22
Halbuki F.A.Brokqauz və İ.A.Yefronun ensiklopediyasında da qeyd olunduğu
kimi, «Zaqatala dairəsi... hərbi-xalq idarəçiliyinin fəaliyyət göstərdiyi və dairə rəisi
tərəfindən idarə olunan müstəqil inzibati vahidi təmsil edir».
8
XIX əsrin sonu - XX
əsrin əvvəllərində hər il nəşr edilən «Qafqaz təqvimlərində» də («Кавказские
календари») Zaqatala dairəsi hər hansı bir quberniyanın tərkibində deyil, ayrıca
ərazi-inzibati vahidi kimi göstərilirdi.
Məsələ onda idi ki, dairədə «hərbi-xalq idarəçiliyinin» tətbiqi səbəbindən,
vilayət və quberniya idarələri ilə analogiya üzrə kollegial təsisatlar yox idi. Burada
onların funksiyalarını xeyli dərəcədə canişinin dəftərxanası və qismən də Tiflis
quberniyasının quberniya müəssisələri yerinə yetirirdi.
9
Yeri gəlmişkən, dairənin
torpaq məsələlərinə baxan təsisat -torpaq quruluşu idarəsi də bu qəbildən olub,
Tiflis şəhərində yerləşirdi.
Dairənin mülki işlərinə dair məsələlərin Tiflis quberniyasının idarə və
müəssisələrinin sərəncamında olması (baxmayaraq ki, dairə özü inzibati cəhətdən
heç bir quberniyaya daxil deyildi) məhz sonralar, 1918-ci ildən etibarən bölgə
əhalisi və Azərbaycan hakimiyyət orqanları üçün siyasi səciyyəli bir sıra
problemlər doğurdu.
1917-ci ilin fevral inqilabı bütün Rusiyada olduğu kimi Cənubi Qafqazda
siyasi, hüquqi və inzibati reallıqların yenidən tərtiblənməsi anlamına gəlmişdi: yeni
inqilabi hökumət, ilk növbədə hakimiyyət təşkili və strukturlarının əvvəlki
formalarının fəal surətdə demontajına girişmişdi. Paralel olaraq isə, qabaqcadan
razılaşdırılmadan, zəhmətkeşlərin hakimiyyət orqanları - şuralar yaranmağa
başlamışdı.
Müvəqqəti hökumətin 4 mart 1917-ci il tarixli sərəncamı ilə qubernator və
onun müavini vəzifələri ləğv edilmiş quberniya və qəzalarda komissar vəzifəsi
təsis edilmişdi. Bir qədər sonra hökumətin qərarı ilə yerlərdə hakimiyyət orqanları
- icraiyyə komitələri yaradılmışdı.
10
Ölkədə və regionda baş verən hadisələr Zaqatala dairəsi üçün də təsirsiz
ötüşə bilməzdi: artıq inqilabın ilk günlərində Zaqatala şəhərində icraiyyə komitəsi
yaradılmış, tezliklə isə kənd nahiyə və dairə icraiyyə komitələri təşkil edilmişdi.
11
1917-ci ildə dairə dörd nahiyəyə (məntəqəyə): Car-Muxax, Balakən,
Əliabad və Qax və iki rayona (Muxax və Almalı) bölünürdü. İyul-avqust aylarında
həmin nahiyə və rayonların bütün cəmiyyətlərində (cəmi 31 kənddə) icraiyyə
komitələrinə seçkilər keçirildi. Dairədə seçki vasitəsi ilə həmçinin dörd nahiyə
icraiyyə komitəsi təşkil olunmuşdu.
12
1917-ci ilin sentyabrın 11-də Zaqatala şəhər icraiyyə komitəsinə seçkilər
baş tutdu. Komitəyə 8 üzv seçilmişdi; ora həmçinin Fəhlə və əsgər nümayəndələri
şurasından 4 nəfər kooptasiya olunmuşdu. Lakin bu 12 üzvdən yalnız ikisi -
Qardaşov və Qazıyev mahalın müsəlman əhalisini təmsil edirdi.
1 3
1917-ci ilin may ayının 25-də bölgənin fəal siyasi və ictimai
xadimlərindən olan İslam bəy Qəbulov Azərbaycan müsəlman milli şurasının
23
xüsusi tövsiyəsi ilə Xüsusi Zaqafqaziya Komitəsi (XZK) tərəfindən dairə
müvəkkili vəzifəsinə təyin olundu.
14
O dövrdə dairənin komissarı vəzifəsində
İsmayıl bəy Şahmalıyev çalışırdı.
Xüsusi Zaqafqaziya Komitəsi dairənin ali hakimiyyətini formalaşdırarkən
«mahalda milli əmin-amanlığı qoruyub saxlamaq» bəhanəsi ilə Qəbulovla
bərabər Georqadze adlı şəxsi ikinci müvəkkil təyin etmişdi.
15
İyunun 14-də
onu Sirbiladze adlı bir başqa gürcü məmuru (o, Sığnaq qəzasında hakimiyyət
orqanlarında çalışmışdı və dairənin yerli sakini deyildi) əvəz etdi.
Qeyd etməliyik ki, Xüsusi Zaqafqaziya Komitəsinin Zaqatalaya
münasibətdə yürütdüyü kadr siyasəti bölgədəki mövcud etnodemoqrafik
situasiyaya kifayət qədər qeyri- adekvat idi: mahal əhalisinin sadəcə 5%-ni
təşkil edən gürcülər öz saylarına qeyri-proporsional surətdə bölgənin hakimiyyət
orqanlarında təmsil olunmuşdular. Məsələn, adı çəkilən Sirbiladzedən əlavə,
müvəkkil köməkçisi vəzifəsində L.Xutsiyev çalışırdı. Zaqatala şəhər icraiyyə
komitəsinə Mosiyev və Aniyev adlı gürcü nümayəndələri daxil idilər. 1917-ci ilin
yayında Zaqatalada müsəlman-xristian ixtilafının qarşısını almaq üçün bölgəyə
ezam olunmuş komissiyanın 3 üzvündən ikisi gürcü idi.
16
1917-ci ildə mahalın müsəlman siyasi-intellektual elitasının daxilində
təfriqə nəzərə çarpırdı. Məsələ onda idi ki, Qəbulov vəzifəyə təyin olunduğu
gündən mahalda müxtəlif növ qanunsuzluqlara, xüsusən də ərzaq işlərində mövcud
sui-istifadə hallarına qarşı fəal surətdə mübarizəyə başlamışdı. Həmin vaxtlar dairə
ərzaq komitəsinin başında isə bölgənin nüfuzlu ictimai xadimlərindən olan Aslan
bəy Qardaşov dururdu. Bu şəxsin nüfuzundan belə bir fakt xəbər verirdi ki,
komissar İ.Şahmalıyev məhz «Qardaşov partiyasının» kadrı hesab olunurdu.
Qəbulovun ərzaq məsələlərinə müdaxilə etməsi onu bu qruplaşma ilə üz-üzə
qoymuşdu.
17
Əgər Qəbulov əks tərəfi ərzaq bölgüsündə sui-istifadəyə yol verməkdə
suçlayırdısa, Qardaşov onu öz vəzifə səlahiyyətlərindən kənara çıxmaqda və
hakimiyyət hərisliyində ittiham edirdi.
Bu ixtilafdan bölgəni Tiflis quberniyasına (gələcəkdə isə planlaşdırılan
gürcü muxtariyyətinə) birləşdirmək məqsədi güdən qüvvələr yararlanmağa
çalışırdılar. Onlar Qardaşovun vasitəsilə İ.Qəbulovu tutduğu vəzifədən
kənarlaşdırmağa müvəffəq oldular: Xüsusi Zaqafqaziya Komitəsinin sədri
Xarlamov 1917-ci ilin avqustun 27-də İ.Qəbulovun vəzifədən azad edilməsi və
mahalda sadəcə bir müvəkkilin - Sirbiladzenin saxlanılması barədə qərar dərc etdi;
özü də bu qərar məhz Qardaşovun çoxsaylı teleqramlarından sonra verilmişdi.
18
Yeri gəlmişkən, Qəbulovun fəaliyyətindən Zaqatala dairəsi Fəhlə və əsgər
deputatları soveti də razı deyildi: bu qurum Qəbulovu millətçilikdə qınayırdı.
19
Qəbulovun vəzifədən uzaqlaşdırılmasından sonra yuxarıda qeyd etdiyimiz
qüvvələr fəallaşdılar. Tezliklə, Şahmalıyevin istefasından sonra boş qalmış dairə
komissarı vəzifəsinə (həmin vəzifəni müvəqqəti olaraq Aslan bəyin qardaşı
Dostları ilə paylaş: |