Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə82/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   120

 
175 
 
Qafqaz xalqları XVII-XVIII əsrlərdə
 
 
Şimali Qafqaz xalqlarının sosial-iqtisadi həyat və siyasi quruluşu 
 XVII  əsrin  əvvəllərində  Şimali  Qafqaz  xalqlarının  sosial-iqtisadi  və  siyasi  vəziyyəti  son  dərəcə  ağır  idi. 
Bunun  əsas  səbəbi  uzunsürən  Osmanlı-Səfəvi  müharibələri  nəticəsində  şəhər  və  kəndlərin  dağılması,  təsərrüfat 
həyatının pozulması idi. Bu dövrdə Şimali Qafqazda  mürəkkəb etnik proseslər baş verirdi. Ölkədəki tayfalar daha 
böyük etnik birliyə çevrilir, xalqlar formalaşırdı.Həmin etnik birliklərdən bəziləri aşağıdakılar idi: 

 
Adıqlar (adıgeylər) - Qafqazın şimal-qərb hissəsində 
yaşayan ən böyük etnik birlik idi. 

 
Çərkəzlər  -  Anapadan  Kuban  çayı  sahillərinə  kimi 
böyük ərazidə - Çərkəzistanda məskunlaşmışdı. 

 
Abazilər - çərkəzlərdən cənub-qərbdə yaşayırdılar. 

 
Qaraçaylar  və  balkarlar  Elbrus  dağı  yaxınlığında 
yaşayırdılar. 

 
Osetinlər  –  Terek  çayının  yuxarı  axarı  boyunda 
yaşayırdılar. 

 
Çeçenlər  və  inquşlar  -  osetinlərdən  şərqdə 
məskunlaşmışdılar. 

 
Kabardinlər (kabardalılar) - Terek çayının orta axarı 
boyunca  yaşayırdılar.  Kabardinlər  iki  böyük 
feodallığa  -  Böyük  Kabardaya  və  Kiçik  Kabardaya 
bölünmüşdülər. 
Şimali  Qafqazın  iqtisadiyyatında  kənd  təsərrüfatı
xüsusilə  əkinçilik  əsas  yer  tuturdu.  Əkinçilikdə  başlıca  olaraq, 
buğda, arpa, çovdar, darı    yulaf    becərilirdi.  Çəltik, pambıq, 
paxla  əkinləri,  bağçılıq  və  bostançılıq,  dağlıq  və  dağətəyi 
zonalarda  maldarlıq,  xüsusən  qoyunçuluq  əsas  yer  tuturdu. 
Kalmık və Noqay torpaqlarında atçılıq müstəqil təsərrüfat sahəsi 
idi.  Sənətkarlığın  dəmirçilik,  misgərlik,  toxuculuq,  xalçaçılıq, 
dulusçuluq, dabbağlıq, zərgərlik və silahqayırma  sahələri  daha 
yaxşı  inkişaf  etmişdi.  O  dövrün  səyyahları  çeçen,  inquş  və 
Dağıstanda çox mahir sənətkarlar çalışdığını qeyd edirlər.  
Silah  ustaları  möhkəm  poladdan  soyuq  və  odlu  silahlar  hazırlayırdılar.  Böyük  Moskva  knyazı  Qafqazdan 
mahir ustaları Həştərxana dəvət etmişdi ki, oradakı sənətkarlara silah və zireh düzəltməyi öyrətsinlər. 
XVII-XVIII əsrlərdə Şimali  Qafqaz  müstəqil və  yarımmüstəqil siyasi qurumlara parçalanmışdı. Bu dövrdə 
Dağıstan  ərazisində  Tarku  şamxallığı,  Qaytaq  usmiliyi,  Tabasaran  maysumluğu,  Avar  və  Qazıqumuq 
xanlıqları var idi. Dağıstan hakimlərindən fərqli olaraq, çeçen və inquşların vahid siyasi birliyi yox idi. Onlar tayfa 
(teyp) prinsipi ilə yaşayır və ağsaqqallar şurası tərəfindən idarə edilirdilər. Kabardada böyük knyaz hakimiyyətinin 
seçkili  olması  çəkişmələrə  və  mərkəzi  hakimiyyətin  zəifləməsinə  gətirib  çıxarırdı.  Bütün  bunlar  Şimali  Qafqazda 
siyasi pərakəndəlik yaradırdı. 
 
Rusiyanın Şimali Qafqazın işğalına başlaması 
Qafqaz  coğrafi  mövqeyinə  görə  qonşularından  ən  çox  Rusiyanı  maraqlandırırdı.  Aşağı  Volqa  boyunda 
möhkəmlənən  Rusiya    Qafqaz  dağları,  Qara  dəniz  və  Xəzər  dənizinə  çıxış  yolu  əldə  etməyə  çalışırdı.  Avropanı 
Mərkəzi Asiya ilə birləşdirən ticarət yolları da bu ərazilərdən keçirdi. 
XVIII əsrin ortalarında Rusiyanın Şimali Qafqazda işğalçılıq planlarını gerçəkləşdirməsinə şərait yarandı. 
Bu dövrdə Rusiyanın Şimali Qafqaza dair işğalçılıq planlarını gerçəkləşdirməyə aşağıdakı amillər şərait yaratdı: 

 
Bölgədəki siyasi dağınıqlıq. 

 
Nadir şah imperiyasının dağılması. 

 
Osmanlı-Rusiya müharibəsində Osmanlı imperiyasının məğlub olması. 
Rusiya XVIII əsrin 60-cı illərində Qızlyardan Azov dənizi sahillərinə kimi uzanan Qafqaz xəttini yaratmağa 
başladı. Xəttin üzərində qalalar və çoxlu müdafiə istehkamları inşa edildi. 1774-cü ildə imzalanan Kiçik Qaynarca 
sülhü Şimali Qafqazın tarixində yeni səhifə açdı. Sülhün şərtlərinə görə Azov sahillərini ələ keçirən Rusiya Şimal-
Qərbi  Qafqazın  içərilərinə  doğru  irəliləmək  üçün  imkan  qazandı.  Kiçik  Qaynarca  sülhündən  dərhal  sonra  çar 
hökuməti Osetiyanın işğalına başladı. 
 
 
Qafqaz  xalqları XVII əsrdə 
 
 
 
Şimali Qafqaz xalqları 
 


 
176 
 
1783-cü ildə Krım xanlığı, Taman yarımadası və Kubanboyu ərazilər Rusiyaya birləşdirildi. XVIII əsrin 
son rübündə Kabarda knyazları, Çeçen-İnquş hakimləri, Tarku şamxalı Rusiyaya sədaqət andı içməli oldular. 
Rusiya  hakim  dairələri  Şimali  Qafqaz  əhalisinin  mütəşəkkil  müqavimətini  qırmaq  üçün  ayrı-ayrı  dağlı 
xalqları arasında, feodallarla kəndlilər arasında 
nifaq salır,  ziddiyyətləri  kəskinləşdirirdi.
  Kabardin, Çərkəz, Noqay 
feodallarını  rus  ordusuna  xidmətə  götürür,  onların  əmlakına  toxunmur  və  bununla  da  yerli  əhali  içərisində  ayrı-
seçkilik yaradılırdı. Çarizmin ümumxalq nifrəti doğuran digər siyasəti yerli əhalinin dini inanclarının tapdalanması 
idi. Ural və Volqaboyunda olduğu kimi, burada da müsəlman əhalinin zorla xristianlaşdırılması prosesi gedirdi.  
 
Rusiyanın müstəmləkə əsarətinə qarşı dağlıların milli-azadlıq hərəkatı 
Rusiyanın  zorakı  müstəmləkəçilik  siyasətinin  ilk  nəticələri  özünü  qısa  müddətdə 
göstərməyə başladı. Rusiyanın Şimali Qafqazı işğal etməsi ilə barışmayan dağlı xalqları - 
noqaylar, adıgeylər, çeçenlər, inquşlar, avarlar Şeyx Mənsurun başçılığı ilə mübarizəyə 
başladılar. Bu mübarizədə müridizmin böyük rolu oldu. 
Müridizm  fəlsəfəsinə  görə  əsl  mürid  hər  bir  işi  Allah  rizası  üçün  etməli  idi. 
Müridizmdə  cihadla  şəhidlik  fəlsəfəsi  bir-birini  tamamlayırdı.  Müridizmin  milli-azadlıq 
hərəkatına çevrilməsində Şeyx Mənsur və onun dini-siyasi mübarizəsi böyük rol oynadı.  
1785-ci  ildə  Şeyx  Mənsur  Çeçenistanda  Qafqaz  xalqlarını  yadelli  işğalçılara 
qarşı cihada çağırdı və Rusiyanın müstəmləkəçilik siyasətinə qarşı üsyan qaldırdı. Şeyx 
Mənsurun  Alda  döyüşündə  qazandığı  qələbə  xəbəri  tezliklə  bütün  Şimali  Qafqaza 
yayılaraq hərəkatın yüksəlişinə səbəb oldu.  
Şeyx  Mənsur  sonrakı  döyüşlərin  birində  əsir  düşdü  və  əsirlikdə  vəfat  etdi.  Dağlıların  azadlıq  mübarizəsi 
məğlub olsa da, çar hökumətinin Şimali Qafqazın işğalını müəyyən müddətə təxirə saldı. 
 
Rusiyanın Cənubi Qafqazla bağlı məkirli planları 
XVIII  əsrin  əvvəllərinə  qədər  hərbi-siyasi  təcavüz  üçün  qüvvəsi  olmadığı  üçün  Rusiya  Cənubi  Qafqazla 
bağlı  yalnız  iqtisadi  siyasət  həyata  keçirirdi.  Rus  çarı  I  Pyotrun  (1682-1725)  dövründə  Rusiya  Cənubi  Qafqazda 
həm iqtisadi, həm də siyasi məqsədini gerçəkləşdirməyə başladı. 
I  Pyotr  Xəzərsahili  bölgələrə  həm  xammal  mənbəyi,  həm  də  Hindistanı  Qərbi  Avropa  dövlətləri  ilə 
birləşdirən tranzit yolu kimi baxırdı. Bunun üçün Cənubi Qafqazın xeyli hissəsini ələ keçirmək lazım idi. 
Həmin dövrdə Qərbi Avropa və Rusiya dövləti ilə ipək ticarəti, demək olar ki, erməni tacirlərinin əlində idi.    
I  Pyotr  öz  gələcək  işğalçı  planlarının  həyata  keçirilməsində  ermənilərin  məlumatlarından  geniş  istifadə  edirdi. 
Ermənilər Rusiyanın Cənubi Qafqaza olan maraqlarını nəzərə alaraq daha çox canfəşanlıq edirdilər. Onlar Rusiya 
hakim dairələrinə cürbəcür hədiyyələr verir, layihələr, planlar və təkliflər irəli sürürdülər. Bu yolla onların Cənubi 
Qafqaza  qoşun  göndərməsini  sürətləndirməyə  çalışırdılar.  Bütün  bunların  kökündə  isə  tarixi  Azərbaycan 
torpaqlarının  zəbt  edilməsi  və  burada  ermənilərə  «dövlət  yaradılması»  məqsədi  dururdu.  Erməni  tacirləri,  din 
xadimləri  isə  Rusiya  hakimiyyət  dairələri  ilə  yaxınlıqdan  öz  milli  mənafeləri  üçün  istifadə  etməyə  çalışırdılar.  I 
Pyotra  göndərilən  məktublarda  Cənubi  Qafqazın  əhalisi,  iqtisadiyyatı,  yolları  barədə  ətraflı  məlumatlar  verilirdi. 
Xrisian olduqları üçün onların, guya, müsəlmanlar tərəfindən incidildikləri barədə uydurma xəbərlər çatdırılırdı. 
1722-1723-cü 
illərdə  I  Pyotrun  yürüşü 
nəticəsində  Rusiya  imperiyası  Xəzərsahili  bölgələri 
ələ  keçirdi.  Bundan  sonra  I  Pyotr  Cənubi  Qafqazı  bu 
diyarın  qədim  yerli  əhalisi  olan  türk-müsəlman 
əhalidən  təmizləyib  bura  erməniləri  köçürmək 
siyasətini  həyata  keçirməyə  başladı.  Lakin  çar 
Rusiyasının  bu  işğalları  I  Pyotrun  vəfatı  ilə  əlaqədar 
uğursuzluqla nəticələndi. 
XVIII  əsrin  ikinci  yarısında  da  Rusiyanın 
Cənubi  Qafqazla  bağlı  siyasətində  I  Pyotr  ənənələri 
davam  etdirilirdi.  II  Yekaterinanın  hakimiyyəti 
dövründə  (1762-1796)  çar  Rusiyasının  Azərbaycan 
torpaqlarında xristianlaşma siyasəti daha da fəallaşdı.  
XVIII əsrin ikinci yarısında baş verən Rusiya-Osmanlı müharibələrində Rusiya qələbə qazandı. Bu, Rusiyaya 
Qara dənizin şimal sərhədlərində, Şimali Qafqazda möhkəmlənməyə və Şərqi Gürcüstanın işğalını həyata keçirməyə 
imkan yaratdı. Rusiyapərəst siyasət yürüdən və Şimal-Qərbi Azərbaycan torpaqlarını ələ keçirməyə çalışan Kartli-
Kaxetiya  çarı  II  İrakli  (1764-1798)  Georgiyevsk  müqaviləsini  (1783)  imzalamaqla  Şərqi  Gürcüstan  Rusiyanın 
himayəsinə keçdi. Rus ordusu Tiflisə göndərildi. Rusiyanın Cənubi Qafqaz siyasəti daha da fəallaşdı. Azərbaycan 
 
Şeyx Mənsur
 
 
 
 
I Pyotr Xəzər dənizi sahillərində 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə