Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə105/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   120

 
223 
 
Demokratiya
 
(yunanca  ―demosun  hakimiyyəti‖)  Hakimiyyətin  xalqa  mənsub  olduğu  dövlət 
formalarından biri. 
Demos
 
Qədim Afinada Attikanın aristokratlardan başqa bütün azad əhalisi. 
«Dəniz kraliçası»
 
Orta əsrlər dövründə İtaliya şəhər respublikası olan Venesiya şəhərinə verilən ad. 
Din
 
İnsanın  fövqəltəbii  varlıqlara  (allahlara,  ruhlara  və  s.)  inamına  əsaslanan  dünyanı 
dərketmə halı, onun ətraf gerçəkliyə baxışı, müvafiq davranış və fəaliyyəti. 
Diggerlər
 
(ingiliscə  ―yerqazan  deməkdir‖) 
İngiltərədə  kənd  yoxsulları  arasında  yayılmış  dinc 
hərəkat. 
Dorilər
 
Qədim  yunan  tayfalarından  biri.  İlk  vaxtlar  Şimali  Yunanıstan  vilayətlərində 
məskunlaşmışdılar. 
Drujina
 
Tayfanın hərbi başçısının, sonralar isə knyazın, kralın yanında daimi silahlı dəstə. 
Dumanlı Albion
 
İqliminə görə Britaniya adalarına qədimdə verilən ad. 
Durğunluq
  
Osmanlı  dövlətində  ictimai  həyatda,  mədəniyyətdə,  təsərrüfatda  inkişafsızlıq, 
hərəkətsizlik. 
Divan 
 
Bir  çox  Şərq  ölkələrində  (Xilafətdə,  Oğuz,  Qızıl  Ordu,  Osmanlı  və.s),  hökmdarlarının 
yanında fəaliyyət göstərən və ali məsləhət şurası rolunu oynayan dövlət orqanı. 
Divan ( xan şurası)
 
Bir  sıra  xanlıqlarda,  xanın  yanında  məşvərətçi  səslə  fəaliyyət  göstərən  və  bəzən  xanın 
çıxardığı qərara təsir göstərə bilən  orqan. 
Divan torpaqları
 
Dövlətə məxsus olub, gəliri birbaşa xəzinəyə daxil olan torpaqlar. 
Dövlət
 
Nəsli icmanın dağılması və siniflərin meydana gəlməsi ilə yaranmışdı. İlk dövlətlər e.ə. 
IV -III minilliklərdə Misirdə və Mesopotamiyada meydana gəlmişdi. 
Dövlət torpaqları
 
Feodal  torpaq  mülkiyyətinin  əsas    forması  olub  divan    torpaqları  və  ya  sultan  (xəlifə) 
torpaqlarına deyilirdi. 
Dulusçuluq
 
Gildən saxsı qablar hazırlanan sənət sahəsi. İlk dəfə Neolit dövründə meydana gəlmişdir. 
 
 
- E -  
 
Ellada
 
Yunanların  Qədim  Yunanıstanın  özündə,  Egey  dənizi  adalarında  və  Kiçik  Asiya 
sahillərində məskunlaşdıqları ərazilərə verdikləri ad. 
Ellinlər
 
Yad ölkələrdə məskunlaşmış, amma eyni dildə danışan, eyni yazıdan istifadə edən, eyni 
allahlara  etiqad  edən  və  özünü  vahid  xalq  hesab  edən  bütün  qədim  yunanların  özlərinə 
verdikləri ümumi ad. 
Ellinizm
 
Makedoniyalı İsgəndərin Şərqə yürüşü nəticəsində yaranmış mədəniyyət. Qədim Şərq və 
yunan mədəniyyətinin ənənələrinin qovuşması nəticəsində yaranmışdı. 
Elxan
 
Elxanilər dövlətinin hökmdarlarının daşıdığı titul. 
Enolit
 
Mis-Daş dövrü. E.ə VI minillkdən IV minilliyin ikinci yarısınadək davam etmişdi. 
Ensi, en
 
Şumerlərdə şəhər hakimi. 
Etnoqrafiya
 
 
Müxtəlif xalqların həyatını öyrənən elm. 
Etrusklar
 
E.ə.  I  minillikdə  Apennin  yarımadasının  şimal-qərbində  məskunlaşmış  İtaliyanın  ən 
inkişaf etmiş tayfası. 
 
 
- Ə -   
 
«Əbədi qızıl şəhər»
 
Qədim Roma şəhərinə verilən ad. 
Əlifba
 
Bir işarənin bir səs bildirdiyi yazı sistemi. İlk dəfə e.ə. XIII əsrdə finikiyalılar tərəfindən 
yaradılmışdır.  22  samit  ibarət  olan    Finikiya  əlifbası  sonralar  yunanlar  tərəfindən 
təkmilləşdirilmişdi. 
Əmək alətləri
 
Müəyyən məhsulun istehsah üçün insan tərəfindən istifadə oluna vəsait. 
Əmək məhsuldarlığı
 
Müəyyən zaman müddətində insanın görmüş olduğu işin həcmi. 
Əmir
 
Ərəb xilafəti dövründə  vilayət canişini,  sonralar Şərqin  müsəlman ölkələrində  sərkərdə, 
hakim, rəis, dövlət başçısı. 
Əmirlik
 
Şərqin müsəlman ölkələrində əmir tərəfindən idarə olunan feodal mülkiyyəti, dövlət. 
Əmtəə
 
Satış məqsədilə bazar üçün istehsal olunan məhsul. 
Əndəlus
 
İspaniyanın cənubunda tarixi vilayət. Ərəblərin müsəlman İspaniyayasına verdikləri ad. 


 
224 
 
Əsr
 
Təqvim hesablanmasında 100 təqvim ili 
Əyan
 
Hökmdara yaxın daha mötəbər, varlı və məsul vəzifə tutan adam. 
 
 
- F - 
 
Faktoriya
 
 
Avropa tacirlərinin müstəmləkə ölkələrində ticarət kontoru və yaşadıqları yer.
 
Falanqa
 
Spartalılar tərəfindən yaradılmış qoşun növü. 
Fərman
 
Şərq ölkələrində dövlət başçısı tərəfindən verilən rəsmi sərəncam. 
Feod
 
Avropada orta əsrlərdə senyorun vassala xidmət müqvilində (hərbi, idarəçilik, məhkəmə 
və s.) verilən torpaq mülkiyyət forması. 
Feodalizm
 
Əsas işçi qüvvəsinin əksəriyyətini təhkimli kəndlilər təşkil edən dövr. 
Feodal nərdivanı
 
Erkən  orta  əsrlər  dövründə  Qərbi  Avropada  feodallar  arasında  münasibətlərin  təşkilat 
forması. 
Feodal pərakəndəliyi
 
Feodalların hakimiyyətinin natural təsərrüfatın ağalığı dövründə möhkəmlənməsi. 
Finikiyalılar
 
Qədimdə Aralıq dənizinin şərq sahillərində məskunlaşmış xalq. 
Firon
 
Qədim Misirdə hökmdara verilən ad. Misirdə fironu ―Günəş oğlu‖ adlandırırdılar. 
Forum
 
Romanın mərkəzində bazar meydanı. 
Freska
   
 
Qurumamış suvaq üzərində boyalarla çəkilmiş rəngkarlıq əsəri. 
 
 
 
- G - 
 
Gezit 
(farsca) Can vergisi. Sasanilər dövründə mövcud olmuşdur.
 
Gilyotin
 
Başı bədəndən ayıran edam maşını. 
Girdəbaşlar
 
İngiltərədə vətəndaş müharibəsi (1640-1646) dövründə parlament tərəfdarları. 
Gizli şura
 
XVI əsrdə Niderlandı İspaniya kralının canişini yanında idarə edən orqan. 
Güclü ailələr
 
Erkən orta əsrlərdə Çində iri torpaq sahibləri. 
Gözlər
 
(hollandca  ―yoxsullar‖,  ―dilənçilər‖)  Niderland  burjua  inqilabı  dövründə  ispanlara  qarşı 
suda və quruda mübarizə aparan partizanlara verilən ad. 
Gülərgin
 
Oğuz dövlətində hökmdarın 
vəkili sayılırdı.
 
 
 
- H - 
 
Harpun
 
Balıq ovlamaq üçün sümükdən düzəldilmiş ucu iti ov aləti. 
Heroqlif
 
E.ə. IV minillikdə meydana gələn, bir söz və ya heca bildirən yazı sistemi. 
Hersoq
 
Qədim germanlarda qəbilə və tayfa  başçısı. 
Heraldika
 
 
Gerblərin öyrənilməsi ilə məşğul olan elm. 
Hermes
  
 
Qədim yunan mifologiyasında ticarət allahı. 
Hərbi demokratiya
 
İbtidai  icma  cəmiyyətinin  inkişafının  nəsli  icmanın  dağılması  və  onun  qonşuluq  icması 
ilə əvəz olunan son mərhələsi. 
Hicrət
 
 (ərəbcə  ―köçmək‖,  ―ayrılmaq‖)  Məhəmməd  Peyğəmbərin  622-ci  ildə  Məkkədən 
Mədinəyə köçməsi. 
Homo sapiyens
 
―Ağıllı adam‖ mənasını verir. Üst Paleolit dövründə formalaşan müasir insana tipi. 
Hüquqi dövlət
 
Vətəndaşların hüquq və azadlıqlarının təmin edildiyi və müdafiə olunduğu dövlət.  
 
 
- X - 
 
Xalq
 
Bir ölkənin, dövlətin bütün əhalisi. 
Xaraq
 
Sasanilər dövründə məhsulun 1/3-dən yarısına qədərini təşkil edən torpaq vergisi. 
Xaqan
 
Qədim türk xalqlarında (avarlarda, peçeneqlərdə, xəzərlərdə) dövlət başçısı. 
Xaqanlıq
 
 
Xaqanın başçılıq etdiyi qədim və orta əsrlərdə türk dövlətləri.  
Xalq yığıncağı
 
Nəsil və qəbilədə bütün yetkin kişilərin – döyüşçülərin yığıncağı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə