Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə97/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   120

 
206 
 
1794-1799)._1795-ci_il_termidorçu_Konstitusiyası_Fransada_«_yeni_varlılar_»'>Termidor (Direktoriya) irticası dövrü (1794-1799). 1795-ci il termidorçu Konstitusiyası 
Fransada 
«
yeni varlılar
»
  inqilab illərində əldə edilmiş var-dövlətin qorunub saxlanmasında maraqlı olan iri 
burjuaziyanın  nüfuzlu  nümayəndələri  idilər.  Onlar  termidor  çevrilişi  nəticəsində  hakimiyyətə  gəldiyi  üçün  1794-
1799-cu illərdə hakimiyyətdə olduğu dövr də termidor irticası dövrü adlandı. 
1795-ci  ilin 
payızında 
termidorçu  Kovent  yeni  Konstitusiya  qəbul  etdi. 
Bu,  respublika  təqvimi  üzrə 
«üçüncü il konstitusiyası» adlanırdı.  
Termidorçu Konstitusiyaya əsasən:
 

 
Fransada respublika quruluşu saxlanıldı. 

 
Ümumi seçki hüququ ləğv edildi . 

 
S
eçicilər üçün əmlak və yaş senzi tətbiq olundu. 

 
Qanunverici hakimiyyəti iki palatadan ibarət Qanunverici Korpusa verildi. 

 
İcraedici hakimiyyət beş direktordan ibarət olan Direktoriyaya 
həvalə edildi

Zadəgan Barrasın  əsas rol oynadığı 
Direktoriya  dövründə Fransada aşağıdakı tədbirlər həyata keçirildi:
 

 
Jirondist deputatlar Konventin tərkibinə qaytarıldı. 

 
Yakobin klubu bağlandı, onların üzvləri isə həbs və edam edildi. 

 
Milli qvardiya yakobin tərəfdarlarından təmizləndi. 

 
Monarxiya tərəfdarlarına qarşı qoyulan qadağalar zəiflədildi. 

 
Yakobinçilərin tətbiq etdiyi sabit qiymətlər ləğv edildi. 
 
 
 
Yakoninçilərin həyata keçirdiyi tədbirlər 
 
Direktoriya dövründə həyata keçirilən tədbirlər 
 

 
 Respublika quruluşu saxlanıldı. 

 
 Fransanın  ikinci Konstitusiyası qəbul edildi. 

 
 Feodal  vergi  və  mükəlləfiyyətlər  tamamilə  və 
əvəzsiz ləğv edilməsi haqqında dekret verildi. 

 
Kəndlilər torpaq mülkiyyətçisi oldular. Tutulan 
kəndli torpaqları sahiblərinə qaytarıldı. 

 
 Əks-inqilabçılara  qarşı  sərt  qanunlar  qəbul 
olundu,  vətənə  xəyanət  edənlər  cəzalandırıldı, 
hərbi tribunal yaradıldı. 
 

 
Respublika quruluşu saxlanıldı. 

 
Jirondistlər Konventin tərkibinə qaytarıldı. 

 
Yakobin  klubu  bağlandı,  üzvləri  isə  həbs  və 
edam edildi. 

 
Milli  qvardiya  yakobin  tərəfdarlarından 
təmizləndi. 

 
Yakobinçilərin  tətbiq  etdiyi  sabit  qiymətlər 
ləğv edildi. 

 
Monarxiya  tərəfdarlarına  qarşı  qoyulan 
qadağalar zəiflədildi. 
 
 
Direktoriya dövründə daxili vəziyyət 
Bütün tədbirlərə baxmayaraq Termidorçulatın apardığı 
daxili iqtisadi siyasət ölkədə bahalığın, ərzaq çatışmazlığının 
qarşısını ala bilmədi. Əhalinin yoxsul təbəqələrinin narazılığı 
daha  da  artdı. 
Direktoriyanın  hakimiyyəti  dövründə  ölkə 
daxilində
 
termidorçular  tərəfindən  sabit  qiymətlərin  ləğvi 
bahalığın  artmasına,  ərzaq  çatışmazlığına  və  aclığa  səbəb 
oldu.  Odur  ki,  1795-ci  ilin  yazında  xalq  kütlələri  üsyan 
qaldıraraq  çörək,  həbs  edilmiş  demokratların  azad 
olunmasını  və  Konstitusiyanın  bərpa  edilməsini  tələb 
etdilər.  Lakin  üsyanlar  amansızlıqla  yatırıldı  və  üsyançıların 
heç bir tələbi yerinə yetirilmədi.
 
1795-1796-cı illərdə Parisdə 
Fransua  Noel  Baböf  başda  olmaqla  əsas  məqsədi 
Direktoriyanı  devirib  yoxsullar  diktaturasını  qurmaq  olan 
«Bərabərlik  uğrunda  hərəkat»  baş  verdi.  Lakin  hərəkat 
amansızlıqla  yatırıldı.  1796-cı  ilin  mayında  Baböf  və  onun 
yaxın silahdaşları həbs edilərək edam edildi.
 
 
 
 
 
 
 
 
 
1796-cı il, «Bərabərlik uğrunda hərəkat»ın 
yatırılması 
 


 
207 
 
Direktoriya dövründə xarici siyasət 
Direktoriya dövründə
 
Fransanın aşağıdakı  hərbi uğurları iri burjuaziyanın mövqeyini daha da möhkəmləndirdi: 

 
1796-1797-ci illərdə Napoleon Bonapartın başçılığı ilə İtaliyaya yürüş təşkil olundu. Lodi döyüşündə 
İtaliyadakı  Avstriya  qoşunları  məğlub  edildi.  Avstriya  ilə  bağlanan  sülh  müqaviləsinə  əsasən  Belçika 
Fransanın tabeliyinə keçdi. Napoleon Bonapartın hərbi istedadı nəticəsində İtaliya tabe edildi. 

 
1798-ci ildə Osmanlı dövlətinə məxsus olan Misiri öz müstəmləkəsinə çevirmək  məqsədi ilə Napaleon 
Misirə yürüş təşkil etdi. Yürüş nəticəsində Misirin əsas şəhərləri olan İsgəndəriyyə və Qahirə tutuldu. 

 
1799-cu  ildə  İngiltərə  dənizlərdə  Fransaya  qarşı  müharibəni  davam  etdirdi.  İngilis  admiralı  Nelson 
Abukir  yaxınlığındakı  döyüşdə  fransız  donanmasını  məğlub  etdi.  Bu  zaman  Suriyada  yürüşdə  olan 
Napoleon səfərini yarımçıq qoyaraq ordusunu Misirə qaytardı və ölkəni tamamilə zəbt etdi. Bu uğurdan 
sonra o, Fransaya qayıtdı. 
 
  
  
 
 
a) 1796-1797-ci illər,  Napoleonun  İtaliyaya yürüş. Lodi döyüşü. İtaliyanın tabe edilməsi.  b)Napoleonun  
Misirə yürüşü. c) Abukir döyüşü. Nelsonun fransız donanmasını məğlub etməsi. 
 
 
 
 
 
 
Napoleon Bonapart nəinki öz ölkəsinin tarixində, həmçinin Avropa tarixində dərin 
iz  qoymuş  görkəmli  hərbiçi  və  dövlət  xadimi  olmuşdur.  O,  1769-cu  ildə,  o  dövrdə 
Fransanın  müstəmləkəsi  olan  indiki  İtaliyanın  Korsika  adasında  vəkil  ailəsində 
dünyaya  gəlmişdi.  On  beş  yaşında  Napoleon  Parisin  hərbi  məktəbinə  daxil  olsa  da, 
atasının  ölümündən  sonra  o,  ali  hərbi  məktəbi  yarımçıq  qoyub  orduda  xidmətə 
başlayır.  1789-cu  ildə  Fransa  inqilabı  başlayandan  sonra  onun  karyerası  sürətlə 
yüksəlməyə  başladı.  1793-cü  ildə  Tulon  şəhərinin  ingilis  qüvvələrindən  azad 
edilməsində hazırladığı çarpaz artilleriya planı Napoleonun şöhrətini artırdı.  
İyirmi dörd yaşında ona briqada generalı rütbəsi verildi. Yakobinçilər onu Fransanın 
«daxili  hərbi  qüvvələrinin»  komandiri  təyin  etdilər.  9  termidor  çevrilişindən  sonra 
Napoleon həbs olundu. Onu yakobinçilərlə əlaqədə olduğuna görə vəzifəsindən azad  
etmişdilər.  Lakin  hərbi  uğurlarının  nəzərə  alınması  onun  həyatını  xilas  etdi.  Direktoriya  dövründəki  bütün  əsas 
müharibələr Napoleonun rəhbərliyi ilə qələbələrlə başa çatdı. 
 
 
 
Bu  hadisədən  xəbər  tutan  Napoleon   Suriya  yürüşünü  yarımçıq  qoyaraq  geri  döndü.  Tərəflər  arasında  yenidən 
döyüş  baş  verdi.  Bu  dəfə  döyüşdə  fransızlar  qələbə  qazandılar.  Bu  qələbə  fransızlara 1802-ci  ilə  kimi  Misirdə 
mövqelərini saxlamağa imkan verdi. 
 
 
Napoleon  Bonapart 1798-ci  ilin  payızında  Misir 
ekspedisiyası zamanı bu torpaqları işğal etdikdən sonra 
faktiki olaraq bu yerlərin hökmdarına çevrildi. 1799-cu 
ildə  o,  Suriyanı  ələ  keçirmək  üçün  Misiri  tərk  etdi. 
Osmanlılar  bu  əlverişli  vəziyyətdən  istifadə  edərək 
ingilislərin  köməyi  ilə  Misiri  geri  almaq  üçün   18000 
nəfərlik  ordu   ilə  Abukir  burnundan  Misir  sahillərinə 
qoşun çıxardılar. 1799-cu il,  iyulunda İngilis admiralı 
Nelson  Abukir  yaxınlığındakı  döyüşdə  fransız 
donanmasını  darmadağın  etdi  və  osmanlılar  həmin 
əraziylərə  yenidən sahib olurlar.  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə