233
E.ə. 525-ci il
II Kambiz Misirə yürüş etdi. Misir ələ keçirildi. Misir kahinləri II Kambizi firon
elan etdilər.
E.ə. 522-ci il
Əhəmənilər dövlətində Qaumata üsyanı baş verdi. Qaumata sui-qəsd nəticəsində
öldürüldü. I Dara hakimiyyətə gəldi.
E.ə. 330-cu il
Əhəmənilər imperiyası süqut etdi.
E.ə. 247-ci il
Parfiya dövləti yarandı.
E.ə. 53-cü il
Parfiyalılar roma ordusunu məğlub etdilər.
E.ə. 38-ci il
Romalılar parfiyalılar üzərində qələbə qazandılar.
224-cü il
Parfiya dövləti süqut etdi.
***
E.ə. VII əsrin əvvəlləri
Kimmer, iskit və sak tayfaları Cənubi Qafqaza və Ön Asiyada köç etdilər.
E.ə. VII əsrin ortaları
Van gölü ilə Urmiya gölü arasındakı ərazilərdə Kimmer-İskit-Sak padşahlığı
yarandı.
E.ə. VI əsrin əvvəlləri
Midiya dövləti tərəfindən Kimmer-İskit-Sak padşahlığı süquta uğradıldı.
E.ə. IV əsrin ortaları
Şərqi Avropada payataxtı Neapol şəhəri olan İskit dövləti yarandı.
E.ə. 339-cu il
Makedoniya çarı II Filiplə iskitlər arasında döyüş baş verdi.
E.ə 331-ci il
İskitlər Makedoniyalı İsgəndərin ordusunu məğlub etdilər.
E.ə. II əsr
İskit dövlətinin çiçəklənmə dövrü. İskitlər qonşuluqdakı yunan şəhər-
dövlətlərinin bir qismini özlərinə tabe etdilər.
III əsrin ikinci yarısı
İskit dövləti qot tayfalarının hücumu nəticəsində süqut etdi.
***
E.ə. VI-V əsrlər
Mərkəzi Asiya xalqları Əhəmənilərin hücumuna məruz qaldı.
E.ə VI-IV əsrlər
Mərkəzi Asiyada Baktriya, Parfiya, Xarəzm, Margiana və Soqdiana adlı vahə
dövlətləri yarandı.
E.ə. IV əsrin ikinci yarısı
Makedoniyalı İsgəndərin Şərqə yürüşü nəticəsində Əhəmənilər imperiyası süqut
etdi. Mərkəzi Asiyaya xalqları Makedoniyalı İsgəndərin hücumuna məruz qaldı.
Sərkərdə Spitamen ilə İsgəndərin qoşunu arasında döyüş baş verdi.
E.ə. IV əsrin ikinci yarısı
Mərkəzi Asiya Selevklər dövlətinin tərkibinə daxil edildi.
E.ə. 220-ci il
Böyük Hun imperiyası yarandı.
E.ə. 220 - e.ə. 209-cu illər
Teoman Tanhunun hakimiyyəti.
E.ə III əsr
Hunlar ilk dəfə Çinə hücumlar etməyə başladılar.
E.ə. 214-cü il
Böyük Çin səddinin inşasına başlandı.
E.ə 209 – e.ə 174-ci illər
Mete xanın hakimiyyəti.
E.ə. 36-cı il
Çiçi tanhunun başçılığı ilə Qərb hunları Tanrı dağlarının şimalını, İssık gölünün
ətrafını və Mərkəzi Asiyanı tutdular.
E. ə. 36-cı il
Çinlilər Qərbi hunlar üzərinə hücuma keçərək Qərbi Hun dövlətinin paytaxt
şəhərlərini tutdular, ―İpək yolu‖ üzərində 50-dək şəhər qarət edilərək dağıdıldı.
Qərbi Hun dövlətinə son qoyuldu. Şərqi Hun dövləti çinlilərin hakimiyyətini
qəbul etdilər.
E.ə. 18-ci il
Şərq hunları yenidən müstəqillik qazandılar.
***
E.ə. II minillik
Çin ərazisində sinifli cəmiyyət və ilk dövlət
olan Şan dövləti yarandı.
E.ə. VI əsr
Çinlilər dəmir emal etməyi öyrəndilər.
E.ə. IV-III əsrlər
Çin tarixində «vuruşan padşahlıqlar dövrü».
E.ə. 221- e.ə 206-cı illər
Çində Sin sülaləsinin
hakimiyyəti dövrü.
E.ə. 221-ci il
İlk Sin hökmdarı Sin Şixuandi imperator titulunu qəbul etdi.
E.ə. 206-cı il
Çində Sin sülaləsinin zülmünə qarşı üsyan baş verdi.
E.ə 206 - e. III əsr
Çində Xan sülaləsinin hakimiyyəti dövrü.
234
E.ə II əsr
Böyük İpək yolu salındı. Çindən gələn ticarət yolu dünya ticarət yollarına
qoşuldu.
I əsrin əvvəlləri
Çində
«Qırmızıqaşlılar» üsyanı baş verdi.
184-204-cü illər
Çində «Sarısarıqlılar» üsyanı baş verdi.
***
E.ə. III minillik
Hindistanda ilk qədim şəhərlər meydana gəldi.
E.ə. II minillik
Ari tayfaları Hindistana köç etdilər.
E.ə. I minilliyin birinci yarısı
Hindistanda ilk dövlətlər meydana gəldi.
E.ə. 317-ci il
Hindistanda padşah Çandraqupta Mauriya dövlətinin əsasını qoydu.
E.ə 317 – e.ə 180-ci illər
Hindistanda
Mauriya sülaləsinin hakimiyyəti dövrü.
E.ə. III əsrin II yarısı
Padşah Aşoka tərəfindən Hindistan ilk dəfə vahid dövlətdə birləşdirildi.
E.ə. VI əsrin sonu
Hindistan Əhəmənilər imperiyası tərəfindən işğal edildi.
E.ə. IV əsrin 20-ci illəri
Makedoniyalı İskəndər Hindistanın şimal-qərbinə hücum etdi.
E.ə. I əsr
Hindistanda daşdan yonulmuş darvaza inşa olundu.
***
E.ə. III-II minillik
Krit adasında Avropanın ən qədim və ilk dövləti yarandı.
E.ə. II minillik
Təbii fəlakət nəticəsində Krit mədəniyyəti süqut etdi.
E.ə. II minillik
Cənubi Yunanıstanda
Mikena mədəniyyəti yarandı.
E.ə. II minilliyin sonları
Mikena mədəniyyəti Yunanıstanın şimalından gələn dori tayfaları tərəfindən
məhv edildi. Dorilər Cənubi Yunanıstanda Lakonika vilayətini tutdular.
E.ə. VIII-VI əsrlər
İlk yunan şəhər-dövlətləri yarandı. Orta Yunanıstanda – Afina, Cənubi
Yunanıstanda – Korinf və Sparta, Egey dənizi sahillərində - Milet, Efes və
Rodos şəhər dövlətləri yarandı.
E.ə. VIII əsr
Akropolda yaşayan adlı-sanlı adamlar Attikanın bütün əhalisini özlərinə tabe
etdilər.
E.ə. VII əsr
Dorilər Messeniya vilayətini tutdular. Spartada quldarlıq dövləti yarandı.
E.ə. VII əsr
Afinada gümüş pul kəsildi.
E.ə. VII əsr
Demosla aristokratlar arasında mübarizə başladı. Afinada Drakon qanunları
tərtib edildi.
E.ə. 594-cü il
Afinada Solon islahatları həyata keçirildi.
E.ə. VI əsrin sonları
Afina ordu və donanmaya başçılıq etmək üçün strateqlər seçməyə başlandı.
Eə. VI əsr
Afinada qara fiqurlu amforalar istehsal olunmağa başlandı.
E.ə. V əsr
Afinada qırmızı fiqurlu amforalar istehsal olunmağa başlandı.
E.ə. 443-cü il
Afinada Perikl strateq seçildi.
***
E.ə. VIII-VI əsrlərdə
Qafqazdan İspaniyayadək, Qara dəniz və Aralıq dənizi sahillərində yunan
koloniyaları meydana gəldi.
E.ə. 500-cü il
I Dara Kiçik Asiyada, Aralıq dənizinin şərq sahillərində və Egey dənizi
adalarında
yunan şəhər-dövlətlərinə hücum etdi.
E.ə. 500-449-cu illər
Yunan-İran müharibələri dövrü.
E.ə. 490-cı il
I Dara Yunanıstana – Afinaya hücum etdi. Yunanlarla-iranlılar arasında
Marafon döyüşü baş verdi.
E.ə. 480-ci il
I Kserkis Orta Yunanıstana hücum etdi. Yunanlarla-iranlılar arasında Fermopil
döyüşü baş verdi.
İranlılar Orta Yunanıstanı ələ keçirdilər.
E.ə. 480-ci il
Salamin dəniz vuruşması. İranlılar ( Kserks) məğlub olaraq Yunanıstanı tərk etdi.
E.ə. 479-cu il
Plateya döyüşü. İranlılar Yunanıstandan tamamilə çıxarıldı.
E.ə V əsrin birinci yarısı
Afina dəniz ittifaqı yaradıldı.
E.ə 449-cu il
Yunarlarla İran arasında sülh müqaviləsi bağlandı. Yunan İran müharibəsi başa
çatdı.
***