Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə115/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   120

 
243 
 
1054-cü il
 
Xristian kilsəsi iki hissəyə parçalandı. 
1095-ci il
 
Roma papası II Urbanın xristianları Şərq ölkələrinə yürüş etməyə çağırdı. 
1906-cı il, yaz
 
 
Qərbi Avropa kəndliləri birinci səlib yürüşünə başladı. 
1096-cı il,  payız
 
 
Fransa, Almaniya və İtaliya cəngavərləri birinci səlib yürüşünü davam etdirdi. 
1096-1099-cu illər
 
Birinci  səlib  yürüşü.  Səlibçilər  Qüdsü  tutaraq    burada  müsəlman  qırğını 
törətdilər, Suriya və Fələstinin aralıq dənizi sahillərində Qüds krallığı yaradıldı. 
XI-XIII əsrlər
 
 
Katolik kilsəsi bidətçilərə qarşı inkvizisiya məhkəməsi təşkil etdi 
1147-ci il
 
İkinci  səlib  yürüşü.  Misir  hökmdarı  Səlahəddin  Əyyubi  səlibçi  qoşunlarını 
məğlub edərək onları Qüdsdən qovdu. 
1190-cı il
 
Üçüncü səlib yürüşü baş verdi. 
1199-cu il
 
Səlibçilər  Roma  Papası  III  İnnokentinin  başçılığı  ilə  dördüncü  səlib  yürüşünə 
başladılar. 
1204-cü il
 
Səlibçilər  Bizansın  paytaxtı  Konstantinopolu  tutdular.  Müqəddəs  Sofiya  kilsəsi  
qarət olundu. 
1261-ci il
 
 
Səlibçilər Konstantinopoldan qovuldular. 
XIII əsrin sonları
 
Səkkizinci səlib yürüşü. Səlibçilər Şərq ölkələrindən tamamilə qovulub çıxarıldı. 
XIII əsr
 
İngiltərə,  Polşa,  İsveç  və  Danimarka  dövlətləri  Roma  papasının  vassalına 
çevrildi.  
*** 
VIII əsr 
 
 
 
Pireney yarımadasında ərəblər tərəfindən Kordova xilafətinin əsası qoyuldu. 
XI-XV əsrlər
 
İspaniyada müsəlmanlara qarşı səlib yürüşləri həyata keçirildi. 
1479-ci il
 
Kastiliya və Araqon krallıqlarının birləşməsi nəticəsində  mərkəzləşmiş İspaniya 
dövləti yarandı. Navarra krallığı İspaniya və Fransa arasında bölüşdürüldü. 
1492-ci il
 
İspaniya  Qranada  müsəlman  əmirliyini  tutdu.  Portuqaliyadan  başqa,  bütün 
Pireney yarımadası İspaniyanın əlinə keçdi.
 
*** 
IX-X əsrlər
 
İtaliyada müstəqil Piza, Venesiya və Genuya şəhər respublikaları yarandı. İtaliya 
şəhərləri  senyorlara  qarşı  mübarizəyə  başladı.  Lukka,  Milan,  Boloniya  və  Piza 
şəhərləri kommuna hüququ əldə etdilər. 
XII əsr
 
 
Venesiyada şüşə, bədii şüşə və güzgü istehsalı genişləndi. 
XII əsr
 
 
Venesiyada veksel və çek sistemi tətbiq olunmağa başlandı. 
1156-cı il
 
 
Venesiyada Avropanın ilk dövlət bankı yaradıldı. 
XIV əsr
 
 
Venesiya respublikası Şərqlə ticarətdə vasitəçilikdən Genuyanı sıxışdırıb çıxardı. 
XV əsr
 
İtaliyanın  bir  sıra  şəhərlərində  varlı  ailələr  hakimiyyəti  ələ  keçirdi.  Milan, 
Boloniya və Florensiya şəhərlərində tiranlıq idarə üsulu yaradıldı.  
XV əsr
  
Florensiyada Mediçilər ailəsi  hakimiyyəti ələ keçirdilər. 
*** 
843-cü il
 
 
Fransa krallığı yarandı. 
843-1792-ci illər
 
 
Fransa krallığının mövcud olması dövrü. 
XI əsr
 
Fransada şəhərlər meydana gəldi. 
XI əsr
 
 
Fransanın birləşdirilməsi uğrunda mübarizə başladı. 
XI-XIII əsrlər
 
 
Fransa torpaqlarının çox hissəsi İngiltərə kralları tərəfindən tutuldu. 
XIII əsr
 
Normandiya və Tuluza qraflığı Fransaya birləşdirildi. 
XIV əsrin əvvəlləri
 
 
IV Gözəl Fillip ilə Roma papası arasında münaqişə baş verdi. 
1302-ci il
 
 
Fransada ilk dəfə Baş Ştatlar çağırıldı. 
1337-1453-cü illər
 
İngiltərə ilə Fransa arasında yüzillik müharibə baş verdi. 
1358-ci il
 
Fransada ―Jaklar‖ üsyanı baş verdi. 
1429-cu il
 
Janna D`Ark Orlean şəhərini mühasirədən azad etdi. 
1453-cü il
 
Fransa ilə İngiltərə arasında sülh bağlandı və yüzillik müharibə başa çatdı. 
XV əsrin ikinci yarısı
 
 
XI Lüdoviqlə  Burqundiya hersoqu İgid Karl arasında münaqişə baş verdi.  


 
244 
 
XV əsrin sonları
 
 
Burqundiya, Marsel və Bretan qraflığı Fransaya birləşdirildi. 
XVI əsrin əvvəlləri
 
 
Fransada manufakturalar meydana gəldi. 
XVI əsr
 
 
Fransanın qərb sahillərindəki limanların əhəmiyyəti artdı. 
*** 
IV-VI əsrlər
 
 
Anqlo-sak tayfaları Britaniya adalarında məskunlaşdı. İngilis xalqı yarandı. 
VII əsr
 
 
İngiltərədə feodal münasibətləri meydana gəldi. 
1066-cı il
 
Qastinqs  döyüşü.  İngiltərədə    Fateh  Vilhelm  tərəfindən  mərkəzləşmiş  dövlətin 
əsası qoyuldu. İngiltərədə Vilhelmlər sülaləsinin hakimiyyəti dövrü başladı. 
1066-1087-ci illər
 
İngiltərədə Vilhelmlər sülaləsinin hakimiyyəti  dövü. 
1265-ci il
 
İlk dəfə İngiltərədə parlament çağırıldı. 
XIV əsr
 
İngiltərə parlamenti lordlar və nümayəndələr palatasına bölündü. 
1381-ci il
 
İngiltərədə Uot Tayler üsyanı baş verdi. 
1455-1485-ci illər
 
İngiltərədə al qızılgül və ağ qızılgül müharibələri baş verdi. 
1485-1603-cü illər
 
 
İngiltərədə Tüdorlar sülaləsinin hakimiyyəti dövrü. 
XVI əsrin əvvəlləri
 
 
İngiltərədə ilk kapitalist müəssisəsi olan manufakturalar meydana gəldi. 
XVI əsr
 
İngiltərədə ―çəpərləmələr‖ başladı. 
1588-ci il
 
 La-Manş döyüşü.  İngilislər Məğlubedilməz armadanı məhv etdilər. 
1558-1603-cü illər
 
İngiltərə  tarixinin  «qızıl  dövrü».  Tüdorlar  sülaləsinin  sonuncu  nümayəndəsi  I 
Yelizavetanın hakimiyyəti dövrü. 
*** 
XVI əsrin əvvəlləri
 
 
Almaniyada ilk manufakturalar meydana gəldi. 
1517-ci il
 
Martin Lüter katolik kilsəsinin ―cənnət qəbzi‖ alverinə qarşı çıxış etdi. 
1524-1525-ci illər
 
Almaniyada  kəndli müharibəsi baş verdi. 
1555-ci il
 
Almaniyada katoliklərlə protestantlar arasında Auqsbruq sazişi imzalandı. 
1572-ci il,  23 avqust
 
―Varfolomey  gecəsi‖  hadisəsi  baş  verdi.  Fransada  katoliklər  protestant  qırğını 
törətdilər. 
XVI əsr
 
İsveç, İngiltərə və Danimarka kralları kilsə islahatı keçirərək öz ölkələrində kilsə 
başçıları oldular. 
XVI əsr
 
 
Avropada reformasiya nəticəsində katolik kilsəsi başqa kilsələrə parçalandı. 
*** 
XVI əsrin birinci yarısı
   
İspaniya kralı II Filipp  Niderlandda inkvizisya tətbiq etdi. 
1566-cı il
 
Niderlandda katolik kilsəsi və ispan zülmünə qarşı burjua inqilabı başladı. 
1572-ci il
 
 
Dəniz gözləri  Brill limanını tutdu. Hollandiyanın şimalında üsyan başladı.
 
1576-cı il
 
İspan  əsgərləri  Antverpen  şəhərini  tutaraq  dağıtdı.  Hollandiyanın  cənub 
əyalələrinin əhalisi üsyana qoşuldu. 
1579-cu il
 
 
Cənubi Niderlandda üsyan yatırıldı və İspaniyanın hakimiyyəti altında qaldı. 
1579-cu il
 
Niderlandın  yeddi  şimal  əyaləti  birləşərək  vahid  dövlət  -  Hollandiya 
respublikasını yaratdı. 
1609-cu il
 
İspaniya  Hollandiyanın  dövlət  müstəqilliyini  tanıdı.  Niderland  burjua  inqilabı 
başa çatdı. 
*** 
XV-XVI əsrlər
 
Qərbi  Avropada  su  mühərrikləri    təkmilləşdirildi,  yuxarıdan  fırlanan  çarx 
karavellalar - yelkənli gəmilər və kompas, domna peçləri  ixtira olundu. 
XVI əsr
 
 
Qərbi Avropada ağır və yüngül  toplar, tapançalar və müşkeklər ixtira olundu. 
XV əsrin əvvəlləri
 
Portuqaliya  kralları  Atlantik  okeanına  və  Afrikanın  qərb  sahillərinə 
ekspedisiyalar göndərməyə başladı. 
XV əsr
 
Avropa dənizçiləri qədim alimlərin yerin kürə şəklində olması haqqında fikirləri 
ilə maraqlanmağa və uzaq ölkələrə səfərə çıxmağa başladılar. 
1487-1488-ci illər
 
 
Bartalomey Diaş  Ümid burnunu kəşf etdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə