Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə98/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   120

 
208 
 
1799-cu il, 18 brümer  (9 noyabr) çevrilişi 
Direktoriyanın  hakimiyyəti  dövründə  Fransanın  daxili  vəziyyəti  qeyri-sabit  idi.  Ölkədə  iqtisadi  tənəzzülün 
qarşısını almaq mümkün olmadı. İşğalçı müharibələr ölkəyə baha başa gəlirdi. Xalq kütlələrinin güzəranı getdikcə 
pisləşirdi. İri burjuaziya Direktoriya hökumətini ölkədə qayda-qanun yarada bilməməkdə günahlandırırdı. Xüsusən 
demokratik  qrupların  güclənməsi  iri  burjuaziyanı  qorxudurdu.  Yeni  Yakobin  klubu  yaranmışdı.  Digər  tərəfdən  
royalistlər -  monarxiya  tərəfdarları  fəallaşmışdı.  İri  burjuaziya  isə  monarxistlərdən  və  demokratik  qüvvələrdən 
qorunmaq  üçün  möhkəm  hökumət  yaratmağa  çalışırdı. 
Direoktoriyanın  idarəçilikdəki  böhranı  şəraitdə 
burjuaziyanın  ümidi  general  Napaleon  Bonaparta  yönəlmişdi.
  Çevriliş  tərəfdarları  üçün  Napoleon  Bonapart  ən 
layiqli  namizəd  idi.  Müdaxiləçilərin  ölkədən  qovulmasındakı  xidmətləri,  İtaliya,  Misir  səfərləri  onun  şöhrətini 
artırmışdı.  Sui-qəsdçilər  məqsədlərinə  çatmaq  üçün  əvvəlcə  Napoleonu  Paris  qarnizonunun  komandanı  təyin 
etdirməyə nail oldular. 
Bundan sonra iri burjuaziya dövlət çevrilişi planını həyata keçirməyi Bonaparta həvalə etdi. 
1799-cu il noyabrın 9-da (brümerin 18-də) dövlət çevrilişini 
həyata  keçirmək  üçün  Bonapartın  qoşunları  tərəfindən  Qanunverici 
Korpusun  binası  tutuldu.  Əsgərlər  Qanunverici  Korpusun  iclas 
salonuna  soxuldular.  1799-cu il 18 brümer çevrilişi nəticəsində:
 

 
Direktoriya  buraxıldı  və  hakimiyyət  üç  konsula,  o 
cümlədən  Bonaparta  verilməsi  haqqında  qərar  qəbul 
edildi, Bonaparta birinci konsul rütbəsi verildi. 

 
Fransa  tarixində  yeni  dövr  -  Napalion  Bonapartın 
hərbi burjua diktaturası dövrü başladı. 

 
İri burjuaziyanın hərbi diktaturası  quruldu. 

 
Burjua əksinqilabı qəti qələbə qazandı. 
Çevrilişdən  sonar  hakimiyyət  üç  konsulun  əlinə  keçsə  də 
əslində, hakimiyyət Napoleonun əlində idi. 
QEYD:
 Diktatura idarə üsulu qurulması İngiltərədəki 1653-cü il tarixli dövlət çevrilişi ilə Fransadakı 1799-
cu il 18 brümmer dövlət çevrilişi arasındakı oxşar cəhət təşkil edir. 
 
 
 
İri burjuaziyanın diktaturası. Konsulluq dövrü (1799-1804) 
Fransada  Konsulluq    dövrü  1799-1804-cü  illəri  əhatə  edir.  Bu  dövr  həmçinin  Napalion  Bonapartın  Birinci 
konsulluğu dövrü də  adlanır.  Konsulluq  dövründə, 
1799-cu  il  dekabrın  24-də    plebissit  (ümumxalq  səsverməsi) 
yolu ilə Fransanın yeni Konstitusiyası qəbul edildi. 
Konstitusiyaya görə: 

 
Fransada yenə də respublika quruluşu zahirən saxlanıldı. 

 
Faktiki olaraq bütün hakimiyyət 10 il müddətinə seçilən üç konsula  verildi. 

 
Birinci  konsul  kimi  Napoleona  böyük  səlahiyyətlər  verildi  (O,  qanunvericilik    təşəbbüsü  ilə  çıxış  edə 
bilərdi). Napoleon Bonapart, həmçinin silahlı qüvvələrin ali baş komandanı idi. 

 
İkinci və üçüncü konsullar yalnız məşvərətçi səsə malik idilər  

 
Qanunverici  hakimiyyət  üç  orqan  -  Dövlət  şurası,  Tribunat    və  Qanunverici    korpus    arasında  
aşağıdakı kimi bölüşdürüldü: 

 
Dövlət şurası  -  qanun layihələrini hazırlayırdı

 
Tribunat - qanunları müzakirə edirdi

 
Qanunverici korpus - qanunları ya qəbul, ya da rədd edirdi
Konsulluq  dövründə Bonapart özünü ömürlük konsul elan etmişdi. 
Bu  isə  o  demək  idi  ki  Fransa  yeni  monarxiyaya  doğru  gedirdi.  Lakin  bu 
monarxiya feodal monarxiyası deyil, burjuaziyanın hakimiyyətini həyata 
keçirən  monarxiya  idi. 
Napoleon  Bonapart  özünü  ömürlük  konsul  elan 
etməklə monarxiya sisteminə doğru geriyə addım atmışdı.  
Konsulluq    dövründə
  ölkədə  əvvəllər  qəbul  edilmiş  əksər 
azadlıqlar, o cümlədən mətbuat azadlığı ləğv edilmişdi.  
1794-cü il
 
9 termidor çevrilişinin nəticələri
 
1799-cu il 18 brümer çevrilişinin nəticələri 
 

 
Yakobin diktaturasına son qoyuldu. 

 
Fransa burjua inqilabı başa çatdı. 

 
Fransada iri burjuaziya hakimiyyətə gəldi. 
 

 
Hakimiyyət üç konsula  verildi. 

 
İri burjuaziyanın hərbi diktaturası  yaradıldı. 

 
Bonapartın hərbi diktaturası dövrü başladı. 
 
 
 
1799-cu il 18 brümer (9noyabr) çevrilişi 
 
 


 
209 
 
Əgər  inqilab  ərəfəsində  burjuaziya  katolik 
kilsəsinə  mənfi  münasibət  bəsləyirdisə,  Konsulluq 
dövründə  isə  əksinə  olaraq  kilsə  ilə  ittifaqa  can  atırdı. 
1801-ci  ildə    Nopalion  papa   VII  Piy  ilə  saziş  bağladı. 
Bu  sazişə  görə 
xristian  dininin 
katolik  məzhəbi  əksər 
fransızların dini 
kimi qəbul edildi. Bununla da, katolik 
kilsəsi  Napoleonun  idarə  üsulunu  möhkəmləndirən 
vasitəçiyə çevrildi. 
 
 
 
 
 
 
 
Fransa  Konstitusiyaları 
 
1791-ci il  Konstitusiyası 
1795-ci il Konstitusiyası 
1799-cu il Konstitusiyası 

 
Fransa  konstitusiyalı  monraxiya 
elan edildi. 

 
Kral 
icraedici 
hakimiyyətin 
başçısı  elan  olunurdu  və  nazirləri 
vəzifəyə təyin etmək hüququ aldı. 

 
Nazirlər  ancaq  kral  qarşısında 
məsuliyyət daşıyırdılar. 

 
Ali  qanunvericilik  hakimiyyəti 
Qanunverici Məclisə  verilirdi. 

 
Əhali  tərəfindən  seçilən  Andlılar 
məhkəməsi yaradıldı. 

 
Yalnız  mülkiyyəti  olan  adamlara 
seçki hüququ verildi. 

 
Daxili  gömrükxanalar  və  sexlər 
ləğv  edildi.  Vahid  metrik  sistem 
yaradıldı. Fransa inzibati cəhətdən 
departamentlərə bölündü. 

 
Fransada respublika 
quruluşunu saxlanıldı. 

 
Ümumi seçki hüququ ləğv 
edildi. 

 
Yakobinçilər  tərəfindən 
ləğv  edilən  əmlak  senzi 
bərpa  olundu  (seçicilər 
üçün  əmlak  və  yaş  senzi 
qoyuldu). 

 
Ali qanunverici 
hakimiyyət iki palatadan 
ibarət olan Qanunverici 
Korpusa verildi. 

 
İcraedici  hakimiyyət  beş 
direktordan  ibarət  olan 
Direktoriyaya 
həvalə 
edildi. 
 

 
Fransada  respublika  quruluşu  
saxlanıldı. 

 
Faktiki  olaraq  bütün  hakimiyyət 
10  il  müddətinə  seçilən  üç 
konsula  verildi. 

 
Silahlı 
qüvvələrin 
ali 
baş 
komandanı  olan  birinci  konsula 
qanunvericilik  təşəbbüsü ilə çıxış 
edə bilmək hüququ verildi. 

 
İkinci  və  üçüncü  konsullar 
yalnız  məşvərətçi  səsə  malik 
idilər. 

 
Qanunverici hakimiyyət üç orqan 
-  Dövlət  şurası,  Tribunat    və 
Qanunverici    korpus    arasında  
bölüşdürüldü.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nopalion ilə  papa  VII Piy arasında saziş bağlanması
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə