Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə108/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   120

 
229 
 
Pul
 
Əmtəələrin ümumi ekvivalenti rolunu oynayan xüsusi əmtəə. 
Pun
 
Romalılar tərəfindən karfagenlilərə verilən ad. 
Pun müharibələri
  
Aralıq dənizinin qərb hissəsində ağalıq uğrunda Roma və Karfagen arasında baş vermiş 
müharibələr. 
Purpur
   
 
Finikiyada tünd-qırmızı boyaq. 
 
 
- R - 
 
Ra
 
 
 
Qədim Misir mifologiyasında Günəş   allahı və dünyanın yaradıcısı hesab edilirdi. 
Raca (Racə) 
 
Qədim Hindistanda tayfa başçısı. Sonralar tədricən padşaha çevrildilər. 
Reaya
 
Osmanlı dövlətində vergi verən bütün əhali. 
Reformasiya
 
(latınca ―dəyişiklik‖) XVI əsrdə Avropada katolik kilsəsinin yenidən qurulması uğrunda 
baş vermiş geniş ictimai hərəkat. 
Relyef
 
Qabarıq təsvir. 
Respublika
 
Xalq hakimiyyəti deməkdir. İlk dəfə e.ə 509-cu ildə Qədim Romada meydana gəlmişdi. 
Restavrasiya
 
 (latınca  ―bərpa  etmək‖  deməkdir)  Çevriliş  yolu  ilə  devrilmiş  dövlət  quruluşunun  və 
sülalənin bərpa edilməsi. 
Roma papası
 
 
Katolik kilsəsi və Vatikan dövlətinin başçısı.  
Roma poeziyasının
 
E.ə. I əsr və b.e.-nın I əsrinin başlanğıcını Roma poeziyasının «qızıl əsri» adlandırırlar.  
«qızıl əsri»
 
Bu dövrdə Romanın görkəmli elm və sənət adamları – Vergili, Lukretsi, Varron, Virtuvi, 
Böyük Plini yaşayıb yaratmışlar. 
Royalistlər
 
Fransada monarxiya (kral) tərəfdarları. 
 
 
- S - 
 
Samuray
 
Yaponiyada dünyəvi feodal, xırda zadəganların hərbi-feodal silki. 
 Sancaq
 
(türkcə ―bayraq‖ deməkdir) Osmanlı imperatorluğunda inzibati ərazi vahid idi. 
Satrap
 
Əhəmənilər dövlətində inzibati vahid olan satraplığın başında duran hakim. 
Satraplıq
 
 
Padşah I Daranın Əhəmənilər dövlətini böldüyü əyalətlərin adı. 
Saziş (barış)
 
Vuruşan tərəflərin razılığı ilə hərbi əməliyyatların müvəqqəti dayandırılması. 
Selena
   
 
Yunan mifologiyasında Ay ilahəsi. 
Senat
 
Qədim Romada Ağsaqqallar şurası. 
Senyor
 
Orta əsrlərdə Qərbi Avropada tabeliyində asılı kəndli və vassalı olan feodal. 
Sərdabə
 
Qəbir abidəsi. Daxilinə mərhumun cənazəsi qoyulan memarlıq tikilisi. 
Sələmçi
 
Yüksək faizlə borc verməklə mənfəət qazanan şəxs. 
Sərraf
 
Qədimdə və orta əsrlərdə pul dəyişən şəxs. 
Səlibçilər
 
(xaçlılar) Səlib yürüşlərinin iştirakçıları. 
Səlib yürüşləri
 
(xaç  yürüşləri) 1096-1270-ci  illərdə  Avropa  ölkələri və  katolik kilsəsi tərəfindən  Yaxın 
Şərqə  təşkil olunmuş yürüşlər. 
Sidr 
 
 
 
Həmişəyaşıl  iynəyarpaqlı ağacı. 
Silk
 
Malik  olduqları  hüquq  və  vəzifələri  adət-ənənə  və  ya  qanuna  görə  təsbit  olunmuş  əhali 
qrupu. 
Silki monarxiya
 
Monarxın  hakimiyyətinin  silki  nümayəndəli  yığıncağa  arxalandığı  mərkəzləşdirilmiş 
feodal dövləti. 
Subaşı
 
Türk  dövlətlərində  kiçik  hərbi  dəstənin  başçısı,  sülh  vaxtı  şəhər  və  qalalarda  asayişə 
nəzarət edən rəis. 
Sultan
 
Bir  çox  şərq  xalqlarında  dövlət  başçısının  daşıdığı  titul.  Qazaxlarda  bir  neçə  min 
alaçıqdan ibarət olan aulun başçısı. 
Sultani
 
Qaraxanilər dövlətində dövlətə məxsus olan əsas torpaq mülkiyyət forması idi. 
Syoqun
  
Yaponiyada 1867-ci ilədək hərbi-feodal hakimlərin daşıdığı  titul. 
Syoqun sistemi
 
İqtisadi, hərbi və siyasi cəhətdən ən güclü feodal ailəsinin hərbi-feodal diktaturası. 
 
 
 


 
230 
 
- Ş - 
 
Şaduf
  
Misirdə yüksəklikdə yerləşən tarlaları suvarmaq üçün qurğu vasitəsi. 
Şahənşah
 
 
(farsca ―şahlar şahı‖) Sasanilər dövlətində İran şahlarının daşıdığ titul. 
Şəhrdar
 
Sasanilər sülaləsinə mənsub olan şəxs. Əyalətləri idarə edirdi. 
Şərqi Roma imperiyası
  Roma imperiyasının 395-ci ildə iki yerə parçalanmasından sonra onun şərq hissəsinin adı. 
Şumerlər
 
E.ə.  VII-VI  minilliklərdə  Mərkəzi  Asiya  və  Altay  dağlarının  ətəklərindən  gələrək 
Mesopotamiyanın cənubunda məskunlaşmış xalq. 
Şovinist (Şovinizm)
 
Qatı millətçi, digər millət və xalqlara qarşı nifrət və düşmənçilik. 
 
 
- T - 
 
Tanhu
   
 
Böyük Hun imperatorluğunda hökmdarın daşıdığı titul. 
Tarxan
 
Xəzər  xaqanlığında  və  Qızıl  ordu  dövlətində  xaqanın  yanında  böyük  imtiyaza  malik 
şəxslər. 
Tayfa 
 
Bir  yerdə  yaşayan,  eyni  dildə  danışan  və  eyni  adətləri  olan  bir  neçə  qohum  qəbilənin 
birliyi. 
Tanxo
 
Mərkəzi  Asiya  dövlətlərində  yalnız  hərbi  xidmət  müqabilində  verilən  əsas  torpaq 
mülkiyyət forması. 
Teatr
 
Yunanca ―tamaşa yeri‖, ―böyüklər üçün məktəb‖ deməkdir. 
Termidor
 
(fransızca  ―isti‖,  ―qızmar‖  deməldir)  Yakobinçilərin  tətbiq  etdikləri  inqilabi  təqvimə 
əsasən Fransada istifadə olunan təqvimdə 11-ci ay (iyul-avqust). 
Termidor çevrilişi
 
1794-cü  il  iyulun  27-28-də  yakobin  diktaturasının  süqutuna  səbəb  olmuş  və  Böyük 
Fransa burjua inqilabına son qoymuş əksinqilabi çevriliş. 
Təcavüz
 
Bir  dövlətin  başqa  dövlətin  müstəqilliyi  və  ərazi  bütövlüyünə  qarşı  hərbi  qüvvə  tətbiq 
etməsi. 
Təhkimli
 
Feodaldan həm torpaq, həm də şəxsi asıldığa düşən kəndli. 
Təzminat
 
Hücuma  məruz  qalmış  dövlətə  dəymiş  zərəri  ödəmək  üçün  məğlub  tərəfin  öhdəsinə 
götürdüyü ödənc. 
Tigin
 
Göytürk dövlətində xaqan ailəsinə mənsub olan şahzadələrə verilən titul. 
Timar
 
Osmanlı dövlətində hərbi xidmətə görə verilən şərti torpaq sahibliyi. 
Toxa
 
Sümükdən, buynuzdan və daşdan ucluq bərkidilmiş ağac. 
Toxa əkinçiliyi
 
Əkinçiliyin toxanın əsas əmək aləti olduğu ən qədim forması. Mezolit dövründə meydana 
gəlmişdi. 
Toxunulmazlar
 
Hindistan əhalisinin azad, amma tam hüquqsuz təbəqəsi. 
Totemizm
 
İnsanların  nəslinin  müəyyən  totemdən  -  heyvan,  bitki,  təbiət  hadisələri  və  cansız 
əşyalardan meydana gəlməsi təsəvvürləri ilə bağlı olan inanc və adətlər sistemi. 
Töycü
  
Qərbi Avropada feodalın asılı kəndlilərdən hər il yığdığı vergi. 
Tragediya
 
 (yunanca  ―keçilər    mahnısı‖)  Qədim  Yunanıstanda  adətən  milli  qəhrəmanlara  həsr 
olunmuş pyes. 
Tribun
 
Qədim Romada plebeylərin seçdiyi müdafiəçisi, təmsilçisi. 
Triumf 
 
Qalib sərkərdənin qoşunları ilə birlikdə təntənəli şəkildə Romaya daxil olması. 
Tümən
 
Pul vahidi. Bir çox Şərq ölkələrində inzibati-ərazi vahidi. 
Tümən əmiri
 
On min nəfərlik qoşun hissəsinin başçısı. 
Türkmən
 
X əsrdə islamı qəbul etmiş oğuzlara verilən ad. 
Tunc
 
Mislə qalay, arsen, mərgümüş və sink kimi metalların qarışığından alınmış metal. 
 
 
 
- U - 
 
Uc torpaqları
 
Səlcuqlar  dövründə  imperiyanın  ucqarlarını  qoruyan  Səlcuq  sərkərdələrinə  paylanılan 
torpaq mülkiyyəti. 
Ulus
 
Monqol və Teymurilər dövlətlərində inzibati-ərazi bölgüsü. 
Uzunmuddetli parlament  
İngiltərə kralı I Karl tərəfindən 1640-cı ildə çağırılmışdır. 1640-1653-cü illərdə fəaliyyət 
göstərmiş və faktik olaraq ―İngiltərə burjua inqilabının qanunverici orqanı olmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə