Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə114/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   110   111   112   113   114   115   116   117   ...   120

 
241 
 
1357-ci il
 
Qızıl Ordu xanı Canı bəy Azərbaycana yürüş etdi. Hülakülər dövləti süqut etdi. 
1370-ci il
 
Teymurilər dövlətinin əsası qoyuldu. 
1370-1405-ci illər
 
Əmir Teymurun hakimiyyəti. 
1380-ci il
 
Moskva Knyazlığı ilə Qızıl Ordu arasında Kulikova döyüşü baş verdi. 
1382-ci il
 
 
Toxtamış xan  Moskvanı tutaraq yandırdı. 
1387-1395-ci illər
 
Əmir Teymurla Toxtamış xanı arasında müharibə baş verdi. 
1395-ci il
 
Əmir  Teymur    ilə  Qızıl  Ordu  arasında  Terek  çayı  sahilində  döyüş  baş  verdi. 
Əmir Teymur Qızıl Ordunun şərq vilayətlərini ələ keçirdi. 
1405-ci il
 
Əmir Teymur Otrar şəhərində vəfat etdi. 
XV əsr
 
Qızıl  Ordu  müstəqil  dövlətlərə  parçalandı.  Qazan,  Həştərxan  Krım  və  Sibir 
xanlıqları  yarandı. Rus knyazlıqlarının Qızıl Ordudan asılılığa son qoyuldu. 
1507-ci il
 
 
Şeybani xan Xorasanı tutdu. Teymurilər dövləti süqut etdi. 
XVI əsrin əvvəlləri
 
 
Qızıl Ordu dövləti süqut etdi. 
*** 
1299-cu il
 
 
 
Osmanlı dövləti yarandı. 
1299-1326 
Osman qazinin hakimiyyəti
 
1326-1399-cu illər
 
Orxan qazinin hakimiyyəti. 
1359-1389-cu illər
 
Sultan I Muradın hakimiyyəti. 
1361-ci il
 
 
Osmanlı dövlətinin paytaxtı Ədirnə şəhərinə köçürüldü. 
1371-ci il
 
Çirmən  döyüşündə  Osmanlılar  Serbiya  dövlətini    məğlub  etdi.  Serbiya 
osmanlılardan asılılığı qəbul etdi. 
1389-1402-ci illər
 
I İldırım Bəyazidin hakimiyyəti. 
1402-ci il
 
Bəyazidlə Teymur arasında Ankara döyüşü baş verdi. 
1421-1451-ci illər
 
Sultan II Muradın hakimiyyəti. 
1453-cü il 29 may
 
II  Mehmet  Konstantinopolu  fəth  etdi.  Bizans  imperiyasının  varlığına  son 
qoyuldu,  Konstantinopol    şəhəri  İstanbul  adlanaraq  Osmanlı  dövlətinin 
paytaxtına çevrildi. 
1520-1566-cı illər
 
Sultan I Süleyman Qanuninin hakimiyyəti. 
1514-cü il
 
 
Çaldıran düzündə Osmanlılar  Səfəviləri  məğlub etdilər. 
1521-1526-cı illər
 
 
Sultan I Süleyman Belqradı, Cənubi və Mərkəzi Macarıstanı tutdu. 
***
 
V əsrin sonları
 
German  tayfalarının  işğalları  nəticəsində  Qərbi  Avropada  quldarlıq  quruluşu 
dağıldı və feodalizm quruluşu meydana gəldi. 
V-VI əsrlər
 
 
Alman tayfalarında nəsil icması qonşuluq icması ilə əvəz oludu. 
V əsrin sonları
 
 
Frank tayfa başçısı Xlodviqin Qalliyaya hücum etdi. 
486-cı il
 
Suasson  döyüşü  nəticəsində  Xlodviq  romalılar  üzərində  qələbə  qazanaraq 
Qalliyanın bir hissəsini ələ keçirdi. 
500-cü il
 
Qərbi Avropada ilkin feodal dövləti olan Frank dövləti yarandı. 
500-843-cü illər
 
Frank dövlətinin mövcud olması dövrü. 
768-814-cü illər
 
Böyük Karlın hakimiyyəti.
 
800-cü il
 
 
Frank imperiyası  yarandı. 
843-cü il
 
Verden  müqaviləsinə  əsasən  Frank  imperiyası  üç  hissəyə  parçalandı,  Frank 
imperiyası  süqut  etdi,  onun  yerində  Fransa,  Almaniya  və  İtaliya  krallıqları 
yarandı. 
IX-X əsrlər
 
İtaliya   
Müqəddəs  Roma  imperiyasının  tərkibində  qatıldı.  İtaliya  şəhərlərinin 
çoxu 
kommuna  hüququ  qazandı.  İtaliya  müstəqil  dövlətlərə  parçalandı  və 
müstəqil Genuya, Piza, Venesiya şəhər respublikaları yarandı.
 
IX-XIV əsrlər
 
 
Fransada Kapetinqlər sülaləsinin hakimiyyəti. 
IX
 
əsrin
 
sonları
 
 
Almaniya vilayətləri vahid dövlətdə birləşdirildi və
 vahid dövlət yaradıldı.
 
IX-XI əsrlər
 
Qərbi Avropada feodal dağınıqlığı dövrü. 


 
242 
 
X-XI əsrlər
 
Fransa
da  feodal  münasibətlərinin  formalaşması  başa  çatdı.
  Fransa    iri  feodal 
mülklərinə parçalandı. 
X– XI əsrlər
 
 
Almaniya işğalçılıq siyasətinə başladı. 
962-ci il
 
Almaniya  kralı  I  Otto  Romanı  işğal  edərək  özünü  Roma  imperatoru  elan  etdi. 
Müqəddəs Roma imperiyası (962-1806) yarandı. Papa vilayəti Müqəddəs Roma 
imperiyasının  tərkibinə qatıldı. İtaliyaya sahib olmaq uğrunda Roma papaları ilə 
alman  kralları arasında mübarizə başladı. 
XI əsrin sonları
 
Almaniyada  feodal  münasibətləri inkişaf etməyə  başladı və  ərazisində  müstəqil 
knyazlıqlar yarandı. 
*** 
395-1453-cü illər
 
 
Bizans imperiyasının mövcud olması dövrü. 
VI əsr
 
Slavyanlar  Bizansın  tabeçiliyində  olan  Balkan  yarımadasının  şimalını, 
Makedoniya və Yunanıstanı işğal etdilər. 
VI əsrin ortaları
 
«Xalqların böyük  köçü»  slavyanların Bizans ərazisində  məskunlaşması ilə başa  
çatdı. Bizansda quldarlıq quruluşu dağıldı. 
VII əsr
 
 
Bizansda feodalizm münasibətləri yaranmağa başladı. 
VII əsr
 
Bizans  imperiyası    zəifləməyə  başladı.  Ərəblər  Bizans  imperiyasının  mülkləri 
olan Suriya və Misiri tutdu. 
XI əsr
 
 
Bizans Səlcuq türklərinin yürüşlərinə məruz qaldı. 
*** 
VII-VIII əsrlər
 
Slavyanlarda qəbilə quruluşu qonşuluq icması ilə əvəz olundu. 
IX əsr
 
 
Slavyanlarda  ilk dövlətlər meydana gəldi. 
IX əsrin ikinci yarısı 
 
Şərq slavyanlarının ilk dövləti olan Kiyev dövləti yarandı. 
X əsrin əvvəlləri
 
Qərb slavyanların ilk dövləti olan Çexiya dövləti yarandı. 
X əsrin ortaları
 
Polşa  dövləti  yarandı.  Knyaz  İgid  Beloslav  (I  Beloslav)  tərəfindən  bütün  Polşa 
torpaqları vahid dövlətdə birləşdirildi. 
XI əsr
 
 
Kiyev dövləti müstəqil knyazlıqlara parçalandı. 
XIII əsr (1237-1240)  
 
Monqollar  rus  torpaqlarına  hücum  etdilər.  Hücum  nəticəsində  rus  knyazlıqları 
Qızıl Ordu dövlətinin vassal asılılığına (1240-1480) düşdülər. 
XIV əsr
 
Rus  torpaqlarının  vahid  mərkəzləşmiş  dövlətdə  birləşdirilməsi  prosesinə 
başlanıldı. 
XIV əsrin ikinci  yarısı
 
Qızıl Ordu xanlarının rus torpaqlarına hücumları tamamilə kəsildi. 
XIV əsrin ikinci yarısı
 
 
Moskva knyazlığı Rus torpaqlarını birləşdirilmək uğrunda mübarizəyə başladı. 
1380-cı il
 
Kulikova döyüşü. Dmitri Donskoyun başçılığı ilə ruslar Qızıl Ordu xanı Mamay 
xanı məğlub etdilər. 
1382-ci il
 
Toxtamış  xan    Moskvanı  tutaraq  yandırdı.  Moskva  knyazlığı  yenidən  Qızıl 
Ordunun vassal asılılığına düşərək ona xərac verməyə başladı. 
1497-ci il
 
Rusiyada  təhkimçilik  hüququnun  təsdiq  edilməsi  haqqında  III  İvan  tərəfindən 
fərman verildi. 
XV əsr
 
 
Mərkəzləşmiş Rus dövləti yarandı. 
XVI əsrin 50-ci illəri
 
 
Qazan və Həştərxan xanlıqları Rusiya tərəfindən işğal edildi. 
XVI əsrin sonları
 
 
Qərbi Sibir torpaqları Rusiyaya birləşdirildi. 
*** 
XI əsr
 
 
İtaliya və Fransanın cənubunda yeni şəhərlər yarandı. 
XI-XIII əsrlər
 
 
Qərbi və Mərkəzi Avropa şəhərlərində sənətkar ittifaqları yarandı. 
XII-XIII əsrlər
 
 
Avropa ölkələrində şəhərlər senyorlara qarşı mübariz apardı. 
XIII əsr
 
 
Şərq ölkələri ilə ticarət Bizansdan Venesiya və Genuya tacirlərinin əlinə keçdi. 
XIII əsr
 
 
Fransanın Şampan yarmarkası Avropada ən böyük yarmarkaya çevirildi. 
XIII-XIV əsrlər
 
 
Qərbi Avropa tacirləri gildiyalar (ticarət birlikləri) yaratdı. 
*** 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə