Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə107/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   120

 
227 
 
Qladiator
 
Güclü, çevik, bir-biri ilə vuruşmağa məcbur edilən qullara deyilirdi. 
Qraf
 
Frank dövlətində vilayət hakimi. 
Qul
 
Əmlakı olmayan, şəxsi cəhətdən quldardan asılı olan insan. 
Quldar
 
Qulları olan adam, qul sahibləri. 
Quran
 
(ərəbcə ―ucadan əzbər oxumaq‖) Müsəlmanların müqəddəs kitabı. 
Qurultay
 
Türklərdə hakim nəsldən olan əsilzadələrin ali yığıncağı. 
Qvardiya
 
 
 İmtiyazlı seçmə qoşun hissəsi. 
 
 
- L - 
 
Lakonika
 
Qədim Yunanıstanda, Peloponnes yarımadasının cənub-şərqində tarixi vilayət. 
Latınlar
 
Romanın qədim tayfalarından biri. Onların dili bütün İtaliyanın ümumi dilinə çevrilmişdi. 
Lalə dövrü
 
Osmanlı imperiyasında  Sultan III Əhmədin (1703-1730)  hakimiyyəti illərində  baş vəzir 
İbrahim paşanın həyata keçirdiyi islahatlar dövrü. 
Legion
 
Qədim Romada əsgəri birləşmə. Roma ordusunun hərbi quruluşu. 
Levellerlər
  
(ingiliscə  ―bərabərçilər‖)  İngiltərə  burjua  inqilabı  dövründə    sənətkarlar  və  yeni  tipli 
ordunun əsgərələri arasında  yayılmış  dinc hərəkat. 
Liberal
 
Azadlıq tərəfdarı, azadfikirli, güzəştə gedən insan. 
Lord-protektor
 
(latınca) müdafiəçi, hami deməkdir. 
 
 
- M - 
 
Manufaktura
 
(latınca  ―əl  ilə  düzəldilmiş‖)    Əl  əməyindən  istifadə  edilən  və  işçilər  arasında  müxtəlif 
ixtisaslar üzrə əmək bölgüsünün olduğu ilk kapitalist müəssisəsi. 
Mavəraənnəhr
 
Dəniz  arxası  deməkdir.  Orta  əsrlərdə  qərbdə  Aral  gölü,  cənubda  Amudərya,  şimalda 
Sırdərya, şərqdə Fərqanə vadisi ilə əhatə olunan tarixi vilayət. 
Mesopotamiya
  
(yunanca  ―İkiçayarası‖)    Dəclə  və  Fərat  çaylarının  orta  və  aşağı  axarlarında  yerləşən 
tarixi vilayət.  
Mezolit
 
Orta Daş dövrü.  E.ə XII minillikdən  - VII minilliyədək davam etmişdi. 
Mərzban 
 
Sasanilər dövründə vilayətlərə başçılıq edən canişin, ―sərhəd qoruyucusu‖. 
Məhdud monarxiya
 
Burada kral çarlıq edir, lakin hökmüranlıq etmir. 
Məhsuldar qüvvələr
 
Əmək alətləri, torpaq, yeraltı sərvətlər, insanlar və.s. nəzərdə tutulur. 
Məğlubedilməz armada
  İspaniyanın İngiltərəni fəth etmək məqsədi ilə 1586-1588-ci illərdə yaratdığı 130 yelkənli 
gəmidən və 20 min döyüşçüdən ibarət iri hərbi donanması. 
Məkik
 
İplik sarınan uzunsov oval qutu və ya qəlib şəklində alət. 
Mərkəzləşmiş dövlət
   
Güclü hökmdar hakimiyyətinə malik olan vahid  dövlət. 
Mixi yazı
 
E.ə. III minillikdə Ön Asiyada yaranmış qədim yazı sistemi. 
Mikena mədəniyyəti
  
Yunanıstanda,  Peloponnes  vilayətində  e.ə.  II  minilliyə  aid  arxeoloqlar  tərəfindən  aşkar 
edilmiş mədəniyyət. 
«Milli Şura» 
 
Hollandiya burjua inqilabından sonra dövləti idarə edən, burjuaziya və əyanlardan ibarət 
dövlət orqanı. 
Miniatür
 
Latınca ―minimum‖ sözündəndir. Qədim əlyazmalarda və kitablarda rəngli illustrasiyalar. 
Monarx 
 
 
Bir qayda olaraq hakimiyyəti irsən alan dövlətin təkhakimiyyətli başçısı. 
Monarxiya
 
(yunanca  ―birinin hakimiyyəti‖) Ali dövlət hakimiyyətinin dövlətin təkbaşına başçısının 
- irsi monarxın əlində (tam və ya qismən) cəmlənmiş idarəçilik forması. 
Monoteizm
 
(yunanca ―təkallahlıq‖) Tək Allah təsəvvürünə əsaslanan din. 
Mozaika
 
Müxtəlif rəngli xırda daşlar və şəffaf olmayan rəngli şüşə qırıntılarından ibarət rəsm. 
Mübadilə
 
Hər hansı məmulatı və ya məhsulu digəri ilə dəyişmək. 
Müstəmləkə
 
Müstəqilliyini itirmiş, işğalçılardan asılı vəziyyətə düşmüş ölkə. 
Müdaxilə
 
Bir və ya bir neçə dövlətin digər dövlətin işlərinə qarışması. 
Mühafizəkar
 
Köhnəlik tərəfdarı deməkdir. 
Mükəlləfiyyət
 
Ərəbcə ―hər hansı bir işi yerinə yetirmək öhdəliyi‖. 
Mülk 
 
Xilafətdə yerli feodalların mülkiyyətində olan irsi torpaqlar. 
Mülkədar
 
İri torpaq və mülk sahibi. 


 
228 
 
 
 
- N - 
 
Natural təsərrüfat
 
İstehsal  olunmuş  məhsulun  satış  üçün  deyil,  şəxsi  istifadə  üçün  nəzərdə  tutulduğu 
təsərrüfat növü. 
Neolit
 
Yeni  Daş  dövrü.  Yunan  sözü  olub  ―neos‖-yeni,  ―litos‖-daş  deməkdir.  E.ə  VII  minilliyi 
əhatə edir. 
«Nizami-cədid»
 
Yeni qayda‖ deməkdir.  Sultan III Səlimin (1789-1807)  islahatlarına verilən ad. 
Nom
 
(yunanca) Vilayət deməkdir. Qədim Misirdə şəhər dövlətlər. 
Noyon
 
Orta əsrlərdə monqol ordusunda yüksək mənsəbli hərbi rəis, sonralar - dünyəvi feodal. 
Numizmatika
 
 
Zərbxana və pul dövriyyəsini öyrənən elm. 
 
 
- O - 
 
Orden
 
Orta əsrlərdə rahib təşkilatları. 
Ordular
 
Monqollarda qəbilə quruluşunun dağılmasından sonra yaranan birləşmələr. 
Osiris
 
Qədim Misir mifologiyasında ölən və dirilən təbiət allahı. 
Ovçuluq
 
Ən  qədim  insanların  ilk  məşğuliyyətlərindən  biri.  Mezolit  dövründə  insanların  əsas, 
Enolit dövründə  ikinci dərəcəli, Orta Tunc dövründə isə köməkçi məşğuliyyət sahəsinə  
çevrilmişdi. 
 
 
- Ö - 
 
Ödənc
 
Əsirlikdən azadolma və ya əmlakın geriyə qaytarılması üçün verilən ödənc. 
Özünütəcrid siyasəti
 
XVI  əsrin  əvvəllərində  Yaponiyanın  və  XVIII  əsrin  ortalarında  Çinin  yeritdiyi  daxili  və 
xarici  siyasət.  Bu  siyasətə  əsasən  Avropa  müstəmləkəçiləri  ölkədən    qovuldu, 
avropalıların ölkəyə girişi qadağan olundu, ölkə xarici aləmdən təcrid olunurdu.  
 
  
- P - 
 
Paleolit
 
(yunanca  ―palayos‖  -  qədim,  ―litos‖  -  daş  deməkdir)  Qədim  daş  dövrü.  1,5  milyon  il 
bundan əvvəl başlamış, e.ə XII minilliyədək davam etmişdi. 
Patrik
 
Sasanilər dövründə iri feodallar. 
Panteon 
 
 
Eramızın II əsrin əvvəllərində Qədim Romada inşa edilmiş ―bütün allahların məbədi‖. 
Parlament
 
(fransızca ―danışmaq‖ deməkdir) Qanunverici orqan. 
Parlamentli monarxiya
  Dövlətin  başında  monarxın  durduğu,  eyni  zamanda,  parlamentin  mövcud  olduğu  dövlət 
hakimiyyəti forması. 
Papirus
 
Qamış tipli bataqlıq bitkisi. Qədim Misirdə yazı materialı kimi istifadə edirdilər. 
Paşa
 
Osmanlı imperiyasında yüksək mülki və hərbi mənsəb sahiblərinin daşıdığı titul. 
Patrisilər
 
 (latınca ―pater‖ – ―ata‖ deməkdir)   Romanın ən qədim sakinlərinin övladları. 
Perqament
 
Aşılanmış buzov və ya quzu dərisi. 
Piramida (ehram)
 
Qədim Misirdə firon və əyanların monumental sərdabəsi. 
Poseydon
 
 
Yunan mifologiyasında allah, dəniz hökmdarı, Zevsin qardaşı. 
«Prayd təmizləməsi»
 
1648-ci ildə parlament ordusunun polkovniki  Praydın  öz dəstəsi ilə parlamentin girişini 
tutaraq mötədil deputatları parlamentə buraxmaması hadisəsi. 
Pravoslav kilsəsi
 
(yunanca  ―həqiqi,  doğru  din‖)  1054-cü  ildə  katolik  kilsəsinin  parçalanması  nəticəsində  
yaranan müstəqil şərqi xristian kilsəsinin adı. 
Protestant kilsəsi
 
Reformasiya  dövründə  katolik  kilsəsindən  ayrılan  xristianlığın  başlıca  cərəyanlarından 
biri. Martin Lüterin tərəfdarları olan protestantların adından götürülmüşdü. 
Protesta
 
Etiraz edirəm demədir. 
Puritan
 
(latınca  ―purus‖,  yəni  ―təmiz‖  deməkdir)  Dəbdəbəli  kilsə  ayinlərinə  və  mərasimlərinə 
qarşı çıxan dini məzhəb. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə