Anar İsayev Ramil Rəhimov


Dehli sultanlığının idarəetmə sistemi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   120

 
90 
 
Dehli sultanlığının idarəetmə sistemi 
Dehli sultanlığı  feodal monarxiyası  idi.  Dövlətin başında  qeyri  məhdud hakimiyyətə  malik  sultan  dururdu. Dehli 
sultanlığında sultandan sonra ikinci vəzifəli şəxs baş vəzir sayılırdı. Baş vəzir aşağıdakı işlərə rəhbərlik edirdi: 

 
Dövlət idarələrinə. 

 
Hərbi işlərə. 
Dehli sultanlığı inzibati cəhətdən vilayətlərə, vilayətlər isə dairələrə bölünürdü. Vilayətlər sultan tərəfindən birbaşa 
təyin  olunan  valilər  tərəfindən,  dairələrsə  birbaşa  vali  tərəfindən  təyin  edilmiş  rəislər    tərəfindən  idarə  olunurdu.  Dehli 
sultanlığında məhkəmə işlərinə qazilər başçılıq edirdi.  
 
 
 
 
Dehli sultanlığında torpaq mülkiyyət formaları 
XIII-XIV əsrlərdə Dehli sultanlığında aşağıdakı torpaq mülkiyyət formaları mövcud olmuşdur: 

 
Dövlət – gəliri birbaşa dövlət xəzinəsinə daxil olan torpaq mülkiyyət forması idi.
 Dehli sultanlığında əsas 
torpaq mülkiyyətçisi dövlət hesab olunurdu

 
Xass – sultan ailəsiə mənsub olan torpaqlar idi

 
İqta  -  türk  mənşəli  sərkərdə  və  məmurlara  sultan  tərəfindən  verilən  torpaq  mülkiyyət  forması  idi. 
Bu 
torpaqların 
sahibi “zəmindar” adlanırdı. 

 
Vəqf – müsəlman ruhanilərinin və məscidlərin saxlanılması üçün sultan tərəfindən ayrılan torpaqlar idi. 

 
İcma – 
İcmalara məxsus ümumi torpaqlar (otlaqlar, qəbiristanlıqlar və.s) idi.
 
 
Dehli sultanlığının süqutu 
XVI  əsrin  əvvəllərində  Hindistanın  ən  böyük  dövləti  olan  Dehli  sultanlığı  dağınıqlıq  dövrü  keçirirdi.  Əmir 
Teymurun yürüşləri dövləti daha da zəiflətmişdi. Bu vəziyyət ölkə iqtisadiyyatına ziyan vurur, vahid daxili bazarın, iqtisadi 
əlaqələrin yaranmasına mane olurdu. 
Ümumilikdə, Dehli sultanlığının tənəzzülünün səbəbləri aşağıdakı amillərlə bağlı  idi: 

 
Daxili çəkişmələr. 

 
Əmir Teymurun yürüşü. 
1526-cı  ildə  Babur  şah  Dehli  sultanlığının  varlığına  son  qoyaraq  onun  yerində  müsəlman-türk  mənşəli    Böyük 
Moğol imperatorluğunu yaratdı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Vilayətləri idarə 
edirdi, sultan 
tərəfindən 
birbaşa təyin 
olunurdu 
 
Vali 
Baş vəzir 
Dövlətin başında 
duran və qeyri 
məhdud hakimiyyətə 
malik şəxs idi 
 
Sultan 
Dehli sultanlığının idarəetmə sistemi 
 
Sultandan sonra 
ikinci vəzifəli şəxs 
idi. Dövlət 
idarələrinə, hərbi 
işlərə rəhbərlik 
edirdi 
 
Rəis 
Dairələri idarə 
edirdi, birbaşa 
vali tərəfindən 
təyin edilirdi 
 
Qazi 
Məhkəmə 
işlərinə başçılıq 
edirdi 


 
91 
 
 
Böyük Moğol dövlətinin yaranması Əkbər şahın hakimiyyəti 
XVI əsrin birinci yarısında Hindistan feodal dağınıqlığı dövrünü yaşayırdı. 
Belə  bir  şəraitdə  ölkədə  müsəlman-türk  mənşəli  Böyük  Moğol  imperatorluğu 
yarandı.  Dövlətin  əsasını  Babur  şah  (1526-1530)  qoymuşdur.    Babur  şah  hələ 
dövlət  yaratmamışdan  əvvəl 
özünü  Əmir  Teymurun  varisi  elan  etmiş  və 
Hindistanın  bir  hissəsini  ələ  keçirmiş,  bu  hadisə  Dehli  sultanlığı  ilə  müharibəyə 
səbəb  olmuşdu.  1526-cı  ildə  Babur  şahla  Dehli  sultanı  arasında  qanlı  döyüş  baş 
verdi. Döyüş nəticəsində: 

 
Babur şah qalib gələrək Aqra şəhərini tutdu 

 
Dehli sultanlığının varlığına son qoyuldu. 

 
Böyük Moğol dövlətinin əsası qoyuldu. 
Babur şah Aqra şəhərini Böyük Moğol dövlətinin  paytaxtı etdi. Babur şah 
Hindistan  incilərinin  yaradıcısı  və  dövlətin  qurucusu  kimi  tarixə  daxil  oldu.  O, 
böyük sərkərdə olmaqla yanaşı, şair, bəstəkar, memar olmuşdur.  
Əkbər şahın (1556-1605)  hakimiyyəti dövründə: 

 
İqtisadi münasibətlərdə sabitlik yaradıldı.
 

 
Moğol dövləti imperatorluğa çevrilməyə başladı.
 

 
Ölkədə əhəmiyyətli islahatlar həyata keçirildi.
 

 
Ticarətin inkişafı və karvan yollarının mühafizəsi  təmin edildi.
 

 
Babur  şahın  dövründə  başlayan  Səfəvi  və  Osmanlı  imperatorları  ilə 
diplomatik əlaqələr davam etdirildi.
 
 
 
 
 
 
 
Dehli və Moğol imperatorluqları üçün oxşar cəhətlər 
 
 
 
 
 
 
 
 
Dehli və 
 Moğol  
imperatorluğu 
 
Əsas torpaq mülkiyyətçisi dövlət idi 
 
 
Feodal monarxiya dövlətləri idilər 
 
 
Hindistan torpaqlarında yaranmışdılar 
 
Müsəlman-türk sülalələr tərəfindən 
idarə olunurdu 
 
Böyük 
Moğol 
imperatorluğu
 
Əsası Babur şah 
tərəfindən 
qoyulmuşdu 
 
Əkbər şahın dövründə 
imperatorluğa 
çevrilmişdi 
 
Müsəlman-türk 
sülalələr tərəfindən 
idarə olunurdu 
 
Paytaxtı Aqara 
şəhəri olmuşdur 
Hindistan 
torpaqlarında 
yaranmışdı 
 
Ticarətin inkişafına 
qayğı göstərilirdi 
Səfəvi və Osmanlı 
dövləti ilə əlaqələr 
yaratmışdı 
 
Dehli sultanlığının 
varlığına son 
qoymuşdu 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Babur şah 
 
 
Əkbər şah 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə