231
- Ü -
Üsyan
Hər hansı ictimai qrupun siyasi hakimiyyətə və ya dövlətə qarşı açıq silahlı çıxışı.
Üşr (üşür)
Səlcuqlar dövründə torpaqdan istifadə əvəzində kəndlidən alınan onda bir vergisi.
- V -
Vandalizm
―Vəhşi, mədəniyyət abidələrini və şəhərləri dağıdan‖ qəddar adamlar.
Vaçe
Şərq slavyanlarında xalq yığıncağı.
Vahə
Səhrada yaşıllıq və su olan yer.
«Varfolomey gecəsi»
Parisdə protestantların katoliklər tərəfindən kütləvi şəkildə öldürülməsi. Rəqibə qarşı
qəddar, amansız rəftar etmək mənasında işlədilir.
Vassal
(―hərbi qulluqçu‖, ―xidmətçi‖ deməkdir) Senyordan torpaq payı alan feodal.
Veksel
Pul götürən şəxsin yazılı öhdəlik sənədi.
Veto
Latın dilində ―qadağan edirəm‖ deməkdir.
Vətəndaş
Qanunla müəyyənləşdirilmiş hüquqlardan istifadə edən və dövlət qarşısında öhdəliyi olan
şəxs.
Vətəndaş müharibəsi
Bir ölkə daxilində onun vətəndaşları arasında baş verən müharibə.
Vergi
Dövlətin xeyrinə tutulan məcburi ödəmələr.
Vəqf torpaqları
Müsəlman aləmində müqəddəs şəhərlər, pirlər, din uğrunda mühacidlər və şəhidlər üçün
nəzərdə tutulmuş torpaq mülkiyyət forması idi.
«Vuruşan çarlıqlar»
Çin tarixində e.ə. IV-III əsrlərdə bütün Çində hakimiyyəti ələ keçirmək uğrunda bir neçə
müstəqil çarlıq arasında baş vermiş müharibələr dövrü.
Voyevodalar
Rusiyada qəzaları idarə edən şəxs.
- Y -
Yabqu
Göytürk imperatorluğunda xaqanın varisinə verilən titul, Oğuz dövlətində hökmdar.
Yad, düşmən
Qədim Hindistanda qullara verilən ad.
Yarlıq (fərman)
Qızıl Odu dövlətində xanların onlardan asılı feodallara verdikləri imtiyaz sənədləri.
Yazı
Məlumatın hər hansı material üzərində şərti işarələrlə verilməsi.
Yeniçərilər
(türkcə ―yeni qoşun‖ növü deməkdir) Osmanlı imperiyasında qeyri müsəlmanlardan
təşkil edilmiş və dövlət xəzinəsi hesabına saxlanılan nizami piyada qoşun dəstələri.
«Yeni İngiltərə»
İngiltərədə rəsmi olaraq təqib olunan puritantların yeni qrupunun 1630-cu ildə
Massaçusets körfəzinin sahillərinə gələrək Şimali Amerikada yaratdığı koloniya.
Yeni zadəgan
Təsərrüfatı kapitalistcəsinə, yəni muzdlu əmək tətbiq etməklə təşkil edən ingilis zadəganı.
Yeni tipli ordu
İngiltərədə vətəndaş müharibəsi zamanı yaradılmış yeni qoşun növü.
Yepiskop
Yunanca nəzarətçi deməkdir.
Yezuit
(latınca) İsa deməkdir.
Yezuitlər ordeni
Reformasiyaya qarşı mübarizə üçün yaradılmış ―İsa cəmiyyəti‖nin üzvləri.
Yığıcılıq
İnsanların təbiətdən məhsulları hazır şəkildə mənimsəməsi.
- Z -
Zəfər tağları
Qədim Romada qalib sərkərdə, hökmdarların şərəfinə ucaldılan sütunlar.
Zəkat (sədəqə)
Becərilən məhsullardan, qızıl gümüş və sənətəkarlıq məmulatlarından alınan vergi.
Zəmindar
Dehli sultanlığında türk mənşəli sərkərdə və məmurların sultandan iqta şəklində aldıqları
şərti torpaq sahibliyi. Moğol imperatorluğunda irsi torpaq sahibləri olan hind feodalları.
Zikkurat
Qədim Mesopotamiyada pilləli məbəd.
Ziyamət
Osmanlı imperiyasında hərbi xidmətə görə verilən və irsən keçən torpaq mülkiyyəti.
232
X R O N O L O G İ Y A
QƏDİM DÖVR
E.ə. IV minilliyin ikinci yarısı
Yuxarı Misirdə və Aşağı Misirdə iki müstəqil padşahlıq yarandı.
E.ə. IV minilliyin sonu
Yuxarı Misir ilə Aşağı Misir padşahları arasında müharibə baş verdi. Qədim
Misirvahid dövlətdə birləşdirildi, Vahid Misir dövləti yarandı.
E.ə. IV minilliyin sonu
Misirdə yazı meydana gəldi.
E.ə. II minillik
Misirin paytaxtı Fiv şəhərinə köçürüldü.
E.ə II minilliyin əvvəlləri
I Tutmosun hakimiyyəti.
E.ə II minilliyin ortaları
III Tutmosun hakimiyyəti.
E.ə. XIII əsrin əvvəlləri
II Ramzesin hakimiyyəti. II Ramzes het tayfalarını məğlub edərək onlarla sülh
bağladı.
***
E.ə. VII-VI minilliklər
Sumer tayfaları Mərkəzi Asiya və Altay dağlarının ətəklərindən gələrək
Mesopotamiyada məskunlaşdılar.
E.ə. III minilliyin əvvəlləri
Mesopotamiyada ilk şəhər-dövlətlər (Eredu, Laqaş, Umma, Nippur) meydana
gəldi.
E.ə. III minilliyin əvvəlləri
Şumerlər mixi yazı növünü yaratdılar.
E.ə III minillik
Qədim Mesopotamiya memarlığında zikkurat formalı pilləli məbədlər geniş
yayıldı.
E.ə. II minilliyin əvvəli
Babil şəhər-dövləti yarandı.
E.ə. 1792-1750-ci illər
Babil hökmdarı Hammurapinin hakimiyyət illəri.
***
E.ə. II minillik
Finikiyalılar Tir, Sidon və Bibil kimi ticarət şəhər dövlətləri yaratdılar.
E.ə. II minillik
Finikiyalılar ən yaxşı gəmi inşaatçıları və dənizçilər olmuşlar.
E.ə. XVI əsr
Finikiyalılar Şimali Afrikada, Kipr, Sardiniya, Siciliya adalarında koloniyalar
saldılar.
E.ə II minillik
Aşşur dövləti yarandı.
E.ə. VIII-VII əsrlər
Aşşur dövləti Babili, Suriyanı və Fələstini işğal etdi.
E.ə. 612-ci il
Aşşur dövlətinin paytaxtı Nineva şəhəri Midiya və Babil qoşunları tərəfindən
tutuldu.
E.ə. 605-ci il
Aşşur dövləti süqut etdi.
***
E.ə. II minillik
Ari tayfaları İran ərazisində məskunlaşdılar.
E.ə. VIII əsrin sonu
Deyok Midiyada dövlət yaratmağa təşəbbüs etdi.
E.ə. 672-ci il
Midiya tayfaları aşşurların işğalından xilas oldular.
E.ə 672-550-ci illər
Midiya dövlətinin mövcud olması dövrü.
E.ə. VII əsr
Zərdüştilik dini meydana gəldi.
E.ə. VII əsrin ortaları
Aşşur dövləti ilə Midiya arasında müharibə baş verdi. Midiya iskitlərin
hakimiyyəti altına düşdü.
E.ə. 616-612-ci illər
Midiya və Babil qoşunları Aşşur, Arbela, Kalat və Nineva şəhərlərini işğal
etdilər.
E.ə. 550-ci il
II Kir Ekbatan şəhərini tutaraq Midiya hökmdarı Astiaqı taxtdan saldı və
Əhəmənilər dövlətinin əsasını qoydu. Midiya dövləti süqut etdi.
E.ə 550-330-cu illər
Əhəmənilər dövlətinin mövcud olması dövrü.
E.ə 550-530-cu illər
II Kirin kakimiyyəti. Kiçik Asiyada Lidiya çarlı işğal edildi, Misirə qədər bütün
ölkələr Əhəmənilər dövlətinə tabe edildi.
Dostları ilə paylaş: |