28
Tarixi və tarixi-coğrafi hissələrdən ibarət əsərdə, yuxarıda vurğulanan
qayəyə uyğun olaraq, Gürcüstanın tarixi keçmişini ucaltmaq və vəsf etmək meyli,
ilk növbədə Kartli və Kaxeti hökmdarlarının ələ keçirdikləri və müəyyən zaman
kəsiyində malik olduqları əraziləri, o cümlədən Hereti vilayətini «özününkü-
ləşdirmək» cəhdlərində büruzə verirdi. Əvvəlki gürcü salnamələrində ayrıca ölkə
kimi göstərilən Hereti Vaxuşti tərəfindən əzəli gürcü vilayətinə çevrilmişdi: «Və
onun özü (yəni Heros-Ş.R.) və qohumları Kartlosun və Msxet mamasaxlisinin
(hərfən: «evin atasının» - feodalizmə qədərki gürcü hakiminin - Ş.R.) tabeçili-
yində olub, zaman-zaman qopub ayrılırdı».
32
Müəllifın tarixi görümündə Kaxetiya
üç hissəli (Hereti, Kaxetii və Kuxeti) qeyd edilirdi və Heretinin kaxetin çarı III
Kvirike (1010-1029) tərəfindən ilhaqı Kaxeti və Heretinin yenidən birləşməsi kimi
təqdim olunurdu.
33
Yeri gəlmişkən, Azərbaycan tarixçi-etnoqrafı Ş.Əliyev gürcü
mənbələrinə istinadən, Hereti-Kaxeti çarlığında hereti feodallarının aparıcı mövqeyə
malik olduqlarını qeyd edir.
34
Vaxuştinin bölgənin sonrakı hərbi-siyasətinə dair, o cümlədən Şah
Abbasın 1616-cı ildə Kaxetiyaya viranedici yürüşü haqqında gətirdiyi bilgilər və
hadisələr haqqında təqdim etdiyi interpretasiya XIX -XX əsr gürcü tarixşünaslığı
üçün çıxış bazası rolunu oynadı.
Vaxuştinin əsərinin tarixi hissəsi ilə yanaşı, coğrafi qismi də Şəki-
Zaqatala bölgəsinin gürcü etnik arealına daxil olması təsəvvürünü təlqin edirdi:
əsərdə bölgə toponimikası müstəsna olaraq gürcü versiyasında verilməsi də bu
məqsəddən irəli gəlirdi.
35
Vaxuştinin əsəri, digər analoji gürcü mənbələri ilə yanaşı, qeyd etdiyimiz
kimi, XIX əsrin II yarısı-XX əsrin başlanğıcında gürcü intellektual qüvvələri, ilk
növbədə D.M.Bakradze (1827-1890) və M.Q.Canaşvili kimi tarixçilər tərəfindən
Gürcüstanın tarixinə və coğrafiyasına dair zamanın ruhunu müvafiq konsepsiyanın
yaradılmasında qiymətli tikinti materialı rolunda çıxış etdi. Yeni gürcü
tarixşünaslığının Gürcüstanın əzəmətli keçmişi və tarixi-coğrafi məkanına dair
təqdim etdiyi narrativlər qəsdən ənənələr ilə manipulyasiya etmək mexanizminə
istinad edirdi: məşhur fransız sosioloqu P.Burdyenin təbirincə, hal-hazırkı
məqamın tələblərinə uyğun olaraq keçmişə müraciət indinin açıq mənasını
determinə etmək, fərqləndirmək, müəyyənləşdirmək məqsədi güdür.
36
Yəni başqa
sözlə desək, XIX-XX əsrlərin qovşağında gürcü milli şüuru keyfiyyətcə yeni
mərhələyə qədəm basmış, etnomədəni hərəkat kifayət qədər canlanmışdı. Belə bir
şəraitdə Gürcüstanın bir çox hallarda mifolojiləşdirilmiş tarixi keçmişinin
retrospektiv rekonstruksiyası məhz gürcü milli oyanışının cari tələblərini
legitimləşdirməyə çağırılmışdı. Eyni zamanda bununla, qeyri-aşkar surətdə olsa da
perspektiv etnosiyasi hədəf və oriyentirlər müəyyənləşdirilirdi.
Gürcüstanın tarixi coğrafiyası haqqında konsepsiyada Zaqatala mahalının
gürcü tarixi, geosiyasi və sosiomədəni arealının ayrılmaz hissəsi olmasına dair
29
təsəvvürlər pərvəriş tapmışdı. Bölgənin tarixi keçmişi ilə bağlı analoji mövqeyi
inqilaba qədərki rus tarixşünaslığı da sərgiləyirdi.
1830-cu ilin martında Qafqazdakı rus qoşunlarının baş komandanı Paskeviç
Car-Balakən camaatlıqlarını ram etmək üçün oraya etdiyi hərbi yürüşü imperatora
ünvanladığı raportunda şərh edərkən, tarixi arayış verməyi unutmur: «Bütün bu
ölkə bir zamanlar Gürcüstana mənsub idi... Alazan arxası Kaxetiyanın məhsuldar
torpaqlarına tamahsılanaraq və Gürcüstanın sıxıntılı vəziyyətindən istifadə
edərək... onlar (avarlar - Ş.R.) əsr yarım bundan əvvəl ... Kaxetiyanın bu hissəsinə
keçirdilər və oradakı yerli əhalini kölə halına saldılar.
37
Hərbi yürüşə çox güman
ki, mənəvi əsas verməli olan bu passaj polkovnik M.A.Kotsebunun hələ 1826-cı
ildə tərtib etdiyi və gələcək rus hakimiyyət dairələri və tarixşünaslığı üçün çıxış
tezisi rolunu oynayan «Car mülkləri haqqında bilgilər» adlı raportunun bölgə
tarixinə dair qisminə istinad edirdi.
38
Bu mövqe, faktiki olaraq sonrakı illərdə rus
hökumətinin Zaqatala dairəsinə münasibətdə tarixi-siyasi yönəlişliyi (ustanovkası)
mənasını verirdi: mahalın əzəli Gürcüstan ərazisi, qədim və hakim əhalisinin isə
gürcülər olması, müsəlman etnosların təbiət etibarı ilə vəhşi xislətliliyi barədə
fikirlər o dövrdə bölgə haqqında yazmış, demək olar, bütün rus müəllifləri üçün
səciyyəvi idi.
39
Zaqatala dairəsinin etno-tarixi mənsubluğu və identikliyi barədə gürcü
konsepsiyasının rus tarixşünaslığının qeyd olunan mövqeyi ilə üst-üstə düşməsi
aşkardır. Fərq, fəqət, müəllifləri hərəkətə gətirən motivlərdə idi. Rus tarixçiləri ali
hakimiyyətin təsbit etdiyi farvater üzrə hərəkət edərək, Cənubi Qafqazın xristian
oykumenasına əzəli mənsubluğunu və müsəlmanların vəhşiliyini isbatlamağa
çalışırdılar: bununla onlar regionda rus ekspansiyasına və xristian etnosların
hökumət tərəfindən himayə edilməsinə, həmçinin o dövrdə intensiv şəkildə
gerçəkləşdirilən ingiloyların xristianlaşması siyasətinə mənəvi-əxlaqi planda haqq
qazandırmaq məqsədi güdürdülər. Bu niyyət A.Poserbskinin məqaləsində
özünü dolayısı ilə göstərir: «Tarix sivilizasion millət tərəfindən vəhşi və nadan
xalqların istilasını heç zaman qınamamışdır, madam ki, sonuncuların rifahı bu
istilaların nəticəsidir.
40
Öz rus həmkarlarından fərqli olaraq, gürcü tarixçiləri, qeyd etdiyimiz
kimi, məhz öz - gürcü milli və mədəni (perspektivdə isə - etnosiyasi) dirçəlişləri
məcrasında hərəkət edir.
Bəhs olunan dövrdə Zaqatala mahalının tarixi mənsubiyyəti haqqında
formalaşmış gürcü görümünün bədii və yığcam ifadəsini D.Bakradzenin «Zaqatala
haqqında qeydlər» adlı məqaləsində tapırıq: «... Füsunkar təbiətə malik, qədim
əyyamlarda müstəsna olaraq gürcü elementi ilə məskunlaşmış [Zaqatala dairəsi]
Kaxetiyanın şimal-şərq ucqarı və Dağıstan xalqlarına qarşı daimi dayaq rolunda
çıxış edirdi, Lakin Gürcüstanın siyasi cəhətdən güclü nizamsızlığı dövründə, XVII
və XVIII əsrlər ərzində ləzgilər (avarlar nəzərdə tutulur - Ş.R.), İran şahlarının və
Azərbaycan tatarlarının yardımı ilə bir sıra basqınlardan sonra onu Kaxetiyadan ta-
Dostları ilə paylaş: |