Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə93/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   120

 
198 
 
 
 
 Corc  Vaşinqton  ABŞ-ın  görkəmli  dövlət  xadimi,   İstiqlaliyyət  
müharibəsi zamanı Kontinental ordunun baş komandanı,  ABŞ-ın ilk prezidenti 
(1789-1797)  olmuşdur.    ABŞ-ın 1790-cı  ildə  əsası  qoyulan  yeni  paytaxtının 
salınması  üçün Potomak çayı  sahilindəki  yeri  Corc  Vaşinqton  seçmişdir.  Ona 
görə də şəhər əvvəllər onun şərəfinə Corctaun, sonra isə Vaşinqton adlandırıldı. 
Hazırkı 1 ABŞ dollarının üzərində Corc Vaşinqtonun təsviri vardır. 
Vaşinqton  şöhrəti  gənc  yaşlarında,  fransızlara  qarşı  Britaniya  ordusunda 
vuruşarkən  qazanmışdı  O,  mayor rütbəsində  döyüşlərə  başlasa  da  çox  keçmir 
ki, fransız-hindu müharibəsində 22 yaşında  polkovnik rütbəsi alır. 
İstiqlaliyyət  müharibəsi  başlayan  zaman    Vaşinqton  Konqresə  hərbi 
mundirilə  gələrək    müharibəyə  hazır  olduğunu  göstərdi.    1775-ci  ildə 
Filadelfiyada  İkinci  Kontinental  Konqresin  açılışı  oldu.  Konqresdə  Corc 
Vaşinqton  inqilabi  ordunun  komandanı  seçilir.  İlk  döyüşlərdən  uğur  qazanan 
Vaşinqton ordusu 1776-cı ildə Bostonu ingilislərdən azad edir.  
1776-cı ilin qışında  Milad gecəsi ərəfəsində  özünü kontinental ordu adlandıran silahsız, ac-yalavac bir neçə 
min əsgər dünyanın ən qüdrətli imperiyası qarşısında silahı yerə qoymağa hazırlaşırdı.  Bu dövrdə bir-birinin ardınca 
uğranılan  məğlubiyyətlərdən  sonra  çoxları  Amerika  inqilabını  bitmiş  hesab  edirdi.   Dünyanın  böyük  hissəsinə 
nəzarət  edən  Britaniya  krallığına  qarşı  çıxmaqla  Vaşinqton  və  onun  silahdaşları  həyatlarını  ağlasığmaz  riskə 
atmışdılar.  Ələ keçiriləcəkləri halda onları mütləq dar ağacı gözləyirdi.   
Vəziyyətin  ağırlığından  xəbərdar  olan  Vaşinqton  bir  gün  şam  işığında  dalğın  oturmuş  halda  vərəqə  nəsə 
yazır.  Sonradan yerə düşən vərəqi götürmüş müşaviri ağ kağızda yazılanı oxuyur: ―Qələbə yaxud Ölüm!‖ 
Konqresin tələm-tələsik general rütbəsi verdiyi bir neçə inqilabçı ilə  məşvərətlər keçirdikdən sonra qərar verilir.  
Dekabrın 25-də, soyuq Milad günündə şəxsən Vaşinqtonun öz rəhbərliyi altında iki minə yaxın vətənpərvər Delavar 
çayını  keçərək  kralın  muzdlu  döyüşçülərinin  Trentondakı  düşərgəsinə  hücum  edir.   Qəfildən  başlanan  hücumdan 
təəccüblənən  ingilislər  pərən-pərən  düşür.   Var  gücləri  ilə  vuruşan  amerikalılar  cəmi  iki  itki  hesabına  ingilisləri 
darmadağın  edirlər.   Bu  hadisədən  üç  gün  sonra  hərbi  üstünlüyü  saxlayan  amerikalılar  Prinstona  hücuma  keçərək 
Britaniya kontingentini təslim olmağa məcbur edirlər.  Cəmi bir həftənin içində ümidsizliyə qapılmış amerikalıların 
qələbəyə inamı dönməz xarakter alır.   
Müharibə  başa  çatdıqdan  sonra    Ali  Baş  Komandanlıq  Vaşinqtonu  təntənəli  surətdə  konqresə  qaytardı. 
1787-ci  ildə  Vaşinqtonun  sədrliyi  ilə ABŞ  Konstitusiyası  hazırlandı.  Artıq  C.Vaşinqtonun  prezident  olacağı  heç 
kimdə  şübhə  doğurmurdu.    Nəhayət,  1789-cu  ildə  keçirilən  prezident  seçkilərində  Corc  Vaşinqton  ABŞ-ın  ilk 
prezidenti  seçilir.  Cəmiyyətdəki  nüfuzuna  baxmayaraq,  o,  ikinci  dəfə  prezident  seçilmək  istəmirdi.  Lakin  
T.Ceffersonun  ciddi  təkidlərindən  sonra  öz  namizədliyi  irəli  sürür  və  1792-ci  il  seçkilərində  ikinci  dəfə  ABŞ-ın 
prezidenti seçilir. 1796-cı ildə istefaya çıxan Vaşinqton qalan ömrünü öz malikanəsində yaşadı. 
 
