Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə102/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   120

 
216 
 
 
Edvard Cenner görkəmli ingilis alimi, həkimi olmuşdur. Edvard Cennerə bir dəfə çiçək 
xəstəliyinə  tutulanların  qovuqcuğundan  çiçək  əleyhinə  vaksin  kimi  istifadə  edilməsinin 
effektli olması haqqında məlumat vermişdilər. Odur ki, Cenner çiçək xəstəliyinə yoluxmuş 
inəyin  süd  vəzisinin  qovuqcuğundan  maye  götürüb,  8  yaşlı  oğlanın  əlinə  dəri  altına 
yeritmişdir.  Peyvənd  edildikdən  7  gün  sonra  oğlanda  qoltuq  altında  ağrılar,  yüngül 
qızdırma  və  baş  ağrısı  müşahidə  edilsə  də  sonrakı  gün  həmin  uşaqda  xəstəlik  əlamətləri 
müşahidə  edilmədi.  Beləlikə,  ilk  dəfə  Cenner  tərəfindən  yüksək  effektə  malik  vaksin 
yaradıldı.  Bundan  sonra  Londonda  çiçək  peyvəndi  məntəqələri  açıldı.  Edqar  Cenner 
Londonun fəxri vətəndaşı adı aldı. Rusiyada İmperator I Aleksandrın xanımı II Elizabet bu 
üsulun əhali arasında geniş tətbiq edilməsi barədə göstəriş vermişdir.  
 
 Molyer böyük  Fransa  komediya  yazarı,  Fransa  və Qərbi  Avropa ədəbiyyatında  klassik 
komediya  janrının  banisi  idi.  Dünya  dramaturgiyasının  şah  əsərləri  sayılan  “Tartüf”, 
“Kişilərə  ibrət  dərsi”,  “Qadınlara  ibrət  dərsi”,  “İstəksiz  nikah”,  “Zorən  təbib”, 
“Mizantrop”  və  s.  komediyalarının  bir  çoxu  Azərbaycanda  da  səhnəyə  qoyulmuşdur.  Bu 
komediyalarda  feodal-dvoryan  təbəqələri  kəskin  satira  atəşinə  tutulur.  “Xəsis”,  “Skapenin 
kələkləri”, “Jorj Danden və yaxud aldadılmış ər”, “ Don Juan və yaxud daş qonaq” və bir 
çox  digər  əsərləri  onun  şah  əsərləridir.  Aktyorluq  və  ədəbi  yaradıcılığın  vəhdəti  prinsipinə 
axıradək  sadiq  qalan  Molyer  səhnədə  xəstə  halda  Arqan  rolunu  ifa  etdiyi  “Zorən  xəstə” 
komediyasının  tamaşasından  bir  neçə  saat  sonra  şiddətli  öskürmə  nəticəsində  venalarının 
partlamasından vəfat etmişdir. 
 
Fridrix  fon  Şiller   -  alman  şairi,  filosof  və  dramaturqu  olmuşdur.  Şiller  ömrünün  son 
illərində Yohann  Volfqanq  Höte ilə  çox  məhsuldar,  lakin  bir  qədər  mürəkkəb  dostluq 
münasibəti  qurur.  Bu  yaradıcılıq  münasibətləri  iki  dahi  ədibin  öz  estetik  dünya  görüşlərini 
müzakirə və mübadilə etməsinə, Hötenin yarımçıq buraxdığı bir çox əsərlərini tamamlamasına 
imkan  yaradır.  Bu  ədəbi-fəlsəfi  münasibətlər  sonralar  alman  ədəbiyyatında Veymar 
klassisizmi adlanacaq bir dövrün əsasını qoyur. Şiller Höte ilə birgə estetik dünya görüşlərinə 
düşmən kəsilmiş filosoflara cavab olaraq “Yadlar” (“Die Xenien”) adlı qısa, lakin çox kəskin 
satirik poemalar məcmuəsini yazır. 
 
 
 
 
İohann  Sebastyan  Bax -  dahi  alman  bəstəkarı  və  musiqiçisi,  Barokko  dövrünün  ən 
görkəmli nümayəndəsi olmuşdur. Bax mindən artıq musiqi əsəri yaratmışdır. Yaradıcılığında 
opera  istisna  olmaqla,  o  dövrün  bütün  məlum  musiqi  janrlarına  müraciət  etmiş  bəstəkar 
intellektual  zənginliyi,  texniki  mükəmməlik  və  bədii  gözəlliyi  ilə  seçilən  əsərləri  ilə  Barokko 
musiqisinin inkişafına əvəzsiz töhfələr vermişdi. 
 
 
 
 
Volfqanq Amadey Motsart dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu 
nümayəndələrindən  biri  idi.  Motsart  bəstəkarlıqla  yanaşı,  eyni  zamanda  mahir  skripkaçı 
və dirijor   olmuşdur.  Müasirlərinin  dediyinə  görə  dahi  bəstəkar  qeyri-adi  musiqi  duyumu, 
eşitdiyi musiqiləri yadda saxlama və improvizə etmə kimi fenomenal qabiliyyətlərə malik idi. 
Yaratdığı  600-dən  çox  əsəri  simfonik, konsert,  kamera, piano, xor kimi  klassik  musiqi 
janrlarının  ən  yüksək  zirvələrində  dayanır  və  dünyanın  ən  nüfuzlu  orkestrlərinin  konsert 
repertuarlarının ayrılmaz parçasını təşkil edir. 
 
 
 
 
 
 
 
Cenner (1749-1823)
 
Molyer (1622-1673) 
 
 
 
 
Şiller (1759-1805)
 
 
I.Bax (1685-1750) 
 
Motsart (1756-1791) 
 
 
 
 


 
217 
 
 
Jak-Lui David (1748 -1825). «Marat» və «Brut» əsərləri. 
 
Jak-Lui David Neoklassik sənət tarixinin ən əhəmiyyətli rəssamlarından biri idi. David, Fransa
 
inqilabının  aktiv  bir  dəstəkçisi  və    Fransa  Respublikasının  bir  sənət  diktatoru  olmuşdur. 
Robespiyerin devrilməsinə görə həbsə girən David, Napoleon dövründə imperiya tərzini istifadə 
etmiş  və Venesiya rənglərinə  əhəmiyyət  vermişdir.  Onun  «Marat»,  «Brut»  və  digər  rəsmləri 
indiyədək muzeydə qorunub saxlanılır. 
 
 
 
Müqəddəs Pyotr kilsəsi (Roma) 
 
Təkrarolunmaz memarlığı ilə seçilən Müqəddəs Pyotr kilsəsi dünya əhəmiyyətli mühüm məbədlərdən biridir. 
Dünyanın  ən  böyük  kilsələrindən  biri  olan  və  60  min  nəfərlik  tutuma  sahib  kilsə  Roma  şəhərində  yerləşir. 
Kilsənin adı İsa Məsihin həvarisi ilk Roma Papası sayılan Pyotrla bağlıdır. Kilsə IV əsrin əvvəlində xristianlığı 
qəbul etmiş Roma imperatoru Konstantinin əmri ilə inşa olunmuşdur. Burada Müqəddəs Roma İmperiyasının 23 
imperatorunun tacqoyma mərasimi keçirilmişdir.  Məbəd istifadə olunduğu dövr ərzində demək olar ki, tamamilə 
dağılmışdı.  Nəticədə  Papa  II  Yuli  kilsənin  yerində  yenisini  inşa  etmək  qərarına  gəlmişdir.  Layihənin  müəllifi 
memar Donato Bramante olmuşdur. Əhali bu dəyişikliyə etiraz olaraq, memara “Dağıdıcı usta” adını vermişdir. 
İnşaat işləri yüz ilə yaxın davam etmişdir. Müxtəlif dövrdə inşaata Rafael və Mikelancelo kimi İntibah dövrünün 
dahi  sənətkarları  da  rəhbərlik  etmişlər.  XVII  əsrin  əvvəllərində  memar  Karlo  Maderno  layihəni  başa 
çatdırmışdır.  Məbədin beş qapısı vardır. Sağ tərəfdə olan ən sonuncu qapı “Müqəddəs qapı” adlanır və yalnız 
25 ildən bir açılır. Həmin vaxt üç dəfə səcdədən və zəng səsindən sonra ilk olaraq Papa kilsəyə daxil olur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə