Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   120

 
72 
 
Volqa (İdil) Bulqar türk dövləti (665/965-1236) 
Volqa (İdil) Bulqar türk dövləti  Orta Volqaboyu və Aşağı Kama çayı sahillərində yaşayan türk tayfalarının yaratdığı 
ilk  türk  dövləti  idi.  Volqa  Bulqar  dövlətinin  qurucusu  Kubrat  xanın  oğlu  Baqi  Bayan  xan,  paytaxtı  isə  Bulqar  şəhəri  idi. 
Bulqarlar uzun müddət xəzərlərin tabeliyində olmuş, onlara vergi vermişdilər. 965-ci ildə Xəzər xaqanlığı dağıldıqdan sonra 
bulqarlar yenidən müstəqil oldular. 
 
Yaxşı inkişaf etmiş Bulqar, Bilyar, Suvar şəhərləri sənətkarlıq və ticarət mərkəzləri hesab edilirdi. Burada sənətkarlıq, 
xüsusilə  də  dəmirçilik  yaxşı  inkişaf  etmişdi.  Sənətkarlar  gil,  mis,  gümüş  və  qızıldan  bəzək  əşyaları  hazırlayırdılar.  Bulqar 
xanlarının adından pul kəsilirdi. Kəndlilərin əksəriyyəti azad torpaq sahibi idi. Yaşadıqları ərazinin əlverişli coğrafi mövqeyi 
bulqarlara  Volqanın  cənubunda  yaşayan  xalqlarla  bərabər,  Cənubi  Qafqaz,  Mərkəzi  Asiya  və  başqa  ölkələrlə  ticarət  etməyə 
imkan yaradırdı. Bulqarlar taxıl, xəz-dəri, sənətkarlıq məmulatları ixrac edirdilər.  
Volqa Bulqar türkləri İslam dini  qəbul etmiş ilk türk tayfalarından biridir. Bulqar xanı hətta Abbasi xəlifəsindən  İslam 
dinini öyrənməyə kömək etmək üçün alimlərin göndərilməsini xaiş etmiş, xəlifə də bir qrup alimlər göndərmişdi.
 
Monqolların Şərqi Avropaya yürüşü zamanı İdil (Volqa) Bulqar türk dövləti təhlükə altına düşdü. 
1236-cı ildə
 monqollar 
Volqa (İdil) Bulqar türk dövlətinin
 varlığına son qoydular.  
 
Dunay Bulqar türk dövləti (679-864). Asparux xan 
679-cu ildə Dunay Bulqar türk dövlətinin qurucusu Asparux  xan Bizansı 
məğlub  edərək  Cənub-Şərqi  Avropada  müstəqil  Bulqar-türk  dövlətini  qurdu. 
Həmin ildə Bizansla Asparux xan arasında imzalanan müqaviləyə əsasən: 
1.
 
Bizans imperiyası 
Bulqar-türk dövlətinin müstəqilliyini tanıdı. 
2.
 
Bizans Bulqar-türk dövlətinə xərac verməli oldu. 
Dunay  Bulqar  türk  dövlətinin  paytaxtı  əvvəlcə  Pliska  sonra  isə  Preslav 
şəhəri olmuşdur. 
Bulqar dövlətini bütün hakimiyyəti öz əlində cəmləşdirmiş xan 
idarə  edirdi.  Ölkənin  şəhərləri  bir  sıra  dövlətlərlə  ticarət  əlaqələri  saxlayırdı.
 
Ə
halisi,  əsasən,  əkinçiliklə  məşğul  olurdu.  Bağçılıq    maldarlıq  da  inkişaf 
etmişdi.  
Bulqar  türk  dövlətinin  xarici  siyasətində  öz  ərazilərində  müstəqil  türk 
dövlətinin olması ilə razılaşmaq istəməyən  Bizans imperiyası ilə münasibətlər 
xüsusi yer tuturdu. 
IX  əsrin  birinci  yarısı  Bulqar  türk  dövlətinin  ən  parlaq  dövrü  idi.  Bu 
dövrdə yeni şəhərlər salındı, suvarma şəbəkələri yaradıldı. Şərqi Avropada olan 
yeganə duz mədənləri də bulqarlara məxsus idi. 
Omurtaq  xanın  dövründə  dövlət  öz  qüdrətini  saxlasa  da  Boqoris  xanın  dövründə  zəifləməyə  başladı. 
864-cü  ildə 
Bulqar  türk  dövlətində
  xristianlıq  dövlətin  rəsmi  dini  elan  edildi. 
Bulqar türk dövlətində
  xristianlıq  dövlətin  rəsmi  dini  elan 
edilməsi nəticəsində: 

 
Ölkənin ərazisinə slavyanların çoxsaylı axınları daha da artdı. 

 
Bulqarlar slavyanlaşaraq öz varlıqlarını itirdilər. 

 
Mərkəzi Avropada yaranmış daha bir türk birliyinin varlığına son qoyuldu. 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
73 
 
Xəzər xaqanlığı (634-965) 
 
Xəzər xaqanlığının yaranması 
Şərqi  Avropa  çöllərində  yaşayan  tayfalar  o 
cümlədən  xəzərlər  Qərbi  Hun  imperatorluğu 
dağıldıqdan  sonra    müstəqil  oldular.  Xəzərlər 
sabir, 
onoqur    altay  türklərinin  törəmələri  idi.  Xəzərlər 
VII  əsrin  əvvəllərindən  başlayaraq  əvvəlcə  Xəzər 
dənizinin  qərb  sahillərində,  o  cümlədən  Azərbaycan 
ərazisində  yaşamış,  sonralar  qərbə  və  şərqə  doğru 
yayılmışdılar. 
Göytürk  xaqanlığı  yarandıqdan  sonra 
xəzərlər onun qərb qanadlarından birini təşkil edirdi. 
634-cü ildə Qərbi Göytürk dövləti dağıldıqdan sonra 
xəzərlər 
yenidən 
müstəqil  oldular  və  Xəzər 
xaqanlığını  yaratdılar.  634-965-ci  illərdə  mövcud 
olmuş  Xəzər  xaqanlığının  paytaxtı  Səməndər,  sonra 
isə  İdil şəhəri olmuşdur.  
Xəzər xaqanlığı Şərqi Avropada yaranmış ilk feodal dövlət idi.
 VIII-IX əsrlərdə Xəzər xaqanlığı özünün ən qüdrətli 
dövrünü yaşayırdı. Bu zaman onun ərazisinə Şimali Qafqaz, Azov dənizi sahilləri  Krım yarımadasının bir hissəsi daxil 
idi.  
 
  
 
 
Xəzər xaqanlığının zəifləməsi və süqutu 
IX əsrin ikinci yarısında şərq slavyanlarının bir çox tayfaları xəzərlərə 
bac verirdi. Lakin zaman keçdikcə Xəzər xaqanlığı zəifləməyə başladı. Dövlətin 
zəifləməsinin səbəbi aşağıdakı amillərlə bağlı idi: 

 
Xəzərlərin tdigər ürk tayfası olan peçeneqlərlə mübarizəsi. 

 
Azərbaycan 
uğrunda 
xəzərlərlərin 
ərəblərlə 
uzunmüddətli 
müharibələr aparması. 
Zəifləmiş xaqanlıq X əsrin 60-cı illərində (962-ci ildə) Kiyev rus dövləti 
tərəfindən işğal olunaraq varlığına son qoyuldu. 
 
Xəzər xaqanlığının idarəetmə sistemi. Təsərrüfatı. Ticarət əlaqələri 
Ölkəni xaqan idarə  edirdi.  Xaqanın  ətrafında  böyük  imtiyaz  sahibi  olan 
bəylər və tarxanlar toplaşmışdı. Xəzər dövlətinin güclü ordusu var idi. Xəzərlər 
burada və ətraf ərazilərdə çox böyük nüfuza malik idilər. 
Ölkənin ərazisindən şimala  və şərqə doğru uzanan ticarət  yolları keçirdi. 
Geniş  ticarət  əlaqələri  ölkənin  iqtisadi  və  mədəni  inkişafına  əlverişli  şərait 
yaradırdı.  
 
 
 
 
 
 
 
 
 
 
Volqa ilə Dnepr 
arasındakı ərazislər
 
 
 
Qara dənizin şimalı 
 
Şimalı Qafqaz
 
 
VIII-IX əsrlərdə Xəzər xaqanlığına daxil olan ərazilər 
 
 
 
Slaviyanların xəzərlərə bac 
verməsi (qədim şəkil) 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə