Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə84/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   120

 
179 
 
Çin mədəniyyəti 
XVII-XVIII  əsrlərdə  Çində  ensiklopediya  və  lüğətlər  tərtib  edilmiş,  ədəbiyyat  külliyyatı  nəşr  olunmuş,  Çin 
klassik romanının inkişafında yeni mərhələnin əsası qoyulmuşdu. XVII əsrin ortalarından etibarən ölkədə Çin dili ilə 
yanaşı, rəsmi dövlət dili olan mancur dilində də elmi və bədii əsərlər yazılırdı. 
İncə və gözəl zövqə malik olan Çin sənətkarları və rəssamlarının sümükdən və mərmərdən hazırladıqları əşyalar 
əsl sənət əsərləri idi. Çin rəssamları ölkədə toxunan parçalara mürəkkəb, lakin insanın ruhunu və gözünü oxşayan 
incə  naxışlar  vururdular.  XVII  əsrdə  Çin  memarlığında  monumental  binaların  inşasına  başlanıldı.  Pekin  sarayı
Mukdendəki (indi Şenyan) imperator mavzoleyi bu dövrdə yarandı. 
Bu dövrdə Çin incəsənətinə, o cümlədən memarlığına Avropa ölkələrində tətbiq edilən yeni forma və üsullar 
ciddi təsir göstərə bilməmişdi. Çinin «özünütəcrid» siyasəti onu bu təsirdən qorumuşdu. 
 
Yaponiya mədəniyyəti 
XVII  yüzillikdə  Yaponiyanın  ənənəvi  mədəniyyəti  formalaşmağa  başladı.  Bu  dövrdə  «şəkilli  hekayələr» 
janrı  meydana  gəldi.  Yapon  şeirinin  janrlarından  olan  haykunun  (xokku)  gözəl  nümunələri  yarandı.  Hayku  3 
sətirdən ibarət olub 5-7-5 heca sisteminə əsaslanır. Matsuo Basyo bu janrın ən görkəmli nümayəndələrindən biri idi. 
Bu dövrdə kukla teatrı, rəngkarlıq və elm inkişaf etdi. Dəqiq elmlər, o cümlədən təbiət elmləri, xüsusilə də 
riyaziyyat və aqronomluq sahəsində uğurlar əldə edildi. Teatr sənəti öz inkişafının zirvəsinə çatdı. 
XVIII əsrdə Yaponiyada təhsil də inkişaf etdi. Bu dövrdə samuraylarla yanaşı, aşağı təbəqədən olan insanlar 
üçün də məktəblər açıldı. 
 
Osmanlı mədəniyyəti 
Yeni  dövrdə  Avropa  ölkələri  ilə  əlaqələr  Türk  və  Qafqaz  xalqlarının 
mədəniyyətinin inkişafına öz təsirini göstərdi. 
XVII  əsrdə  Osmanlı  dövlətinin  iqtisadi  cəhətdən  zəifləməsi  əvvəlcə  vəqf 
müəssisələrinin  zəifləməsinə,  daha  sonra  isə  onlara  bağlı  təhsil  sisteminin  zəifləməsinə 
səbəb oldu. Bu, dini elmlərin inkişafına mane oldu. Dünyəvi elmlər isə inkişaf edir, türk 
alimləri  dövrün 
mədəniyyətinə  öz  töhfələrini  verirdilər.  Katib  Çələbi  və  Evliya  Çələbi 
həmin dövrün böyük türk alimləri olmuşlar. Evliya Çələbinin oncildlik «Səyahətnamə» 
əsəri  isə  Osmanlı  və  dünya  tarixini  və  mədəniyyətini  öyrənmək  üçün  əhəmiyyətli 
mənbələrdən  biridir.  Bu  əsərdə  müəllif  Azərbaycan  haqqında  (Azərbaycan  şəhərləri 
barədə,  xüsusilə  Təbriz  şəhəri,  onun  qapıları,  məhəllələri,  sarayları,  məscidləri, 
məktəbləri, mədrəsələri, sənətkarları və s. haqqında) da qiymətli məlumatlar verilmişdi. 
Katib  Çələbi  tarix,  hüquq,  coğrafiya  və  maliyyə  məsələlərinə  aid  bir  çox  dəyərli 
əsərlərin müəllifi olmuşdur. 
 
XVII  əsrdə  Osmanlı  dövlətində  əsas  təhsil  müəssisələri  mədrəsələr  idi. 
Mədrəsələrdə dini elmlərlə yanaşı, dünyəvi elmlər də tədris olunurdu. Onların məzunları 
müdərris, qazı, müfti, ilahiyyatçı, astronom, həkim, riyaziyyatçı kimi hazırlanırdı. 
 
XVII-XVIII  əsrlər  Osmanlı  memarlığının  tənəzzülü  dövrü  hesab  olunur.  Lakin 
həmin dövrdə də ölkədə bir sıra memarlıq abidələri inşa edilmişdi. Həmin əsrlərdə artıq 
ənənəvi  memarlıq  üslubu  Avropaya  xas  olan rokoko və  barokko  memarlıq  üslubu  ilə 
əvəz olunmuşdu. Ağrı şəhərindəki İshak Paşa sarayı bu üslubda inşa edilmişdi. Bu dövr 
Osmanlı memarlığının şah əsəri Sultan Əhməd məscididir. Memarı Mehmet Ağa olan 
bu məscid 1609-1616-cı illərdə inşa edilmişdir. 
Həmin  dövrdə  Osmanlı  rəssamları,  əsasən,  miniatür  əsərlərə  üstünlük  verirdilər. 
Məşhur  rəssam  Levninin  miniatürlərini  fərqləndirən  başlıca  cəhət  onun  əsərlərində 
insanlara, hadisələrə yeni baxışın olması idi. 
Nəbi, Nedim, Titnat xanım XVII əsr türk ədəbiyyatının tanınmış simalarından olmuşlar. 
Memarlıqdan  fərqli  olaraq,  bu  dövrdə  musiqi  yüksək  inkişaf  səviyyəsinə  çatmışdı.  XVIII  əsrdə  Ömər  bəy 
İtri, Musa Əfəndi kimi böyük türk bəstəkarları  yaşayıb-yaratmışlar. Məhz bu əsr türk musiqisinin yüksəliş dövrü 
olmuşdur.  Türk  musiqisi  nəinki  Avropa  musiqisinin  təsiri  altına  düşmüş,  əksinə,  Avropa  musiqisinə  təsir 
göstərmişdi. Musiqinin belə inkişafı həm də bu dövrün sultanlarının - Sultan Əhmədin, I Mahmudun, III Səlimin bu 
sahəyə olan maraqları ilə bağlı idi. 
XVIII əsrin əvvəllərində Osmanlı dövlətində Avropa təcrübəsini öyrənməyə başladılar. Bunun nəticəsində 
ölkədə 1727-ci ildə ilk mətbəə yaradıldı. 
 
 
Katib Çələbi
 
 
 
 
Evlıya Çələbı 
 


 
180 
 
 
 
                                                
Ağn şəhərində İshak Paşa sarayı                        Sultan Əhməd məscidi 
 
Mərkəzi Asiya, Volqaboyu, Ural, Sibir türklərinin mədəniyyəti 
 Mərkəzi  Asiyada  mədrəsələrdə  şəriətlə  yanaşı,  dünyəvi  elmlər  də  tədris  olunurdu. 
Buxara  mədrəsəsi  bütün  müsəlman dünyasında  məşhur idi.  Böyük  şəhərlərdə  və  yaşayış 
mərkəzlərində qızlar üçün xüsusi məktəblər var idi. Türkmən poeziyasının zirvəsində duran 
Məhtimqulu Fəraqi  öz  əsərləri ilə sübut etdi  ki,  türkmən  dilində  də  böyük ədəbi əsərlər 
yarana bilər. Ondan sonra türkmən ədəbiyyatında ərəb və fars sözlərindən istifadəyə, demək 
olar ki, son qoyuldu. 
Mərkəzi  Asiya,  Volqaboyu,  Ural  türklərinin  təhsil  sistemi  digər  türk  xalqlarının 
təhsil  sistemindən  fərqlənmirdi.  Çarizmin  milli  müstəmləkə  siyasəti  -  türklərin 
xristianlaşdırılması  təhsilə  mane  olurdu.  Əhalini  xristianlaşdırmaq  məqsədilə  müsəlman 
məktəb  və  mədrəsələrini  bağlayır,  xristian  dini  məktəbləri  açırdı.  Bu  yolla  türklər  həmin 
məktəblərə  cəlb  edilirdi.  XVIII  əsrin  sonlarında  burada  ilk  dünyəvi  ibtidai  məktəblər 
açıldı. Rusiyanın sosial-iqtisadi inkişafı bu bölgənin iqtisadiyyatını öyrənməyi tələb edirdi. 
Odur ki, regionda tibb, texniki və başqa peşə məktəbləri yaradılmışdı. 
Kazanda açılan gimnaziyada təhsil rus dilində olsa da tatar, ərəb, türk dilləri də tədris olunurdu. Bu dövrdə 
Sagit Xalfin ilk tatar əlifbasını tərtib etmişdi. XVIII əsrdə rus qrafikası əsasında çuvaş əlifbası tərtib olundu. 
 
Qafqaz xalqlarının mədəniyyəti 
 Şimali  Qafqaz  ərazilərində  təhsil  məktəb  (mollaxana)  və  mədrəsələrdə  verilirdi.  Quran  oxumaq  və  yazı 
məktəblərdə öyrədilirdi. Mədrəsələrdə Quran oxunması, məntiq, hüquq, tarix, coğrafiya, fəlsəfə, astronomiya tədris 
edilirdi. Qazıqumuq və  Xunzaxda zəngin kitabxanalar fəaliyyət göstərirdi. Qafqazda bir çox elm sahələri ilə yanaşı, 
tibb elmi də inkişaf etmişdi. Təbiblər dərman bitkiləri vasitəsilə  müxtəlif xəstəlikləri sağaldır,  avropalı alimlərdən 
xeyli əvvəl çiçək xəstəliyinə qarşı peyvənd etməyi bacarırdılar. 
Şimali Qafqaz xalqlarının öz əlifbası yox idi. Onlar ərəb, rus və gürcü əlifbalarından istifadə edirdilər. Ərəb 
əlifbasından, əsasən bölgənin müsəlman əhalisi istifadə edirdi. XVIII əsrdə avar əlifbası tərtib olundu. 
XVII-XVIII  əsrlərdə  Qafqaz  xalqlarının  şifahi  xalq  ədəbiyyatı  daha  çox  inkişaf  etmişdi.  Tarixi  mövzulara, 
yadellilərin əsarətinə qarşı mübarizəyə həsr olunmuş mahnılar və əfsanələr daha  geniş yayılmışdı. 
XVIII əsrin ikinci yarısında Gürcüstanda dini təhsil verən seminariyalar - orta məktəblər açıldı. 1709-cu ildə 
Gürcüstanda Kartli çarı VI Vaxtanqın  təşəbbüsü ilə mətbəə açıldı. 1712-ci ildə bu mətbəədə XII əsrin böyük gürcü 
şairi Şota Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» əsəri daşbasma üsulu ilə çap edildi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Məhtimqulu Fəraqinin 
abidəsi. Türkmənistan 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə