Anar İsayev Ramil Rəhimov


Böyük Monqol imperatorluğu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   120

 
92 
 
Böyük Monqol imperatorluğu 
 
 
 
Monqolların yaşadığı ərazi və onların məşğuliyyəti 
Monqollar  qədim  zamanlardan  Mərkəzi  Asiyanın  geniş  çöllərində 
(  Kulun-Bugir  gölündən  başlayaraq  Altay 
dağlarının qərb ətəklərinədək olan ərazilərdə) yaşayırdılar. Monqolların əsas məşğuliyyəti köçəri maldarlıq idi. 
 XII əsrdən başlayaraq: monqollara aiddir: 

 
Monqollar arasında qəbilə münasibətləri (ibtidai icma quruluşu) dağılmağa başladı. 

 
Qəbilələr dağıldıqdan sonra 
hərbi təşkilatlar olan 
ordular - birləşmələr yarandı. 

 
Ordunun başında duran  hərbi rəislər – xan titulu daşıyan bahadırlar  noyonlar köçmənləri öz hökmranlığı 
altında birləşdirdilər. 

 
Köçəri maldar tayfalar noyon, bahadır və xanlara məhsulla töycü ödəməyə başladılar. 
Beləliklə XII əsrdə monqollar arasında feodal münasibətləri yarandı. 
 
Monqol dövlətinin yaranması (1206) 
1206-cı  ildə  Onon  çayı  sahilində   
monqol  və  türk  tayfa  əyanlarının 
qurultayı keçirildi. Onon çayı qurultayında: 

 
Monqol dövləti yaradıldı. 

 
Temuçin 
böyük xaqan seçildi və Çingiz adlandırıldı
. 
Monqol dövlətinin ilk paytaxtı Qaraqorum şəhəri olmuşdu.
 
Monqol  dövləti hərbi  demokratiyanı  özündə  birləşdirən  feodal  dövləti  idi. 
Monqol  dövlətində 
ilk 
qanunlar  toplusu  (məcəlləsi) 
«Böyük  Yasa» 
adlanırdı.  
«Böyük Yasa» Çingiz xanın dövründə yaradılmışdı.
 
«Böyük Yasa»
da:
 

 
Monqolların feodal münasibətlərinə keçməsi öz əksini tapmışdı. 

 
Feodalların  imtiyazlarından
mülkiyyət,  vergi  və  idarəçilik 
sistemindən bəhs olunurdu.
 
 
Çingiz xanın güclü ordu qurması 
Çingiz  xan  (1206-1227)  qısa  vaxt  ərzində  monqol,  həmçinin  qonşu  türk  tayfalarını  birləşdirdi  və 
  geniş  işğallar 
üçün  güclü  ordu  yaratdı. 
Çingiz  xan  bu 
məqsədlə  itaət  altına  alınan  bütün  torpaqları  verdikləri  əsgərlərin  sayından  asılı 
olaraq tümənlərə, minlərə  yüzlüklərə böldü, 
tayfa başçılarını, hakimləri və noyonları tümənbaşı, minbaşı, yüzbaşı təyin 
etdi. 
Tümən  rəisləri,  minbaşılar  və  yüzbaşılar  Çingiz  xanın  vassalları    idi.  Çingiz  xanın  dövründə  monqol  qoşununun 
özəyini  çevik  süvarilər  təşkil  edirdi. 
Çingiz  xan  güclü  süvari  ordu  ilə  yanaşı,  xüsusi  qoşun  növü  də  yaratdı.  Monqol 
ordusu divardeşən, daş və yanan maye atan mancanaqlar - qurğular ilə təmin edilmişdi.
 Çingiz xanın özünəməxsus hərbi 
strategiya və taktikası var idi. Çingiz xanın hərbi strategiya və taktikasının əsas xüsusiyyətləri aşağıdakılar idi: 

 
Dəqiq kəşfiyat məlumatları toplamaq. 

 
Düşmənin qüvvələrini parçalamaq. 

 
Çoxsaylı süvari dəstələrlə gözlənilmədən hücuma keçmək. 
 
 
 
 
Çingiz xan 


 
93 
 
 
 
 
Monqol istilaları. Çingiz xanın hərbi yürüşləri 
Çingiz xan dövləti qurduqdan sonra 
qalibiyyətli  
hərbi yürüşlərə başladı. 
Monqolların hərbi yürüşləri nəticəsində: 

 
1207-1211-ci illərdə 
Sibir və Şərqi Türküstanda yaşayan qırğız, merkitbunyak və uyğur tayfaları 
monqollara
 
tabe edildi.
 

 
1211-ci ildə 
Şimali Çin işğal edildi. 
1215-ci ildə Pekinin monqollar tərəfindən tutulması ilə Şimali Çinin işğalı 
başa çatdırıldı. 

 
1219-1221-ci illərdə monqol ordusu zəngin Xarəzmşah şəhərlərini (
Otrar, Buxara, Səmərqənd, Üzgənc,  Mərv 
və.s) 
ələ keçirdi


 
1220-1222-ci illərdə monqol orduları Cəba və Sabutayın başçılığı ilə Cəlaləddini təqib edərək Şimali İran və 
Cənubi  Qafqaza  yürüş  etdilər. 
Monqolların  Azərbaycana,  İrana  və  Cənubi  Qafqaza  kəşfiyyat  yürüşləri 
gələcəkdə yeni ərazilərin işğalı üçün zəmin yaratdı.
 
 
 
 
 
 
Monqo dövlətinin parçalanması 
1227-ci  ildə  Çingiz  xan  vəfat  etdi.  Çingiz  xan  hələ  sağlığında  dövlətin  ərazisini  övladları  arasında  dörd  ulusa 
bölmüşdü.
 
Çingiz xanın vəfatından sonra
 imperiya bir müddət bütövlüyünü saxladı.
 
XIII  əsrin  ikinci  yarısında
Xubilay  xanın  dövründə  Monqol  imperatorluğunda  hakimiyyət  uğrunda  mübarizə 
gücləndi. Xubilay xanın (1264-1294) hakimiyyəti dövründə:
 

 
Paytaxt Qaraqorumdan Pekinə (1264) köçürüldü. 

 
Çinin Cənub hissəsi 
istila
 edildi. 
XIV  əsrin  əvvəllərində  Monqol  dövləti    parçalandı  və  ərazisində  ayrı-ayrı  dövlətlər  yarandı. 
XIII əsrin 40-50-ci 
illərində  Çingiz  xanın  nəvələri  görkəmli  sərkərdə Batı  xan və Hülakü  xan    Qaraqoruma  tabe  olan  güclü  dövlətlər 
yaratdılar.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Monqol 
imperatorluğu 
 
Onon qurultayı nəticəsində yaranmışdı 
 
Qanunlar küllüyyatı «Böyük Yasa» 
adlanırdı 
 
Bütün Çini istila etmişdi 
Dövlət dörd ulusa bölünürdü 
 
1207-1211-ci illərdə monqolların itaət altına aldığı xalqlar 
 
uyğurlar 
buynaklar 
 
qırğızlar 
merkitlər 
 
Çoxsaylı süvarilərlə qəfildən hücuma keçmək
 
Düşmənin qüvvələrini parçalamaq 
Dəqiq kəşfiyat məlumatları toplamaq 
Çingiz xanın  
hərbi strategiyası 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə