Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə109/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   120

 
231 
 
 
- Ü - 
 
Üsyan 
Hər hansı ictimai qrupun siyasi hakimiyyətə və ya dövlətə qarşı açıq silahlı çıxışı. 
Üşr (üşür)
 
Səlcuqlar dövründə torpaqdan istifadə əvəzində kəndlidən alınan onda bir vergisi. 
 
 
       - V - 
 
Vandalizm 
 
―Vəhşi, mədəniyyət abidələrini və şəhərləri dağıdan‖ qəddar adamlar. 
Vaçe
 
Şərq slavyanlarında xalq yığıncağı. 
Vahə
 
Səhrada yaşıllıq və su olan yer. 
«Varfolomey gecəsi»
  
Parisdə  protestantların  katoliklər  tərəfindən  kütləvi  şəkildə  öldürülməsi.  Rəqibə  qarşı 
qəddar, amansız rəftar etmək mənasında işlədilir. 
Vassal
 
(―hərbi qulluqçu‖, ―xidmətçi‖ deməkdir) Senyordan torpaq payı alan feodal. 
Veksel
 
Pul götürən şəxsin yazılı öhdəlik sənədi. 
Veto
 
Latın dilində ―qadağan edirəm‖ deməkdir. 
Vətəndaş
 
Qanunla müəyyənləşdirilmiş hüquqlardan istifadə edən və dövlət qarşısında öhdəliyi olan 
şəxs. 
Vətəndaş müharibəsi
 
Bir ölkə daxilində onun vətəndaşları arasında baş verən müharibə. 
Vergi
 
Dövlətin xeyrinə tutulan məcburi ödəmələr. 
Vəqf  torpaqları
 
Müsəlman aləmində müqəddəs şəhərlər, pirlər, din uğrunda mühacidlər və şəhidlər üçün  
nəzərdə tutulmuş torpaq mülkiyyət forması idi. 
 «Vuruşan çarlıqlar»
  
Çin tarixində e.ə. IV-III əsrlərdə bütün  Çində hakimiyyəti ələ keçirmək uğrunda bir neçə 
müstəqil çarlıq arasında baş vermiş müharibələr dövrü. 
Voyevodalar
 
Rusiyada qəzaları idarə edən şəxs. 
 
 
     - Y - 
 
Yabqu
 
Göytürk imperatorluğunda xaqanın varisinə verilən titul, Oğuz dövlətində hökmdar. 
Yad, düşmən
 
Qədim Hindistanda qullara verilən ad. 
Yarlıq (fərman)
 
Qızıl Odu dövlətində xanların onlardan asılı feodallara verdikləri imtiyaz sənədləri. 
Yazı
 
Məlumatın hər hansı material üzərində şərti işarələrlə verilməsi. 
Yeniçərilər
 
(türkcə  ―yeni  qoşun‖  növü  deməkdir)  Osmanlı  imperiyasında  qeyri  müsəlmanlardan 
təşkil edilmiş və dövlət xəzinəsi hesabına saxlanılan nizami piyada qoşun dəstələri. 
«Yeni İngiltərə»
 
İngiltərədə  rəsmi  olaraq  təqib  olunan  puritantların  yeni  qrupunun  1630-cu  ildə 
Massaçusets körfəzinin sahillərinə gələrək Şimali Amerikada yaratdığı koloniya. 
Yeni zadəgan
 
 
Təsərrüfatı kapitalistcəsinə, yəni muzdlu əmək tətbiq etməklə təşkil edən ingilis zadəganı.  
Yeni tipli ordu
   
İngiltərədə vətəndaş müharibəsi zamanı yaradılmış yeni qoşun növü. 
Yepiskop
 
 
Yunanca nəzarətçi deməkdir. 
Yezuit
 
(latınca)  İsa deməkdir. 
Yezuitlər ordeni
 
Reformasiyaya qarşı mübarizə üçün yaradılmış ―İsa cəmiyyəti‖nin üzvləri. 
Yığıcılıq
 
İnsanların təbiətdən məhsulları hazır şəkildə mənimsəməsi. 
 
 
- Z - 
 
Zəfər tağları
 
Qədim Romada qalib sərkərdə, hökmdarların şərəfinə ucaldılan sütunlar. 
Zəkat (sədəqə)
 
Becərilən məhsullardan, qızıl gümüş və sənətəkarlıq məmulatlarından alınan vergi. 
Zəmindar
 
Dehli sultanlığında türk mənşəli sərkərdə və məmurların sultandan iqta şəklində aldıqları 
şərti torpaq sahibliyi. Moğol imperatorluğunda irsi torpaq sahibləri olan hind feodalları. 
Zikkurat
 
Qədim Mesopotamiyada pilləli məbəd. 
Ziyamət
 
Osmanlı imperiyasında  hərbi xidmətə görə verilən və irsən keçən torpaq mülkiyyəti. 
 
 


 
232 
 
X R O N O L O G İ Y A 
 
QƏDİM DÖVR  
 
E.ə. IV minilliyin ikinci yarısı
 
Yuxarı Misirdə və Aşağı Misirdə iki müstəqil padşahlıq yarandı.  
E.ə. IV minilliyin sonu
 
Yuxarı  Misir  ilə  Aşağı  Misir  padşahları  arasında  müharibə  baş  verdi.  Qədim 
Misirvahid dövlətdə birləşdirildi, Vahid Misir dövləti yarandı. 
E.ə. IV minilliyin sonu
 
Misirdə yazı meydana gəldi. 
E.ə. II minillik
 
Misirin paytaxtı Fiv şəhərinə köçürüldü. 
E.ə II minilliyin əvvəlləri
 
 I Tutmosun hakimiyyəti. 
E.ə II minilliyin ortaları
 
III Tutmosun hakimiyyəti. 
E.ə. XIII əsrin əvvəlləri
 
II  Ramzesin  hakimiyyəti.  II  Ramzes  het  tayfalarını  məğlub  edərək  onlarla  sülh 
bağladı. 
*** 
E.ə. VII-VI minilliklər
 
Sumer  tayfaları  Mərkəzi  Asiya  və  Altay  dağlarının  ətəklərindən  gələrək 
Mesopotamiyada məskunlaşdılar. 
E.ə. III minilliyin əvvəlləri
 
Mesopotamiyada  ilk  şəhər-dövlətlər  (Eredu,  Laqaş,  Umma,  Nippur)    meydana 
gəldi. 
E.ə. III minilliyin əvvəlləri
 
Şumerlər mixi yazı növünü yaratdılar. 
E.ə III minillik
 
Qədim  Mesopotamiya  memarlığında    zikkurat  formalı  pilləli  məbədlər    geniş 
yayıldı. 
E.ə. II minilliyin əvvəli
 
Babil şəhər-dövləti yarandı. 
E.ə. 1792-1750-ci illər
 
Babil hökmdarı Hammurapinin hakimiyyət illəri. 
***
 
E.ə. II minillik
    
 
Finikiyalılar Tir, Sidon və Bibil kimi ticarət şəhər dövlətləri yaratdılar. 
E.ə. II minillik
    
 
Finikiyalılar ən yaxşı gəmi inşaatçıları və dənizçilər olmuşlar. 
E.ə. XVI əsr
 
Finikiyalılar  Şimali  Afrikada,  Kipr,  Sardiniya,  Siciliya  adalarında  koloniyalar 
saldılar. 
E.ə II minillik
 
Aşşur dövləti yarandı. 
E.ə. VIII-VII əsrlər
 
Aşşur dövləti Babili, Suriyanı və Fələstini işğal etdi. 
E.ə. 612-ci il
 
Aşşur  dövlətinin  paytaxtı  Nineva  şəhəri  Midiya  və  Babil  qoşunları  tərəfindən 
tutuldu. 
E.ə. 605-ci il
 
Aşşur dövləti süqut etdi. 
***
 
E.ə. II minillik 
 
Ari tayfaları İran ərazisində məskunlaşdılar. 
E.ə. VIII əsrin sonu
 
 
Deyok Midiyada dövlət yaratmağa təşəbbüs etdi. 
E.ə. 672-ci il
 
 
Midiya tayfaları aşşurların işğalından xilas oldular. 
E.ə 672-550-ci illər
 
 
Midiya dövlətinin mövcud olması dövrü. 
E.ə. VII əsr
 
 
Zərdüştilik dini meydana gəldi. 
E.ə. VII əsrin ortaları
 
Aşşur  dövləti  ilə  Midiya  arasında  müharibə  baş  verdi.  Midiya  iskitlərin 
hakimiyyəti altına düşdü.  
E.ə. 616-612-ci illər
 
Midiya  və  Babil  qoşunları  Aşşur,  Arbela,  Kalat  və  Nineva  şəhərlərini  işğal 
etdilər. 
E.ə. 550-ci il
 
II  Kir  Ekbatan  şəhərini  tutaraq  Midiya  hökmdarı  Astiaqı  taxtdan  saldı    və  
Əhəmənilər dövlətinin əsasını qoydu. Midiya dövləti süqut etdi. 
E.ə 550-330-cu illər
 
 
Əhəmənilər dövlətinin mövcud olması dövrü. 
E.ə 550-530-cu illər
 
II Kirin kakimiyyəti. Kiçik Asiyada Lidiya çarlı işğal edildi, Misirə qədər bütün 
ölkələr Əhəmənilər dövlətinə tabe edildi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə