Anar İsayev Ramil Rəhimov


AVROPA VƏ AMERİKA XVII-XVIII ƏSRLƏRDƏ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə85/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   120

 
181 
 
AVROPA VƏ AMERİKA XVII-XVIII ƏSRLƏRDƏ 
 
İngiltərə 
 
İnqilab ərəfəsində İngiltərənin sosial-iqtisadi vəziyyəti 
İnqilab ərəfəsində
 İngiltərənin sosial-iqtisadi vəziyyəti aşağıdakı kimi idi: 

 
İspaniyanın «Məğlubedilməz armada»sını darmadağın etdikdəön sonra  güclü 
dəniz dövlətinə çevrilmişdi. 

 
Kapitalist münasibətləri inkişaf etsə də feodal ölkəsi olaraq qalmaqda idi. 

 
Əhalinin böyük əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olurdu. 

 
Avropanın digər ölkələrindən daha çox kömür çıxarılır və dəmir  əridilirdi. 

 
Kəndlilərin əsas kütləsi mülkədarlara töycü öyrəyirdi. 

 
Torpağın ali mülkiyyətçisi kral  idi. 

 
Kral bir çox məhsulların ticarət hüququnu pulla tacirlərə sataraq, bu yolla onların qazandıqları mənfəətin  bir 
hissəsindən  məhrum edirdi (tacirlər isə qiymətləri qaldırmaqla itirdiklərini əhalinin hesabına  qaytarırdılar). 

 
Anqlikan  kilsəsi və puritan təriqəti geniş yayılmışdı. 

 
Ölkədə ilk manufakturalar meydana gəlir və sayı getdikcə artırdı.  

 
Yeni zadəganlar və burjuaziya ilə kral arasında kəskin mübarizə gedirdi. Yeni zadəganlara və burjuaziyaya 
istehsalı genişləndirməyə kralın qoyduğu ağır vergilər imkan vermir bu da azad rəqabətə mane olurdu.  

 
Zadəganlar torpağın tam mülkiyyətçisi olmadıqlarına görə torpaqdan istifadə edilməsinə və torpağın miras 
verilməsi şərtləri  müqabilində krala müəyyən məbləğ ödəməli idilər: 
 
Anqlikan kilsəsi. Puritan təriqəti 
XVI əsrdən İngiltərədə Anqlikan kilsəsi hökmranlıq edirdi. 
Reformasiya dövründə İngiltərədə meydana gələn 
və müstəqil olan Anqlikan kilsəsi  mütləqiyyətin möhkəmləndirilməsinə xidmət edirdi. Anqlikan kilsəsi: 

 
xalqa kralın hamıdan ali olması və bunun Allah tərəfindən müəyyənləşdirilməsi fikrini təlqin edirdi. 

 
Katolik kilsəsindən fərqli olaraq, Roma Papasına deyil, İngiltərə kralna  tabe idi. 

 
Topladığı vergilər dövlət xəzinəsinə gedirdi. 
XVI  əsrdə  İngiltərədə  geniş  yayılmış  puritan təriqəti  xalq  kütlələri,  yeni  zadəganlar    burjuaziya 
arasında daha geniş yayılmışdı. Bu dövrdə İngiltərədə protestantları  putitan adlandırırdılar. Puritanlar: 

 
kralın mütləq hakimiyyətinə və feodal quruluşuna qarşı çıxırdılar.  

 
Kilsəni israfçılardan təmizləməyə çalışırdılar. 

 
Dəbdəbəli və dini mərasimlərin, din xadimlərinin sərvət toplamalarının əleyhinə idilər.  
 
 
 
Burjua inqilabı ərəfəsində İngiltərənin siyasi vəziyyəti 
XVII  əsrdə  İngiltərənin  dövlət  quruluşu  parlamentli-monarxiya  idi.   XVII  əsrin 
başlanğıcında  kraliça  I  Yelizavetanın  vəfatı  ilə  İngiltərədə  Tüdorlar  sülaləsinin 
hakimiyyəti  sona  çatdı      Stüartlar  sülaləsi  (1603-1714)  hakimiyyətə  gəldi.  Sülalənin 
banisi  I  Yakov    Stüart  (1603-1625)  olmuşdur.  Hakimiyyətə  gəldiyi  andan  etibarən 
Stüartlar  sülaləsinin  ingilis  parlamenti  və    puritan  kilsəsi    ilə  münaqişəsi    başladı. 
Münaqişənin  əsas  səbəbi  kral  I  Yakovun    vergilərin  müəyyən  edilməsi  hüququnun 
parlamentə  məxsus  olmasını  qəbul  etmək  istəməməsi  idi.  I  Yakov  Stüart  hakimiyyətə 
gələrkən xalq onun islahatlar aparacağını gözləyirdi. Lakin I Yakov onların gözlədikləri 
islahatları nəinki həyata keçirmədi, əksinə, puritan təriqəti və parlamentin hüquqlarının 
məhdudlaşmağa  çalışdı.  I Yakovdan sonra  hakimiyyətə  onun oğlu,  I Karl  (1625-1649) 
gəldi. I Karl siyasi fəaliyyəti dövründə atasının siyasətini davam etdirdi. 
Anqlikan kilsəsi  
Puritan kilsəsi 

 
Müstəqil kilsə idi,ona  Roma papası deyil, 
deyil, kral başçılıq edirdi. 

 
Kral hakimiyyətinin və zadəganların dayağı 
hesab olunurdu. 

 
Topladığı vergilər dövlət xəzinəsinə gedirdi. 

 
Sadə xalq, yeni zadəganlar və burjuaziya 
arasında daha geniş yayılmışdı. 

 
Təmtəraqlı mərasimlərin, din xadimlərinin 
sərvət toplamasının əleyhinə  idilər. 

 
Dəbdəbəli və dini mərasimlərin əleyhinə 
idilər. 
 
 
I Yakov (1603-1625) 


 
182 
 
 
İngiltərə burjua inqilabının başlanması (1640) 
Dövrün başlıca tələblərindən biri xarici siyasətin aparılmasında  parlamentin 
səlahiyyətlərinin  artırılması  idi.  Kralın  apardığı  xarici  siyasət  müharibələrə  səbəb 
olurdu.  Müharibələr  üçün  böyük  maliyyə  vəsaiti  lazım  idi.  Bu  məqsədlə  I  Karl 
vergiləri  artırmaq  qərarına  gəldi.  Vergiləri  artırmaq  isə  birbaşa  kralın 
səalhiyyətlərinə aid  deyildi. Bunun üçün parlamentin razılığı olmalı idi. Lakin kralla 
parlament arasında ziddiyyətlər kəskinləşdiyinə görə 1629-cu ildə I Karl parlamenti 
buraxdı. Boşalmış xəzinəni doldurmaq və yeni vergilər təyin etmək üçün kral 1640-
cı ildə parlamenti çağırmağa məcbur oldu. Lakin parlament kralın tələblərini yerinə 
yetirmədi,  əskinə  bir  sıra  feodal  qaydalarını  sarsıdan  islahatlar  keçirdi.  Beləliklə, 
ölkədə kral və parlament arasında münasibətlər kəskinləşdi. Onların tərəfdarlarından 
ibarət  iki  siyasi  düşərgə  yarandı.  Bu  parlament  13  il  mövcud  olduğu  üçün  (1640-
1653)  uzunmüddətli  parlament  adı  aldı.  Uzunmüddətli  parlamentin  çağırılması 
İngiltərədə  inqilabın  başlanğıcı  hesab  olunur.  İngiltərə  burjua  inqilabının 
qarşısında duran əsas vəzifə mütləqiyyəti və feodal qaydalarını ləğv etmək idi.  
 
İngiltərədə vətəndaş müharibəsi (1642-1646) 
I Kral uzunmüddətli parlamentin həyata keçirdiyi islahatlarla razılaşmayaraq icmalar palatasının beş nəfər 
deputatını həbs etmək barədə  göstəriş  verdi. Bu xəbərdən qəzəblənən xalq parlamentin müdafiəsinə qalxdı. Odur 
ki, 
kral deputatları həbs etdirə bilmədi. 
  Belə  olduqda  I  Karl  1642-ci  ilin  avqustunda    parlamentə  müharibə  elan 
etdi.  1642-ci  ilin  avqustunda    I  Karlın  parlamentə  müharibə  elan  etməsi  ilə  İngiltərədə  vətəndaş  müharibəsi 
başlandı.  İngiltərədə vətəndaş müharibəsi dövrünə aiddir: 

 
1642-1646-cı illərdə Kralla parlament arasında baş vermiş müharibədə  kralın tərəfdarlarını  kavalerlər,  
parlament tərəfdarlarını isə  girdəbaşlar adlandırırdılar. 

 
Müharibənin əvvəlində  kral  ordusu parlament ordusunu məğlub etdi. 

 
Tezliklə parlament  müttəfiq kimi Şotlandiya  ilə birləşərək  kral ordusu məğlub etdi. 

 
Kromvelə general rütbəsi verildi və parlament ordusunun başçısı təyin edildi. 

 
1645-ci ildə İcmalar palatası - Oliver Kromvelə yeni tipli ordu  təşkil etməyi tapşırdı. 

 
1645-ci  ildə  Neyzbi  kəndi  yaxınlığında    döyüşdə  parlament  ordusu  kralın  başlıca  qüvvələrini 
darmadağın etdi və vətəndaş müharibəsinin taleyi həll olundu. 

 
Məğlub  olan  I  Karl  Şotlandiyaya  qaçsada,  şotlandlar  böyük  məbləğdə  pul  alaraq  onu  İngiltərə 
parlamentinə təslim etdilər. 

 
1646-cı il iyununda İngiltərədə vətəndaş müharibəsi parlamentin qələbəsi ilə başa çatdı.  
Müharibə nəticəsində ölkədə bütün  siyasi  hakimiyyət yeni  zadəganların və  burjuaziyanın əlinə keçdi 
 
 
 
Kral ilə parlament tərəfdarları 
arasında baş vermişdir 
 
İngiltərədə 
vətəndaş 
müharibəsi 
 
Ölkədə bütün  hakimiyyət yeni  
zadəganların və  burjuaziyanın 
əlinə keçdi
 
Müharibənin taleyini Neyzbi 
döyüşü həll etdi 
I Karlın parlamentə müharibə 
elan etməsi ilə başlamış, 1642-
1646-cı illəri əhatə etmişdi 
 
 
Parlament ordusuna Oliver 
Kromvel başçılıq edirdi 
Müharibə parlamentin qələbəsi 
ilə başa çatdı
 
 
 
I Karl (1625-1649)
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə