Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə117/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   120

 
247 
 
XVII əsrin sonları
 
Fransa  Hindistan  uğranda  mübarizəyə  qoşuldu  və  Benqaliyada  ilk  istehkam 
məntəqəsi yaratdı. 
XVIII əsrin birinci yarısı
  
Aud knyazlığı Moğol dövlətindən ayrıldı. Hindistanda Benqaliya və Heydərabad 
dövlətləri yarandı.  
1739-cu il
 
 
Nadir şah Əfşar Moğol ordularına qalib gələrək Dehlini tutdu. 
1747-ci il
 
Əhməd  şah  Dürraninin  tərəfindən    müstəqil  Əfqan  dövləti  yadadıldı. 
Əfqanlar  
Şimali Hindistanı (Pəncabı, Kəşmiri, Dehli və Hind çayı arasındakı əraziləri) ələ 
keçirdi. 
1757-ci il
 
Plessi  döyüşü.    İngilislər  moğolları  məğlub  edərək  Benqaliyanı  ələ  keçirdi, 
Hindistanın İngiltərə tərəfindən işğalına başlanıldı. 
1761-ci il
 
Panipat  döyüşü.  Maratxlar əfqanlara  məğlub oldu  və  maratxların Hindistandakı 
hökmranlığına son qoyuldu, Böyük Moğol imperiyasının dağılmasının başlanğıcı 
qoyuldu.
 
1767-1799-cu illər
 
İngiltərə-Maysor müharibəsi baş verdi. Maysor dövləti öz istiqlaliyyətini itirdi.  
1774-cü il
 
İngiltərə  parlamenti    işğal  olunmuş  Hindistan  torpaqlarının  idarə  olunması 
haqqında ilk qanun qəbul etdi. 
XVIII əsrin ikinci yarısı
 
Hindistanın varlı vilayətləri və bütün cənub hissəsi İngiltərənin müstəmləkəsinə 
çevrildi.  Hindistanın  İngiltərə  tərəfindən  tamamilə  müstəmləkəyə  çevrilməsi 
prosesi başa çatdı. 
*** 
1626-1644-cü illər
 
Çində kəndli üsyanı baş vermdi. 
1644-cü il
 
 
Çində Tsin (Mancur) sülaləsi hakimiyyətə gəldi. 
1644-1912-ci illər
 
Çində Tsin (Mancur) sülaləsini hakimiyyəti dövrü. 
1715-ci il
 
 
Çinin Kanton şəhərində ilk ingilis məskəni salındı. 
XVIII əsrin 20-ci illəri
 
Rusiya ilə Çin arasında ticarət müqavilələri imzalandı. 
1757-ci il
 
İmperator fərmanı ilə Mancur hökuməti «özünütəcrid» siyasətini elan etdi. 
1689-1758-ci illər
 
Çin ilə Cunqariya (oryat) xanlığı arasında müharibə baş verdi. Cunqar xanlığı və 
Qaşqar şəhəri Çin tərəfindən işğal edildi. 
XVIII əsrin ikinci yarısı
   
Çin Şərqi Tibeti işğal etdi. 
XVIII əsrin sonları
 
Mancur  qoşunları  Hind-Çinə  yürüşlər  etdilər.
  Birma,  Vyetnam,  Butan  və  Nepal 
mancurlardan asılı vəziyyətə düşdü. Koreya Çinə tabe edildi. Çin vahid dövlətdə 
birləşdirildi. 
*** 
XVI əsrin ortaları
 
   
Avropalılar ilk dəfə Yaponiyaya gəlməyə başladılar. 
XVI əsrin sonları
              
Knyaz Oda Nobunaqa mərkəzləşdirmə siyasəti yeritməyə başladı. 
1582-ci il
 
Knyaz Oda Nobunaqa vasalları tərəfindən öldürüldü. 
1582-1603-cü illər
 
Yaponiyanı siyasi cəhətdən birləşdirmək uğrunda mübarizə baş verdi. 
1603-cü il
 
İmperator sərəncamı ilə Tokuqava İyeyasu özünü  syoqun elan etdi.
 Yaponiyanı 
siyasi  cəhətdən  birləşdirmək  uğrunda  30  illik  mübarizə  başa  çatdı. 
Yaponiyada 
üçüncü syoqun sülaləsinin - Tokuqava sülailəsinin hakimiyyəti  başladı.
 
1603-1867-ci illər
 
Yaponiyada Tokuqava sülailəsinin hakimiyyəti dövrü. 
XVII əsrin əvvəlləri
 
Yaponiya  «özünütəcrid» siyasəti yeritməyə  başladı. 


 
248 
 
1604-cü il
 
Tokuqava  hökuməti  tərəfindən    ipək  xammalının  və  hazır  ipək  məmulatlarının 
xarici  tacirlərdən  satın  alınmasına  başlanıldı.  Yapon-holland  ticarət  müqaviləsi 
imzalandı. Xirado adasında holland  faktoriyasının əsası  qoyuldu. 
1613-cü il
 
 Xirado  adasında  ingilis    faktoriyasının  əsası  qoyuldu  və  ingilis  Ost-Hind 
kompaniyasına Yaponiyada ticarət aparmaq imtiyazı verildi. 
1614-cü il
 
Tokuqava hökuməti  xristianlığı «imperiyanın düşməni» elan etdi. 
1635-ci il
 
Yaponiyada  girovluq sistemi   tətbiq olundu.
 
1623-1624-cü illər
 
İngilislər, ispanlar və portuqaliyalılar Yaponiyadan tamamilə çıxarıldı.
 
XVIII əsrin əvvəlləri  
Yaponiyada iqtisadi tənəzzül dövrü başladı.
 
1680-1709-cu illər
 
Syoqun Sunayoşinin hakimiyyəti. 
1716-1745-ci illər
 
Syoqun Yoşimunenin
 
hakimiyyəti. 
*** 
XVI əsrin sonların
 
 
Osmanlı imperiyasında durğunluq dövrü başladı.  
XVII əsr
 
Osmanlı imperiyasında durğunluq dövrü geriləmə dövrü ilə  əvəz olundu. Timar 
və ziyamət sistemi pozuldu. 
1615-ci il
 
Avstriya  ilə  Osmanlı  dövlətləri  arasında    Vyana  kapitulyasiya  müqaviləsi 
bağlandı. Venesiya Osmanlı dövlətindən kapitulyasiya imtiyazları  aldı. 
XVII əsr
 
Fransa,  İngiltərə,  Hollandiya  və  Avstriya  tacirləri  Osmanlı  imperiyasından 
kapitulyasiya hüququ aldı. 
XVII əsrin ikinci yarısı
 
Baş vəziri Körpülü Mühmet paşa tərəfindən islahatlar həyata keçirildi. 
1663-1664-cü illər
 
Osmanlı-Avstriya  müharibəsi.  Osmanlı  dövləti  Macarıstan  krallığının  bir 
hissəsini  və Dunay knyazlığını  ələ keçirdi. 
1664-cü il
 
Osmanlı dövləti ilə Avstriya arasında Vasvar sülhü bağlandı. 
1669-cu il
 
   
Krit adası Osmanlı dövlətinə birləşdirildi. 
1677-1681-ci illər
 
Rusiya-Osmanlı müharibəsi baş verdi 
1681-ci il
 
Rusiya ilə Osmanlı  dövləti arasında Baxçasaray sülhü imzalandı. 
1683-cü il
 
Osmanlı  ordusu  baş  vəzir  Qara  Mustafa  Paşanın  başçılığı  ilə  Vyananı  uğursuz 
mühasirəyə aldı. 
1684-cü il
 
Osmanlılar  əleyhinə  Avstriya,  Polşa,  Venesiya  və  Maltadan  ibarət  «Müqəddəs 
birlik» adlı ittifaq təşkil edildi. 
1686-cı il
 
   
Rusiya «Müqəddəs birliy»ə qoşuldu. 
1686-1699-cu illər
 
Osmanlı ilə «Müqəddəs birlik» arasında müharibə baş verdi. 
1699-cu il
 
«Müqəddəs birliy»ə daxil olan ölkələrlə Osmanlı arasında Karlovitsa müqaviləsi 
imzalandı. 
1703-1730-cu illər
 
Sultan III Əhmədin hakimiyyəti. Osmanlı imperiyasında «Lalə dövrü». 
1711-ci il
 
Prut yürüşü. Rusiya ilə Osmanlı arasında Prut döyüşü baş verdi. 
1716-1718-ci illər
  
Osmanlı  dövləti  ilə  Venesiya  və    Avstriya  arasında  yeni  müharibə  baş  verdi. 
Avstriyalılar Belqrad şəhərini  işğal etdilər. 
1718-ci il
 
Avstriya ilə Osmanlı arasında  Pojarevatsk müqaviləsi imzalandı. 
1730-cu il
 
İstanbulda Patron Xəlilin başçılığı ilə üsyan baş verdi. 
1735-1739-cu illər
 
Osmanlı dövləti ilə Avstriya və Rusiya arasında müharibə baş verdi. 
1739-cu il
 
Osmanlı dövləti ilə Avstriya və Rusiya arasında Belqrad sülhü imazlandı. 
1740-cı il
 
Osmanlı imperiyası ilə Fransa arasında kapitulyasiyaya müqaviləsi bağlandı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə