Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   120

 
79 
 
Qafqaz xalqları 
 
 
 
 
Qafqaz xalqları Erkən feodalizm dövründə 
Erkən orta əsrlər dövründə işğallara məruz qalmış Qafqaz bir çox dövlətlər üçün hərbi-strateji və iqtisadi əhəmiyyət 
kəsb edirdi. Bu dövrdə feodal dağınıqlığı və dini müxtəliflik Qafqaz xalqlarının düşmənə qarşı müqavimətini zəiflədirdi. 
Ərəb işğalları Qafqaz xalqlarının həyatını dəyişdi. Bir çox xalqlar İslam dinini qəbul etdi. Onların mədəniyyətində 
mühüm dəyişikliklər baş verdi. Ərəb xilafəti iki əsrdən artıq Qafqazı idarə etdi. Xilafət zəifləyib dağıldığı dövrdə burada 
bir neçə  müstəqil dövlət  yarandı.  Azərbaycanda  (keçmiş  Albaniya  və  Atropatena  dövlətlərinin  ərazisində)  Şirvanşahlar, 
Sacilər,  Salarilər,  Şəddadilər,  Rəvvadilər,  Şəki  hakimliyi,  Tiflis  əmirliyi,  Dərbənd  əmirliyi  kimi  dövlətlər  yarandı. 
İndiki Gürcüstan ərazisində isə Abxaziya, Kartli-Kaxetiya çarlıqları, Tao-Klarceti knyazlığı yarandı. VIII əsrin 30-cu 
illərində  yaranmış  Tiflis  müsəlman  əmirliyi  varlığını  XII  əsrin  əvvəllərinədək  qoruyub  saxladı.  Ərəb  xilafətinin 
süqutundan  sonra  Azərbaycan  torpaqları  Sacilər  sülaləsinin  hakimiyyəti  dövründə  ilk  dəfə  vahid  dövlət  halında 
birləşdirildi. 
 
Qafqaz xalqları Klassik feodalizm dövründə 
XI əsrin əvvəllərində  gürcü  torpaqları vahid dövlətdə birləşdirildi. Bu dövrdə səlcuq türklərinin  Qafqaza axınları 
baş  verdi.  Cənubi  Qafqaz  və  Dağıstan  Böyük  Səlcuq  imperatorluğunun  tərkibinə  qatıldı.  Sonralar  Səlcuq  imperator-
luğunun  zəifləməsindən  istifadə  edən  gürcü  çarı  IV  David  (1089-1125)  təcavüzkar  siyasət  yeritməyə  başladı.  Onun  
məqsədi Azərbaycanın qərb torpaqlarını işğal etmək idi. Gürcü çarı Bizansla ittifaqa nail olub səlcuqlara qarşı mübarizəyə 
başladı. Nəticədə Tiflis, Dəbil və Ani kimi müsəlman şəhərləri gürcülər tərəfindən  işğal edildi. 
XIII  əsrdə  Qafqaza    monqol  yürüşləri  başladı.  Monqol  yürüşləri  nəticəsində  Qafqaz  Hülakü  imperatorluğunun 
tərkibinə qatıldı. Şimali Qafqaz Hülakü və Qızıl Ordu dövlətləri arasında bölüşdürüldü. 
XIV  əsrin  80-ci  illərində  Qafqaz  Teymurilər  tərəfindən  işğal  olundu.  Çox  keçmədən  Teymuri  imperatorluğu 
parçalandı, onların Qafqazda mövqeyi zəiflədi. 
XV  əsrin  sonlarında  Gürcüstanda Kartli, Kaxetiya və İmeret  çarlıqları kimi  müstəqil  feodal  dövlətləri  meydana 
gəldi.  Hücumların  dayanması  və  siyasi  sabitliyin  yaranması  Qafqazda  təsərrüfatın  inkişafına  müsbət  təsir  göstərdi.  XV 
əsrdə Qaraqoyunlu  Ağqoyunlu sülalələrinin hakimiyyəti dövründə Azərbaycan bütün Cənubi Qafqazın, Yaxın və Orta 
Şərqin  hərbi-siyasi  tarixində  mühüm  rol  oynadı.  XV  əsrin  sonlarında  bütün  Azərbaycan  torpaqlarının  vahid 
mərkəzləşdirilmiş dövlət halında birləşdirilməsi üçün tarix şərait yarandı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
80 
 
Ərəblər. Ərəb Xilafəti 
 
Ərəblərin yaşadığı ərazi. Köçəri bədəvilərin həyat tərzi 
Ərəblərin  vətəni  Asiya  qitəsinin  cənub-qərbi,  Asiya,  Afrika  qitələri  və  Aralıq  dənizinin  qovuşduğu    Ərəbistan 
yarımadası  idi
.  Əsasən  səhralar  və  vahələrdən  ibarət  olan 
Ərəbistan  yarımadasının    cənubunda  su  və  yağış  bol  olurdu. 
Səhrada leysan yağışlarından sonra müvəqqəti suyu olan quru dərə vadi adlanırdı. 
Ölkənin cənubunda yağıntıların bolluğu 
əkinçiliyə  şərait  yaradırdı.  Buna  görə  də  əhalinin  sıxlığı  cənubda  daha  çox  idi. 
Yarımadanın  şimalında    və  mərkəzində 
əhali  çox  az  məskunlaşmışdı.  Burada  onlar  maldarlıqla  məşğul  olur,  dəvə,  qoyun  və  at  saxlayırdılar.  Ərəbistan 
yarımadasının şimalında  yaşayan köçəri ərəblər bədəvi (çöllülər) adlanırdı. 
Susuz səhralara davam gətirən dəvə ən yaxşı 
«Yük gəmisi» idi. Ona görə də onu səhra gəmisi adlandırırlar.
 
İslamdan öncə ərəblər ibtidai icma quruluşunda - qəbilələr halında yaşayırdı. Hər bir qəbiləni 
qəbilə başçısı idarə 
edirdi. Zaman keçdikcə qəbilələr tayfalar şəklində birləşməyə başladılar. 
 
İslam dininin meydana gəlməsi (610) 
610-cu  ildə  İslam  dini  meydana  gəldi. 
Ərəblərdə  yeni  dinin  meydana  gəlməsi  Məhəmməd  Peyğəmbərin  adı  ilə 
bağlıdır. 
Bu dini qəbul edənlər müsəlman adlandırılırdı.
 
Müqəddəs kitabı «Qurani-Kərim» olan İslam dini sonuncu  səmavi din idi. Ərəblər İslam dininin qəbulu sayəsində 
tərəqqiyə qovuşdu. Onların  həyatı tamamilə dəyişdi. İslam ərəb xalqına cəmiyyət qanunlarını, dövlət qurmağı və onu idarə 
etməyi öyrətdi. Ərəblər İslam dəyərlərini qərbdə Atlantik okeanına, şərqdə Çinə qədər geniş ərazidə yaydılar. 
QEYD:
 Məhəmməd Peyğəmbər 610-cu ildə 40-yaşında İslam dinini təbliğ etməyə başladı. İslam dininin müqəddəs 
kitabı olan 
«Quran» 
sözünün mənası, oxumaq, tələffüz etmək deməkdir. Bu müqəddəs kitab 114 surədən (fəsil, bölmə) 
ibarətdir.  Onun  hər  cümləsi  və  yaxud  cümlənin  bir  hissəsi  ayə  adlanır.  İslamı  qəbul  edən  hər  bir  insan  5  şərtə  əməl 
etməlidir. 
 
Ərəb dövlətinin yaranması (630) 
Məhəmməd  Peyğəmbər  İslam  dinini  qəbul  etmiş  tərəfdarları  ilə  o  dövrdə 
ticarət 
mərkəzi  olan 
Məkkədə  müsəlman  icmasını  yaratdı.  Məhəmməd  Peyğəmbər  İslam  dinini 
Məkkədə  çətinliklə  yayırdı.  Odur  ki,  maneələri  aradan  qaldırmaq  üçün    O,  622-ci  ildə 
Məkkədən  Mədinəyə  köçdü.  Məhəmməd  Peyğəmbərin    622-ci  ildə  Məkkədən  Mədinəyə 
köçməsi  ilə  Hicri  tarixi  başlayır. 
630-cu  ildə 
Məhəmməd  Peyğəmbər 
Məkkədə  Ərəb 
dövlətini  yaratdı. 
Məhəmməd  Peyğəmbər  (630-632)  yeni  dinin  və  dövlətin  başçısı  oldu.
 
Peyğəmbərin 
vəfatından sonra dövləti xəlifələr idarə etməyə başladılar. 
 
 
 
Ərəb tarixinin dövrləşdirilməsi 
 
 
 
Xəlifələr dövrü (632-661) 
Məhəmməd Peyğəmbər vəfat edəndən sonra dövləti Peyğəmbərin müavinləri – xəlifələr idarə etməyə başladılar. 
Bu 
dövlətin başçılarına xəlifə, yəni Peyğəmbərin davamçısı deyirdilər. 632-ci ildən başlayaraq 661-ci ilədək ölkəni bir-birinin 
ardınca xəlifə Əbu 
Bəkr, Ömər, Osman  Əli idarə etdilər. Xəlifələr dövründə: 

 
Ərəb işğalları genişləndi, Bizans  İran (Sasani) torpaqları işğal edildi. 

 
Ərəblər Bizansın bir çox ərazilərini ələ keçirdilər və Şimali Afrikaya yiyələndilər. 

 
 Ərəblər Sasanilər dövlətinin varlığına son qoydular. 

 
Ərəblər yürüşləri Şərqdə Hind çayı vadisinə qədər davam etdi. 

 
Ərəb xilafəti Atlantik okeanından Hindistan və Çinədək olan geniş əraziləri özünə birləşdirdi. 
QEYD:
  Ərəblərin  Bizans  və  İran  torpaqlarını  asanlıqla  işğal  etməsinin  səbəbi  həmin  dövrdə  Bizans  və  Sasanilər 
dövlətinin bir biri ilə müharibələrdə  zəifləməsi idi. 
III dövr – Abbasilər sülaləsinin hakimiyyəti dövrü (750-1258) 
 
II dövr - Əməvilər sülaləsinin hakimiyyəti dövrü (661-750)
 
 
 
I dövr -  Peyğəmbərin (630-632) və 4 xəlifənin dövrü (630-661) 
 
Ərəb dövləti 
(630-1258)
 
0
10
20
30
40
50
60
70
80
90
1 кв
2 кв
3 кв
4 кв
Восток
Запад
Север
 
 
 
Qurani-Kərim
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə