24
Həbibulla bəy Qardaşov icra edirdi) kimin seçiləcəyi məsələsi aktuallaşdığı zaman
bu qüvvələr bölgəyə dair müəyyən niyyətlərini gerçəkləşdirməyə cəhd etdilər.
Seçki məsələsi ilə əlaqədar dairə müvəkkili Sirbiladze Xüsusi Zaqafqaziya
Komitəsinə təliqə göndərmişdi.
20
Təliqədə komissarın yerli müsəlmanlardan təyin
edilməsi «yerli əhali tərəfindən demokratik əsasların mənimsənilməməsi üzündən»
arzuolunmaz sayılırdı. Öz mövqeyini əsaslandırmaq üçün Sirbiladze bəzi faktlara
müraciət edirdi: «Sabiq komissar İsmayıl bəy Şahmalıyev bir yerli kimi vəzifədə
qala bilmədi və həm dairə komitəsinin qərarı ilə, həm də iri camaatların tələbi ilə
kənarlaşdır ıldı...
Bundan əlavə, hakimiyyətin təşkili üzrə keçmiş müvəkkil İ.Qəbulov da
yerli kimi, əhalinin nəzərində mütləq nüfuza malik deyildi. Halbuki mən bir qeyri-
yerli kimi... dairənin istisnasız bütün milliyyətlərinin ümumi rəğbətini qazanmış-
dım...». Gətirilən sitatdan belə qənaətə gəlmək olar ki, sözügedən dövrdə
müsəlman əhalisi arasında siyasi təmərküzləşmə prosesi olduqca çətin gedirdi: bu,
siyasi şüurun aşağı səviyyədə olmasından irəli gəlirdi. Yalnız 1917-ci ilin sonla-
rına doğru bölgənin de-fakto əlahiddələşməsi bu prosesə müəyyən mənada təkan
vermişdi.
Sirbiladze komissar vəzifəsinə M.D.Çavçavadze adlı gürcü xadiminin
namizədliyini irəli sürərək, həmin şəxsin bu yerlərin sakini olmamasını və deməli,
heç bir qruplaşmaya daxil olmadığını əsas gətirirdi; bu amil, təliqə müəllifinin
fikrincə, qeyd olunan namizədin bütün millətlərə eyni münasibət bəsləyəcəyini
əvvəlcədən müəyyənləşdirirdi. Sirbiladzenin məsələdə heç də qərəzsiz mövqe
tutmaması elə bu məqamdan aydın olurdu: komissar vəzifəsinə mahal üçün kənar
şəxsin təyin edilməsi zəruri idisə, bu şəxsin qeyri-müsəlman və hətta gürcü olması
da şərt deyildi.
Sirbiladzenin təklifi Qafqazın ali hakimiyyət instansiyası tərəfindən
bəyənilmişdi. Zaqatala dairə icraiyyə komitəsinin oktyabrın 14-də olmuş iclasında
XZK nəzdində hakimiyyət orqanlarının təşkili üzrə idarənin müdiri Mendelevin
teleqramı oxundu: orada Çavçavadzenin namizədliyi rəsmən təklif olunurdu. Lakin
icraiyyə komitəsi bu namizədliyi, hətta səs verməyə çıxarmayaraq, dərhal rədd
etmişdi. İclasda komissar vəzifəsinə mahalın ruhani liderlərindən olan Molla
Məhəmməd Dibirov seçilmişdi.
21
1917-ci ilin sonlarına doğru bütün ölkəni bürümüş siyasi böhran Zaqatala
mahalının ictimai-siyasi həyatına təsir göstərməyə bilməzdi. Bu, ilk növbədə
bölgədə quldurluq hallarının artmasında, habelə dairənin regional siyasi-inzibati
mərkəzlə - Tiflislə, orada qərarlaşmış Cənubi Qafqazın ali hakimiyyət orqanları ilə
əlaqələrinin zəifləməsində təzahür edirdi. Aşağıda görəcəyimiz kimi, Cənubi
Qafqaz seyminin
mövcudluğu dövründə Zaqatala dairəsi avtonom surətdə fəaliyyət
göstərirdi.
Qeyd etdiyimiz kimi, Zaqatala dairəsi tərkibinə Car-Balakən camaatlıqları
və qismən İlisu sultanlığının əraziləri daxil idi, yəni dairə təqribən indiki Balakən,
25
Zaqatala və Qax rayonlarının ərazilərini əhatə edirdi. Sahəsi təqribən 3736 km
2
olan bu bölgə, əhalisinin polietnik tərkibi ilə fərqlənirdi: 1917-ci il ərəfəsində
dairədə təqribən 93,6 min əhali yaşayırdı ki, onlardan 49056 (54%) nəfərini avarlar
və başqa dağlı xalqları, 26230 (28,3%) nəfərini Azərbaycan türkləri, 9850 (9,6%)
nəfərini ingiloylar, 4664-cü (5%) xristian gürcülər, 2530 (2,7%) nəfərini ermənilər,
368 (0,4%) nəfərini ruslar təşkil edirdir
22
. Gətirilən bilgilər bölgənin konfessional
mənzərəsini yetərincə aydın cızır: əhalinin mütləq əksəriyyəti - 92% müsəlman idi.
Yeri gəlmişkən, məhz bu - konfessional amil 1918-ci ildə Azərbaycan
cümhuriyyətinin siyasi identikliyinin formalaşması və təsbitində olduqca mühüm
rol oynamışdı: fikrimizcə, birinci respublikanın qurucuları öz dövlətlərinə
Qafqazın (xüsusən də onun cənub və mərkəzi qisimlərinin) türk-müsəlman
aləminin inteqrasiyasını gerçəkləşdirəcək özünəməxsus siyasi layihə kimi
baxırdılar. Belə bir baxış Zaqatala dairəsinin Milli Şurasının, bir qədər sonra ətraflı
bəhs edəcəyimiz məlum qərarında da öz inikasını tapan gerçək siyasi əhvali-
ruhiyyə və sosiomədəni gözləmələrə istinad edirdi.
Dairənin iqtisadi əlaqələrinə gəldikdə isə, qeyd etməliyik ki, bu sferada
Gürcüstana - Kaxetiyaya müəyyən meyillilik nəzərə çarpırdı. Fəqət, Azərbaycan
Xarici İşlər Nazirliyinin əməkdaşı və «Azərbaycan» qəzetinin rus dilli versiyasının
yazarlarından olan A.Şepotyevin 1920-ci ildə tərtib etdiyi məşhur məruzəsində
deyildiyi kimi, «Kaxetiya dəmir yolunun çəkilişinə qədər müsəlman və gürcü
əhalisi arasında ictimai-məişət və digər fərqlər sayəsində bu əlaqə (Zaqatala bölgə-
sinin Gürcüstanla iqtisadi əlaqəsi nəzərdə tutulur-Ş.R.) xeyli az əhəmiyyətə malik
idi, belə ki, Zaqatala dairəsinin ticarət münasibətləri Nuxa istiqamətində Yevlax
stansiyasına yönəlirdi; sonuncu Alazan vadisindən sıra dağları ilə ayrılmış Tiflislə
müqayisədə Zaqatala dairəsinə daha yaxın idi. Gerçəkdən son zamanlaradək bütün
Yuxarı Alazan vadisi Zaqatala dairəsindən (əksinə yox) iqtisadi cəhətdən asılı
idi».
23
Dairənin kənd təsərrüfatı məhsullarının əsas etibarı ilə Gürcüstan bazarlarına
ixrac edilməsi amilindən 1918-1920-ci illərdə, yeri gəldikdə bəhs edəcəyimiz kimi,
gürcü hökumət dairələri yetərincə yararlanmağa çalışırdı.
Dostları ilə paylaş: |