Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə88/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   120

 
187 
 
 
 
 
 
Aqrar çevriliş 
İngiltərə  tarixdə  ilk  aqrar  və  sənaye  çevrilişin  baş  verdiyi  ölkə  olmuşdu. 
İngiltərə  burjua  inqilabı 
iqtisadiyyatın  forma  və  məzmununda  yeniliklər  etdi. 
Ölkədə  yaradılan  sabitlik,  feodal  qaydalarının  ləğvi  iqtisadi 
yüksəliş  üçün  hüquqi  əsaslar  yaratdı. 
XVIII  əsrin  sonlarında  kəndlilərin  tamamilə  torpaqsızlaşması  nəticəsində 
ingilis  kəndliləri  bir  sosial  təbəqə  kimi  sıradan  çıxdı.  Torpaqsız  kəndlilərin  müstəmləkə  ərazilərinə  axını  da  bu 
prosesdə  böyük  rol oynadı.  Torpaqsız  kəndlilərin hesabına  azad işçilərin sayı artdı.  Torpaqların böyük qismi  yeni 
burjuaziyanın əlinə keçdi. Lendlordlar adlanan bu təbəqə torpaq sahələrini icarədarlara verirdilər. İcarəyə verilən 
torpaqlar  muzdlu  əmək  hesabına  becərilirdi.  Eyni  zamanda  kəndlərdə  iri  fermer  təsərrüfatları  sürətlə  artırdı. 
Kəndlərdə, iri şəhərlərin ətrafında əhalinin ərzağa olan tələbatını təmin etmək məqsədilə iri fermalar yaradılırdı və 
taxıl  istehsalı  artırılırdı.  Ölkədə  taxıl  istehsalı  heyvandarlığın  yemə  olan  tələbatını  da  tamamilə  ödəyirdi.  Yeni 
məhsuldar toxum və cins mal-qaranın  yetişdirilməsi məhsul istehsalının yüksəlməsinə  səbəb oldu. Ölkənin ərzağa 
olan tələbatı tam təmin edildi. 
İngilis  kəndi  digər  ölkələrdəki  kəndlərdən  daha  tez  milli  bazarla  əlaqə  qurmuşdu.  Ağır  sənaye,  xüsusən 
maşınqayırma  və  metallurgiya  sahələri  kənd  təsərrüfatını  lazım  olan  texniki  qurğu  və  alətlərlə  təmin  edirdi. 
Beləliklə,  kənd  təsərrüfatında  torpaqların  çox  hissəsinin  burjuaziyanın  əlində  cəmləşməsi,  torpaqların,  əsasən, 
muzdlu  əmək  hesabına  becərilməsi,  kəndli-fermer  təsərrüfatlarının  yaradılması  nəticəsində  İngiltərədə  aqrar 
çevriliş  baş  verdi.  XVIII  əsrin  sonunda  İngiltərədə  baş  verən  aqrar  çevriliş  sənaye  və  ticarətin  inkişafına  təkan 
verdi. 
 
 
 
 
Sənaye çevrilişinə keçid 
XVIII əsrin ortalarında Böyük Britaniyada sənaye çevrilişi üçün zəmin yaranmışdı. Belə ki, ölkədə baş verən 
burjua inqilabı inkişaf üçün daha əlverişli imkanlar  yaratmış, azad işçi qüvvəsi çoxalmış, zəngin kapital yığılmış, 
daxili bazarda satış üçün istehsal məhsullarına tələbat artmışdı.  
Manufakturalar təkmilləşəndən sonra maşınlı istehsala keçildi. Böyük Britaniyanın ənənəvi istehsal sahələri 
toxuculuq  və  gəmiqayırma  idi.  Ölkədə  maşınlı  istehsala  keçid  məhz  toxuculuq  sahəsində  başlandı.  Bu  onunla 
əlaqədar  idi  ki,  ölkə  bazarlarında  Hindistandan  gətirilən  ucuz  pambıq  parça  məhsulları  üstünlük  təşkil  edirdi. 
Vəziyyət  o  həddə  çatmışdı  ki,  ölkənin  toxuculuq  sahəsini  xilas  etmək  üçün  hökumət  Hindistandan  pambıq  parça 
məhsullarının idxalına qadağa qoymuşdu. Mühəndis ixtiraçılar isə asan yolla daha ucuz məhsul istehsal etmək üçün 
müəyyən üsullar axtarmağa məcbur olmuşdular. 
 
XVIII əsrdə İngiltərədə sənayedə mühüm kəşflər  və ixtiralar  
XVIII əsrdə İngiltərədə sənayedə aşağıdakı mühüm kəşflər  və ixtiralar edildi: 

 
Con  Keyin  sürətli  məkik  ixtira  etməsi  nəticəsində  -  daha  enli  parça  almaq  mümkün  oldu
,  əmək 
məhsuldarlığı artdı. 

 
Ceymis  Harqrivsin  mexaniki  cəhrə  (
«Cenni» 
cəhrəsi)    ixtira  etməsi  nəticəsində  pambıq 
parça 
istehsalının ipliklə təmin edilməsi təqribən 
20 dəfə  artdı.
  

 
Edmund  Kartraytın  mexaniki  toxucu  dəzgahı    ixtira  etməsi  nəticəsində 
«Cenni»  cəhrəsindəki 
məhsuldarlıq  iki dəfə artdı. 

 
1771-ci ildə  Riçard Arkrayt 
«Cenni» 
tipli dəzgahı  su çarxının köməyilə hərəkətə gətirilməsinə nail 
oldu və buna müvafiq bir müəssisə inşa etdirdi. Bununla da  İngiltərədə ilk fabrik  işə salındı. 
Bu, ilk 
Kəndlilər bir sosial 
təbəqə kimi aradan çıxdı
 
İngiltərədə kəndlilərin torpaqsızlaşmasının nəticələri 
 
Kapitalsit münasibətləri 
möhkəmləndi
 
Bütün torpaq lend-
lordların əlində cəmləşdi
 
İngiltərədə aqrar çevriliş  
başa çatdı 
 
 
Amerikada  
13 koloniya 
 
Benqaliya 
 
Kanada 
 
XVIII əsrdə İngiltərənin malik olduğu müstəmləkələr 
 


 
188 
 
toxucu  fabriki  idi.   
Dəzgahlar    su  gücünə  hərəkətə  gətirildiyinə  görə  fabriklər,  bir  qayda  olaraq  çay 
kənarında tikilirdi.
 

 
1784-cü ildə mexanik 
Ceyms Uatt  buxar maşı  ixtira etdi. Buxar mühəriki ixtira olunduqdan sonra   
manufakturadan fabrikə  keçid   baş verdi. Manufakturadan  fabrikə  keçid  sənaye çevrilişinin  əsas  
məzmununu təşkil  edirdi.
 

 
Kort  çuğuna  koks qatılması  yolu ilə təmiz dəmir almaq  üsulunu   ixtira etdi. 
Bununla da təkcə istilik 
məqsədilə  deyil,  sənaye  sahələri  üçün  də  daş  kömür  çıxarılmasına  başlanıldı.  Bundan  sonra  Kömür 
hasilatı ölkənin əsas təsərrüfat sahələrindən oldu. 
Əl əməyini əvəz edərək xammal emal edən işçi mexanizmin (cəhrə, mexaniki toxucu dəzgahı və s) ixtirası 
XVIII  əsrin  ikinci  yarısında  İngiltərədə    sənaye  çevrilişinin  başlanğıcını  qoydu.  XVIII  əsrin  70-ci  illərində  
İngiltərə iqtisadiyyatında  aparıcı rolu manufakturalar deyil,  fabrik-zavod sənayesi  oynamağa  başladı. 
 
XVIII əsrdə ingiltərədə kəşflər və ixtiralar 
 
Kəşfin adı 
 
 Kəşfin nəticəsi 
 
Con Key -Sürətli məxik 
 
Daha enli parça almaq mümkün oldu. 
 
Ceyms Harqrivs - «Cenni» 
cəhrəsi 
Əmək  məhsuldarlığı    20  dəfə    artdı,  ipək  istehsalı 
çoxaldı. 
Riçard Arkrayt - «Cenni» 
cəhrəsini su çarxının 
köməyilə hərəkətə gətirdi 
 
İngiltərədə  ilk fabrik yaradıldı. 
Edmund Kartrayt - Mexaniki 
toxucu dəzgahı 
 
Toxucu əməyinin məhsuldarlığı  40 dəfədən çox  artdı. 
Ceyms Uatt -   
Buxar maşını 
 
Manufakturadan fabrikə keçid   baş verdi. 
Kort - Çuğuna koks qatılması 
üsulu 
 
Təmiz dəmir almaq mümkün oldu. 
 
 
Sənaye çevrilişinin əsas cəhətləri və nəticələri 
Manufakturadan fabrikə keçid sənaye çevrilişinin əsas məzmununu təşkil edirdi.  Sənaye çevrilişinin iki əsas 
cəhəti - texniki və sosial cəhətləri var idi: 

 
Çevrilişin texniki cəhəti işçinin əl əməyinin maşın əməyi ilə əvəz olunması hesab edilirdi. 

 
Çevrilişin sosial cəhəti əhlələrin və burjuaziyanın cəmiyyətin əsas təbəqələrinə çevrilməsi idi
XVIII  əsrin  70-ci  illərində  Böyük  Britaniyanın  iqtisadiyyatında  aparıcı  rol  fabrik-zavod  sənayesinə  keçdi 
muzdlu  işçilərin,  fəhlələrin  sayının  azalmasına  gətirib  çıxardı.  Nəticədə  fəhlələr  kütləvi  surətdə  işsiz 
qalırdılar. 
Lakin fəhlələr cəmiyyətin əsas kütləsi olsalar da, onların həyatı, güzəranı dəyişmədi. Fəhlələri daha çox işlədir və az 
əməkhaqqı  verirdilər.  Fabriklərdəki  əməkhaqqının  azlığından  fəhlələr  kiçik-  yaşlı  övladlarını  da  işə  göndərməyə 
məcbur olurdular. Gündəlik iş saatı 12-15 saat idi. Odur ki, fəhlələrlə sahibkarlar arasında ziddiyyətlər yarandı və  
fəhlələr iş saatlarının azaldılması və əmək- haqlarının artırılması üçün tez-tez tətillər edirdilər.  
XVIII əsrin sonunda  tətillərin qarşısını almaq üçün İngiltərə parlamenti  tətilləri və fəhlələrin həmkarlar 
birliklərini qadağan edən qanun qəbul etdi.
 
Böyük Britaniyada zehni işlə  məşğul olanlar - alimlər, yazıçılar, müəllimlər, həkimlər, incəsənət xadimləri, 
vəkillər  və  başqaları  ziyalı  təbəqənin  nümayəndələri  idilər.  Lendlordlar,  dövlət  məmurları,  tacirlər,  sənətkarlar, 
fermerlər isə cəmiyyətin sosial təbəqələri sayılırdı. 
XVIII əsrin sonlarında İngiltərədə sənaye çevrilişi (manufakturadan fabrikə keçid) nəticəsində  nəticəsində 
ticarət  sahəsində  inqilabi  sıçrayış  baş  verdi,  daxili  bazarda  50%-dən  çox,  xarici  ticarətdə  isə  təqribən  5  dəfə 
yüksəliş baş verdi, Böyük Britaniya dünyanın birinci sənaye dövləti oldu. 
Bu  dövrdə  də  İngiltərə  dünyanın  ən  böyük  ticarət  donanmasına  malik  ölkə  hesab  olunurdu.  Xarici  ticarət 
dəniz yolları ilə aparılırdı. 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə