Anar İsayev Ramil Rəhimov


Fransada Baş ştatların çağırılması (1789-cu il 5 may)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə95/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   120

 
202 
 
Fransada Baş ştatların çağırılması (1789-cu il 5 may) 
1789-cu  ilin  əvvəlində  Fransada  iqtisadi  böhran  inqilabi  şəraiti  daha  da  kəskinləşdirdi.  Kral 
XVI  Lüdovik 
mövcud  böhrandan  çıxmaq  üçün  çoxdan    (1614-cü  ildən  bəri)  çağrılmayan  Baş  ştatları  çağırmaq  qərarına  gəldi. 
İngiltərədə olduğu kimi burada da kral  Baş ştatları çağırmaqda məqsədi borclar və vergilər üçün razılıq almaq idi. 
Kral XVI Lüdovik paytaxt əhalisindən qorxduğu üçün  Baş ştatların Versalda çağırılmasına razılıq verdi.
 
1789-cu  il,  mayın  5-də    Versalda  Baş  ştatların  təntənəli  açılışı  oldu.  Kral  Baş  ştatların  açılışı  zamanı 
yeni 
vergilərin təsdiq edilməsini Baş Ştatlardan tələb etdi
. Lakin üçüncü silkin nümayəndələri səsvermə qaydasına qarşı 
çıxaraq   
kral  və  digər  iki  silkin  nümayəndələrinin  təklif  etdiyi  qaydaları  qəbul  etmədilər.   
Bundan  əsəbləşən  kral 
parlamentin  fəaliyyətini  dayandırmaq  qərarına  gəldi. 
Buna  görə  də  üçüncü  silkdən  olan  deputatlar   
1789-cu  il 
iyunun  17-də   
Baş  Ştatlardan  çıxıb  tenis  topu  oynanılan  zala  yığışaraq  Konstitusiya  qəbul  edilməyənəcən  buranı 
tərk etmiyəcəklərinə and içdilər və
  özlərini 
vəzifəsi ölkənin yeni Konstitusiyasını təsis etməkdən ibarət olan 
Milli 
Məclis  elan etdilər.  
QEYD:
 İlk dəfə 1302-ci ildə kral IV Gözəl Fillip tərəfindən  çağırılmış Baş Ştatlar inqilabın gedişi zamanı 
adı dəyişdirilərək əvvəlcə   Milli Məclis (1789-cu il, 17 iyun) daha sonra isə Müəssislər Məclisi (1789-cu il, 9 iyul) 
Qanunverici Məclis  (1991-ci il, sentyabr) Milli Konvent (1792-ci il,  10 avqust) adlandırılmışdı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Fransa burjua inqilabının başlanması (1789-cu il, 14 iyul) 
Vəziyyətin ağır olduğunu görən kral 
parlamenti zor gücünə buraxmaq üçün qoşunları Parisə və Versala çəkib 
gətirməyə  başladı. 
Buda  cəmiyyətdə  gərginliyin  artmasına  səbəb  oldu. 
Buna  cavab  olaraq  Parisdə  xalq  kütlələri 
ayağa qalxaraq 
Milli qvardiya yaratdılar.  
Parisdə  mütləqiyyətin  dayağı,  kral  sarayı  olan    Bastiliya 
qalası  idi.  1789-cu  il  iyulun  14-də   
xalq  Parisin  mərkəzində 
yerləşən  Bastiliya  qalası  üzərinə  hücum  etdi. 
Bastiliyanın  ələ 
keçirilməsi  mütləqiyyətin  devrilməsinə,  konstitusiyalı  monarxiya 
rejiminin  təsbit  olunmasına  şərait  yaratdı  və  Fransa  burjua 
inqilabı  başladı
14  iyul  günü  bu  gün  də  Fransada  milli  bayramı 
kimi  qeyd  edilir. 
Parisdə  inqilabın  qələbəsi  bütün  ölkədə  güclü 
inqilabi  yüksəliş  üçün siqnal  oldu
.    Üsyançıları  dəstəkləyən  Milli 
Məclis 
həmin  ildə  xalqın  xeyrinə  aşağıdakı  tədbirləri  həyata 
keçirdi: 

 
Feodal  imtiyazlarının  və  kilsə  vergisinin  ləğv 
olunması barədə dekret verildi. 

 
«İnsan  və  vətəndaş  hüquqları  Bəyannaməsi»  qəbul 
edildi. 
 
Fransada «İnsan və vətəndaş hüquqları Bəyannaməsi»nini qəbul edilməsi (1789) 
1789-cu  ildə  Milli  Məclis  (Müəssislər  Məclisi)  tərəfindən  Fransada  «İnsan  və  vətəndaş  hüquqları 
Bəyannaməsi» adlı sənəd qəbul olundu.  
Bəyannamə ABŞ-ın «İstiqlaliyyət Bəyənnaməsi» əsasında tərtib edilmişdi. 
«İnsan və vətəndaş hüquqları Bəyannaməsi»
nə əsasən: 

 
Xalq hakimiyyətin yeganə mənbəyi elan edildi. 

 
Vətəndaşlara söz, vicdan, mətbuat azadlığı verildi. 

 
Zülmə qarşı müqavimət hüququ  elan edildi. 
 
 
1789-cu il 5 may, Versalda Baş ştatların açılışı. 1789-cu il 17 iyun, üçüncü silkin nümayəndələrinin  
yeni Konstitusiya təsis etmək üçün top oynanılan zala toplaşması 
 
 
 
 
 
1789-cu il 14 iyul,  Bastiliya qalasının 
alınması 
 


 
203 
 

 
Silki  imtiyazlar və mütləqiyyət rədd edildi. 

 
Mülkiyyət toxunulmaz və müqəddəs elan olundu.  
QEYD:
  Xalq  hakimiyyəti  ideyasının  irəli  sürülməsi  ABŞ-ın 
«İstiqlaliyyət  Bəyənnaməsi»
  və  Fransanın 
«İnsan  və  vətəndaş  hüquqları  Bəyannaməsi»
  arasında    oxşar  cəhət  təşkil  edir.  Ümumiyyətlə,  XVIII  əsrin  ikinci 
yarısı ABŞ və Fransa tarixi üçün xeyli oxşar cəhətlər var idi. Belə ki, hər iki dövlət İngiltərə ilə müharibə apardı, 
respublika elan olundu və burjua inqilabları  baş verdi. 
 
 
«Hüquqlar haqqında Bill» 
 
«İstiqlaliyət Bəyannaməsi» 
«İnsan və vətəndaş hüquqları 
Bəyannaməsi» 
 
1689-cu ildə İngiltərə parlamenti 
tərəfindən qəbul edilmişdi. Qanuna 
əsasən: 

 
Andlılar məhkəməsinin 
hüquqları genişləndirildi. 

 
Hökumət dəyişmələri yalnız 
parlament yolu ilə həyata 
keçirilə bilərdi. 

 
Kral parlamentin razılığı 
olmadan ordu saxlaya, vergiləri 
təyin edə və parlamentin qəbul 
etdiyi qanunları ləğv elə 
bilməzdi. 
 
1776-cı ildə ABŞ-da qəbul 
edilmişdi. Qanuna əsasən:  

 
 ABŞ-ın yaradıldığı  elan edildi. 

 
Üsyan qaldırmış müstəmləkər 
İngiltərədən ayrıldığını elan 
etdilər. 

 
İngiltərənin Şimali Amerikadakı 
müstəmləkələri tam 
müstəqilliyinin elan etdilər. 

 
İnsanların hüquq bərabərliyi 
elan edildi. 
 
1789-cu ildə Fransada qəbul 
edilmişdi.  Qanuna əsasən: 

 
Xalq hakimiyyətin yeganə 
mənbəyi elan edildi. 

 
Vətəndaşlara söz, vicdan, 
mətbuat azadlığı verildi. 

 
Zülmə qarşı müqavimət hüququ  
elan edildi. 

 
Silki  imtiyazlar və mütləqiyyət 
rədd edildi. 

 
Mülkiyyət toxunulmaz və 
müqəddəs elan olundu. 
 
 
Fransanın ilk konstitusiyasının qəbul olunması (1791) 
Fransanın ilk konstitusiyası  1791-ci ilin sentyabrında  
qəbul edildi. 
Bu  Konstitusiyaya əsasən: 

 
Fransa konstitusiyalı monraxiya 
elan edildi.
 

 
Kral icraedici hakimiyyətin başçısı elan olunurdu və nazirləri vəzifəyə təyin edirdi. 

 
Nazirlər ancaq kral qarşısında məsuliyyət daşıyırdılar. 

 
Ali qanunvericilik hakimiyyəti Qanunverici məclisə  verilirdi. 

 
Əhali tərəfindən seçilən Andlılar məhkəməsi yaradıldı. 

 
Yalnız mülkiyyəti olan adamlar seçki hüququna malik oldular. 

 
Daxili gömrükxanalar, sexlər ləğv edildi və v
ahid metrik sistem yaradıldı.
 

 
Fransa inzibati cəhətdən departamentlərə bölündü. 
Konstitusiyaya  əsasən  qanunverici  Məclisə  seçkilər  keçirildi.  İri  burjuaziya  və  böyük  torpaq  sahibi  olan 
zadəganlar  Məclisdə  üstünlük  təşkil  etdilər.    Jironda  departamentindən    olan  deputatlar  Qanunverici  məclisdə 
daha 
çox 
nüfuz 
qazanmışdılar.
 
Jironda departamentindən 
olan 
nümayəndələri 
buna 
görə 
də 
Məclisdə jirondistlər adlandırırdılar.
  
QEYD:
  Əslində  yoxsullara  seçki  hüququnun  verilməməsi  və  seçkilərdə  əmlak  senizinin  tətbiqi  «İnsan  və 
vətəndaş hüquqları Bəyannaməsi»nin müddəalarının pozulması demək idi. 
 
Monarxiyanın devrilməsi (1792-ci il, 10 avqust) 
Avropa  dövlətləri  inqilabın  Avropaya  yayılmasının  qarşısını 
almaq üçün krala kömək edirdilər. Bu məqsədlə, 1792-ci ilin fevralında  
Avstriya  ilə  Prussiya  Fransa  inqilabına  qarşı  birinci  əksinqilabi 
koalisiya    (ittifaq)  yaratdı.  Beləliklə, 
Fransaya  qarşı  hərbi  müdaxilə 
başladı. Bu zaman Milli Məclis «Vətən təhlükədədir» çağırışı ilə xalqa 
müraciət  etdi.  Çağırışa  cavab  olaraq  minlərlə  könüllü  vətənpərvər 
mahnılar  oxuya-oxuya  Parisə  toplaşdı.  Marsel  şəhərində  olan  hərbi 
hissənin  oxuduğu  mahnı  xüsusi  şöhrət  qazandığı  üçün  sonralar  bu 
mahnı  «Marselyeza»  adı  ilə  Fransanın  milli  himni  oldu.
  Qanunverici 
məclisin  çağırışı  ilə  Parisdə  toplaşmış  könüllü  dəstələr  kralın 
devrilməsini tələb edirdilər. 
İnqilabi dəstələr 1792-ci il avqustun 10-da 
kral  sarayına  hücum  edib,  sarayı  aldılar. 
Bundan  sonra  Qanunverivi 
məclis: 

 
Kralı hakimiyyətdən məhrum edərək həbsə aldı. Bu hadisə ilə Fransada monarxiya süqut etdi. 

 
Əmlak sezini  ləğv etdi.  Milli Məclisə (konventə) seçkilər təyin edildi. 
 
Tomas Ceferson 
 
 
 
10 avqust, 1792-ci il. Üsyançılar kral 
sarayına hücum edərək  sarayı tutdular
monarxiya süqut etdi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə