Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə103/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   120

 
218 
 
 
Rusiya mədəniyyəti 
Başqa  ölkələrdə  olduğu  kimi,  Rusiyada  da  baş  verən  siyasi  və  iqtisadi 
dəyişikliklər  mədəniyyətin  inkişafına  öz 
təsirini  göstərirdi.  Yenidən  qurulan  təhsil 
sistemində dəqiq elmlərin tədrisinə önəm verilirdi. 
XVIII əsrin əvvəllərində Moskvada naviqasiya, artilleriya, mühəndislik və tibb 
məktəbləri açıldı. 1715-ci ildə Rusiyada Peterburq Dəniz Akademiyası yaradıldı. 
1725-ci ildə Peterburq Elmlər Akademiyası fəaliyyətə başladı. Bu, rus elminin 
və mədəniyyətinin bu dövrdəki ən böyük nailiyyəti idi. 
XVIII əsrdə yaşamış dahi alim M.Y.Lomonosovun Rusiya elminin inkişafında 
müstəsna  xidməti  olmuşdur.  O,  üzvi  və  fiziki  kimyanın  yaradıcısı,  ilk  kimya 
laboratoriyasının  təşkilatçısı  idi.  1755-ci  ildə  Moskva  Universitetinin  əsasını  da 
Lomonosov qoymuşdu.  
Dövrün  hadisələri  tarixi  əsərlərdə  öz  əksini  tapmışdı.  Bu  dövrdə  beşcildlik 
Rusiya tarixi yazılmışdı. D.Fonvizin və N.Karamzin dövrün tarixçiləri idilər. 
Tanınmış ədib olan A.Radişşev «Peterburqdan Moskvaya səyahət» əsərində 
Rusiyadakı təhkimçilik qaydalarını çox cəsarətlə tənqid edirdi. 
1702-ci ildə Moskva teatrı açıldı. 
V.Bajenov,  M.Kazakov  məşhur  memarlar,  D.Levitski  və  V.Borovikovski 
görkəmli  rəssamlar  kimi  tanınırdılar.  V.Bajenov  Moskvada
  Paşkovun  evini
M.Kazakov  isə  Moskva  Universitetinin  köhnə  binasını  və  Kremldəki  senatı  inşa 
etmişdi.  Bu  dövrün  ən  məşhur  memarlıq  abidələri  sırasında  Moskvadakı  Lefort 
sarayının və Peterburqdakı Petropavlovski kilsəsinin adı fəxrlə çəkilir. 
Bu  dövrdə  Rus  coğrafiyaçıları  Kuril  adalarını  və  Alyaska  yarımadasını  kəşf 
etdilər. 
 
  
 
           Nikolay Karamzin (1781-1826)                   Aleksandr Radişev (1749- 1802) 
 
 
 
M.Kazakov tərəfindən tikilmiş Moskva Universitetinin köhnə binası. Əsas  korpus. 
 
 
Əsası  1755-ci  ildə  qoyulan  Moskva  Dövlət  Universiteti  (MDU)  Rusiyanın  ən  böyük  ali  məktəbidir.  
Universitetin 40 fakultəsi, çox sayda xarici ölkədə filial var. Universitetdə 33 min tələbə, 5 min aspirant, doktorant, 
tədqiqatçı  və  10  min  hazırliq  şöbəsinin  dinləyicisi,  ümumilikdə  50  min  nəfərə  qədər  insan  təhsil  və  elmlə  məşğul 
olur. 1812-ci ildə Napoleonun Rusiyayaуa hücumu zamanı Universitetin  kitabxanası, arxivi, muzeyi, elmi təchizatı  
məhv  oldu.  Çətin  vəziyyətə  baxmayaraq,  professor  və  tələbələr  1813-cü  ilin  1  sentyabrında  yenidən  dərslərə 
başladılar.  Zaman keçdikcə  universitetin  tələbələrinin  sayı  artdı.   Odur ki,  MDU-nun  36  mərtəbəli   əsas korpusu 
inşa olundu.  Tikinti vaxtı bu tikili Avropada  ən hündür bina sayılırdı.  Binada ilk dərslər 1 sentyabr 1953-сü ildə 
başlandı. 
 
Denis Fonzivin 
( 1745-1792) 
 
 
Mixail Lomonosov 
(1711- 1765) 
 
 
D.Levitski (1732-1822) 
 
 
V.Borovikovski  
(1757-1825) 
 


 
219 
 
 
 
 
 
V.Bajenov (1738-1799) tərəfindən inşa edilmiş Paşkovun evi və  Kreml senatı  (Moskva) 
 
 
 
Lefort (həmçinin Menşnikovun evi kimi tanınır) sarayı (Moskva) 
 
 
 
Peterburqdakı Petropavlovski kilsəsinin müxtəlif  prizmalardan görünüşü 
 
Amerika mədəniyyəti 
Avropalıların  Şimali  Amerikada  yaratdığı  koloniyalar  Avropa  mədəniyyətini  bura  gətirməklə  yanaşı,  ona 
fərqli çalarlar verdi. XVII əsrin birinci yarısında Peruda yeni şəhərlər salındı. Kusko və Limada ispan üslubunda 
kilsələr  tikildi.  XVII  əsrin  görkəmli  hindu  memarı  X.T.Tuypi-Tupak  Limadakı  teatr  binasını  tikmişdi. 
Ümumiyyətlə,  XVII-XVIII  əsrlərdə  Meksikada  memarlıq  və  şəhərsalma  sürətlə  inkişaf  edirdi.  Memarlıqda 
barokko üslubu üstün idi. XVII əsrdə inşa edilmiş Milli saray dövrün ən yaxşı memarlıq abidələrindəndir. 
XVII əsrin əvvəllərində La- Pasda teatrın açılışı oldu. 
XVIII əsrdə ölkənin musiqi həyatında əvvəl ispan, sonra isə italyan operaları başlıca rol oynadı. Meksikada 
teatr sənətinin əsasını qədim hindu dini mərasimləri təşkil edirdi. 1670-ci ildə Mexikoda ilk kütləvi teatr tamaşası 
göstərildi. Sonra başqa şəhərlərdə də teatrlar fəaliyyətə başladı. 
XVIII əsrdə tikilmiş memarlıq abidələri sırasında Potosi kilsəsi xüsusi diqqət çəkir. 
XVII  əsrin  əvvəllərində  əsası  qoyulan  Harvard  Universiteti  XVIII  əsrin  başlanğıcına  qədər  Amerikada 
yeganə ali məktəb idi. 
XVIII  əsrdə  Şimali  Amerikada  elmin  görkəmli  nümayəndələrindən  biri  kimi  tanınan  məşhur  siyasi  xadim 
Bencamin Franklin, həmçinin elektrik sahəsinə aid bir çox tədqiqatların müəllifi idi. O,  1727-ci ildə Filadelfiyada 
elm həvəskarlarının klubunu yaratmışdı. 
1751-ci ildə ABŞ-da teatr yaradıldı və həmin əsrin ikinci yarısında milli dramaturgiya formalaşdı. 
 


 
220 
 
 
 
Harvard Universiteti 
 
 
Harvard Universiteti  ABŞ-ın və dünyanın ən məşhur universitetlərindən biridir. Universitet müstəmləkəçilərın 
Amerika  qitəsinə  gəlişindən  az  sonra,  1636-cı  ildə  yaradılmışdı.  Kollec  ingilis  missioneri  və  xeyriyyəçisi Con 
Harvardın  şərəfinə  onun  adı ilə  adlandırılıb.  Massaçusets ştatının Kembric şəhərində  yerləşən  universitetin  sahəsi 
154  hektarlıq  ərazini  əhatə  edir.  Harvard  Universitetinin  kitabxanası dünyanın  ən  böyük  özəl  kitabxanasıdır.  
Harvard Universitetinə qəbul qaydaları çox sərtdir və qəbul olmaq üçün sənədlərini təqdim edənlərin yalnız 20%-ə 
qədəri Harvard tələbəsi adına yiyələnmək şansı qazanır. Qəbul imtahanları 2 mərhələdə (test və müsahibə) aparılır. 
Hesab  olunur  ki,  Harvardın  məzunu,  eyni  zamanda  bir  neçə  karyera  qurmaq  və  hər  yerdə  özünü  yüksək  ixtisaslı 
mütəxəssis kimi təqdim etmək imkanına malikdir. Harvard Universitetini çox sayda dünya şöhrətli şəxslər bitirib. Bu 
universitetin  məzunlarından  biri  də Microsoft şirkətinin  yaradıcısı Bill  Qeytsdir.  O,  Harvardın  diplomunu 
universiteti 2 il oxuyub yarımçıq qoyduqdan düz 32 il sonra  -  2007-ci ildə alıb. Universitetin hazırkı büdcəsi 34,9 
milyard ABŞ dollarıdır ki, bu da bir çox ölkələrin büdcəsindən dəfələrlə çoxdur. 
 
 
 
 
                                          
   
                                                       Milli saray (Meksika) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Barokko üslubunda 
tikilmiş Potoisi kilsəsi 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə