26
2. Zaqatalaya gürcü iddialarının ideoloji kökləri
(Bölgənin tarixi haqqında gürcü konsepsiyası)
1918-1920-ci illərdə Cənubi Qafqazda «millət-dövlətlərin» təşəkkülü
prosesi baş verməkdə idi. XVIII əsrin sonları - XIX əsrin əvvəllərində bu tip
dövlətçiliyin meydana çıxdığı Avropada siyasi coğrafiyanın klassik «millət-ərazi-
dövlət» triadası formulə edilmişdi: o, milli-siyasi identikliyi ərazi identikliyi ilə sıx
əlaqədə nəzərdən keçirirdi. Bu isə öz növbəsində sərhəd və ərazilərin təsbitini
yaranmaqda olan hər bir «millət-dövlət» üçün son dərəcə aktual məsələyə çevirirdi.
Qeyd
etməliyik
ki,
hələ
Qafqaz cümhuriyyətlərinin meydana
gəlmələrindən əvvəl onların hüdudları və əhatə edəcəkləri ərazilər haqqında sosial
təsəvvürlər siyasi-ideoloji şüurlarda artıq bu və ya digər dərəcədə formalaşmışdı.
Burada limologiya (sərhədşünaslıq) elminin aşağıdakı tərifi yada düşür: sərhədlər-
yaxın dövrlərin sosial konstruktları olub, əvvəlcə sosial təsəvvürlərdə yaranır və
yalnız sonra xəritə üzərinə delimitasiya olunur.
24
Yuxarıdakı tezisdən çıxış edərək, bəzi qənaətlərə gəlmək mümükündür.
1917-1918-ci illərdə Gürcüstanda vüsət alan milli (etnosiyasi) hərəkat gedişində bu
ölkənin arzu olunan məkanı və siyasi sərhədləri haqqında gürcü siyasi dairələrində
müəyyən konvensional (uzlaşma) səciyyəli təsəvvürlər formalaşmışdı. Bu
təsəvvürlər mənşəcə əvvəlki onilliklərə gedib çıxırdı: məhz o zaman gürcü
intellektual dairələri öz ölkələrinin tarixinə və tarixi coğrafiyasına dair yetərincə
bitkin konsepsiya yaratmışdılar. Bu konsepsiya tarixi-coğrafi səpkidə olsa da, artıq
öncədən qeyri-aşkar siyasi intensionallıq (məqsədyönlülük) kəsb edirdi.
Ona görə də 1917-1918-ci illərdə gürcü siyasi qüvvələrinin
məramnamələrində Zaqatala mahalının yeri və mənasının şərhinə keçməzdən
öncə, həmin məramnamələrdə bu bölgəyə
dair siyasi iddiaları əsaslandırmalı
olan və formalaşması XIX - XX əsrin əvvəllərinə təsadüf edən konsepsiya
nəzərdən keçirilməlidir.
.
Gürcüstanın tarixi və tarixi coğrafiyası haqqında bir qədər aşağıda bəhs
edəcəyimiz bu konsepsiya və orada Zaqatala mahalının qədim gürcü vilayəti
olmasına dair qərar tutmuş təsəvvürlər öz kökləri ilə XVIII əsrin görkəmli gürcü
tarixçisi və coğrafiyaçısı Vaxuşti Baqrationinin (1696-1757) əsərlərinə gedib çıxırdı.
İlk öncə qeyd olunmalıdır ki, qədim Şimal-Qərbi Azərbaycan antik,
habelə erməni və alban mənbələrində Qafqaz Albaniyasının Kambisena, gürcü
qaynaqlarında isə Hereti vilayəti kimi göstərilirdi. Gürcü məxəzlərində Hereti
vilayət i n in Qanıx (Alazan) - Qabırrı (İori) - Kür çayları zonasında yeriəşdiyi qeyd
olunurdu. «Hereti» xoronimi alban tayfalarından biri olan herlərin adından
törənmişdi və yalnız gürcü salnamələrindən bəllidir. Ona görə də,
F.Məmmədovanın qeyd etdiyi kimi, «gürcü qaynaqlarında hər dəfə Hereti anla-
yışına rast gələrkən, bu istilah altında nəyin nəzərdə tutulduğunu və onun hansı
ərazini əhatə etdiyini aşkara çıxarmaq çətindir».
25
27
Gürcü mənbələri, Q.A.Melikişvilinin qeyd etdiyi kimi, herlər ilə gürcüləri
qarışdırmır, əksinə, «kartuelləri» (kartları) «herlərdən» fərqləndirirdi.
26
Biz
D.L.Musxelişvilinin belə bir fikri ilə razılaşırıq ki, Vaxuştiyə qədər yazmış gürcü
salnaməçiləri qədim Şimal-Qərbi Azərbaycanın - Hereti vilayətinin Gürcüstanın
əzəli tarixi ərazisi olmadığını faktiki olaraq etiraf etmişdilər.
27
Məsələn,
L.Mrovelinin «Kartli çarlarının həyatı» adlanan tarixi xronikası Qafqaz
xalqlarının mifik keçmişindən bəhs edərkən, kartlilərin Kartlos, herlərin isə
Heros adlı qardaşlardan törəndiyini, onların (kartlilərin və herlərin) hər birinin
müstəqil surotdə öz ölkələrində ayrıca yaşadıqlarını qeyd etmişdi.
28
Salnamədə
sonralar Heretinin ərazicə aid edildiyi Kaxetiyanın mənşəyi haqqında rəvayət də
maraq doğurur: kaxetinlərin mifik əcdadı (etnarxı) Kaxos Kartlosun oğlu kimi
təqdim olunurdu. Bu o mənanı verirdi ki, kaxetinlər və onların ölkəsi Heretidən
fərqli olaraq, bilavasitə Kartlosdan törəmişdilər, yəni gürcü etnik arealına mənsub
idilər. Mroveli Kaxosun ölkəsi ilə Heretini kifayət qədər dəqiq ayırırdı:
«[Kartlosun dul arvadı -Kaxosun anası] Kaxosa Qafqaz və Kaxeti dağı arasında,
Araqvidən Hereti sərhədi olan Tkembaya qədər torpaq verdi».
29
Melikişvili
düzgün olaraq qeyd edir ki, Mrovelinin Bibliya ənənəsinə istinad edən hekayəsində
məhz adı çəkilən soy banilərinin mülklərinin sərhədləri haqqında gətirilən bilgilər
«şübhəsiz, müəyyən çağın tarixi şəraitini əks etdirir».
30
Bu fikrin inkişafı olaraq,
qeyd edərdik: mifik təfəkkürün dili formasında tarixi reallıqlar təsbit olunurdu.
Kartli hökmdarı VI Vaxtanqın oğlu olan Vaxuştinin 1745-ci ildə,
Moskvada mühacirətdə olarkən başa çatdırdığı «Sakartvelos tsxovreba»
(«Gürcüstanın yaşamı») adlı əsəri əslində Şimal-Qərbi Azərbaycan torpaqlarına
gürcü iddialarını əsaslandırmağa çağırılmış gələcək konsepsiyanın ilkin variantını
təqdim edirdi. Vaxuştinin tarixi-coğrafi bilgilərinin icmalına keçməzdən öncə bir
məqama diqqəti cəlb etmək istərdik.
Hər hansı bir sözü söyləyərkən müəllif, dinlənilmək və başa düşülmək
istədəyi müəyyən auditoriyaya müraciət edir. Bizim nümunədə bu o deməkdir ki,
Vaxuşti öz əsərini yaradarkən, ona ilk növbədə yaxın mühitini - gürcü siyasi
mühacirətini, daha sonra isə vətənində Osmanlı və İran hökmranlığına qarşı
mübarizə aparan soydaşlarını ideya-siyasi cəhətdən təchiz edəcək bir vasitə,
«ideoloji silah» kimi baxırdı. Əsərin başlıca ideoloji leytmotivi kimi «vahid
gürcü dövləti» ideyasının çıxış etməsi də məhz bu mövqedən irəli gəlirdi.Vaxuşti
öz əsərləri toplusunun «Öncədən bildiriş» adlı bölməsində XVIII əsrin birinci
yarısında gürcü siyasi yuxarılarını haradasa siyasi amalından və eyni zamanda
gürcü etnik özünüdərkinin o dövrdəki səviyyəsindən xəbər verən aşağıdakı sətirləri
qələmə almışdı: «Gürcüstan Kartli, Kaxeti və İmereti çarlıqlarına parçalandı (1469-cu il
nəzərdə tutulur -Ş.R.), fəqət onun əhalisi bir dildə danışan, kartvelcə yazan,
üzərində gürcü yazılarının bulunduğu xaç və ikonalara səcdə qılan, qədim
hökmdarları Vaxtanq, Qurucu David, Tamara haqqında rəvayətləri yaddaşında
saxlayan əvvəlki kartvel əhalisi olaraq qalırdı...».
31
Dostları ilə paylaş: |