Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə86/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   120

 
183 
 
 
 
Oliver Kromvelin Yeni topli ordusu. 1644-cü il, Kromvelin ilk dəfə sərkərdəlik bacarığını göstərməsi. 
 1945-ci il, Neyzbi döyüşü, parlament ordusunun kralın başlıca qüvvələrini darmadağın etməsi. 
 
 
Uzunmüddətli parlamentin islahatları 
Uzunmüddətli parlament fəaliyyətə başlayarkən bir sıra feodal qaydalarını sarsıdan islahatlar həyata keçirdi: 
 

 
Feodal töycüsü ləğv edildi. 

 
Kral və kilsə məhkəməsinin dünyəvi şəxsləri mühakimə etmək səlahiyyətiləğv edildi.  

 
Kral nazirləri məhkəməyə verdi. 

 
İcmalar palatasının kral tərəfindən buraxılmasını qadağan edən qanun qəbul edildi. 
Vətəndaş  müharibəsindən  sonra  Uzunmüddətli  parlamentdə  üstünlüyü  ələ  alan  yeni    zadəganlar  və  
burjuaziya bir sıra islahatlar həyata keçirdi:
 

 
Kilsə parlamentə tabe edildi. 

 
Zadəgan və  burjuaziyanın torpaqdan istifadəyə görə krala haqq vermələri ləğv edildi.  
Lakin  kəndlilərin  mülkədarlardan  asılılığı  ləğv  olunmadı.  Kəndlilər  feodal  mükəlləfiyyətlərini  və  onda  bir 
vergini  yenə  də  ödəməli  idilər.  Odur  ki,  uzunmüddətli  parlamentin  islahatl
arı  əhalinin  bütün  təbəqələrini  razı 
salmadı. Parlamentin inqilabi ordunu buraxmaq və onu tərk-silah etmək haqqında qərarı xalqı hərəkətə gətirdi.
 
 
Levellerlər («bərabərçilər») hərəkatı 
İnqilab zamanı London sənətkarları və yeni tipli ordunun əsgərləri arasında siyasi publisist Con Lilbernin 
ideyaları  geniş  yayıldı.
  Lilbernin  tərəfdarlarını    levellerlər  («bərabərçilər»)
 
adlandırırdılar.  Vətəndaş  müharibəsi 
ölkəni  sarsıtdı,  özü  ilə  aclıq  və  fəlakət  gətirdi.  Belə  çətin  zamanda  Levellerlər  ordu  hissələrinə  müraciət  edərək, 
onları  üsyanan  çağırdılar.
  Levellerlər  krala  və  aristokratlara,  parlamentin  aristokratlardan  təşkil  olunmuş  lordlar 
palatasına qarşı idilər. Levellerlər aşağıdakı tələblər irəli sürürdülər: 

 
Respublika yaradılmasını. 

 
Lordlar palatasının ləğv edilməsini. 

 
Seçki hüququnun verilməsində dəyişikliklər edilməsini

 
Qanun qarşısında hər kəsin bərabərlik və din azadlığını. 
Lakin  levellerlərin  qaldırdığı  qiyam  yatırıldı.  Qiyam  başçıları 
edam  olundular.  Bundan  sonra  levellerlər  siyasi  yazılar  çap  etməklə 
mübarizə aparsalar da hərəkat zəifləyib təsirini itirdi.  
 
Diggerlər («həqiqi levellerlər») hərəkatı 
1649-cu  ildə  İngiltərədə  kənd  yoxsulları  arasında  diggerlər 
hərəkatı  yayıldı.  Diggerlər  özlərini  «həqiqi  levellerlər» 
(«həqiqi 
bərabərçilər»)
 
adlandırırdılar.  Diggerlərin  ideoloqu  Cerard 
Uinstenli  idi. 
Diggerlər  levellerlərədən  fərqli  olaraq  təkcə  siyasi 
bərabərlik deyil, iqtisadi bərabərlik də tələb edirdilər. 
Diggerlər xüsusi 
mülkiyyətin  əleyhinə  idilər.  Torpaq  sahibliyinə  qarşı  çıxan  diggerlər 
dinc  yolla  mübarizə  aparırdılar.  Onlar  icma  torpaqlarını  belləyir  və 
bütün  yoxsulları  onlara  qoşulmağa  çağırırdılar.  Diggerlər  bu  yolla 
çoxlu  tərəfdar  toplamağa  və  xüsusi  mülkiyyət  olmayan  bir  cəmiyyət 
qurmağa  ümid  edirdilər.  Lakin  diggerlər  də  istədiklərinə  nail  ola 
bilmədilər.
  Respublika  kasıbların  bu  dinc  hərəkatı  da  amansızlıqla  
yatırdı.
 
 
 
 
 
Con Lilbern.  Edam olunmuş levellerlərin 
xatirə lövhəsi. 
 
 
 
 
 
Diggerlər 
 


 
184 
 
«Prayd təmizləməsi». İngiltərənin Respublika elan edilməsi
 
Parlamentdə  sütünlük  təşkil  edən  iri  mülkədarlar    kral 
hakimiyyətinin  saxlanılmasının  tərəfdarı  idilər.  Lakin, 
1648-ci  ildə 
polkovnik  Prayd  öz  tərəfdarları  ilə  birlikdə  kral  tərəfdarı  olan 
deputatları  parlament  binasına  buraxmadı.  Bu  hadisə  İngiltərə 
tarixində  «Prayd  təmizləməsi»  adlandı.  «Prayd  təmizləməsi» 
hadisəsindən  sonra 
kral  əleyhdarları  parlamentdə  üstünlük 
qazandılar. 
Vətəndaş  müharibəsindən  sonra  ordu  kralın  edam  edilməsini 
tələb  edirdi.  Odur  ki,  Oliver  Kromvel  xalqın  təzyiqilə  monarxiyanı 
ləğv etməyə məcbur oldu.  1649-cu il, yanvarın 30-da  I Karl edam 
olundu. Parlament  1649-cu ilin  martında    Kral hakimiyyətini və 
Lordlar palatasını ləğv etdi. 1649-cu ilin mayında isə: 

 
İngiltərə respublika elan olundu. 

 
Hakimiyyət Kromvel başda olmaqla parlamentin əlinə keçdi.
 
İngiltərədə respublika cəmi 4 il (1649-1653) mövcud oldu, 1653-cü ildə Kromvel respublikaya son qoydu. 
 
Yeni tipli ordunun işğalları 
I Karl edam edildikdən sonra Fransada qaçıb gizlənmiş İngiltərə taxt-tacın varisi və edam edilmiş kralın oğlu 
II  Karl  ləğv  edilmiş  kral  hakimiyyətini  bərpa  etmək  üçün  İrlandiyada  özünə  tərəfdarlar  topladı. 
1649-cu  ilin 
avqustunda   
Parlament  Oliver  Kromveli  İrlandiyaya  canişin  göndərərək  İrlandiyada  qiyamı  amansızlıqla  yatırdı.  
Oliver Kromvel  İrlandiyanı tutduqdan sonra aşağıdakı tədbirləri həyata keçirildi:
 

 
Ə
hali kütləvi şəkildə Amerikaya sürgün edildi. 

 
İrlandiyanın parlamenti buraxıldı və İrlandiya İngiltərə Respublikasına birləşdirildi
Oliver  Kromvel  İrlandiyanı  tutduqdan  sonra  II  Karl  Şotlandiyaya  gedərək  özünə  yeni  tərəfdarlar  topladı. 
Şotlandiya parlamenti - 
«kovenant» isə onu öz kralı elan etdi. Buna cavab olaraq Kromvel Şotlandiyaya yürüş etdi. 
Kromvelin  Şotlandiyaya  yürüş  nəticəsində  Şotlandiya  ordusunu  məğlub  edildi  və  Şotlandiya  İngiltərə 
Respublikasına birləşdirildi. II Karl isə Fransaya qaçmağa məcbur oldu. 
1653-cü il çevrilişi. Oliver Kromvelin protektorluğu dövrü 
İrlandiya və Şotlandiyanın işğalı başa çatdıqdan sonra parlament ordunun sayını azaltmağı təklif etdi. Buna 
görə  də  parlamentlə  ordu  arasında  ziddiyyət  gücləndi. 
Ordunun  yuxarı  dairələri  və  zadəganlar  bütün  hakimiyyəti 
Kromvelə verməyi qərara aldılar.  1653-cü ildə Kromvel əksinqilabi çevriliş   edib 
«uzunmüddətli parlamenti» və  
«Dövlət şurası»nı qovaraq hakimiyyəti bütünlüklə öz əlinə aldı.  
Çevriliş nəticəsində: 

 
Respublikaya və inqilaba son qoyuldu. 

 
Kromvel  lord-protektor  elan olundu. 
Beləliklə,  Kromvel  inqilab  tarixində  iki  rol  oynadı  -  əvvəlcə  o,  inqilabın 
başçısı,  sonra  isə  onun  boğucusu  oldu.  Əslində  protektorluq  rejimi  Kromvelin  
hərbi  diktaturası  (1653-1658)    demək  idi.  Kramvel    hərbi  diktaturası  (lord-
protektorluğu)  dövründə  təkbaşına  qanunlar  verməyə  və  ölkəni  parlamentsiz  idarə 
etməyə başladı. Lakin Kromvelin siyasəti ölkədə sabitlik yaratmadı.  
1658-ci  ildə  Kromvel  vəfat  etdikdən  sonra
  p
rotektor  titulu  onun  oğlu  Riçar 
Kromvelə verildi. Lakin
 
Riçard Kromvel (1659-1660) ölkəni idarə edə bilmədi və bir 
neçə ildən  sonra 
könüllü olaraq hakimiyyətdən əl çəkdi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
I Karlın edam olunması, 1649-cu il, 30 yanvar 
 
 
Cromvelin Uzunmüddətli 
parlamenti buraxması 
 
 
 
          
 
 
 
 
 
 
 
 
    
Oliver Kromvel  Riçard Kromvel
 
 
 
Oliver  Kromvel  vətəndaş  müharibəsinin  başlanğıcında
 
təhsil  aldığı 
Hüquq  fakultəsini  yarımçıq  tərk  edərək  60  atlıdan  ibratət  dəstənin  kapitanı 
oldu. Kromvelin sərkərdəlik bacarığı və kral ordusu üzərində qələbələri onu 
parlament ordusunun və inqilabın başçısı səviyyəsinədək yüksəltdi. Lakin O, 
inqilab başa çatdıqdan sonra özünü lord-protektor elan edərək 1653-1658-ci 
illərdə İngiltərədə təkbaşına  hakimiyyətə sahib oldu. Lord-protektor  1658-ci 
ildə  vəfat  etdi.  Onun  ölümündən  sonra  qurduğu  protektorluq  rejimi  isə 
dağıldı. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə