54
Qədim Roma mədəniyyəti
Elm
E.ə. I əsr və b.e.-nın I əsrinin başlanğıcını Roma poeziyasının
«qızıl dövrü»
adlandırırlar. Bu dövrdə Romanın görkəmli elm və sənət adamları yaşayıb-
yaratmışlar. Onlardan bəziləri aşağıdakılardır:
Vergili «Eneida» poemasını yazmışdı.
Lukretsi «Cisimlərin təbiəti haqqında» poemasını yazmışdı.
Varron “Kənd təsərrüfatı” və
“Latın dili haqqında” kitablarını yazmışdı.
Virtuvi “Memarlıq haqqında” dərslik kitabını yazmışdı.
Böyük Plini “Təbii tarix” əsərini yazmışdı.
Romalilar müəyyən cərrahiyyə əməliyyatları həyata keçirə bilirdilər.
Teatr
Qədim Roma teatrına
aiddir:
Teatrlarda
yunan və
Roma müəlliflərinin targediya və komediyaları tamaşaya qoyulurdu.
Yoxsulların və varlıların ən çox sevdiyi tamaşa
qladiator döyüşləri və
döyüş abrabalarının yarışları idi.
İmperator
Oktavian Avqustun əmri ilə Romanın ətrafında göl yaradılaraq
dəniz döyüşləri göstərilirdi.
On minlərlə tamaşaçı üçün tribunları, lojaları olan
sirk – cıdır meydanı tikilmişdir.
Sirkin qaçış yollarında yüngül döyüş arabalarına qoşulmuş
at yarışları keçirilirdi.
İncəsənət
Qədim Roma incəsənətinə
aiddir:
Heykəltəraşlıq və
rəssamlığın təsviri sənət növü daha yaxşı inkişaf etmişdi.
İncəsənətdə
yunan və
Şərq memarlıq üsullarından geniş istifadə edilirdi.
Memarları
tağlar, qübbələr və
gümbəz tikməyi öyrənmişdilər.
Roma memarları
betonu ixtira etmişdilər.
Betonun ixtirası nəticəsində olduqca möhkəm tikililər tikilirdi.
Roma heykəltəraşları yunanlardan öyrənmiş, lakin yunanlardan fərqli olaraq onlar insanın
xarici görünüşünü və
xarakterini yaxşı açıb göstərirdilər.
Memarlıq
Roma qüdrətli dövlətə çevrildikdən sonra onun paytaxtı Roma şəhəri
Aralıq dənizi hövzəsində ən böyük şəhər oldu. O
dövrdə
Roma “Əbədi qızıl şəhər” adlanırdı. İmperatorlar şəhərin
forum adlanan
mərkəzi meydanında və onun ətrafında
abidələr ucaldır, möhtəşəm məbədlər və başqa ictimai binalar tikdirirdilər.
Qədim Romada aşağıdakı memarlıq abidələri inşa edilmişdir:
Panteon məbədi –
“Bütün allahların məbədi” sayılırdı.
Kolizey amfiteatrı –
Burada qladiator döyüşləri keçirilir, tamaşalar göstərilirdi.
Yupiter məbədi –
Tanrı Yupiterin şərəfinə Kapitoli təpəsində ucaldılmışdır.
Trayan sütunu - İmperator Trayanın Dunay çayı ətrafındakı iqələbələrinin şərəfinə ucaldılmışdı.
Zəfər tağları ( triumf ) –
Qədim Romada imperatorların qələbələrini şöhrətləndirmək üçün tikilirdi.
Müasir dövrə qədər
Parfenon məbədi və
Kolizey amfiteatrı qalmaqda olan qədim memarlıq abidələridir.
Romada ac-yalavacların həyacanlarına yol verməmək üçün onlara imperatorların adından
çörək və xırda pul paylanılır,
termlər – hamamlar tikilirdi. Termlərdə istirahət zalları və kitabxanalar olurdu.
Roma mədəniyyətinin əhəmiyyəti
Roma mədəniyyəti dünya mədəniyyətinin inkişafına aşağıdakı töhfələri vermişdir:
Aralıq dənizi hövzəsi və digər ölkələrin mədəniyyətinin inkişafında mühüm rol oynamışdır.
Avropa ölkələrinin mədəni inkişafı üçün əsas olmuşdur.
Latın dili italiyan, fransız, rumın və bəzi başqa müasir dillər üçün əsas olmuşdur.
İndi də elmdə istifadə edilən bitkilərin, heyvanların və dərmanların adı latın dilində işlədilir.
Sezar dövründə Romada tətbiq edilən təqvim və ayların adı müasir dövrdə, indi də istifadə olunur.
Romada
Sezar dövründə təqvim tərtib edilmişdir. Bu təqvimdən indi də bəzi dəyişikliklər edilərək istifadə
olunmaqdadır. Romada il
mart ayından hesablanırdı. Bu gün də ayların latın adları saxlanılmışdır. Məsələn, qədim romalılar
“yeddinci ay”ı - sentyabr ,―
onuncu ay”ı dekabr adlandırırdılar.
İyul ayı Sezarın şərəfinə,
Avqust ayı isə Oktavianın şərəfinə
adlandırılmışdır.
Romada cərrahiyyə alətləri