81
Əməvilər sülaləsinin hakimiyyəti (661-750)
Ərəb dövlətində
661-ci ildə hakimiyyətə
Əməvilər sülaləsi gəldi. Əməvilər dövründə:
Paytaxt Məkkədən Dəməşq şəhərinə köçürüldü.
Ərəb işğalları daha da genişləndi.
Xilafət ordusu indiki Cəbəlüttariq
boğazını keçərək Avropaya doğru irəlilədilər.
Avropanın içərilərinə doğru irəliləyən ərəblər İspaniyanı
ələ keçirdilər
QEYD:
Avropanin içərilərinə doğru irəliləyən ərəblər
732-ci ildə Puatye adlı döyüşdə franklarla döyüşdülər.
Ərəblərlə franklar arasında baş vermiş Puatye döyüşü nəticəsində
franklar ərəbləri məğlub edərək onların
Avropaya yürüşlərinin qarşısı dayandırıldı.
Abbasilər sülaləsinin hakimiyyəti (750-1258)
750-ci ildə Əməvilər sülaləsini Abbasilər sülaləsi əvəz
etdi.
Abbasilər sülaləsinin hakimiyyəti
dövründə:
Əməvilərin işğalçılıq siyasəti davam etdirildi.
Paytaxtın Bağdada köçrülməsi ilə Ərəb xilafəti
Bağdad xilafəti adlanmağa başladı.
Ərəblərə qarşı Mərkəzi Asiyada
Müqənna,
Azərbaycanda
Xürrəmilər üsyanı baş verdi.
İlk olaraq, İspaniyada yaranmış
Kordova
əmirliyi mərkəzi hakimiyyətdən ayrılaraq tam
müstəqil oldu.
Mərakeş, Əlcəzair, Tunis, Liviya, Yəmən və
Xorasan mərkəzi hakimiyyətdən ayrıldı.
İran və
Misir Xilafətin tərkibindən çıxdı.
Ərəb xilafəti zəiflədi və dağıldı, ərəblər
səlcuqların və monqolların hücumuna məruz
qaldı.
QEYD:
Azərbaycanda Babəkin başçılıq etdiyi Xürrəmilər üsyanının Ərəb xilafətinin zəifləməsində və süqutunda
böyük rolu olmuşdu.
Şimali Afrika
İran torpaqları
Bizans torpaqları
Xəlifələr dövründə ərəblərin işğal etiyi ərazilər
82
Xilafətin idarə olunması
Ərəb xilafətində dövlətin başçısı
xəlifə idi. Xəlifə həm də ordunun ali baş komandanı idi. Ölkədə ayrı-ayrı sahələri
idarə etmək üçün
divanlar yaradılmışdı. Xilafət ərazisi inzibati cəhətdən
vilayətlərə bölünürdü. Vilayətlər xəlifə tərəfindən
təyin olunan
əmirlər tərəfindən idarə olunurdu. Bütün ərazilərdə rəsmi danışıq və yazı dili
ərəb dili idi.
QEYD:
Ümumiyyətlə, Əhəmənilər dövlətində
“satrapt”, Sasanilər dövlətində
“mərzban”, Ərəb xilafətində
“əmir”
vəzifələri
vilayətləri idarə edən şəxslərə deyilirdi.
Xilafətdə torpaq mülkiyyət formaları və vergilər. Ərəblərin köçürmə siyasəti
Ərəb xilafətində
xəlifə, divan, mülk, iqta, vəqf və
icma torpaq mülkiyyət formaları mövcud olmuşdur.
Dövlətə
sadiq olan şəxslərə mükafat olaraq torpaqlar verilirdi.
Xilafətdə varlılar daha çox vergi ödəməyə məcbur idi.
Ərəb xilafətində əhalidən aşağıdakı vergilər alınırdı:
Xərac – torpaq vergisi olub, məhsulla torpağı olanlardan alınırdı.
Cizyə - can vergisi olub, qeyri müsəlman kişilərdən alınırdı.
Xüms – daşına bilən əmlakdan, adamların faydalandığı məmulatlardan alınırdı.
Zəkat (sədəqə) – maldarlardan, tacir və sənətkarlardan, əkin sahələrindən və meyvə bağlarından alınırdı.
Ərəb xilafəti Sasanilər dövləti kimi
köçürmə siyasəti həyata keçirmişdi.
Xilafət Ərəbistandan ərəb ailələrini
Xilafətin işğal olunmuş ərazilərinə, o cümlədən sərhəd bölgələrinə köçürürdülər. Ərəblərin köçürmə siyasətində
əsas
məqsədi
işğal edilmiş ölkələrdə hakimiyyəti gücləndirmək və
etniq dayaq yaratmaq idi
Xilafət dövründə torpaq mülkiyyət formaları
Xilafətin idarə olunmasında türklərin rolu
İslam dininin qəbul olunmasından sonra ərəb ordusunda
türklərin nüfuzu artdı.
Türklərlə qohumluq əlaqələri
yaradan ərəb xəlifələri onların gücündən istifadə edirdilər.
Xilafətdə
Abbasilər sülaləsinin hakimiyyəti dövründə türklərin
nüfuzu daha da artdı, onlar yüksək vəzifələrə seçildilər.
Xilafətdə türklərin yüksək vəzifələrə seçilməsinin əsas səbəbi onların
təşəbbüskar və səriştəli olması idi.
IX əsrdən etibarən türklər Ərəb
dövlətində və orduda mühüm rol oynayırdılar.
Ərəb ordusuna
türk
sərkərdələri başçılıq etməyə başladı.
Xilafətin görkəmli sərkərdələri
olan
Afşin, Əbu Sac türk idilər. Bu dövrdə Xəlifələr tamamilə türk
hərbi rəislərindən asılı idilər.
Xilafətdə türk sərkərdələri
bir xəlifəni
hakimiyyətdən salır və ya hakimiyyətə gətirirdilər.
Türklərin etibarlı olması onların nüfuzunu yüksəldirdi. Məsələn,
Tulun sülaləsinin əsasını qoyan
Tulun Buxarada vergi əvəzinə alınan
bir döyüşçü idi. Onun oğlu
Əhməd İbn Tlun Misirdə əvvəl canişin
köməkçisi, sonra
canişin olmuşdu Əhməd İbn Tulun dövrünü (876-
879) tarixçilər
Misir tarixinin
«
qızıl dövrü
»
adlandırırdılar.
Torpaq
mülkiyyəti
Divan
(dövlətə məxsus torpaqlar)
Xəlifə
(Xəlifəyə məxsus torpaqlar)
İqta
(xidmətə görə verilən torpaqlar)
Mülk
(feodallara məxsus torpaqlar)
İcma
(kəndlilərə məxsus torpaqlar)
Vəqf
(dini idarələrə məxsus torpaqlar)
Qahirədə Əhməd ibn Tulun məscidi