Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə113/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   120

 
239 
 
VIII əsrin 30-cu illəri
 
 
Ərəb xilafətinin parçalanması nəticəsində Tiflis müsəlman əmirliyi yarandı. 
VIII-IX əsrlər
 
Ərəb  xilafəti  parçalandı  və  Qafqazda  ilk  müstəqil  feodal  dövlətlər 
(Azərbaycanda  Şirvanşahlar,  Sacilər,  Salarilər,  Şəddadilər,  Rəvvadilər,  Şəki 
hakimliyi,  Tiflis  əmirliyi,  Dərbənd  əmirliyi  Gürcüstan  ərazisində  isə  Abxaziya, 
Kartli-Kaxetiya çarlıqları, Tao-Klarceti knyazlığı) meydana gəldi. 
XI əsrin əvvəlləri
 
 
Gürcüstan vahid dövlətdə birləşdirildi. 
XI əsrin əvvəlləri
 
Səlcuq türklərinin Qafqaza axınları baş verdi. Cənubi Qafqaz və Dağıstan Böyük 
Səlcuq imperatorluğunun tərkibinə qatıldı. 
XIII əsr
 
Qafqaz  xalqları  monqolların  yürüşlərinə  məruz  qaldı.  Cənubi  Qafqaz  Hülakü 
imperatorluğunun  tərkibinə  qatıldı.  Şimali  Qafqaz  Hülakülər  və  Qızıl  Ordu 
dövlətləri arasında bölüşdürüldü. 
XIV əsrin 80-ci illəri
 
 
Qafqaz Teymurilər dövləti tərəfindən işğal olundu. 
XV əsr 
 
 
 
Azərbaycanda Qaraqoyunlu və Ağqoyulu sülalələri hakimiyyətdə oldu. 
XV əsrin sonları
  
 
Gürcüstanda Kartli, Kaxetiya və İmeretiya çarlıqları meydana gəldi. 
*** 
610-cu il
 
 
 
İslam dini meydana gəldi. 
622-ci il
 
Məhəmməd Peyğəmbər Məkkədən Mədinəyə hicrət etdi. 
630-cu il
 
 
Ərəb dövləti yarandı. 
630-1258-ci illər
  
 
Ərəb dövlətinin mövcud olması dövrü. 
630-632-ci illər
   
 
Məhəmməd Peyğəmbərin hakimiyyəti dövrü. 
632- 661-ci illər
 
Ərəb dövlətində Xəlifələr dövrü. 
661-ci il 
 
 
 
Ərəb dövlətində Əməvilər sülaləsi hakimiyyətə gəldi.  
732-ci il
 
Ərəblərlə franklar arasında  Puatye döyüşü baş verdi. 
750-ci il
 
Ərəb dövlətində Əməvilər sülaləsinin hakimiyyəti başa çatdı. 
750-1258-ci illər
 
Abbasilər sülaləsinin hakimiyyəti dövrü. 
IX əsr
 
Ərəb dövlətində  və orduda türklər mühüm rol oynamağa başladılar. 
IX əsr
 
Ərəb xilafəti parçalandı. 
861-ci il
 
Xəlifənin Şirvandakı canişini  Şirvanı müstəqil elan etdi. 
875-999-cu illər
 
Samanilər dövlətinin mövcud olması dövrü. 
879-cu il
  
Azərbaycan ərazisində Sacilər  dövləti  meydana gəldi  
941-ci il
 
 
Sacilər dövləti süqut etdi. Salarilər  dövləti yarandı. 
981-ci il
 
 
Salarilər dövləti süqut etdi. Rəvvadilər dövləti yarandı. 
927-ci il
  
 
 
Qaraxanlı dövləti yarandı. 
962-ci il
 
Qəznəvilər dövləti yarandı. 
998-1030-cu illər
 
Sultan Mahmud Qəznəvinin hakimiyyəti dövrü. 
999-cu il
 
Samanilər dövlətinin varlığına  son qoyuldu. 
1187-ci il
 
 
Qəznəvilər dövləti süqut etdi. 
1212-ci il
 
 
 
Qaraxanlı dövləti Xarəzmşahlar dövləti tərəfindən süquta uğradıldı. 
XII əsrin 70-ci illəri
 
 
Gurlu tayfaları Qəznəviləri məğlub edərək  onları Şimali Hindistana sıxışdırdı. 
1187-ci il
 
 
 
Qəznəvilər dövləti süqut etdi. 
*** 
1038-ci il
 
 
 
Toğrul bəy tərəfindən Səlcud dövlətinin əsası  qoyuldu.  
1038-1157-ci illər
 
Böyük Səlcuq dövlətinin mövcud olması dövrü. 
1040-cı il
 
Səlcuqlarla qəznəvilər arasında Dəndənəkan döyüşü baş verdi. 
1040-1063-cü illər
 
 
Sultan I Toğrulun hakimiyyəti. 
1040-cı il
 
Mərv qurultayı keçirildi. 
1043-cü il
 
Səlcuq dövlətinin paytaxtı Nişapurdan Rey şəhərinə köçürüldü. 
1054-cü il
 
Səlcuqlar Cənubi Qafqaza hücum etdilər. 


 
240 
 
1055-ci il
 
Sultan  I  Toğrul  Bağdada  yürüş  etdi.  Abbasilər  xilafəti  səlcuq  türklərindən  asılı 
vəziyyətə düşdü. 
1063-1072-ci illər
 
 
Alp Arslanın hakimiyyəti. 
1071-ci il  26 avqust
 
Səlcuqlarla Bizans arasında Malazgird döyüşü baş verdi. 
1072-1092-ci illər
 
I Məlikşahın hakimiyyəti. 
1118-1157-ci illər
 
Sonuncu Səlcuq hökmdarı Sultan Səncərin hakimiyyəti. 
1157-ci il
 
Səlcuq imperiyası süqut etdi.  
*** 
IV əsr
   
 
 
Hindistanda Qupta sülaləsi hakimiyyətə gəldi. 
IV-V əsrlər
 
Hindistanda Qupta sülaləsinin hakimiyyəti dövrü «Hindistanın qızıl əsri». 
V əsrin sonları
 
Qupta hökmdarları Ağ hun imperatorluğundan asılı vəziyyətə  düşdülər. Qupta 
dövləti parçalandı. Hindistanda Xarşa dövləti yarandı. 
VI-XIII əsrlər
 
Hindistanda feodal dağınıqlığı dövrü. 
VIII əsrin əvvəllləri
 
 Ərəblər  Hindistana  yürüş  etdilər.  Hindistanda    Mənsurə  və  Multan  əmirlikləri 
yarandı. 
XI əsrin əvvəlləri
 
Qəznəvi  hökmdarı  Sultan  Mahmud  Hindistana  yürüş  etdi.  Hindistanın  Kəşmir, 
Pəncab və Qucarat əyalətlərini Qəznəvilər dövlətinin tərkibinə qatıldı. 
1206-cı il
 
Qütbəddin Aybək tərəfindən Hindistanda Dehli sultanlığının əsasını qoydu. 
1206-1526-cı illər
 
Dehli sultanlığının mövcud olması dövrü. 
1211-ci il
 
Dehli sultanlığında Şəmsiyyə sülaləsi hakimiyyətə gəldi. 
1211-1236-cı illər
 
Eltutmuş xanın hakimiyyəti dövrü. 
1236-1240-cı illər
 
Raziyyə sultanın hakimiyyəti dövrü. 
1526-cı il
 
Babur şahla Dehli sultanı arasında döyüş baş verdi. Babur şah qalib gələrək Aqra 
şəhərini tutdu və Dehli sultanlığının varlığına son qoyaraq onun yerində Böyük 
Moğol imperatorluğunu yaratdı. 
1526-1858-ci illər
 
Böyük Moğol imperatorluğunun mövcud olması dövrü. 
1556-1605-cı illər
 
Əkbər şahın  hakimiyyəti dövrü. 
*** 
XII əsr
 
Monqol  tayfaları  arasında  qəbilə  münasibətləri  dağılmağa  başladı  və  feodal 
münasibətləri, hərbi təşkilatlar olan ordular - birləşmələr yarandı. 
1206-cı il
 
Onon qurultayı çağırıldı. Monqol dövləti yaradıldı, Temuçin böyük xan - xaqan 
seçildi və Çingiz adlandırıldı. 
1207-ci il
 
 
Çingiz xan qalibiyyətli hərbi yürüşlərə başladı. 
1207-1211-ci illər
 
 
Çingiz xan qırğız, merkit, uyğur və buynak tayfalarını tabe etdi. 
1211-ci il
 
 
Çingiz xan Şimali Çinə yürüş etdii. 
1215-ci il
 
Çingiz xan Pekin şəhəri  tutdu və bütün Şimali Çinin işğalını başa çatdırdı. 
1219-1221-ci illər
 
Çingiz xan  Otrar, Buxara, Səmərqənd, Üzgənc və Mərv şəhərlərini ələ keçirdi. 
Mərkəzi Asiya monqollar tərəfindən işğal olundu. 
1220-1222-ci illər
 
 
Şimali İran və Cənubi Qafqazı monqol işğalına məruz qaldı. 
1227-ci il
 
 
Çingiz xan vəfat etdi. Ugedey böyük xaqan oldu. 
XIII əsrin 40-cı illəri
 
Monqollar  Şərqi  Avropaya  yürüş  etdilər.  Rus  knyazları  monqollardan  vassal 
asılılığına  salındı.  Şərqi  Avropada  Batı  xan    tərəfindən  Qızıl  Ordu  dövlətinin 
əsası qoyuldu. 
1256-cı il
 
 
Hülakü xan Azərbaycan və İranı ələ keçirdi. 
1258-ci il
 
Hülakü  xan  Bağdadı  ələ  keçirdi.  Abbasilər  xilafətinin  varlığına  son  qoyuldu. 
Beşinci monqol ulusu - Hülakü dövləti yarandı. 
1258-1357-ci illər
 
Hülakülər dövlətinin mövcud olması dövrü. 
XIII əsrin ikinci yarısı
   
Monqol dövlətində mərkəzi hakimiyyətə tabe olmamaq meylləri gücləndi. 
1264-cü il
 
 
Monqol dövlətinin paytaxtı Qaraqorumdan Pekinə köçürüldü. 
XIII əsrin sonları
 
 
Qızıl Ordu dövləti ilə Monqol imperatorluğu arasında əlaqələr tamalilə kəsildi. 
XIV əsrin əvvəlləri
 
 
Monqol dövləti  parçalandı və ərazisində ayrı-ayrı dövlətlər yarandı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə