Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   120

 
85 
 
Bu zaman Qəznəvilər dövlətinin tabeliyində olan 
səlcuq türkləri dövlətin zəifləməsindən istifadə edərək  qəznəviləri 
sıxışdırdılar. 1040-cı ildə baş verən 
Dəndənəkan döyüşündə 
səlcuqlar qəznəviləri məğlubiyyətə uğratdılar. 
XII  əsrin  70-ci  illərində  Qəznəvilər  dövlətinə  son  zərbəni  vuran  gurlu  tayfaları  onları    Şimali  Hindistana 
sıxışdırdı.
  1187-ci ildə Qəznəvi dövləti süqut etdi.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qaraxani və Qəznəvilər dövlətlərinin tarixi üçün oxşar cəhətlər 
 
 
 
Türk mənşəli sülalərlər 
tərəfindən idarə edilirdi
 
 
Eyni əsrdə yaranan feodal 
dövlətlər idilər
 
 
İslam dinini qəbul 
etmişdilər
 
 
Samanlər dövlətini süquta 
uğratmışdılar
 
 
Hər iki dövlətin tərəqqisi 
zahiri xarakter daşıyırdı
 
 
Hər iki dövlətdə ticarət 
inkişaf etmişdi 
 


 
86 
 
Böyük Səlcuq dövləti (1038-1157) 
 
Səlcuq dövlətinin yaranması 
Səlcuqlar  oğuz  türklərinin  qınıq  boyundan 
idilər.  Bu  tayfa  öz  adını  Səlcuq  bəyin  adından 
götürmüşdü.  Oğuz  dövlətində  subaşı  vəzifəsini 
daşıyan Səlcuq bəy Oğuz  yabqusu ilə münasibətləri 
pisləşdiyi üçün öz tayfası ilə birgə Seyhun (Sırdərya) 
çayının  sahilindəki  Cənt  şəhərinə  gələrək  İslam 
dinini  qəbul  etdi.  Qəznəvilərin  işğalları  dövründə 
səlcuqlar  Xorasan  vilayətinə  köçməyə  məcbur 
oldular. Səlcuqun nəvələri Toğrul bəy  Çağrı bəy 
səlcuqları 
bir bayraq altında 
birləşdirib Qəznəvilərə 
qarşı  mübarizəyə  başladılar  və  Xorasanın  əsas 
şəhəri  olan  Nişapuru  ələ  keçirdilər.  Toğrul  bəyin 
başçılığı  ilə  səlcuqlar  1038-ci  ildə  paytaxt  Nişapur 
olmaqla Səlcuq dövləti yarandı. 
 
 
Səlcuq sülaləsi 
 
 
 
 
Sultan I Toğrulun hakimiyyəti (1038-1063)  
Qəznəvilər Xorasanda yeni bir dövlətin yaranmasını qəbul etmədiyi üçün böyük 
bir qoşunla səlcuqlar üzərinə hücum etdilər. 1040-cı ildə Mərv şəhərinin yaxınlığındakı 
Dəndənəkan  adlı  yerdə  səlcuqlarla  qəznəvilər  arasında  qanlı  döyüş  baş  verdi. 
Dəndənəkan döyüşü nəticəsində: 

 
Səlcuq ordusu Qəznəviləri məğlub etdi. 

 
Səlcuqlar üçün Azərbaycan, İran və İraqa yol açıldı. 
Döyüşün  ertəsi  günü 
Dəndənəkan  döyüşündə  qazanılan  qələbəyə  görə  Toğrul 
bəyə (1038-1063) Sultan titulu verildi. 
Dəndənəkan qələbəsindən dərhal sonra səlcuqlar Mərv şəhərində qurultay 
çağırdılar. 
Mərv qurulyatında səlcuqlar: 

 
Qərb və Şərq istiqamətlərində yeni torpaqlar tutmağı planlaşdırdılar.
 

 
İran, Cənubi Qafqaz və Bizansa qarşı hücuma keçmək qərara alındı. 
1043-cü ildə Səlcuq dövlətinin paytaxtı Rey şəhərinə köçürüldü. Səlcuq orduları 
buradan Həmədan, İsfahan  Gilanı tutaraq Azərbaycana doğru yürüşə başladılar. 
1054-cü  ildə  səlcuqlar  Cənubi  Qafqaza  hücum  edərək  Rəvvadiləri, 
Şəddadiləri və Tiflis müsəlman əmirliyini özlərinə tabe etdilər. Bundan sonra
 Sultan 
Toğrul yaratdığı dövləti Bağdad xəlifəsinin mənəvi nüfuzu ilə gücləndirmək məqsədi ilə 
Bağdada yürüş etdi.  
1055-ci  ildə 
Sultan  I  Toğrulun  başçılığı  ilə  s
əlcuqlar  o  zaman 
Ərəb  xilafətinin 
paytaxtı olan 
Bağdadı tutdular.
 
Xəlifə I Toğrulun şərəfinə ziyafət verərək ona 
«
Şərqin 
və Qərbin hökmdarı
»
  titulunu verdi. 
Bağdadın tutulması nəticəsində Abbasilər xilafəti 
səlcuq türklərindən asılı vəziyyətə düşdü. Sultan I Toğrulun dövründə Oğuz dövlətinin 
davamı  hesab  olunan  Səlcuq  dövlətinin  ərazisi  Mavəraənnəhrdən  Mesopotamiyaya 
  Hindiquş  dağlarına  qədər  torpaqları  əhatə  edirdi.  Lakin  Oğuz  dövlətindən  fərqli 
olaraq, Səlcuq dövləti geniş ərazili imperiyaya idi. 
 
Səlcuq bəy 
 
Çağrı bəy 
 
Alp Arslan 
(1063-1072) 
 
Toğrul bəy 
(1038-1063)
 
 
I Məlikşah  
(1072-1092)
 
 
Məhəmməd Təpər 
(1105-1117)
 
 
Sultan Səncər 
(1118-1157)
 
 
 
 
 
 
 
 


 
87 
 
Alp Arslanın hakimiyyəti (1063-1072) 
Sultan  I  Toğrulun  vəfatından  sonra  hakimiyyətə  Alp  Arslan  (1063-1072)  gəldi.  Alp  Arslanın  əsas    məqsədi 
Anadoluya yiyələnmək idi. Alp Arslan 
səlcuqların əsas hücum hədəfi olan 
Bizansla müttəfiq olan erməni, gürcü və abxaz 
hökmdarlarını  darmadağın  edib  Tiflis,  Ani,  Qars  şəhərlərini  ələ  keçirdi.  Daha  sonra  Alp  Arslan  Anadolu  üzərinə  yürüşə 
başladı. Bu zaman Bizans imperatoru çox böyük ordu topladı. Bu orduya əslən türk olan oğuz və peçeneq tayfaları da daxil 
edildi. 
Tərəflər arasında  1071-ci il avqustun 26-da Malazgird vuruşması baş verdi. 
Bu döyüş dünya tarixində böyük bir 
dönüş nöqtəsi oldu.  
Döyüş  zamanı  oğuz    peçeneqlər  səlcuqların  tərəfinə 
keçdilər. Malazgird döyüşü nəticəsində Səlcuqlar qalib gələrək 
Bizans  imperatoru  Diogeni  əsir  aldılar.
  Döyüşdən  sonra 
Bizansın  səlcuqlarla imzaladığı müqaviləyə əsasən: 

 
Bizans  Şərqi  Anadolu  torpaqlarını  səlcuqlara 
verdi. 

 
Bizans  hər  il  səlcuqlara  vergi  verməyi  və  lazım 
gəldikdə  hərbi  yardım  göstərməyi  öz  öhdəsinə 
aldı. 
Malazgird 
döyüşündən 
sonra 
Bağdad 
xəlifəsi 
Malazgirddəki  qələbə  münasibətilə  Alp  Arslanı  təbrik  edərək 
onu 
«
Müsəlmanların  xilaskarı
»
 
 
«
İslamın  nuru
»
  
adlandırdı. 
 
 
 
 
 
 
I Məlikşahın hakimiyyəti (1072-1092) 
1072-ci  ildə  Alp  Arslan  Mərkəzi  Asiyaya  hərbi  yürüş  zamanı  əsir  aldığı 
qalabəyi  tərəfindən  öldürüldü.  Onu  oğlu  I  Məlikşah  (1072-1092)  əvəz  etdi. 

Məlikşahın 
hakimiyyəti dövründə: 

 
Konya, Ankara və Suriya (Qüds) tutuldu. 

 
Səlcuq imperiyası çiçəklənmə dövrü keçirdi. 

 
Dövlətin paytaxtı Rey şəhərindən İsfahana köçürüldü. 

 
Səlcuq imperatorluğunda iqtisadiyyat yüksəldi. 

 
Vahid çəki, ölçü və pul sistemi tətbiq olundu.
 

 
Tacirlər bəzi rüsumlardan azad edildi


 
«
Məlikşah cədvəli
»
 (
«
Cəlali təqvimi
»
) tərtib edildi.  
QEYD:
  Səlcuq  dövlətinin  möhkəmlənməsində    I  Məlikşahın  vəziri,  görkəmli 
alim və dövlət xadimi Xacə Nizamülmülkün böyük xidməti olmuşdur. 
 
Səlcuq imperatorluğunun paytaxtı olmuş şəhərlər 
 
 
 
Səlcuqlar dövründə Torpaq mülkiyyət formaları. Vergilər. Ticarət 
Səlcuqlar  dövründə  əsas  torpaq  mülkiyyət  forması  iqta  idi.  İqta  qoşun  başçılarına  hərbi  xidmətə  görə  verilirdi. 
Səlcuqlar  dövründə  uc  torpaq  mülkiyyət  forması  meydana  gəlmişdi.  Bu  torpaqlar  sərhəddə  xidmət  edən  sərkərdələrə 
verilirdi. 
Dövlətin əsas gəliri kəndlilərdən alınan üşr adlı torpaq vergisi idi.
 
Rey 
 
Nişapur 
 
Isfahan 
 
Malazgird döyüşündə 
Bizans ordusu məğlub 
edildi
 
Anadolu həmişəlik 
türk yurduna çevrildi 
 
―Müsəlmanların 
xilaskarı‖ və ―İslamın 
nuru‖ adını aldı
 
 
Bağdatda Nizamiyyə 
mədrəsəsi quruldu 
 
 
Alp Arslanın hakimiyyəti
 
 
 
Malazgird
 döyüşü 
1071-ci il, Malazgird döyüşü
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə