Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə104/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   120

 
221 
 
 
T E R M İ N L Ə R 
 
- A - 
 
Ağsaqqal
 
Qədim dövrdə qəbilə icmasının başçısı. 
Ağsaqqallar Şurası
 
E.ə VIII əsrdə Afina şəhər dövlətini idarə edən ali orqan. 
«Ağıllı insan»
    
Təxminən 40 min il bundan əvvəl meydana gəlmiş  müasir insanlara bənzər adam.
 
Aqora
 
Qədim Afinada bazar meydanı. 
Aqrar çevriliş
 
Kənd  təsərrüfatında  muzdlu  əməyin  kütləvi  şəkildə  tətbiqi  nəticəsində  kapitalist 
münasibətlərinin bərqərar olması. 
Axeylər
 
Qədim yunan tayfalarından biri. Mikena mədəniyyətinin qurucuları hesab olunur. 
Akropol
 
Afinanın yuxarı şəhər adlanan hissəsi. 
Allah
 
Dünyanı idarə edən fövqəladə varlıqlardan ən qüdrətlisi, islamda tək olan Allahın adı. 
Amfiteatr
 
Qədimdə kütləvi tamaşa üçün nəzərdə tutulmuş tikili. 
Amfora
 
İki şaquli qulpu və dar ağzı olan gil qab. 
Amon
   
 
Qədim Misirdə baş allah və fironun havadarı hesab olunurdu. 
Antik
 
(latınca ―antikvitas‖) Qədim deməkdir  
Antik mədəniyyət
 
Qədim yunanların və romalıların mədəniyyəti belə adlanır. 
Antropogen
 
İnsanın ətraf mühitə təsiri nəticəsində yaranan dəyişiklik. 
Antropoloq
 
Antropologiya ilə məşğul olan (insan skletinə əsasən onu öyrənən) alim. 
Anaxaqanlıq
 
(matriarxat) İnsanların ana xətti ilə qohumluq əsasında birləşməsi. Üst Paleolitdən Erkən 
Tunc dövrünə qədər olmuş tarixi mərhələ. 
Arilər
 
E.ə II minillikdə Hindistana və İrana köçərək orada məskunlaşan tayfalar. 
Arxeoloq
 
Qazıntı işi aparan və maddi mənbələri öyrənən alim. 
Arxeologiya
 
 
Maddi mənbələr əsasında bəşəriyyətin tarixi keçmişini öyrənən elm. 
Armada
 
Böyük donanma deməkdir. 
Aristokratiya
 
 
(yunanca ―yaxşıların hakimiyyəti‖) Qədim Yunanıstanda adlı-sanlı adamlara verilən ad. 
Arşakilər 
 
Parfiyada hökmdar sülaləsi. E.ə. 250 - e. 224-cü illərdə hakimiyyətdə olmuşdur. 
Ataxaqanlıq
 
(patriarxat)  Təsərrüfatda,  ailədə  və  cəmiyyətdə  əsas  rolun  kişiyə  məxsus  olduğu  nəsli 
icma qaydası. Erkən Tunc dövründə meydana gəlmişdir. 
Atabəy
 
Səlcuq sultanlarının azyaşlı vəliəhdlərinin tərbiyəçisi və qəyyumları. 
Ateizm
 
(―allahsızlıq‖) hər cür dinləri və dini təsəvvürləri inkar edən dünyagörüşü sistemi. 
Attika
 
Orta Yunanıstanda, Afina şəhərinin yerləşdiyi tarixi vilayət. 
Aslanlar yuvası
 
Aşşur dövlətinin paytaxtı Nineviya şəhərinə verilən ad. 
Aullar
 
Mərkəzi Asiya xalqlarında obalara verilən ad. 
Aymaklar
 
 
Ayrı-ayrı təsərrüfat özəkləri olan aullara - obalara verilən ad. 
Avqust
 
Romada ―altıncı ay‖. Roma imperatoru Oktavianın şərəfinə adlandırılmışdı. 
 
 
- B - 
 
Bac
  
Sasanilər dövlətində sənətkar və tacirlərdən alınan vergi. 
«Bacarıqlı insan»
 
Əmək alətləri hazırlaya bilən ən qədim insan. Alt Paleolit dövründə meydana gəlmişdir. 
Babil
 
(şumer dilində ―Allahın qapısı‖) Fərat çayının orta axarında qədim şəhər. 
Bahadır
 
Monqollarda xan titulu daşıyan hərbi rəis, noyon. 
Bank
 
(italyanca  ―skamya‖,  ―idarə  stolu‖  deməkdir).  İlk  dəfə  1156-cı  ildə  İtaliyada,  Venesiya 
şəhərində meydana gəlmişdir. 
Bambuk
 
Qədim Çində yazı vasitəsi. 
Batır
 
Qazaxlarda igid və şücaətli adamlara verilən ad. 
Rokoko
 
 XVI-XVIII əsrlərdə Avropada məşhur olan bəzəkli memarlıq üslubu. 
Barbarlar
 
(latınca  ―yadellilər‖)  Qədim  romalılar  antik  mədəniyyətə  yabançı  olan  bütün  tayfa  və 
xalqları ―barbar‖ adlandırırdılar. 
Baskak
 
Monqol  və  Qızıl  Ordu  dövlətlərində  xanın  işğal  edilmiş  ərazilərindəki  xüsusi 
nümayəndəsi olub məhsul və pul vergilərini toplayırdılar. 


 
222 
 
Bədəvi
 
(ərəbcə  ―çöllülər‖)  Ərəbistan  yarımadasının  şimalında    yaşayan  köçəri  ərəblər,  səhra 
adamı. 
Bəngüdaşlar
 
 
Göytürklərdə xaqanların şərəfinə qoyulan daş heykəllər. 
Bidətçi
 
Dönük, mövcud kilsə təliminə qarşı çıxan, kafir. 
Bizans
 
Şərqi Roma imperiyası. 
I ictimai əmək bölgüsü
  Maldarlığın əkinçilikdən ayrılması. 
Bill
 
(ingiliscə) ―qanun‖, ―qanun layihəsi‖ deməkdir. 
Biy
 
Qazaxlarda ayrı-ayrı tayfalardan ibarət aulun başçısı. 
Biyar
 
Kəndlinin feodal və ya dövlətin nəfinə onların təsərrüfatında pulsuz işləməsi. 
Boqdıxan
 
Çində Mancur sülaləsindən olan hökmdarlara verilən ad. 
Boyar
 
Rus cəmiyyətində yüksək zümrə. 
Böyük Çin səddi
 
Çinin  şimalında  qala  divarı.  E.ə.  214-cü  ildə  imperator  Sin  Şixuandinin  əmri  ilə,  hun 
tayfalarının şimaldan hücumlarından qorunmaq məqsədi ilə ucaldılmışdı. 
Böyük İpək yolu
 
Mərkəzi  və  Ön  Asiyaya  Çindən  gələn  karvan  yolu.  E.ə.  II  əsrdə  Çində  Xan  sülaləsinin 
hakimiyyəti dövründə salınmışdır. 
Böyük yasa
 
Monqol dövlətində qanunlar məcəlləsi. 
Brahma
 
Qədim hindlilərdə baş allah, kainatın yaradıcısı. 
Brahmanlar
 
Qədim Hindistanda kahinlər kastası. 
Brümer
  
(fransızca) duman deməkdir. Fransa burjua inqilabı dövründə istifadə edilən təqvimdə 2-
ci ayın adıdır. 
Buddizm
 
Dünyanın  bütün  ölkələrində  davamçıları  olan  üç  dünyəvi  dindən  biri.  E.ə.  VI  əsrdə 
Hindistanda meydana gəlmişdir. 
Burjuaziya
 
 (fransızca)  kapitalist  cəmiyyətində  istehsal  alət  və  vasitələrinin  sahibi  olan  və  muzdlu 
əməyi istismar etməklə kapitalist gəliri əldə edən hakim sinif, azad bazar münasibətlərinə 
əsaslanan cəmiyyətdə sahibkarlar  zümrəsi.  
 
 
- C - 
 
Cagir
 
Böyük Moğol imperiyasında şərti torpaq mülkiyyət forması. 
Canişin
 
Şərqdə və Qədim Romada vilayət başçıları. 
Cəng arabası
 
Atlara qoşulmuş ikitəkərli yüngül araba. Qədim Şərqdə meydana gəlmişdi. 
Cəngavər
 
Qərbi Avropada atlı döyüşçü. 
Cihad 
 
İslam dininə əsasən vətənin istiqlaliyyətini qorumaq üçün aparılan müqəddəs müharibə. 
Cizyə
 
Xilafətdə müsəlman olmayanlardan, əsasən xristianlardan alınan can vergisi. 
 
 
- Ç -  
 
Çar
 
(latınca ―sezar‖) 1547-1721-ci illərdə Rusiyada dövlət başçısının daşıdığı rəsmi titulu. 
Çati
 
Qədim Misirdə fironun ən yaxın köməkçisi. 
Çek sistemi
 
Qiymətli kağızların tətbiqi sistemi. 
 
 
- D - 
 
«Daxmalı qullar»
 
Qədim  Romada quldarların  xırda torpaq sahəsi, əmək alətləri verdikləri  və daxma tikib, 
ailə qurmalarına icazə verdikləri qullar. 
Damba
 
Misirdə doğranmış  qamışla qarışıq gildən aşırım şəklində tökülmüş torpaq bənd. 
Danışan alət
 
Qədim Romada qullara verilən ad. 
Dastakert
 
(farsca)  Sasani  imperiyasında  feodalın  şəxsi  mülkiyyətində  olan  və  irsən  keçən  torpaq 
mülkiyyəti. 
Daosizm
 
Çində dini-fəlsəfi nəzəriyyə. 
Dehqan 
 
Sasanilər dövlətində xırda və orta feodallara verilən ad. 
Demetra
 
 
Qədim yunan mifologiyasında məhsuldarlıq və əkinçilik ilahəsi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə