Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə89/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   120

 
189 
 
Bilmək maraqlıdır 
 
 
Ceymis Harqivis (1720-1778)  «Cenni» cəhrəsi 
 
Ceymis  Harqivis  dülgərlik  və  toxuculuqla  həyatını  keçirən,  təhsili  olmayan,  kasıb bir  fəhlə  idi.   1764-cü  ildə 
Ceyms Harqivis, bir nəfərin eyni anda çox sayda sapı əyirməsinə köməkçi olan bir maşın icad etdi. O bu maşına 
kiçik qızının adı olan Cenni  adını verdi. Toxuculuq  işi ilə məşğul olanlar  Harqvisin sürətli maşını üzündən işlərini 
itirəcəklərini  düşünürdülər.  Odur  ki,  C.Harqivis  ixtira  etdiyi  bu  maşını  satmağa  başlayanda,  işsiz  qalmaqdan 
qorxan toxucular  onun evinə hücum  edərək  toxucu dəzgahlarını  qırdılar. Bu hadisədən sonra Harqivis qorxuya 
düşərək  ailəsiylə  Lançestirdən  Nottinghama  köçdü  və  buada  kiçik  bir  toxuculuq  emalatxanası  qurdu.  Harqivis 
ixtirasının  patentini  bir  qədər  gec,  1770-ci  ildə    ala  bildi.  Riçard  Arkraytının    su  gücü  ilə  çalışan  və  fabrik 
istehsalına  uyğun  olan  toxucu  dəzgahına  nisbətən    Harqivisin  toxucu  maşını  daha  yüngül  və  ucuz  olduğundan, 
sənətkar emalatxanasında, o cümlədən evlərdə istifadə etmək üçün daha əlverişli idi. 
 
 
 
Edmund Kartrayt (1743-1823) Mexaniki toxucu dəzgahı 
 
İngilis  din  xadimi  və  ixtiraçısı  olan  Edmund  Kartrayt  gəncliyində  yaxşı  təhsil  görmüş,  təhsilini  14  yaşında 
daxil olduğu Oksford universitesində davam etdirmişdi. O, məzun olduqdan sonra bir müddət daha Oksfordda qalsa 
da din xadimi olmağı üstün tutmuş və  keşiş işləməyə  başlamışdır. O, etdiyi bir  səfər  zamanı həyatının geri qalan 
hissəsini dinlə yanaşı, başda toxuculuq dəzgahları olmaq üzrə müxtəlif sanaye sahələrindəki kəşf və fəaliyyətə həsr 
etmək  qərarına  gəldi.  Edmund  Kartrayt    Riçard  Arkraytın  toxuculuq  dəzgahından  ruhlanaraq,  1785-ci  ildə  buxar 
maşınını  toxuculuq  sənayesində  tətbiq  etdi.  Enli  parça  toxumaq  üçün  inkişaf  etdirdiyi  buxarla  işləyən  dəzgah  iki 
nəfər tərəfindən işlədilirdi. Onun  mexaniki toxucu dəzgahı  istər sürəti, istərsə də xərc baxımından o dövrdə istifadə 
edilən  digər  maşınlardan  yüksək  idi.  Həmçinin  nizamlı  hərəkətlərlə  çalışan  maşın,  daha  enli  və  gözəl  parçalar 
toxuya bilirdi. Edmunt iki ayrı patent almasına baxmayaraq, Mançesterli tacirlər bu kəşflə o qədər də çox məşğul 
olmayınca, özü 1786-cı ildə bir toxuculuq fabriki qurdu. 
 
 
 
 
 
 
 
 
 


 
190 
 
 
Riçard Arkrayt (1732-1792) «Cenni»  tipli dəzgahın  su çarxının köməyilə hərəkətə gətirilməsinə nail oldu və 
buna müvafiq  olaraq  İngiltərədə ilk fabriki işə saldı 
 
Riçard Arkrayt çox tanınmış ingilis ixtiraçısı və sənayeçis idi. Onun ixtirası sənayenin inkişafına çox mühüm 
töhfə vermiş, toxuculuq  sənətkarlıq emalatxanalarından fabrik və zavodlara qədər gəlib çıxmışdı.  
Böyük  bir  ailədə  dünyaya gələn  Riçardın  valideyinlərinin övladlarını  oxutmaq  üçün pulları  yox  idi.  Ona görə  də 
Riçarda əmisi oğlu oxumağı və yazmağı öyrətdi. Daha sonra o, usta yanında bərbər sənətini öyrənərək bərbər kimi 
işləməyə  başladı.  Bərbərlik  sahəsində  gəlirləri  bir  qədər  azaldıqdan  sonra,  Riçard  toxuculuq  sənayesində  yeni 
mexaniki ixtiraları araşdırmağa və toxuculuq dəzgahları  üzərində işləməyə başlayır.  Ceymis Harqivisin kəşf etdiyi  
«Cenni» cəhrəsində hazırlanan iplər  kifayət qədər möhkəm deyildi və onda toxunan məhsul  yalnız şal kimi istifadə 
edilirdi.  Arkrayt  1769-cu  ildə  patentini aldığı  ilk  əyrici  dəzgahı  isə  daha  möhkəm  sapları  istehsal  etməyi  bacardı.  
Arkrayt    ixtirasından  sonra  İngiltərədə  ilk  dəfə    fabrik  qurdu.  Beləliklə,  pambıq parça  istehsalı  İngiltərənin  şimal 
bölgələrində  ən  mühüm  sənaye  sahəssinə  çevrildi.  Riçard  Arkrayt    artıq  1782-ci  ildə  200  min  sterlinlik  bir 
sərmayənin və 5 min fəhlənin çalışdığı bir çox zavodun sahibi halına gəlmişdi 
 
 
 
1784-cü il, Ceyms Uatt  tərəfindən ixtira olunan buxar maşını və onun  iş prinsipi 
 
 
Buxar maşını istilik enerjisini qisməm mexaniki enerjiyə çevirir. İlk dəfə praktikada tətbiq oluna biləcək buxar 
maşını  XVIII  əsrin  əvvəlində  ingilis  mühəndisi  Tomas  Nyukomen  tərəfindən  hazırlanmışdır.    1764-cü  ildə 
Uatt
 Tomas  Nyukomen konstruksiyasına  malik buxar  maşınını  təmir  etmək  üçün  sifariş  alır.  Bu  maşın  öz  yüksək 
enerji məsrəfi ilə məşhur idi. Uatt bu maşını
  yaxşılaşdırmaq qərarına gəlir. Bunun üçün Ceyms Uatt  başqa dillərdə 
olan ədəbiyyatları oxumaq üçün fransız, alman dillərini oyrənir. Nəticədə Ceyms Uatt Nyukomenin düzəltdiyi buxar 
maşınını təkmilləşdirərək, daha yeni tərkibdə bir buxar maşını ixtira edir. 
 
 
 
 
 
 
 
 
 
 
 


 
191 
 
Amerika Birləşmiş Ştatları 
 
Şimali Amerikada ilk ingilis məskənlərinin salınması 
Sərvət axtarışında olan avropalıların Amerika qitəsini kəşf etməsindən 
keçən bir əsr  ərzində  buraya  xeyli avropalı gəldi.  İlk  vaxtlar  ingilislər  daha 
çox gəlirdilər.  
Şimali  Amerikada  ilk  ingilis  məskəndlilərinin  salınması  XVII  əsrin 
əvvəllərində təsadüf edir. Belə ki,  1607-ci ildə Şimali Amerikada ilk ingilis 
koloniyalasının  təməli  qoyuldu.  İngiltərədən  Şimali  Amerikaya 
köçüb 
gələnlər 
tədricən ölkənin şimalına gedərək bir neçə koloniya yaratdılar və bu 
koloniyaları  ―Yeni  İngiltərə‖  adlandırdılar.  Şimali  Amerikada  ilk  ingilis 
koloniyası Virciniya koloniyası idi.  
Bundan  sonra  İngiltərədən  Şimali  Amerikaya  köçüb  gələnlərin  sayı 
sürətlə artdı. İngiltərədən Şimali Amerikaya kütləvi şəkildə köçüb gələnlərin 
sürətlə artmasının  əsas səbəbi aşağıdakı amillərlə bağlı idi:  

 
Kəndlilərin torpaqsızlaşması. 

 
Əhalinin dini təqiblərə məruz qalması. 
Koloniyaları  İngiltərə  kralı  tərəfindən  təyin  edilmiş  qubernatorlar 
idarə  edirdilər.  Hər  bir  koloniyanın  varlı  kolonistlər  tərəfindən  seçilmiş 
qanunverici məclisi var idi.  
 
Amerikada hindulara qarşı soyqırım həyata keçirilməsi 
Köçüb gələnlər 
Amerikanın yerli xalqları olan hindulara
 
 ilk vaxtlar dinc münasibət bəsləyirdilər. Bu dövrdə 
hindular qəbilə icması halında yaşayır, ovçuluq, qismən də əkinçiliklə məşğul olurdular. Yeni sakinlər hindulardan 
qarğıdalı  və  tütün  becərməyi  öyrənmişdilər.  Lakin  bir  qədər  sonra  hinduların  torpaqlarının  qəsb  edilməsinə 
başlanıldı.  Yeni  torpaqlar  zəbt  etmək  istəyi    yerli  hindularla 
toqquşmalara  səbəb  olurdu.  Hindularla  son  dərəcə 
amansız rəftar edilirdi. Hindular sayca çox olmalarına baxmayaraq məğlub olurdular. İngilislərin hindular üzərində  
qələbə çalmalarına aşağıdakı amillər kömək edirdi: 

 
Hinduların pis silahlanması və odlu silahlara malik olmaması. 

 
Hidu qəbilələri  arasında birliyin olmaması və vahid cəbhədə birləşə bilməmələri. 
 XVII əsr boyu İngiltərənin hindularla apardığı  müharibələr  nəticəsində: 

 
Hinduların bir qismi fiziki olaraq məhz edildi və soyqırıma məruz qaldı. 

 
Hinduların bir qismi isə qərbə tərəf  sıxışdırıldı. 
Beləliklə, Şimali Amerikada ingilislərin ilk salınmış Virciniya koloniyasından başqa, Merilend, Şimali və 
Cənubi Karolina, Corciya  adlı koloniyalar da yaradıldı. Hindulardan zor və hiylə  yolu ilə əldə edilmiş torpaqlar 
hesabına Atlantik okeanı sahillərində 13 ingilis koloniyası təşkil edildi. 
 
XVII  əsrin  sonlarından  -  XVIII  əsrin  ikinci  yarısınadək  olan  dövrdə  Atlantik  okeanı  sahillərindən 
Alleqan  dağlarına  qədər  olan  ərazilərdə  bütün  hindu  qəbilələri  məhv  edildi.  Bu  tarixin  avropalılar  tərəfindən 
törədilən  ən  dəhşətli  soyqırımılarından  biri  idi.  Beləliklə,  avropalıların  gəlişi  Amerikanın  yerli  sakinlərinə  heç  də 
xoşbəxtlik  gətirmədi.  Amma  avropalıların  kütləvi  şəkildə  Amerikaya  köçüb  gəlməsi  burada  yeni,  qüdrətli  bir 
ölkənin  təməlini  qoydu.  XVII  əsrin  30-cu  illərində  İngiltərə  hökuməti  koloniyalarda  özbaşına  yeni  ərazilərə 
köçməyi, torpaqlar tutmağı qadağan etdi. 
1763-cü ildə isə İngiltərə kralının verdiyi fərmana görə kolonistlərə qərbə 
- 
Alleqan  dağlarının  qərbindəki  torpaqlara 
tərəf  kömək  qadağan  edilirdi. 
Buna  baxmayaraq,  kolonistlər  Qərbə 
tərəf köçür, hinduları qırıb yeni torpaqlar tutur, yeni məskənlər salırdılar. 
  
Müstəmləkələr arasında sosial-iqtisadi fərqlər 
XVII əsrdə  Amerikaya gələnlərin çoxu ingilislər idi. Lakin orta bölgədə  hollandlar, isveçlər, almanlar da 
məskunlaşmışdılar.  Cənubi 
Karolinada  fransızlar,  cənub  məskənlərində  Afrikadan  gətirilmiş  qullar,  italyanlar
ispanlar    portuqaliyalılar  da  var  idi.  Lakin  ölkənin  şimalında  yerləşən  koloniyalarla  cənubunda  yerləşən 
koloniyalar arasında kəski sosial-iqtisadi fərqlər getdikcə artırdı: 

 
Şimali-şərqdə  yerləşən ingilis müstəmləkəsi - Yeni ingiltərəlilərin torpağı münbit deyildi. Ona görə də 
əhali bir sıra istehsal müəssisələri yaratmışdı. 

 
Cənub koloniyalarda  torpaq münbit olduğu üçün əhali kənd təsərrüfatı ilə məşğul olurdu. 
Koloniyalar  kapitalist  qaydaları  əsasında  yaradılsa  da,    Britaniya  kralı  və  torpaq 
aristokratiyası burada  feodal qaydaları  tətbiq etməyə  çalışırdılar.  Bu dövrdə  Boston şəhəri 
Şimali Amerikanın ən böyük limanına çevrilmişdi. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə