Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə90/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   120

 
192 
 
Ticarət sürətlə inkişaf edirdi. Ölkədən balıq məmulatları, gəmi avadanlığı, ağac materialları, spirtli içkilər 
ixrac olunurdu. Orta koloniyalarda - Pensilvaniya, Filadelfiya  Nyu-Yorkda ticarət daha
 geniş yayılmışdı.
 
 
Şimali Amerikada Britaniya hökumətinin müstəmləkə siyasəti 
Britaniya  kralı  və  parlamenti  Amerikadakı  müstəmləkələrinə  manufakturaların  açılmasını,  dəmir 
məmulatlarının  hazırlanmasını  və  parça  (yun    parçalar)    istehsalını    qadağan  etmişdi.  Çünki  metal  alətlər  və 
parçalar müstəmləkələrə İngiltərədən gətirilməli idi. Ona görə də İngiltərə parlamenti koloniyalarda bu proseslərin 
genişlənməsinin qarşısını almaq üçün müstəmləkələrin əleyhinə aşağıdakı
 
qanunları qəbul etdi
: 

 
Bütün koloniyalarda buraxılan kağız pullar ödənc vasitəsi kimi tanınmadı. 

 
Kral ordusunu mənzil və ərzaqla təmin etmək tələbi qoyuldu. 

 
Bütün çap məhsullarına vergi möhürü vuruldu  və rüsum alındı
 
«Boston çay məclisi»nin baş verməsi (1773) 
Britaniyanın  qadağaları  ilə  barışmayan  koloniyalar  bu 
məhrumiyyətlərə  cavab  olaraq  bütün  Şimali  Amerikada 
İngiltərə  hökumətinə  qarşı  aşağıdakı  tədbirləri  həyata 
keçirdilər: 

 
«Azadlıq oğulları» adlı gizli təşkilat yaratdılar. 

 
1765-ci  ildə  koloniyalar  öz  nümayəndələrini 
Filadelfiyaya qurultaya (konqresə) göndərdilər. 
Filadelfiya  qurultayında  Nümayəndələrin  səyi  ilə 
Konqres qətnamə qəbul etdi. Konqresin qəbul etdiyi qətnaməyə 
görə  İngiltərə  parlamenti  koloniyaların  razılığı  olmadan 
onlara  vergi  qoya  bilməzdi.    Bundan  sonra  İngiltərədən 
gətirilən bütün mallara  boykot elan edildi.   
1773-cü ildə İngiltərənin ―Ost-Hind‖ şirkətinin  çayla 
yüklənmiş bir neçə gəmisi Amerikanın Boston limanına gəldi.  
Çay gömrük haqqı ödənməklə nisbətən ucuz qiymətə əhaliyə satılmalı idi. Lakin əhali buna etirazını bildirdi 
və «Azadlıq oğulları» Boston təşkilatının üzvləri hindu paltarı geyinərək gəmilərə hücum edib, çay qutularını suya 
tulladılar.  Beləliklə,  Boston  limanına  gətrilmiş  çaya  gömrük  haqqı  ödəməklə  nisbətən  ucuz  qiymətlə  əhaliyə 
satılması  «Boston  çay  məclisi»  hadisəsinin  törədilməsinə  səbəb  oldu.  İngiltərə  hökuməti  etiraz  aksiyasına  cavab 
olaraq aşağıdakı tədbirləri həyata keçirdi: 

 
Boston limanı  bağladıldı. 

 
Şəhər əhalisinə dəniz ticarəti ilə məşğul olmaq qadağan edildi 
  
Şimali Amerikada istiqlaliyyət müharibəsinin (1775-1783) başlaması 
Müstəmləkələrdə ingilis ağalığına qarşı boykot hərəkatını getdikcə  silahlı mübarizə əvəz etdi. 
1775-ci  ildə 
Şimali  Amerikada  bütün  ingilis  koloniyaları  üsyan  qaldırdı.  Bir  çox  yerlərdə  silahlı  dəstələr  yaradıldı.  İngiltərə 
müstəmləkəçilərinə qarşı silahlı  mübarizə başladı. 1775-ci il aprelin 19-da İngiltərənin silahlı qüvvələri ilə ingilis 
koloniyaları arasında ilk döyüş baş verdi.  
Bununlada  Amerikada  İngiltərə  kralı  III  Georginin  (1760-1801)
 
  buradakı 
tərəfdarları ilə kolonistlər arasında İstiqlaliyyət müharibəsi başladı. 
1775-ci  ilin  mayında  Filadelfiyada    bütün  müstəmləkələrin  nümayəndələrinin  
ikinci kontinental Konqresi   keçirildi. İkinci kontinental Konqresin qərarlarına əsasən

 
İngiltərə ilə əlaqəni  kəsmək qərara alındı. 

 
Corc Vaşinqton  azadlıq ordusunun baş komandanı təyin edildi. 
 
         İkinci kontinental Konqresin qərarları 
 
 
 
 
Partizan dəstələrindən ibarət ordunu öz ordusu hesab etdi
 
Müstəmləkələr İngiltərə ilə əlaqəni  kəsdi
 
 
Konqres
 
 
 
 
 
Corc Vaşinqton ordunun baş komandanı təyin 
edildi
 
 
 
Boston çay məclisi, 1773-cü il 
 
«Boston çay məclisi»
 
 
 
Corc Vaşinqton
 


 
193 
 
«İstiqlaliyyət  bəyannaməsi»nin qəbul olunması. ABŞ-ın yaradılması (1776) 
1776-cı il iyulun 4-də, müharibənin gedişində  Filadelfiyada Konqres 
«İstiqlaliyyət  bəyannaməsi»
ni qəbul 
etdi. 
«İstiqlaliyyət  bəyannaməsi»nin   müəllifi  Virciniya  plantatoru, 
inqilabın görkəmli  xadimi,  Tomas  Cefferson 
idi. 
«İstiqlaliyyət  bəyannaməsi» 
üsyan  qaldırmış 
keçmiş müstəmləkələrin İngiltərədən ayrılması və 
yeni müstəqil 
dövlət - Ameriya  Birləşmiş Ştatlarının 
tam müstəqilliyi haqqında bəyanat idi.
  
«İstiqlaliyyət  bəyannaməsi» 
nə əsasən:  

 
İnsanların hüquq bərabərliyi elan edildi. 

 
ABŞ-ın yaradıldığı  elan edildi. 

 
Üsyan qaldırmış müstəmləkər İngiltərədən ayrıldığını elan etdilər. 

 
İngiltərənin Şimali Amerikadakı müstəmləkələri müstəqilliyinin elan etdilər. 
Bəyannamədə  göstərilirdi  ki, 
İngiltərənin  müstəmləkələrə  zülm  etməsi  insanın 
«azadlıq, yaşamaq və xoşbəxtliyə can atmaq» kimi ayrılmaz hüquqlarına ziddir. 
Bununla da   
xalq hakimiyyətin mənbəyi  elan edildi.
 
Hazırda  «İstiqlaliyyət  bəyannaməsi
»
nin elan edildiyi gün  -   4 iyul,  hər il ABŞ-ın İstiqlaliyyət günü kimi 
qeyd edilir. 
İlk vaxtlar ştatların hər biri müstəqil dövlət idi. Lakin ölkənin iqtisadi inkişafını və müdafiəsini təmin 
etmək zərurəti ştatların birləşməsini tələb edirdi. Buna görə də ştatlar birləşdi. Beləliklə, ABŞ  - Amerika Birləşmiş 
Ştatları yarandı.
 
 
İstiqlaliyyət müharibəsinin gedişi və başa çatması 
İstiqlaliyyət müharibəsinin əvvəlində 
Corc Vaşinqtonun 
ordusu Bostonu azad etdi.   
Lakin daha güclü olan 
İngiltərə ordusunun  
1777-ci ilin yayında    Filadelfiyanı tutması nəticəsində müharibənin gedişində inqilabi ordu 
və  xalq  böyük  çətinliklərlə  üzləşdi
Amerikanın  azadlığı  uğrunda  müharibədə  çoxlu  könüllü  iştirak  edirdi. 
Könüllülər içərisində avropalılardan başqa qaradərililər də var idi.
 
Corc Vaşinqtonun ordusu  1777-ci ilin 
oktyabrında
  İngiltərə 
ordusuna  qalib  gəldi.  Bu  qələbə  müharibənin  gedişində  dönüş 
yaratdı.  Müharibənin  gedişində  ABŞ  konqresi  Avropa  dövlətlərini 
ittifaqa cəlb etmək məqsədi ilə özünə müttəfiqlər axtarmağa başladı. 
Bu  məqsədlə  konqres  Benjamin  Franklini  Avropaya  göndərdi. 
Böyük  diplomat  olan  Benjamin  Franklinin 
diplomatik  səyləri 
nəticəsində 
Fransa    İspaniya  Amerikanın  müttəfiqi  kimi 
İngiltərəyə  qarşı  müharibəyə  qoşuldu.  Müstəmləkələr  uğrunda 
İngiltərə,  Fransa  və  İspaniya  arasında  rəqabət  daha  da  gücləndi. 
Fransa və  İspaniyanın müharibəyə girməsi ingilislərin vəziyyətini 
xeyli çətinləşdirdi. 
 
1781-ci ildə C.Vaşinqtonun orduları Yorktaun ətrafında döyüşdə ingilisləri mühasirəyə alaraq, onları təslim 
olmağa  məcbur etdi. Bir il sonra İngiltərə müharibəni dayandırmağa məcbur oldu və sülh danışıqlarına başladı.
  
1783-cü  ildə 
Fransada  (Versalda) 
Fransa kralı  XVI  Lüdovikin  vasitəciliyi  ilə  ABŞ-la  İngilrərə  arasında 
Versalda  sülh müqaviləsi  imzalandı. Versal  müqaviləsinin şərtlərinə əsasən: 
1.
 
İngiltərə ABŞ-ın müstəqilliyini tanıdı. 
2.
 
Alleqan dağlarından Missisipi çayına qədər olan ərazilər ABŞ-a verildi. 
Lakin  Kanada  İngiltərənin  müstəmləkəsi  olaraq  qaldı. 
Versal    müqaviləsinin  imzalanması  ilə  ABŞ-da 
İstiqlaliyyət  müharibəsi başa  çatdı.  İstiqlaliyyət  müharibəsi nəticəsində  yeni yaranmış ABŞ dövləti  İngiltərə kimi 
güclü dövlətə qalib gəldi.
 
 
 
 
 
İstiqlaliyyət müharibəsinin başlaması               1777-ci il döyüşü.                        1781-ci il, Yorktaun döyüşü 
 
 
 
 
Tomas Ceferson 
 
 
Benjamin Franklinin Avropaya  göndərilməsi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə