229
Pul
Əmtəələrin ümumi ekvivalenti rolunu oynayan xüsusi əmtəə.
Pun
Romalılar tərəfindən karfagenlilərə verilən ad.
Pun müharibələri
Aralıq dənizinin qərb hissəsində ağalıq uğrunda Roma və Karfagen arasında baş vermiş
müharibələr.
Purpur
Finikiyada tünd-qırmızı boyaq.
- R -
Ra
Qədim Misir mifologiyasında Günəş allahı və dünyanın yaradıcısı hesab edilirdi.
Raca (Racə)
Qədim Hindistanda tayfa başçısı. Sonralar tədricən padşaha çevrildilər.
Reaya
Osmanlı dövlətində vergi verən bütün əhali.
Reformasiya
(latınca ―dəyişiklik‖) XVI əsrdə Avropada katolik kilsəsinin yenidən qurulması uğrunda
baş vermiş geniş ictimai hərəkat.
Relyef
Qabarıq təsvir.
Respublika
Xalq hakimiyyəti deməkdir. İlk dəfə e.ə 509-cu ildə Qədim Romada meydana gəlmişdi.
Restavrasiya
(latınca ―bərpa etmək‖ deməkdir) Çevriliş yolu ilə devrilmiş dövlət quruluşunun və
sülalənin bərpa edilməsi.
Roma papası
Katolik kilsəsi və Vatikan dövlətinin başçısı.
Roma poeziyasının
E.ə. I əsr və b.e.-nın I əsrinin başlanğıcını Roma poeziyasının «qızıl əsri» adlandırırlar.
«qızıl əsri»
Bu dövrdə Romanın görkəmli elm və sənət adamları – Vergili, Lukretsi, Varron, Virtuvi,
Böyük Plini yaşayıb yaratmışlar.
Royalistlər
Fransada monarxiya (kral) tərəfdarları.
- S -
Samuray
Yaponiyada dünyəvi feodal, xırda zadəganların hərbi-feodal silki.
Sancaq
(türkcə ―bayraq‖ deməkdir) Osmanlı imperatorluğunda inzibati ərazi vahid idi.
Satrap
Əhəmənilər dövlətində inzibati vahid olan satraplığın başında duran hakim.
Satraplıq
Padşah I Daranın Əhəmənilər dövlətini böldüyü əyalətlərin adı.
Saziş (barış)
Vuruşan tərəflərin razılığı ilə hərbi əməliyyatların müvəqqəti dayandırılması.
Selena
Yunan mifologiyasında Ay ilahəsi.
Senat
Qədim Romada Ağsaqqallar şurası.
Senyor
Orta əsrlərdə Qərbi Avropada tabeliyində asılı kəndli və vassalı olan feodal.
Sərdabə
Qəbir abidəsi. Daxilinə mərhumun cənazəsi qoyulan memarlıq tikilisi.
Sələmçi
Yüksək faizlə borc verməklə mənfəət qazanan şəxs.
Sərraf
Qədimdə və orta əsrlərdə pul dəyişən şəxs.
Səlibçilər
(xaçlılar) Səlib yürüşlərinin iştirakçıları.
Səlib yürüşləri
(xaç yürüşləri) 1096-1270-ci illərdə Avropa ölkələri və katolik kilsəsi tərəfindən Yaxın
Şərqə təşkil olunmuş yürüşlər.
Sidr
Həmişəyaşıl iynəyarpaqlı ağacı.
Silk
Malik olduqları hüquq və vəzifələri adət-ənənə və ya qanuna görə təsbit olunmuş əhali
qrupu.
Silki monarxiya
Monarxın hakimiyyətinin silki nümayəndəli yığıncağa arxalandığı mərkəzləşdirilmiş
feodal dövləti.
Subaşı
Türk dövlətlərində kiçik hərbi dəstənin başçısı, sülh vaxtı şəhər və qalalarda asayişə
nəzarət edən rəis.
Sultan
Bir çox şərq xalqlarında dövlət başçısının daşıdığı titul. Qazaxlarda bir neçə min
alaçıqdan ibarət olan aulun başçısı.
Sultani
Qaraxanilər dövlətində dövlətə məxsus olan əsas torpaq mülkiyyət forması idi.
Syoqun
Yaponiyada 1867-ci ilədək hərbi-feodal hakimlərin daşıdığı titul.
Syoqun sistemi
İqtisadi, hərbi və siyasi cəhətdən ən güclü feodal ailəsinin hərbi-feodal diktaturası.
230
- Ş -
Şaduf
Misirdə yüksəklikdə yerləşən tarlaları suvarmaq üçün qurğu vasitəsi.
