Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə87/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   120

 
185 
 
İngiltərədə Stüartlar sülaləsinin bərpası - restavrasiyası dövrü 
Oliver Kramvelin vəfatından sonra Riçard Kromvel ölkəni idarə edə bilmədi. 
Yeni  zadəganlar  və  burjuaziya  isə  İngiltərədə  məhdud  monorxiyanı  bərpa  etmək 
qərarına  gəldilər.  Belə  bir  şəraitdə  ölkədə  böhran  yarandı. 
Hakimiyyətdəki  hərc-
mərclikdən  istifadə  edən  Şotlandiyadakı  ordu  generalları  1660-cı  ildə  Londonu 
tutaraq İngiltərə parlamentini buraxdılar. 
Dövlət çevrilişindən sonra yeni parlamentə 
seçkilər  keçirildi. Seçkilər  nəticəsində
 
  Parlamentin  tərkibi  dəyişdi.  Edam  edilmiş 
kralın  oğlu  II  Karl  taxta  dəvət  edildi.  Beləliklə,
  1660-cı  ildə  İngiltərədə  Sütüartlar 
sülaləsinin 
hakimiyyəti 
bərpa 
(restavrasiya) 
edildi
Restavrasiya məhdud 
monarxiyanın  bərpası  demək  idi.  Kromvelin  bir  zaman  qovduğu  deputatlar 
parlamentə  qayıdaraq  yerlərini  tutdular.  İngiltərədə  ordunun  hakimiyyətinə  son 
qoyuldu.  Parlament  kral  əleyhinə  qəbul  edilən  bütün  qanunları  ləğv  edərək  özü 
özünü buraxdı. 25 apreldə seçilən yeni parlament kralla danışıqlar apardı. Danışıqlar 
nəticəsində II Karl (1660-1685) ilə parlament arasında belə bir saziş əldə edildi: 
1.
 
Kral inqilab iştirakçılarını təqib etməyəcəkdi. 
2.
 
Kral torpaqları öz yeni sahiblərindən geri almayacaqdı. 
3.
 
Kral  parlamentin razılığı olmadan vergi qoymayacaqdı. 
Bundan  başqa,  parlament  ümumi  amnistiya,  din  azadlığı  və  başqa  hüquqlar 
barədə də kraldan öhdəliklər aldıqdan sonra onu üç krallığın  - İngiltərə, İrlandiya 
  Şotlandiyanın  hökmdarı  elan  etdi.  Kral  paytaxt  Londona  gəldi. 
Lakin  II  Kral 
taxta çıxan kimi öz üzərinə götürdüyü öhdəlikləri pozmağa başladı. 
 
 
İngiltərədə parlamentli-monarxiya rejiminin tətbiq edilməsi  
II Karlı əvəz edən  II Yakv (1685-1688 katolik dinini bərpa  etməyə cəhd 
göstərdi.  Bütün  bunlar  cəmiyyətdə  Stüartlara  qarşı  böyük  etimadsızlıq  dalğasının 
güclənməsinə  səbəb  oldu  və 
  yeni  zadəganlar  II  Yakovu  hakimiyyətdən 
uzaqlaşdırmağı  qərara  aldılar.
  Parlament    1688-ci  ildə    II  Yakovu    devirdi  və  
Hollandiya  hakimi, II  Yakovun qızı, protestant olan Mariyanın əri Oranlı Vilhelmi  
(1689-1702) 
hakimiyyətə  gətirdi. 
Parlament  tacı  şahzadə  Mariyaya  təqdim  etdi. 
Onlar  dövləti  Vilhelmlə  birlikdə  idarə  etməli  idilər.  Vilhelm  taxta  çıxan  kimi 
«Hüquqlar haqqında bəyannamə»ni («Hüquqlar haqqında bill»i) imzaladı.
 
İrlandiyada  sürgündə  olan  Yakov  taxt-tacını  geri  qaytarmaq  üçün  xeyli 
çalışsada məğlub olaraq Fransaya qaçmaq məcburiyyətində qaldı. Beləliklə, 
1688-ci 
il saray çevrilişi nəticəsində 
İngiltərədə parlamentlə kral arasındakı qarşıdurmaya 
son qoyuldu. 
 Vilhelmin  vəfatınsan    sonra  İngiltərə  taxt-tacına  II  Yakovun  digər  qızı, 
Marianın  bacısı  Anna  (1702  -1707),  Annadan  sonra  isə  Stüartlar  sülaləsinin 
sonuncu kralı I Georgi (1707-1714) sahib oldu. 
QEYD:
 
Dövlət çevrilişi baş verməsi İngiltərə tarixinin 1660-cı və 1688-ci il 
tarixi  üçün  oxşar  cəhət  təşkil  edir.  1660-cı  ildə  baş  verən  çevriliş  nəticəsində 
İngiltərədə Sütüartlar sülaləsinin hakimiyyəti bərpa (restavrasiya) edildi və  məhdud 
monarxiya rejimi bərpa  olundu. 1688-ci il dövlət çevrilişi nəticəsində isə  II Yakov  
devrildi  və  Oranlı  Vilhelm  hakimiyyətə  gətirildi,    İngiltərədə  parlamentlə  kral 
arasındakı qarşıdurmaya son qoyuldu. 
 
«Hüquqlar haqqında bill»in qəbul edilməsiİngiltərənin dövlət quruluşu 
1689-cu ildə İngiltərə parlamenti 
«Hüquqlar haqqında bill» 
qəbul etdi. Bu qanuna görə: 

 
Mütləqiyyəti bərpa cəhdlərinin qarşısı birdəfəlik alındı. 

 
Andlılar məhkəməsinin hüquqları genişləndirildi. 

 
Hökumət dəyişmələri yalnız parlament yolu ilə həyata keçirilə bilərdi. 

 
Krala vergilərin vaxtını, miqdarını müəyyən etmək qadağan edildi. 

 
Kral parlamentin razılığı olmadan ordu və xüsusi hərbi hissələr saxlaya bilməzdi. 

 
Kral parlamentin qəbul etdiyi qanunları dayandıra və ya ləğv elə bilməzdi. 
Lakin qanunlar kralın imzasından sonra qüvvəyə minirdi. Dini məsələlər üzrə qəbul edilən akta görə ölkədə 
dini cərəyan və təriqətlərin fəaliyyəti qanunlarla nizamlanırdı. 
 
II Karl (1660-1685) 
 
 
II Yakov (1685-1688)
   
 
 
Mariya Stüart və Vilhelm 
 
 
kraliça Anna 
 


 
186 
 
Beləliklə,  dünyada  ilk  dəfə  İngiltərədə  parlamentli  monarxiya  hakimiyyət  forması  müəyyən  edildi. 
Hakimiyyət  kraldan  ikipalatalı  parlamentə  keçdi.  Parlamentin  qəbul  etdiyi  qanunlar  hamı  üçün  məcburi  idi. 
Hökumət  parlament  seçkilərində  qalib  gələn  partiyanın  (mühafizəkar   və  liberallar    partiyası)  üzvlərindən  təşkil 
olunurdu. Qalib gələn partiya Parlamentdə hökuməti formalaşdırırdı. 
XVIII  əsrin  əvvəllərində,  kraliça  Annanın  hakimiyyəti  dövründə,   
1707-ci  il,  mayın   
1-də  Şotlandiya  və 
İngiltərə parlamentləri birləşərək Böyük Britaniya krallığını yaratdılar. 
 
 
 
Şotlandiya nümayəndə heyəti İngiltərəyə birləşmək haqqında sənədi kraliça Annaya təqdim edərkən 
 
 
 
 
 
İngiltərənin xarici siyasəti 
İngiltərədə  siyasi  dəyişikliklər  Asiya,  Afrika  və  Amerikada  aparılan  müstəmləkə  siyasətinə  təkan  verdi. 
İngiltərə burjua inqilabından sonra Böyük Britaniya 
xarici siyasətinin qarşısında iki başlıca vəzifə dururdu:
 
1.
 
Avropada
 heç bir dövlətin güclənməsinə yol verməmək. 
2.
 
Yeni  ərazilər və ya müstəmləkələr ələ keçirmək.
 
 
Bu  məqsədlə  İngiltərə  hələ  XVII  əsrdə  Yamayka  və  
Portuqaliyanı asılı vəziyyətə salınmışdı.
 
XVIII  əsr  boyu  İngiltərə  ilə  Fransa  arasında  müstəmləklər 
uğrunda  mübarizə  gedirdi. 
Müstəmləkələr  uğrunda  Fransa  ilə 
aparılan bu mübarizəyə «ikinci yüzillik müharibə» deyilirdi. «İkinci 
yüzillik  müharibə» 
nəticəsində 
güclü  hərbi  donanmaya  malik  olan 
İngiltərə  XVIII  əsrdə  Fransanı  məğlub  edərək      Kanadanı  və 
Hindistanda  Benqaliyanı    ələ  keçirdi.      Bu  dövrdə 
İngiltərə  Karib 
dənizindəki  adalara,  Şimali  Amerikadakı  koloniyalara
Afrikadakı faktoriyalara malik «dənizlər sahibi» sayılırdı. 
İngiltərə burjua inqilabı 
(1640-1653)
 
 
İnqilabın 
nəticələri 
(əhəmiyyəti)
 
İnqilabın  əsas  səbəbləri 
 
İnqilabın qarşısındakı vəzifələr 
 
1.
 
Mütləqiyyəti – kral 
hakimiyyətini devirmək. 
2.
 
Feodal qaydalarını ləğv etmək
 
 
 
Mütləqiyyətə son qoyuldu və feodal qaydalarına ağır  zərbə vuruldu. 
İngiltərədə kapitalizmin inkişafına  təkan verdi. 
Sənaye sahələrində texnikanın  tətbiqi genişləndi. 
Hüquqi dövlət, vətəndaş cəmiyyətinin  rüşeyimləri meydana gəldi. 
 
1.
 
Qeyri-məhdud kral hakimiyyəti. 
2.
 
Feodal  qaydaları  və  anqlikan 
kilsəsinin zülmü. 
 
 
 
İngiltərənin müstəmləkələri
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə