Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə118/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   120

 
249 
 
1768-1774-cü illər
 
Rusiya ilə Osmanlı  dövləti arasında müharibə baş verdi. 
1770-ci il
 
Osmanlı ilə Rusiya arasında Larqa, Kaqul və Çeşmə dəniz döyüşü baş verdi. 
1774-cü il, 10  iyul
 
Osmanlı dövləti ilə Rusiya arasında Kiçik Qaynarca  sülhü imzalandı. 
XVIII əsrin sonları
 
«Şərq məsələsi» Rusiya xarici siyasətinin ana xəttinə çevrildi. 
1783-cü il
 
   
Krım xanlığı Rusiyanın tərkibinə qatıldı. 
1787-1791-ci illər
 
Rusiya-Osmanlı müharibəsi baş verdi. 
1791-ci il, dekabr
 
Rusiya ilə Osmanlı  dövləti arasında Yassı sülhü imzalandı. 
1792-1793-cü illər
 
Osmanlı  dövlətində  Sultan  III  Səlim  tərəfindən  «Nizami-cədid»  (yeni  qayda) 
adlanan islahatlar həyata keçirildi. 
*** 
XV əsr
   
 
  
Qazax xanlığı meydana gəldi. 
XVI əsr
 
Qazax xanlığı iki orduya, daha sonra üç müstəqil orduya (juza) bölündü. 
XVI əsrin əvvəlləri
 
 
Xivə xanlığı yarandı. 
XVI-XVII əsrlər
 
 
Sibir türkləri Rusiyanın müstəmləkə əsarətinə düşdülər. 
XVII əsrin ikinci yarısı 
 
Xakaslarda feodal münasibətləri yarandı. 
XVIII əsrin əvvəlləri
 
 
Kokand xanlığı yarandı. 
XVIII əsrin əvvəlləri
 
Seyid  Batırın  baçşılığı  ilə    Rusiyanın    müstəmləkə  siyasətinə  qarşı  üsyan  baş 
verdi. 
1723-cü il
 
Qazax  tarixində  «böyük  fəlakət»  dövrü.  Qazax  orduları  Qərbi  Monqolustanda 
yaranan  Cunqar  xanlığının  qarətçi  hücumlarına  məruz  qaldı.  Orta  Ordunun 
mərkəzi Türküstan şəhəri ələ keçirilərək dağıdıldı, Böyük Ordu (juz) cunqarların 
hakimiyyəti altına keçdi, üç ordu arasında ittifaq dağıldı.   
1731-ci il
 
 
 
Sibir türkləri Rusiyanın müstəmləkə zülmünə qarşı  üsyan qaldırdılar. 
1731-ci il
 
Kiçik Ordunun başçısı Əbülxeyir xan Rusiyanın tərkibinə daxil olmaq haqqında 
akt imzaladı. Orenburq şəhər-qalası salındı.  
1740-cı il
 
Orta  Ordu  və  Böyük  Ordunun  şimal  hissəsi  Rusiya    birləşdirildi.  Qazaxıstanın 
cənubu  Kokand və Buxara xanlıqları arasında bölüşdürüldü.  
1740-cı il
 
Nadir şah Əfşar Xivə xanlığına hücum etdi. 
1747-ci il
 
Məhəmməd Əmin xan Xivə xanlığını yenidən bərpa etdi. 
XVIII əsrin ortaları
 
Tatar  və  başqırdlar  Abdulla  Qaliyanın  (Batirşahın)  başçılığı  ilə  Rusiyanın 
müstəmləkə zülmünə qarşı  üsyan qaldırdı. 
XVIII əsr
 
 
 
Rusiyanın Avropa hissəsindən ruslar Sibirə köçürüldü. 
XVIII əsr
 
Sibirdə  ilk  sənaye  müəssisələri  işə  salındı.  Sibir  kəndləri  təhkimli  işçilərə 
çevrildi. 
1783-cü il
 
Kiçik  Orduda  Batır  Srımın  başçılığı  ilə  rus  müstəmləkəçiliyinə  və  yerli 
hakimiyyətə qarşı üsyan baş verdi. 
*** 
XVII-XVIII əsrlər
 
Şimali Qafqaz müstəqil və yarımmüstəqil siyasi qurumlara parçalandı. 
XVIII əsrin 60-cı illəri
 
Rusiya Qızlyardan Azov dənizi sahillərinə kimi uzanan Qafqaz xəttini yaratdı.  
1774-cü il
 
 
Rusiya Azov dənizi sahillərini ələ keçirdi. 
1783-cü il
 
 
Krım xanlığı, Taman yarımadası və Kubanboyu ərazilər Rusiyaya birləşdirildi. 
XVIII əsrin sonları
 
Kabarda knyazları, Çeçen-İnquş hakimləri, Tarku şamxalı Rusiya çarına sədaqət 
andı içdilər. 


 
250 
 
1722-1723-cü illər
 
 
I Pyotr Xəzərsahili bölgələri ələ keçirdi. 
1783-cü il
 
Georgiyevsk müqaviləsi ilə Şərqi Gürcüstan Rusiyanın himayəsinə keçdi. 
1785-ci il
 
Şeyx  Mənsurun  başçılığı  ilə  Qafqaz  xalqları  Rusiyanın  müstəmləkəçilik 
siyasətinə qarşı üsyan qaldırdı.  
1795-ci il
 
Ağa Məhəmməd xan Qacar  Şərqi Gürcüstana yürüş etdi. 
1796-cı il
 
Rus ordusu Valerian Zubovun başçılığı ilə Cənubi Qafqaza yürüş etdi. 
1796-cı il, noyabr
 
Rus qoşunları Cənubi Qafqazdan geri çağırıldı. 
*** 
XVII əsr
 
Çin  memarlığında  monumental  binaların  inşasına  başlanıldı.  Pekin  sarayı, 
Mukdendəki (indi Şenyan) imperator mavzoleyi inşa edildi. 
XVII  əsr
 
   
Yaponiyada «şəkilli hekayələr» janrı meydana gəldi. 
1609-1616-cı illər
 
   
Memar Mehmet Ağa tərəfindən Sultan Əhməd məscidi inşa edildi. 
XVII-XVIII əsrlər
  
   
Dellidə Cümə məscidi inşa edildi. 
XVII-XVIII əsrlər
 
   
Ağn şəhərində İshak Paşa sarayı inşa edildi. 
1709-cu il
 
   
Gürcüstanda mətbəənin əsası qoyuldu. 
1712-ci il
 
Şota Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» əsəri daşbasma üsulu ilə çap 
edildi. 
1727-ci il
 
   
Osmanlı dövlətində ilk mətbəə yaradıldı. 
1784-cü il
 
   
Uilyam Consun tərəfindən «Benqal-Asiya cəmiyyəti» (Kral cəmiyyəti) yaradıldı. 
XVIII əsr
 
Mirzə Mehdi xan tərəfindən «Dünyanı fəth edən Nadirin tarixi»,   Məhəmməd 
Kazım tərəfindən  «Dünyanı bəzəyən Nadirin tarixi» əsərləri yazıldı. 
XVIII əsr
 
Dövrün tanınmış rəssamları olan Məhəmməd Zaman Təbrizinin, Mülkünün və 
dövrün məşhur şairləri olan Məcmər, Cəndəqinin  həyat və fəaliyyəti dövrü. 
XVIII əsr
 
   
Avar və çuvaş əlifbaları tərtib olundu. 
*** 
XVI əsr 
 
 
 
İngiltərədə ilk manufakturalar meydana gəldi. 
XVI əsr 
 
 
 
İngiltərədə Puritan təriqəti geniş yayıldı. 
1603-cü il
 
İngiltərədə Stüartlar sülaləsi hakimiyyətə gəldi. 
1603-1714-cü illər
 
 
İngiltərədə Stüartlar sülaləsinin hakimiyyəti dövrü. 
1629-cu il
 
 
İngiltərə kralı I Karl tərəfindən parlament buraxıldı. 
1640-cı il
 
İngiltərə  kralı  I  Karl  tərəfindən  uzunmüddətli  parlament  çağırıldı.  İngiltərə 
burjua inqilabı başladı. 
1640-1653-cü illər
 
İngiltərə burjua inqilabı  və Uzunmüddətli parlamentin fəaliyyəti dövrü. 
1642-1646-cı illər
 
İngiltərədə vətəndaş müharibəsi baş verdi. 
1645-ci il
 
 
İcmalar palatası   Oliver Kromvelə yeni tipli ordu  təşkil etməyi tapşırdı. 
1945-ci il
 
 
Neyzbi döyüşü. Vətəndaş müharibəsinin taleyi həll olundu. 
1646-cı il, iyun
 
İngiltərədə vətəndaş müharibəsi  parlamentin qələbəsi ilə başa çatdı. İngiltərədə 
bütün  hakimiyyət yeni  zadəganların və  burjuaziyanın əlinə keçdi. 
1648-ci il
 
İngiltərə kralı «Prayd təmizləməsi» hadisəsi baş verdi. 
1649-cu il
 
İngiltərədə Diggerlər - «həqiqi levellerlər» hərəkatı baş verdi. 
1649-cu il
 
İngiltərə kralı I Karl edam olundu.  İngiltərədə kral hakimiyyəti (monarxiya) və 
Lordlar  palatası  ləğv  edildi.  Hakimiyyət  Oliver  Kromvel  başda  olmaqla 
parlamentin əlinə keçdi. İngiltərə Respublika elan edildi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə