88
Səlcuq imperiyasında
ticarətin inkişafına xüsusi diqqət verilirdi.
Məlikşah dövründə ticarətin canlanması üçün
aşağıdakı tədbirlər həyata keçirildi:
Vahid çəki, ölçü və pul sistemi tətbiq olundu.
Tacirlər bəzi rüsumlardan azad edildi.
Səlcuq imperiyasının tənəzzülü
Sultan I Məlikşahdan sonra
Səlcuq imperiyası zəiflədi və ayrı-ayrı əmirlər arasında ara müharibələri başlandı.
Buna görə də
Xaç (səlib) yürüşləri zamanı avropalıların qarətçi yürüşlərinin qarşısını almaq mümkün olmadı. Səlibçilər
Suriyanı ələ keçirərək
Qüdsü ələ keçirdilər. Sonuncu Səlcuq sultanı
Səncərin (1118-1157) hakimiyyəti zamanı dövlətin
ərazi bütövlüyü pozuldu. Uzunsürən
ara müharibələri,
saray çəkişmələri,
qiyamlar, vergilərin çoxluğundan narazı olan
kəndlilərin və sənətkarların üsyanları Səlcuq dövlətini zəiflətdi.
Səncərin ölümündən sonra Səlcuq imperiyası süqut etdi
və onun ərazisində
Kirman, Konya, Suriya, İraq Səlcuq sultanlıqları, Azərbaycan Atabəyləri, Kiçik Asiyada bir sıra
əmirliklər yarandı.
Türk sərkərdəsi Səlcuqun adından
yaranmışdı
Bütün Xorasan və Xarəzmi ələ
keçirmişdi
Paytaxtı Nişapur, Rey və İsfahan
şəhərləri olmuşdu
Bağdad da daxil olmaqla İraqı
tutmuşdu
Əsas hücum hədəfi Bizans idi
Uc torpaq mülkiyyət forması
meydana gəlmişdi
Rəvvadilər və Şəddadilər vassal
asılılığına salmışdı
Dəndənakan döyüşündə Qəznəviləri
məğlub etmişdi
Vahid çəki, ölçü və pul sistemi
tətbiq
olunmuşdu
Oğuzların qınıq
boyundan idi
1038-1157-ci illərdə
mövcud olmuşdu
İmperatorluğun banisi I Toğrul idi
Səlcuq
imperiyası
Toğrul bəy
Malazgird döyüşündə Bizansı məğlub edərək Anadolunu türk torpağına çevirdi,
«İslamın nuru» adını aldı
Alp Arslan
Məlikşah
Ankara tutuldu, paytaxt İsfahana köçürüldü, vahid çəki, ölçü və pul sistemi tətbiq
olundu
, tacirlər bəzi
rüsumlardan azad edildi
Sultan Səncər
Dövlətin ərazi
bütövlüyü pozuldu, Böyük Səlcuq imperatorluğu faktiki olaraq ayrı-
ayrı müstəqil dövlətlərə parçalandı
Böyük Səlcuq imperatorluğunu yaratdı, Dəndənəkan döyüşündə qəznəviləri məğlub
etdi, Bağdadı tutarq «Qərbin və şərqin hökmdarı» titulunu aldı
Böyük Səlcuq imperatorluğunun tənəzzülünün səbəbləri
1157-ci il
Feodal ara müharibələri
Saray cəkişmələri
Xaç (səlib) yürüşləri
Natural təsərrüfatın hökmranlığı
kəndlilərin və ənətkarların üsyanları
89
Hindistan. Dehli sultanlığı (1206-1526). Böyük Moğol dövləti (1526-1858)
Hindistanda Qupta sülaləsinin hakimiyyəti
IV əsrdə Hindistanda
Qupta sülaləsi hakimiyyətə gəldi. Qupta
sülaləsinin hakimiyyət dövrü
«Hindistanın qızıl əsri» adlanır. Bu dövrdə
ədəbiyyat, incəsənət və memarlıq inkişaf etdi.
V əsrin sonunda:
Qupta dövləti parçalandı.
Qupta hökmdarları Ağ hunların asılılığı altına düşdülər.
VI-XIII əsrləri əhatə edən feodal dağınıqlığı dövrü başladı.
Kasta sistemi, ölkənin çoxmillətli olması və müxtəlif dini
etiqadların mövcudluğu ölkədə feodal pərakəndəliyini gücləndirirdi.
Qupta imperiyasının dağılması nəticəsində Hindistanda 70-ə qədər
müstəqil kiçik dövlət qurumları yarandı. Belə dövlət qurumlarının başçıları
olan
racələr hərbi xidmət əvəzində torpağın bir hissəsini kəndlilərlə
birlikdə yaxın adamlarına paylayırdılar. Verilən torpaqlar irsən keçirdi.
Hindistanda da kəndlilər
töycü ödəyir və müxtəlif mükəlləfiyyətlər
daşıyırdılar. Hindistanın qərbində çoxlu liman şəhəri var idi. Burada olan
bazarlarda yerli və xarici mallar satılırdı.
Parça, ədviyyat, boyalar və zərgərlik əşyaları almaq üçün buraya
Çindən, Afrikadan və Ərəbistandan tacirlər gəlirdilər.
Hindistanla ticarətdə
ərəb tacirləri əsas rol oynayırdılar. Hindistan limanlarında onların daimi məskənləri var idi. Avropa
səyyahları nadir hallarda Hindistana gəlib çıxa bilirdilər.
Ərəblərin Hindistana yürüşü
VIII əsrin əvvəlində Hindistan
ərəblərin yürüşünə mğruz qaldı.
Ərəb işğalları
nəticəsində:
Hindistanın qərbi ərəblər tərəfindən işğal edildi.
Hindistanda iki ərəb əmirliyi -
Mənsurə və
Multan
müsəlman
əmirlikləri yarandı.
Hindistanda yayılmağa başlayan İslam dini yerli dinləri sıxışdırıb aradan çıxardı.
İslam mədəniyyəti Hindistanda yayılmağa başladı.
QEYD:
Ərəblərin Hindistanı qısa müddətdə işgal etməsinin səbəbi ölkədə feodal pərakəndəliyin mövcud olması idi.
Ərəb işğalları nəticəsində yaradılan
Mənsurə və
Multan əmirliklərini
ərəb əmirləri idarə edirdilər.
Qəznəvilərin Hindistana yürüşləri
Hindistanın feodal pərakəndəliyindən istifadə edən Qəznəvi hökmdarı Sultan Mahmud
XI əsrin əvvəllərində
Hindistana 17 dəfə yürüş etdi. Sultan Mahmudun Hindistana yürüşləri nəticəsində:
Kəşmir, Pəncab və Qucarat əyalətləri Qəznəvilər dövlətinin tərkibinə qatıldı.
Hindistanın şimalında türk-müsəlman əhalinin məskunlaşması və bu yerlərdə İslam dininin yayılması gücləndi.
Hindistanda Dehli sultanlığının yaranması
XII əsrdə türk
tayfaları Hindistan ərazilərinə aramsız yürüşlər edirdilər. Bu hücumların nəticəsində
1206-cı ildə
türk sərkərdəsi
Qütbəddin Aybək (1206-1210) Hindistanı tutaraq burada Dehli sultanlığının əsasını qoydu. Dehli sultanlığı
Hindistan ərazisində müsəlman türklərin yaratdığı ilk ən böyük dövlət idi.
Qütbəddin Aybək Hindistanda möhkəmlənmək məqsədilə
İslamın və türk dilinin yayılmasına can atdı. Müasirləri
qeyd edirlər ki, sultan türk dilini bilməyən məmurları bu dili öyrənməyə məcbur edirdi.
Dehli sultanlığında Şəmsiyyə sülaləsinin hakimiyyətə gəlməsi
Qütbəddin Aybəkin ölümündən sonra hakimiyyətə kürəkəni
Eltutmuş xan
(1211-1236)
gəldi.
Eltutmuş xanın
hakimiyyətə gəlməsi ilə Dehli sultanlığında
Şəmsiyyə sülaləsinin hakimiyyəti başladı.
Eltutmuş xanın
hakimiyyəti
dövründə:
Dehli sultanlığının ərazisi xeyli genişləndi.
Pəncabın böyük hissəsi -
Multan və
Lahor işğal edildi.
Qəznəyə qədər olan ərazilər dövlətin tərkibinə qatıldı.
Eltutmuş xandan sonra hakimiyyətə onun qızı, müsəlman və türk tarixində nadir qadın hökmdarlardan olan
Raziyyə sultan (1236-1240) gəldi.