Tomas  Cefferson -  ABŞ-ın    ilk Dövlət  katibi (1789-1793)  və  üçüncü 
prezidenti  (1801-1809)  olmuşdur. İstiqlal  Bəyannaməsinin   müəllifi.  1976-cı 
ildə  ABŞ-ın  200  illiyi  şərəfinə  buraxılmış  2  dollarlıq  əskinasların  üzərində 
Tomas  Ceffersonun  təsviri,    arxa  tərəfində  isə  ABŞ  İstiqlal  Bəyannaməsinin 
qəbul olunma səhnəsi təsvir olunmuşdu. 
Cefferson məktəbi bitirdikdən onra  ―Uilyam and Meri‖ kollecinə daxil olur və 
tərəddüd  etmədən  vəkil  olmağı  qərara  alır.  1763-cü  ildə  təhsilini  bitirən 
Cefferson hüquq kontorunda fəaliyyətə başlayır və tezliklə böyük uğur qazanır. 
Virciniyanın  varlı  plantatorları  onun  müştərilərinə  çevrilirlər.  Cəmiyyətdə 
böyük  nüfuz  qazanan  gənc  vəkil  26  yaşında  Virciniya  qanunvericilik 
məclisinin üzvü seçilir. 
Ceffersonun  siyasi  fəaliyyətə  başlaması  müstəmləkələrdə  anti-ingilis 
əhval-ruhiyyələrinin gücləndiyi dövrə təsadüf edir. O, müstəmləkələrin azadlıq 
hərəkatında fəal iştirak edərək, 1775-ci ildə Kontinental Konqresə üzv seçilir.  
 
1776-cı  ilin  iyununda  Kontinental  Konqresdə  İstiqlaliyyət  haqqında  Bəyannamə  hazırlamaq  üçün 
Ceffersonun  başçılığı  ilə  komissiya  yaradılır.  Layihə  uzun  sürən  müzakirələrdən  sonra  4  iyul  1776-cı  ildə  qəbul 
edilir.    Bu,  T.Ceffersonun  siyasi  arenada  ilk  böyük  qələbəsi  idi.    1785-ci  ildə  Konqres  Ceffersonu  ABŞ-ın 
Fransadakı  səfiri  təyin  edir.  1789-cu  ildə  Cefferson  Parisdən  vətənə  qayıdır.  Burada  ona  gözləmədiyi  bir  xəbər 
 
 
Tomas Cefferson 
 
 
 
 
Corc Vaşinqton 
 
 
 


 
199 
 
çatdırırlar: prezident Vaşinqton onu Dövlət katibi təyin etmək istəyir. Lakin O, Vaşinqtonun şəxsi məktubunu alsa 
da,  qəti  cavab  vermir.  Nəhayət,  1790-cı  ilin  fevralında,  xeyli  təkidlərdən  sonra  Cefferson  dövlət  katibi  təyin 
edilməsinə  razılıq  verir.  1796-cı  ilin  əvvəllərində  C.Vaşinqton  bir  daha  prezident  seçilmək  arzusunda  olmadığını 
bildirdikdə  Respublikaçılar  partiyası  bu  vəzifəyə  Ceffersonu  namizəd  göstərdilər.  Lakin  seçkilərdə  federalistlərin 
namizədi  Con  Adams  kiçik  üstünlüklə  prezident  seçilir,  Cefferson  isə  qanuna  əsasən  vitse-prezident  olur.  Lakin 
Adamsla  aralarında  ciddi  fikir  ayrılığı  olduğu  üçün,  ölkənin  idarə  edilməsində  onun  rolu  elə  də  nəzərə  çarpacaq 
qədər olmur. 
1800-cü ildə gərgin keçən prezident seçkilərində T.Cefferson federalistlərin nümayəndəsi C.Adamsdan çox səs 
toplayaraq  prezident  seçilir.  Onun  prezidentliyi  dövründə ABŞ Fransadan Luiziana torpaqlarını  satın  alaraq  öz 
ərazisini əhəmiyyətli dərəcədə genişləndirir. 
İstefaya çıxdıqdan sonra malikanəsinə qayıdan eks-prezident maarifçilik fəaliyyətilə məşğul oldu. 1819-cu ildə 
yaradılmış  Virciniya  Universitetinin  binasının  tikilməsindən,  tədris  planının  hazırlanmasına  qədər  bütün  prosesə 
şəxsən  özü  rəhbərlik  etdi.  Onun  təşəbbüsü  ilə  universitetə  Avropadan  təcrübəli  müəllim  və  alimlər  dəvət  olundu. 
1826-cı ilin yazında Ceffersonun səhhəti pisləşdi. 3 iyulda  İstiqlaliyyət haqqında Bəyannamənin qəbul edilməsinin 
50  illiyi  ərəfəsində  ―4  iyul  hələ  başlamayıb?‖  -  deyə  soruşur.  Bu  onun  dediyi  son  sözlər  olur... 
Ceffersonun    vəsiyyətinə  əsasən,  onun  qəbir  daşının  üzərində  aşağıdakı  sözlər  yazılıb:  ―ABŞ-ın  Istiqlaliyyət 
Bəyannaməsinin  və  Virciniya  ştatının  dini  azadlıq  qanununun  müəllifi,  Virciniya  Universitetinin  yaradıcısı  Tomas 
Cefferson burada dəfn edilmişdir‖. Qəbirüstü yazıda onun tutduğu heç bir dövlət vəzifəsi qeyd olunmayıb... 
 
Bencamin 
Franklin (1706-1790) 

Amerika 
Birləşmiş 
Ştatlarının 
banilərindən biri, dövlət xadimi olmaqla yanaşı, yazıçı, siyasətçi, alim, ixtiraçı, və 
diplomat kimi məşhurluq qazanmışdır. 
Bencamin  Franklin  yeganə  şəxsdir  ki,  Amerika  Birləşmiş  Ştatlarının 
yaranmasında  əsas  rol  oynayan  hər  üç  sənədə  imza  atmışdır.  Bunlar «İstiqlal 
Bəyannaməsi
»
, ABŞ  Konstitusiyası
  və
  Versal  sülh  müqaviləsidir.  1928-ci  ildən 
Franklinin portreti ABŞ-ın 100 dollarlıq pul əskinaslarının üzərində təsvir olunur. 
Bencamin Franklin 1706-ci ildə Bostonda dəmirçi ailəsində anadan olmuşdu. 
Artıq  16  yaşına  çatanda  yerli  qəzetlərdə  məqalələri  çıxmağa  başlayır.  Lakin 
Boston  ona  cansıxıcı  gəldiyindən  o  Pensilvaniyaya  -  Filadelfiya  şəhərinə  gəlir. 
Orada  özünə  çox  böyük  şöhrət  qazanır  və  Filadelfiya  qubernatoru  tərəfindən 
Londona  göndərilir.  İstilaliyyət  müharibəsi  başlayan  kimi  Franklin  öz  vətəninə 
qayıtsa  da  tezliklə  Parisə  yenidən  nümayəndə  kimi  göndərilir.  Onun  xüsusi 
diplomatik  bacarığı  nəticəsində  fransız-amerikan  danışıqları  uğurla  başa  çatır. 
1783-cü  ildə  Versal  danışıqlarında  Böyük Britaniyanın  Amerikanı  suveren   və 
müstəqil olduğunu rəsmən tanıması da Franklinin əməyinin nəticəsidir. Məhz o, müharibənin uğurlu sonluğunun və 
bugünki qüdrətli Amerika dövlətinin təməlini qoyan şəxsiyyət idi. Bir çoxları bilməsə də məhz Bencamin Franklin 
tərəfindən  dünyada  ilk  dəfə  olaraq  öz  üzvləri  üçün  pulsuz  kitabxana  və  elm  mərkəzinə  malik  olan  klub 
yaradılmışdır.  Həmin  dövr  üçün  bu,  görünməmiş  addım  idi.  Dövlət  qulluğunda  olduğu  zaman  ərzində  Amerika 
Fəlsəfə cəmiyyətinin və Filadelfiya Akademiyasının da yaradıcısı Bencamin Franklin  olmuşdu. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bencamin Franklin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə