Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə96/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   120

 
204 
 
Bu zaman
 
 Prussiya ordusu  sərhəddi keçdi və Fransa  ərazisinə  soxuldu.  Verden təslim  oldu. Bundan sonra 
Paris  üzərinə  yol  açıldı,  Fransa  üçün  böyük  təhlükə  yarandı.  1792-ci  il  sentyabrın  20-də    Valmi  döyüşündə 
fransızlar  Prussiya  qoşunlarını  məğlub  etdilər.  Qələbə  nəticəsində  -  fransız  xalqında  ruh  yüksəkliyi  yarandı  və 
qələbə Avropaya çox böyük təsir göstərdi. Tezliklə avstriyalılar da məğlubiyyətə uğradıldı. 
1792-ci il sentyabrın 20-də, Valmi qələbəsi günü Parisdə Milli Konventin iclası açıldı. Milli Konvet: 

 
sentyabrın 21-də  
kral hakimiyyətinin ləğv edilməsi haqqında qərar qəbul etdi. 

 
sentyabrın 22-də  
monarxiya devrildi və Fransa respublika elan olundu. 
QEYD:
  Fransada  Birinci  respblika  1792-1804-cü  illərdə  mövcud  olmuşdu.
 
Respublika elan edilməsi  1649-cu il İngiltərə və 1792-ci il Fransa tarixi üçün oxşar cəhət 
təşkil edir. 
 
Yakobin diktaturasının qurulması (1793-1794) 
Seçkilərdən sonra Milli Konventdə jirondistlər yenə də üstün mövqeyə malik idilər. 
Jirondistlər  respublikaya  müvəqqəti  hal  kimi  baxır,  kral  hakimiyyətinin  bərpasını 
istəyirdilər.  Milli  Konventdə  respublikaçı  mövqe  tutan  yakobiçlər  (onlar  Konventin  iclas 
salonunda  yuxarı  oturacaqlarında  əyləşdiklərinə  görə  belə    adlanırdılar)  jirondistlərdən 
fərqli olaraq,  demokratik mövqe nümayiş etdirirdilər. 
Yakobiçlər qrupunun  başında  Robespyer, Danton  Mart  dururdu.  
Konventdə  yakobinçilərlə  Fransa  inqilabından  on  ay  sonra  iqtidarı  ələ  keçirən 
jirondistlər  arasında  kəskin  mübarizə  yakobinçilərin  qələbəsi  ilə  nəticələndikdən  sonra 
jirondist  deputatlar  Konventdən  qovuldu.  Bununlada  jirondistlərin  hakimiyyəti  başa  çatdı 
və  onları  yakobinçilər  əvəz  etdi.  Beləliklə,  jirondistlərin  Konventdən  qovulması  ilə 
Konventə  yeni  seçkilər  başlandı,  nəticədə  yakobinçilər  hakimiyyətə  gəldi.  Yakobinçilər 
Konventdə jirondistlər üzərində qələbə çaldıqdan sonra: 

 
kralın Konventin mühakiməsinə verilməsinə nail oldular. 

 
1793-cü ilin əvvəlində  kralı və kraliçanı edam etdirdilər.  
 
Yakoninçilərin həyata keçirdiyi tədbirlər 
Yakobinçilərin dövründə (1793-1794) Yakobin hökuməti aşağıdakı mühüm tədbirləri həyata keçirdi: 

 
Konventdə Fransanın yeni – ikinci Konstitusiyası qəbul edildi. 

 
Feodal vergi və mükəlləfiyyətlərinin tamamilə və əvəzsiz ləğv edilməsi haqqında dekret verildi. 

 
Tutulan kəndli torpaqları sahiblərinə qaytarıldı, kəndlilər torpaq mülkiyyətçisi oldular. 

 
Konvent hərbi tribunal yaratdı, əks-inqilabçılara qarşı sərt qanunlar qəbul olundu. 

 
Vətənə xəyanət edənlər gilyotin maşını ilə edam  edildi. 
 
 
 
XVI Lidovikin qilyotin  alətində edam edilməsi 
 
Gilyotin - bir sıra Avropa ölkələrində barəsində ölüm hökmü çıxarılmış məhkumun edam üsulunda 
istifadə edilən alətə verilən ad idi. Gilyotin 1738-ci ildə Fransada anadan olan ixtisasca həkim Giyotin 
tərəfindən təkmilləşdirilib. Aləti icad edən şəxsin isə Giyotinin müəllimi Antuan Lui olduğu mənbələrdə 
qeyd  olunur.    Alət  Parisin  məşhur  Qrevs  meydanında  ölmüş  insanlar  üzərində  sınaqdan  keçirilərək 
bəyənildikdən sonra 1791-ci ildə qəbul edilərək Fransa Cinayət Məcəlləsinə daxil edilir. Maraqlıdır ki, 
edamdan qabaq oxunan ölüm hökmündə məhkumun Fransa xalqı adından edam edildiyi bəyan edilirdi. 
Təkcə Fransada terror dövrü kimi xarakterizə edilən 1793- 1794-cü illlərdə, yakobinçilər təfindən 
40 min insan gilyotin aləti ilə  edam edilmişdi. Fransada sonuncu dəfə kütlə qarşısında gilyotin alətində 
edam etmə üsulu 1977-ci ilə təsadüf edir. Bundan 4 il sonra, Fransada edam hökmü ləğv edildi. 
 
 
Robespyer 
 
 
Danton 
 
 
Marat 
 


 
205 
 
Yakobinçi qrupların meydana gəlməsi 
Yakobinçilər  bir neçə qrupa bölünmüşdülər: 

 
Mötədil  qrup.  Dantonun  rəhbərliy  etdiyi  mötədil  qrup  terror  siyasətindən  əl  çəkməyi  və  inqilabi 
demokratik diktaturanı ləğv etməyi  tələb edirdilər. 

 
«
İfrat  yakobinçilər
»
  qrupu. 
Şomet  və  Eberin 
başçılıq  etdiyi  bu 
sol  müxalifətçi  qrup  Robespyerin 
rəhbərlik  etdiyi
  ali  icraedici  orqan  olan 
ictimai  Qurtuluş  Komitəsinin  siyasətinə  qarşı  çıxırdı.  Onlar 
daha sərt tədbirlərin həyata keçirilməsinə çalışırdılar. 

 
Robespyerçi  qrup.  Robespyerçi  qrupunun  məqsədi  -  iri  mülkiyyəti  müəyyən  qədər  məhdudlaşdıran, 
demokratik respublika qurmaqdan ibarət idi. 
Yakobin diktaturasını qruplar arasındakı  daxili çəkişmələr  zəiflədirdi.  İlk hər iki qrupun rəhbərləri inqilabi 
Robespyer  hökumətinə qarşı  çıxdıqları üçün edam edildilər. Bu hadisə  yakobinçilərin  mövqeyini daha zəiflətdi  və 
yakobin bloku dağıldı.  
Konventin  kənd  təsərrüfatı  fəhlələrinin  çöl  işlərinə  göndərilməsi,  varlı  kənd  juaziyasının  məhsulunun 
müsadirə edilməsi haqqında dekretləri vəziyyəti daha da gərginləşdirdi. Robespyer hökumətinə qarşı əks-inqilabi 
blok yarandı. 
 
1794-cü il 9 termidor (27 iyul) çevrilişi. Yakobin diktaturasının süqutu. İnqilabın başa çatması 
Əvvəllər  yakobinçi  diktaturanı  müdafiə  edənlər  Konventin    narazı  üzvləri  ilə  birləşdilər.  Termidorun  9-da 
(iyulun  27-də)  suiqəsdçilər  Konventdə  qarmaqarışıqlıq  salaraq  Robespyeri  və  onun  tərəfdarlarının  həbs  edilməsi 
haqqında qərar qəbul edib onların edam edilməsinə nail oldular. 
 
Beləliklə, 1794-cü il,
 
9 termidor (27 iyul) çevrilişi nəticəsində: 

 
Yakobinçilər diktaturasına son qoyuldu. 

 
Fransa burjua inqilabı başa çatdı. 

 
Termidorçular (Direktoriya irticası) hakimiyyətə gəldilər.
 

 
Hakimiyyət yenidən iri burjuaziyanın əlinə keçdi.
 
 
 
 
1794-cü il, 9 termidor (27 iyul) çevrilişi. Suiqəsdçilər Konventdə qarmaqarışıqlıq salaraq çevriliş etdilər.  
Yakobin diktaturası süqut etdi. Robespyer və onun tərəfdarları həbs edilərək gilyotin qurğusunda edam edildilər

 
 
Fransa burjua inqilabının əhəmiyyəti 
1789-1794-cü illər Böyük Fransa burjua inqilabı böyük əhəmiyyətə malik idi. Belə ki: 

 
Fransa  burjua  inqilabı  əvvəlki  inqilablardan  fərqli  olaraq,  feodal-mütləqiyyət  sistemini  tam  aradan 
qaldıran yeganə burjua inqilabı idi 

 
İnqilabın qələbəsi Fransada kapitalizmin inkişafının sürətlənməsinə səbəb oldu və ümumdünya tarixinin 
sonrakı gedişinin dəyişməsinə ciddi təsir göstərdi. 
QEYD:
  Feodalizm  quruluşunun  kapitalizm  quruluşu  ilə  əvəz  edilməsi  İngiltərə  və  Fransa  burjua 
inqilablarının nəticələrinə aid oxşar cəhət  təşkil edir. 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə