Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə106/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   120

 
225 
 
Xalq tribunu
 
Qədim  Romada  plebeylərin  hüquqlarını  müdafiə  etmək  üçün  onlar  arasından  seçilən 
vəzifəli şəxslər. 
Xalqların böyük köçü
 
Hunların  və  digər  xalqların  qərbə  axını.  Hun  tayfalarının  qərbə  doğru  hərəkətiylə 
başlamışdı. 
Xarəzm
 
Orta Asiyada tarixi-coğrafi və Xarəzmşahlar dövlətinin yerləşdiyi ərazi. 
Xassə (xalisə)
 
Orta əsrlərdə Şərq ölkələrində və Azərbaycanda hökmda məxsus şəxsi torpaq mülkiyyəti. 
Xəlifə
 
Ərəbcə  ―müavin‖,  ―varis‖,  ―xələf‖  anlamını  verir.  Məhəmməd  peyğəmbərin  (s.ə.s.) 
vəfatından sonra Ərəb dövlətini  idarə edən hökmdar. 
Xərac 
 
(ərəbcə) Orta əsrlərdə İslam ölkələrində müsəlman əhalidən alınan əsas torpaq vergisi. 
Xilafət 
   
 
Ərəblərdə xəlifənin başçılıq etdiyi feodal dövləti. 
Xış
 
Bir cüt öküz qoşulan, ucluğu olan və iki nəfər tərəfindən idarə olunan şum aləti. 
Xış əkinçiliyi
 
Əsas əmək alətinin xış (kotan) olduğu əkinçilik növü. Erkən Tunc dövründə yaranmışdır. 
Xristianlıq
 
Dünyanın  bütün  ölkələrində  davamçıları  olan  üç  dünyəvi  dindən  (islam  və  buddizmlə 
yanaşı) biri.  Xristianlıq eramızın I  əsrində  Roma  imperiyasının şərqi  əyalətlərindən biri 
olan Fələstində meydana gəlmişdi. 
Xronologiya
 
Zaman haqqında elm, müxtəlif xalqlar tərəfindən vaxtın ölçülməsi üsullarını öyrənir. 
Xostak
 
(farsca) Sasani imperiyasında xidməti əvəzində dövlət tərəfindən müvəqqəti istifadə üçün 
verilən şərti torpaq mülkiyyəti. 
Xüms
 
(ərəbcə ―beşdə bir‖) Müxtəlif gəlirlərdən 1/5 ölçüdə ödənilən vergi. 
 
 
- İ - 
 
İbtidai icma cəmiyyəti
 
Bəşər  cəmiyyətinin  ilkin  inkişaf  dövrü.  İlk  insan  tipinin  yaranmasından  dövlətin 
yaranmasınadək mövcud olmuşdur. 
İcma
 
İnsanların kollektiv mülkiyyət əsasında istehsal vasitələrinə, digər əmlaka, eləcə də tam 
və ya qismən özünüidarəyə malik birlikləri. 
İcma kəndliləri
 
Qonşuluq icmasının üzvləri. 
İcma torpaqları
 
Xilafətdə  kəndlilərə məxsus torpaqlar (əkin yerləri, biçənəklər, otlaqlar və.s). 
İcarədar
 
Hər hansı bir əmlakı icarəyə götürən adam. 
İcarə
   
Torpaq və digər əmlak kirayəsi. 
İctimai əmək bölgüsü
 
Yalnız müəyyən bir peşə ilə məşğul olmaq. 
İdxal 
 
Daxili bazarda satmaq üçün başqa ölkələrdən əmtəə gətirilməsi. 
İxrac
   
Əmtəələrin xarici bazarda satılması üçün ölkədən xaricə aparılması. 
İqta
 
Xilafətdə hərbi və mülki xidmət müqabilində feodallara verilən şərti torpaq mülkiyyəti. 
II ictimai əmək bölgüsü
  Sənətkarlığın  əkinçilikdən  və  maldarlıqdan  ayrılması.  E.ə  III  minilliyin  sonu  -  II 
minilliyin əvvəllərində, Orta Tunc dövründə baş vermişdir. 
İlotlar (hilot)
 
Qədim  Spartanın  dorilər  tərəfindən  tabe  edilmiş  yerli  əhalisi.  Spartalılar  tərəfindən 
qullara verilən ad. 
İmperator
 
 (latınca "‖hökmdar‖) Qədim Romada ―Tam hakimiyyətə malik olan‖ şəxs. 
İmperiya
 
Başçısı imperator olan monarxiya dövləti. 
İnkvizisiya
 
Roma papası tərəfindən Orta əsrlər dövründə yaradılan kilsə məhkəməsi. 
İnqilab
 
Dövlətin  və  cəmiyyətin  həyatında  hakimiyyət  strukturlarının,  bütün  siyasi  sistemin 
kökündən və tamamilə dəyişdirilməsidir. 
İntibah
 
(ərəbcə  ―oyanma‖,  fransızca  ―dirçəliş‖)  Mərkəzi  və  Qərbi  Avropa  ölkələrində  ideya, 
mədəni və elmi inkişaf dövrü, orta əsrlər mədəniyyət və elmindən yeni dövr mədəniyyət 
və elminə keçid. 
İncil
 
 (yunanca  ―yevangeliye‖  –  ―müjdə‖,  ―xoş  xəbər‖)  Bibliyanın  eramızın  I  -  II  əsrlərində 
tərtib olunmuş bir hissəsi. Xristianlıq dininin müqəddəs kitabı. 
İrsi hakimiyyət
 
Hakimiyyətin atadan oğula, yaxud yaxın qohuma keçməsi. 
İndulgensiya
 
Günahların bağışlanması məqsədi ilə kilsə tərəfindən satılan pullu sənəd, ―cənnət qəbzi‖.  
İonik
 
 
 
Yuxarısında qoç buynuzuna bənzər qıvrım naxışlar olan sütun. 
İslam
 
Dünyanın bütün ölkələrində davamçıları olan üç dünyəvi dindən biri. Dinin ərəbcə adı - 
əl-islam ―özünü Allaha tabe etmək‖, ―itaət etmək‖ mənasını verir. 
İslam mədəniyyəti
 
Ərəblərlə birlikdə Xilafətə  daxil olan ölkələrin  yaratdıqları ortaq mədəniyyət. 


 
226 
 
İstehsal təsərrüfatı
 
İnsanların  təbiətin  yaratdığı  məhsulları  təkrar  istehsal  etməsi,  onların  əkinçilik  və 
maldarlıqla məşğul olması. 
İslahat
 
Mövcud  sosial  quruluşun,  ictimai  həyatın  bu  və  digər  tərəfinin  dəyişdirilməsi,  yenidən 
qurulması. 
İşğal
 
Hərbi qüvvələr vasitəsilə bir dövlətin və ya dövlətlərin digər dövlətin ərazisini tutması. 
 
 
- J - 
 
Jak 
 
 
(fransızca) kəndli deməkdir. 
Jirondistlər
 
Böyük Fransa  burjua  inqilabı dövründə  respublikanın ticarət,  sənaye  və  torpaq sahibliyi 
burjuaziyasını təmsil edən siyasi qrup. 
Juz
 
 
(qazaxça, hissə, tərəf) Qazax xanlığına daxil olan tayfa birliklərinin ərazisi. 
 
 
- K - 
 
Kalvinizm
 
Protestantlıqda  cərəyan.  Reformasiya  dövründə  İsveçrənin  Cenevrə  şəhərində 
yaradılmışdı.
 
Kapital
 
İlkin başlanğıcda gəlir gətirən istənilən əmlak. 
Kapitulyasiya
 
Xarici  təbəələrə  dövlətin  öz  vətəndaşlarından  daha  artıq  imtiyazlar  verən  qeyri-bərabər 
müqavilə. 
Karfagen
 
Afrikanın Aralıq dənizi sahilində finikiyalılar tərəfindən salınan ən iri koloniya. 
Katolik kilsəsi
 
(―umumdünya kilsasi‖) 1054-cü ildə kilsənin parçalanması nəticəsində yaranmışdı. 
Kasta
 
Qədim dövrdə Hindistanında hüquq və vəzifələri qəti müəyyənləşdirilmiş insan qrupu. 
Kavalerlər 
İngiltərədə vətəndaş müharibəsi dövründə (1642-1646) kral tərəfdarları.
 
Kəbə
 
İslamın Məkkədə daşdan tikilmiş kubşəkilli baş ziyarətgahı. 
Kiçiklər
 
Qədim Misirdə icma üzvü olan əkinçilər və maldarlar. 
Klassizm
 
Ən nümunəvi deməkdir. 
Kral
 
Krallığın dövlət başçısı, imperatordan sonra ali monarxiya titulu. 
Kommuna
 
Qərbi Avropada şəhərlilərin senyorlara qarşı mübarizə ittifaqı. 
Koalisiya
 
İttifaq, birləşmə deməkdir. 
Kolizey
 
Eramızın I əsrində  Romada inşa edilmiş və günümüzə qədər gəlib çatan amfiteatrdı. 
Kolonlar
 
Torpaq sahibinə icarə haqqı ödəyən azad icarədar kəndlilər. 
Koloniya
 
Bir xalqın yad ərazidə saldığı daimi yaşayış məskəni. 
Komediya
 
(yunanca ―şən sakinlər  mahnısı‖) Qədim Yunanıstanda gülməli səhnələr. 
Kompas
 
Quruda və dənizdə cəhətləri müəyyənləşdirmək üçün cihaz. 
Konsul 
 
(latınca ―müşavir‖) Respublika dövründə Qədim Romanı bir il idarə edən, müharibə vaxtı 
isə orduya komandanlıq edən şəxs. 
Kordova xilafəti
 
Pireney yarımadasında, paytaxtı Kordova şəhəri olan müsəlman dövləti. 
Kurqan
 
(türkcə ―torpaq təpə‖) Məzarın üzərinə torpaq tökülməsi  nəticəsində əmələ gəlmiş təpə. 
 
 
- Q -    
 
Qalxan pulu
 
XII-XIV əsrlərdə İngiltərədə II Henrixin keçirdiyi islahatlara əsasən əvvəllər kralın hərbi 
yürüşlərində iştirak etməyə məcbur olan cəngavərlər  tərəfindən məcburi hərbi xidmətdən 
azad edilmək məqsədi ilə verilən ödəniş. 
 «Qanlı şura»
 
(―qiyam işlərinə baxan şura‖) İspan kralı tərəfindən Niderland burjua inqilabını yatırmaq 
məqsədi ilə göndərilən hersoq Albanın Niderlandda yaratdığı fövqaladə məhkəmə. 
Qəza
 
Rusiyada yerli inzibati-ərazi vahidi, quberniyanın tərkib hissəsi. 
Çar qəzaları idarə etmək 
üçün boyar və zadəganlar sırasından voyevodalar təyin edirdi.
 
Qəbilə icması
 
Nəsli qəbilə. Qan qohumluğuna əsaslanan insan kollektivi. 
 Qırmızıqaşlılar
 
Yoxsul kəndlilərin və qulların Çində eramızın I əsrində baş vermiş üsyanı. 
Qızıl körpü
 
Erkən orta əsrlərdə Bizansın paytaxtı Konstantinopol şəhərinə verilən ad. 
Qiyam
 
Bir qrup qəsdçinin dövlət çevrilişi etmək cəhdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə