Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə94/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   120

 
200 
 
Fransa 
 
Maarifçilik 
Fransa  burjua    inqilabından    çox-çox  əvvəl 
qabaqcıl  ziyalılar
  mütləq  monorxiyanı    feodal  quruluşunu 
tənqid    etməyə  başladılar.  Bu  böyük  ideya    hərkatı    sonralar  maarifçilik,  onun  iştirakçıları    idə  maarifçilər  
adlandırıldı. 
İngiltərə və  Amerika burjua inqilablarının nəticələrindən bəhrələnən Fransa  maarifçiləri yeni ideyalar 
irəli  sürürdülər.  XVIII  əsrin  əvvəllərindən  başlayaraq  maarifçilər  feodal  quruluşunu  tənqid  edir,  mütləq 
monarxiyaya  qarşı  çıxırdılar
XVIII  əsr  fransız  maarifçilərinin  görkəmil  nümayəndələri   
Monteskyö,  Volter, 
Russo, Melye  Didro 
idi.  
Monteskyö: 

 
mütləq monarxiyan və işğalçılıq müharibələrini pisləyirdi. 

 
konstitusiyalı məhdud monarxiyanı ən yaxşı dövlət quruluşu hesab edirdi. 

 
xüsusi mülkiyyətin toxunulmazlığını və şəxsi azadlığı yüksək qiymətləndirirdi.  

 
fikirləri  xırda  və  orta  burjuaziyanın  və  zadəganların  əhvali-ruhiyyəsini  əks 
etdirirdi. 
Volter: 

 
dini fanatizmi, zadəganların və ruhanilərin imtiyazlarını tənqid edirdi. 

 
inqilab  tərəfdarı  deyildi,  sadəcə  mütləq  monarxiyanı  məhdudlaşdırmağa, 
kilsənin nüfuzunu zəiflətməyə çağırırdı. 

 
mövcud köhnəlmiş  qaydaların dəyişdirilməsini inqilabla deyil, 
«maariflənmiş 
monarx»dan  
özləyirdi. 

 
hər  kəsin  qanun  qarşısında  bərabər  olmasını,  hər  cür  imtiyazların  ləğv 
edilməsini tələb edirdi. 
Jan Jak Russo: 

 
ideyalarına görə ölkənin idarə olunması üsulunu xalq özü təyin etməliydi.  

 
iəndli və sənətkarların mənafeyi, əhvali- ruhiyyəsini tərənnüm edirdi. 

 
xırda mülkiyyəti qanuni hesab edir, iri mülkiyyətin ləğvinə çalışırdı. 

 
xırda və inqilabçı burjuaziyanın maraqlarını müdafiə edirdi. 
Nə  Monteskyö,  nə  də  Volter  inqilab  tərəfdarı  olmasalar  da,  onların  yaydığı 
ideyalar özləri də bilmədən inqilabi əhvali-ruhiyyənin güclənməsinə kömək edirdi. 
Marifçi  Jan  Melye  kəndlilərin  çətin  vəziyyətlərinə  yaxından  bələd  olaraq, 
yoxsullara böyük hörmət bəsləyir, onların inqilabi arzularının ifadəçisi kimi çıxış edirdi. 
O da mülkiyyət və imtiyazların ləğv edilməsinin tərəfdarı idi. 
 
Ensklopediyaçılar  
XVIII  əsrin  fransız  maarifçilərini  çox  vaxt  ensklopediyaçılar    adlandırırlar. 
Onların əksəriyyəti ensklopediya və yaxud elm, incəsənət və sənətlərin izahlı lüğğətini 
hazırlanmasında iştirak etmişdilər. Bu çoxcildli, izahlı lüğət  ilk dəfə  
1751-ci ildə yazıçı 
və filosof 
Deni  Didronun  redaktəsi və 
rəhbərliyi ilə 
çıxmağa başlamışdı. 
Volter, Russo 
və başqa məşhur yazıçılar da ensiklopediyanın müəllifləri idilər. 
Belə  bir  ensiklopediyanın  nəşri  hökuməti  təşvişə  saldı.  Hakimiyyət  ilk  cildləri 
yandırsa  da,  nəşri  dayandıra  bilmədi. 
Təqiblərə  baxmayaraq  ensklopediyanın  35  cildi 
çapdan  çıxdı. 
Ensklopediya  fransız  maarifçilərinin  qabaqcıl  elmi  və  ictimai-siyasi 
biliklərini  yaymaq  işini  davam  etdirdi.  Bu  dəyərli  kitab  ictimai-siyasi  fikrin  çox  böyük 
tribunasına və auditoriyasına çevrildi. 
 Ensklopediyaçılara aiddir: 

 
Onların  məqsədi  yaşadıqları  dövrün  elmi  biliklərini,  qabaqcıl  ideyalarını 
izah etmək və sistemə salmaq idi

 
Feodal qaydalarını tənqid edir və xalqı bu qaydaların ləğvinə çağırırdılar. 

 
 Kilsəni tənqid edir, qeyri-məhdud kral hakimiyyətini pisləyirdilər.  

 
Əhalinin  silklərə  bölünməsinə  qarşı  çıxır,  insanların  bərabərhüquqlu 
vətəndaşlar olduğunu bildirirdilər. 
Beləliklə, 
maarifçilərin  qabaqcıl  ideyaları  Fransa  burjua  inqilabının 
hazırlanmasında və gedişində mühüm rol oynadı, inqilabın müjdəçisi, ilkin ideoloji şərti 
oldu. 
 
 
 
Mon
teskyö 
 
Volter 
 
Jan Jak Russo 
 
Jan Melye 
 
 
Deni Didro 
 


 
201 
 
 
 
 
Fransa burjua inqilabı ərəfəsində ölkədə siyasi və sosial-iqtisadi vəziyyət 
XVIII  əsrin  sonlarında  Fransa  müstəmləkələr  uğrunda  İngiltərə  ilə  apardığı  müharibələrdə  məğlubiyyətə 
uğradı.  Belə  ki,  Fransa  və  İngiltərə  arasında  baş  verən    Yeddiillik  müharibə  (1756-1763)  nəticəsində  Fransa 
məğlub  olaraq  Kanada  və  Benqaliya  kimi  müstəmləkələrini  itirdi.
  XVIII  əsr  Fransası  özünün  dövlət  quruluşu 
baxımından mütləq monarxiya idi.
 
Bununla  belə  kralın  mütləq  hakimiyyəti 
getdikcə ruhani, burjuaziya və zadəganlar arasında 
nüfuzunu  itirirdi.
    Hakimiyyətə  gələn  XVI 
Lüdovik  (1774-1792)  iradəsiz  şəxs  olduğundan 
dövlət  işlərini  həyat  yoldaşı  Mariya  Antuanetta 
idarə edirdi. 
Ölkənin təsərrüfatı orta əsr feodal qaydaları 
ilə  idarə  olunurdu.  Kəndlilər  töycü,  can  vergisi, 
dövlət  vergisi  olan talya ödəyir,  biyara  gedirdilər. 
Kəndlərdə yardarlıq sistemi  hökm  sürürdü,  yəni 
məhsulun  bir  hissəsini  sahibkara  ödəməklə 
torpağı  icarəyə  götürmək  olardı.  Torpaqsız 
kəndlilər  isə  sahibkar  torpaqlarında  günəmuzd 
işləyirdilər.  Lakin  kəndlərdə  fermer  təsərrüfatları 
da  yaranırdı.  Kəndlilərin  yuxarı  təbəqəsi  getdikcə 
varlanır, burjuaziya təbəqəsi meydana gəlirdi. 
XVIII  əsrdə  sənaye  və  ticarət  də 
canlanmışdı. Şəhərlərdə manufakturalar istehsalın 
əsasını  təşkil  edirdi.  Paris,  Marsel,  Lion  sənaye 
mərkəzlərinə çevrilmişdi.  
Ticarət əlaqələri, xüsusən xarici ticarət genişlənmişdi. Amma ölkə daxilindəki köhnəlmiş feodal qaydaları və 
gömrük maneələri daxili ticarətin, sənayenin inkişafına mane olurdu. Ölkənin inkişafına əngəl törədən amillərdən 
biri də əhalinin silklərə bölünməsi idi.  Bu dövrdə də Fransada  əhalinin  üç silkə bölünməsi qaydası qalmaqda idi. 
 Birinci və ikinci silkə daxil olan ruhanilər və zadəganlar 
vergilərdən  azad  olunmuşdular.  Ali  vəzifələri  yalnız  zadəganlar 
tuta bilərdilər. 
Üçüncü  silkə  daxil  olan  əhalinin  əksəriyyətini  təşkil  edən 
burjuaziya, xırda tacirlər, sənətkarlar, fəhlələr,  kəndlilər dövlətin 
bütün  vergilərini  ödəyirdi.  Onların  siyasi  hüquqları  isə  yox  idi. 
Feodal-mütləqiyyət  sisteminə  qarşı  çıxan  fransız  burjuaziyası  - 
tacirlər,  manufaktura  sahibləri,  bankirlər  artıq  mübarizəyə  hazır 
idilər.  Kəndlilər,  sənətkarlar  və  fəhlələr  bu  mübarizədə 
burjuaziyanın  tərəfində  idilər.  Üçüncü  silk  nümayəndələri  silk 
üstünlüklərinin  ləğv  edilməsinə,  monarxiya  quruluşunun 
yumşaldılmasına çalışırdılar. 
Rejimdən narazı qalan zadəgan və ruhanilərin bir qismi də 
islahatlar keçirilməsini istəyirdi.  
 
 
 
 
 
 
Silki quruluş 
 
Feodal qaydaları 
 
Katolik kilsəsi 
 
Mütləq monorxiya 
 
Maarifçilərin mübarizə apardığı istiqamətlər 
 
 
Fransa XVIII əsrdə 
 
 
 
Mariya Antuanetta və XVI Lüdovik
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə