur.
Nitq söyləminin mənimsənilməsi mexanizmi ilə bağlı
çox yığcam şəkildə verilmiş
bu şərhdə həmin prosesin ma-
hiyyəti tam şəkildə açılmışdır. Bununla belə, təqdim olu-
nan nəzəri mövqeyimiz yenidir, eyni zamanda digər nəzəri
mövqelərə əsaslanmaqla bu şərhin başqa şəkildə izahına
cəhd göstərilmə ehtimalı da vardır. Bu baxımdan nitq
vasitəsilə verilən məlumatın məhz necə mənimsənilməsi,
beyində nəyin əsasında və hansı formada mühafizə olun-
ması məsələsini daha yaxından izləyək.