Şahənşah
(farsca ―şahlar şahı‖) Sasanilər dövlətində İran şahlarının daşıdığ titul.
Şəhrdar
Sasanilər sülaləsinə mənsub olan şəxs. Əyalətləri idarə edirdi.
Şərqi Roma imperiyası
Roma imperiyasının 395-ci ildə iki yerə parçalanmasından sonra onun şərq hissəsinin adı.
Şumerlər
E.ə. VII-VI minilliklərdə Mərkəzi Asiya və Altay dağlarının ətəklərindən gələrək
Mesopotamiyanın cənubunda məskunlaşmış xalq.
Şovinist (Şovinizm)
Qatı millətçi, digər millət və xalqlara qarşı nifrət və düşmənçilik.
- T -
Tanhu
Böyük Hun imperatorluğunda hökmdarın daşıdığı titul.
Tarxan
Xəzər xaqanlığında və Qızıl ordu dövlətində xaqanın yanında böyük imtiyaza malik
şəxslər.
Tayfa
Bir yerdə yaşayan, eyni dildə danışan və eyni adətləri olan bir neçə qohum qəbilənin
birliyi.
Tanxo
Mərkəzi Asiya dövlətlərində yalnız hərbi xidmət müqabilində verilən əsas torpaq
mülkiyyət forması.
Teatr
Yunanca ―tamaşa yeri‖, ―böyüklər üçün məktəb‖ deməkdir.
Termidor
(fransızca ―isti‖, ―qızmar‖ deməldir) Yakobinçilərin tətbiq etdikləri inqilabi təqvimə
əsasən Fransada istifadə olunan təqvimdə 11-ci ay (iyul-avqust).
Termidor çevrilişi
1794-cü il iyulun 27-28-də yakobin diktaturasının süqutuna səbəb olmuş və Böyük
Fransa burjua inqilabına son qoymuş əksinqilabi çevriliş.
Təcavüz
Bir dövlətin başqa dövlətin müstəqilliyi və ərazi bütövlüyünə qarşı hərbi qüvvə tətbiq
etməsi.
Təhkimli
Feodaldan həm torpaq, həm də şəxsi asıldığa düşən kəndli.
Təzminat
Hücuma məruz qalmış dövlətə dəymiş zərəri ödəmək üçün məğlub tərəfin öhdəsinə
götürdüyü ödənc.
Tigin
Göytürk dövlətində xaqan ailəsinə mənsub olan şahzadələrə verilən titul.
Timar
Osmanlı dövlətində hərbi xidmətə görə verilən şərti torpaq sahibliyi.
Toxa
Sümükdən, buynuzdan və daşdan ucluq bərkidilmiş ağac.
Toxa əkinçiliyi
Əkinçiliyin toxanın əsas əmək aləti olduğu ən qədim forması. Mezolit dövründə meydana
gəlmişdi.
Toxunulmazlar
Hindistan əhalisinin azad, amma tam hüquqsuz təbəqəsi.
Totemizm
İnsanların nəslinin müəyyən totemdən - heyvan, bitki, təbiət hadisələri və cansız
əşyalardan meydana gəlməsi təsəvvürləri ilə bağlı olan inanc və adətlər sistemi.
Töycü
Qərbi Avropada feodalın asılı kəndlilərdən hər il yığdığı vergi.
Tragediya
(yunanca ―keçilər mahnısı‖) Qədim Yunanıstanda adətən milli qəhrəmanlara həsr
olunmuş pyes.
Tribun
Qədim Romada plebeylərin seçdiyi müdafiəçisi, təmsilçisi.
Triumf
Qalib sərkərdənin qoşunları ilə birlikdə təntənəli şəkildə Romaya daxil olması.
Tümən
Pul vahidi. Bir çox Şərq ölkələrində inzibati-ərazi vahidi.
Tümən əmiri
On min nəfərlik qoşun hissəsinin başçısı.
Türkmən
X əsrdə islamı qəbul etmiş oğuzlara verilən ad.
Tunc
Mislə qalay, arsen, mərgümüş və sink kimi metalların qarışığından alınmış metal.
- U -
Uc torpaqları
Səlcuqlar dövründə imperiyanın ucqarlarını qoruyan Səlcuq sərkərdələrinə paylanılan
torpaq mülkiyyəti.
Ulus
Monqol və Teymurilər dövlətlərində inzibati-ərazi bölgüsü.
Uzunmuddetli parlament
İngiltərə kralı I Karl tərəfindən 1640-cı ildə çağırılmışdır. 1640-1653-cü illərdə fəaliyyət
göstərmiş və faktik olaraq ―İngiltərə burjua inqilabının qanunverici orqanı olmuşdur.
Dostları ilə paylaş: |