Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə119/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   120

 
251 
 
1649-1653
 
 
İngiltərədə Respublika idarə üsulunun  mövcud olduğu dövr. 
1649-cu il, avqust
 
Kromvel  İrlandiyaya  canişin  təyin  olundu.  İrlandiya    parlamenti  buraxıldı  və 
İrlandiya İngiltərə Respublikasına birləşdirildi. 
1653-cü il
  
İngiltərədə  əksinqilabi  dövlət  çevrilişi  baş  verdi.  «Uzunmüddətli  parlament»in 
fəaliyyətinə,  Respublikaya  və  inqilaba  son  qoyuldu.  Kromvel    lord-protektor  
elan olundu. 
1653-1658-ci illər
 
İngiltərədə Oliver Kromvelin Lord-protektorluğu (hərbi diktaturası) dövrü. 
1653-1660-cı illər
 
 
İngiltərədə Lord- protektorluq dövrü. 
1658-ci il
 
 
Oliver Kromvel vəfat etdi. Riçar Kromvel lord-protektor elan edildi. 
1660-cı il
 
İngiltərədə  dövlət  çevrilişi  baş  verdi.  Şotlandiyadakı  ordu  generalları  Londonu 
tutaraq İngiltərə parlamentini buraxdılar. 
1660-cı il
 
II Karl kral elan edildi.  İngiltərədə Sütüartlar sülaləsinin hakimiyyəti və məhdud 
monarxiya rejimi bərpa (restavrasiya) edildi. 
1660-1688
 
 
İngiltərədə Stüartlar sülaləsinin bərpası - restavrasiyası dövrü. 
1660-1685-ci illər
 
 
II Karlın hakimiyyət illəri. 
1685-1688-ci illər
 
 
II Yakvun hakimiyyət illəri.    
1688-ci il
 
İngiltərədə  dövlət  çevrilişi  baş  verdi.  Parlament  kral  II  Yakvu  hakimiyyətdən 
uzaqlaşdırdı  və    Hollandiya    hakimi,  II    Yakovun  qızı  -  Mariyanın  əri  Oranlı 
Vilhelmi    hakimiyyətə  gətirdi.  İngiltərədə  parlamentlə  kral  arasında 
qarşıdurmaya son qoyuldu. 
1689-1702-ci illər
 
 
Mariya və Vilhelmin  birlikdə İngiltərə krallığını idarə etdiyi dövr. 
1689-cu il
 
İngiltərə parlamenti tərəfindən ―Hüquqlar haqqında bill‖ qəbul edildi. 
XVII əsr
 
 
İngiltərə Yamayka və  Portuqaliyanı özündən asılı vəziyyətə saldı. 
1702 -1707-ci illər
 
 
Kraliça Annanın hakimiyyəti dövrü. 
1707-ci il
 
Şotlandiya  və  İngiltərə  parlamentləri  birləşərək  Böyük  Britaniya  krallığını 
yaratdılar. İngiltərə Böyük Britaniya adlanmağa başladı. 
XVIII əsr
 
İngiltərə  ilə  Fransa  arasında  «ikinci  yüzillik  müharibə»  baş  verdi.  İngiltərə 
Kanadanı və Benqaliyanı  ələ keçirdi.    
1771-ci il
 
 
Riçard Arkrayt tərəfindən  İngiltərədə ilk fabrik işə salındı. 
1784-cü il
 
Ceyms  Uatt    tərəfindən  buxar  maşını  yaradıldı.  İngiltərədə  manufakturadan  
fabrikə  keçid  - sənaye çevrilişi baş verdi. 
XVIII əsrin 70-ci illəri
 
Böyük Britaniya Dünyada birinci sənaye dövləti oldu və iqtisadiyyatında aparıcı 
rol fabrik-zavod sənayesinə keçdi. 
XVIII əsrin sonları
 
İngiltərədə aqrar çevriliş baş verdi. 
XVIII əsr
 
İngiltərədə  sənayedə  mühüm  kəşflər    və  ixtiralar  baş  verdi.    Con  Key  sürətli 
məkik,    Ceymis  Harqrivs  mexaniki  cəhrə,  Edmund  Kartrayt  mexaniki  toxucu 
dəzgahı  ixtira etdi. 
XVIII əsrin sonları
 
İngiltərə  parlamenti    tətilləri  və  fəhlələrin  həmkarlar  birliklərini  qadağan  edən 
qanun qəbul etdi. 
*** 
XVII əvvəlləri
 
 
Şimali Amerikada ilk ingilis koloniyası salındı.  
1607-ci il
 
Şimali  Amerikada  ilk  ingilis  koloniyası  olan  Virciniya  koloniyasının  əsası 
qoyuldu. 


 
252 
 
1619-cu il 
Amerikaya Hollandiya gəmisi ilk qaradərili afrikalıları gətirdi.
 
1630-cu il
 
Massaçusets körfəzi sahillərində  ―Yeni İngiltərə‖  koloniyasının əsası qoyuldu.
 
XVII-XVIII əsrlər
 
 
Avropalılar tərəfindən Amerikada bütün hindu qəbilələri məhv edildi. 
XVII əsrin 30-cu illəri
 
İngiltərə  hökuməti  koloniyalara  yeni  ərazilərə  köçməyi  və  torpaqlar  tutmağı 
qadağan etdi. 
1763-cü il
 
 
İngiltərə kralının fərmanı ilə kolonistlərə qərbə köçmək qadağan edildi. 
1773-cü il
 
 
«
Boston çay məclisi
»
 baş verdi. 
1775-ci il,  19 aprel
 
 
Şimali Amerikada İstiqlaliyyət müharibəsi başladı. 
1775-1783-cü illər
 
Şimali Amerikada İstiqlaliyyət müharibəsi baş verdi. 
1775-ci il,  may
 
Filadelfiyada  ikinci kontinental Konqres  açıldı. 
1776-cı il,  4 iyul
 
ABŞ-da 
«İstiqlaliyyət Bəyənnaməsi»
  qəbul edildi. 
1776-cı il,  mart
 
 
Corc Vaşinqton  ordusu Boston limanını ingilislərdən azad etdi. 
1777-ci il, may
 
İngilislər Filadelfiyanı tutdu. İstiqlaliyyət müharibəsinin gedişində ordu və xalq 
çətinliklərlə üzləşdi. 
1777-ci il,   oktyabr
 
İstiqlaliyyət  müharibəsinin  gedişində  dönüş  baş  verdi.  İgilislər  hərbi 
əməliyyatları cənuba keçirməyə məcbur oldular. 
1778-ci il
 
 
ABŞ Konqresi Bencamin Franklini Avropaya göndərdi. 
1781-ci il,  oktyabr
 
Yorktaun döyüşü.  Corc  Vaşinqtonun orduları  ingilisləri  təslim olmağa    məcbur 
etdi. 
1783-cü il
 
ABŞ-la İngiltərə arasında Versal  sülhü imzalandı. İstiqlaliyyət müharibəsi başa 
çatdı. 
1789-cu il
 
ABŞ  Konstitusiyası  qəbul  edildi.  ABŞ-da    ilk  prezident  seçkiləri  və  Konqresə 
seçkilər seçirildi. 
1789-1797-ci illər
 
 
Corc Vaşinqtonun prezidentliyi dövrü. 
1791-ci il
 
ABŞ Konstitusiyayasına «Hüquqlar haqqında bill» adlanan ilk  düzəliş edildi. 
*** 
XVIII  əsr
 
Fransa burjua inqilabının müjdəçiləri  olan maarifçilərin fəaliyyəti dövrü. 
1751-ci il
 
Fransada ―Elm, incəsənət və sənətlər ensklopediyası‖ nəşr olunmağa başladı. 
1756-1763-cü illər
 
Fransa  və  İngiltərə  arasında  «yeddiillik»  müharibə  baş  verdi.    Fransa  məğlub 
olaraq Kanada və Benqaliya kimi müstəmləkələrini itirdi. 
1789-cu il,  5 may
 
Versalda Baş ştatların təntənəli açılışı oldu. 
1789-cu il,  17 iyun
 
 
Üçüncü silkin nümayəndələri özlərini Milli Məclis  elan etdilər. 
1789-cu il,  14 iyul
  
 
Bastiliya qalası  xalq tərəfindən tutuldu. Fransa burjua inqilabı başladı. 
1789-1794-cü illər
 
 
Fransa burjua inqilabının baş verdiyi dövr. 
1789–cu il
 
Fransada 
«İnsan və vətəndaş hüquqları Bəyannaməsi»
 qəbul olundu. 
1791-ci il,  sentyabr
 
Fransanın ilk  konstitusiyası qəbul olundu. 
1792-ci il,  fevral
 
 Avstriya ilə Prussiya Fransa inqilabına qarşı birinci əksinqilab koalisiya  (ittifaq) 
yaratdı. Fransaya qarşı hərbi müdaxilə başlandı. 
1792-ci il, 10 avqust
 
Fransada monarxiya idarə üsulu süqut etdi. 
1792-ci il,  20 sentyabr
 
Valmi döyüşü. Fransızlar  Prussiya qoşunlarını məğlub etdi. 
1792-ci il,  21 sentyabr
   
Milli Konvent tərəfindən Fransada kral hakimiyyəti ləğv edildi. 
1792-ci il  22 sentyabr 
 
Fransa respublika elan edildi. 
1792-1804-cü illər
 
 
Fransada Birinci Respublikanın mövcud olduğu dövr. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə