Anar İsayev Ramil Rəhimov


Hülakülər dövləti  (1256-1357)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   120

 
96 
 
Hülakülər dövləti  (1256-1357) 
 
Hülakülər dövlətinin yaranması 
 Böyük Monqol imperatorluğunun Ön Asiya, Cənubi Qafqaz və Kiçik Asiyanı ələ 
keçirməsinə baxmayaraq, həmin ərazilərdə bir sıra iri feodal malikanələri öz müstəqilliyini 
hələdə saxlayırdı. Böyük Monqol xaqanı Müke  xan istilaları davam etdirmək məqsədi ilə 
qardaşı  Hülakü xanın  başçılığı ilə  Ön  Asiyaya  qoşun göndərdi. 
Hülakü xan  1256-cı  ildə 
Azərbaycan  və  İranı  ələ  keçirib,  1258-ci  ildə  Abbasilər  xilafətinin  varlığına  son  qoydu. 
Beləliklə,  Amudərya  çayı  ilə  Aralıq  dənizi,  Dərbəndlə  İran  körfəzi  arasında  yerləşən 
ərazidə  beşinci  monqol  ulusu  - Hülakü  dövləti (1258-1357)  yarandı.  Dövlətin  başında 
elxan  titulu  daşıyan  hökmdar  dururdu.  Buna  görə  də  Hülakülər  dövləti,  eyni  zamanda 
Elxanilər 
dövləti 
də 
adlanır. 
Dövlətin 
ərazisi 
vilayətlərə, vilayətlər  
isə tümənlərə bölünmüşdü. 
 
Hülakülər dövlətində İslam dininin dövlət dininə çevrilməsi 
Əsasən,  bütpərəstlərdən  ibarət  olan  monqollar  ilk  vaxtlardan  başlayaraq  işğal  olunmuş  vilayətlərdə  bütpərəstliyin 
yayılması və möhkəmlənməsi üçün  tədbirlər görməyə  başladılar. İlk elxanların dini siyasətləri  yerli əhali ilə gəlmələrin 
arasında ziddiyyətin artmasına, son nəticədə, ölkədə vəziyyətin gərginləşməsinə gətirib çıxardı. Məhz bu baxımdan Qazan 
xan hakimiyyətə gəldikdən sonra  yerli müsəlman zadəganları və ruhaniləri öz tərəfinə çəkmək məqsədi ilə İslam dinini 
dövlət dini kimi qəbul etdi və özünü Mahmud adlandırdı. Qazan xanın hakimiyyəti dövründə torpaq, vergi, ticarət, rabitə 
  məhkəmə  sahələrində  islahatlar  həyata  keçirildi.  Vergi  islahatı  monqol  feodallarının  özbaşınalığına  son  qoymağa, 
dövlətin vergi sistemini yenidən qurmağa kömək etdi. Orduda xidmət edənlərə iqta olaraq torpaq sahələri verildi.  
İslahatlardan  sonra  ölkənin  iqtisadi  və  siyasi  inkişafı  uzun  sürmədi.  Qazan  xanın  vəziri  Fəzullah  Rəşidəddinin 
öldürülməsindən sonra hərbçi əyanlar yenidən əvvəlki siyasət xəttinə döndülər.  
 
Hülakülər dövlətinin süqutu 
Hülakülər  dövlətinin  yarandığı  ilk  vaxtlarda,  Hülakü  xanın  hakimiyyəti  dövründən  başlayaraq  Hülakülərlə  Cuci 
nəslindən  olan  Qızıl  Orda  xanları  arasında  Azərbaycan  torpaqları  uğrunda  müharibələr  gedirdi.  Hülakülərlə  Qızıl  Ordu 
xanları  arasında  gedən  müharibələrin  əsas  səbəbi  Qızıl  Ordu  xanlarının  Monqol  dövlətinin  yaradıcısı  Çingiz  xanın 
vəsiyyətinə görə, Azərbaycan torpaqlarının Cuci ulusunun   payına düşməsini iddia etməsi idi. Odur ki,  Hülakülərinin 
Azərbaycanda hökmranlığının başlananması ilə Qızıl Ordu xanları tez-tez bu ərazilərə hücumlar edirdilər. 
1357-ci ildə Canı bəyin başçılığı ilə Qızıl Ordu qoşunu Azərbaycana yürüş etdi. Yürüş  nəticəsində beşinci monqol 
ulusu adlanan
  
Hülakülər dövləti süqut etdi. 
 
Hülakü dövləti ilə Qızıl Ordu dövlətinin tarixi üçün oxşar cəhətlər 
 
 
 
 
 
 
 
 
 
Monqol mənşəli sülalələr 
tərəfindən idarə olunurdu 
 
Hülakü və  
Qızıl Ordu 
dövləti
 
Əhalisinin əksəriyyətini türklər 
təşkil edirdi 
 
İslam dini rəsmi dövlət dini 
elan edilmişdi 
 
Eyni əsrdə meydana gəlmişdilər 
 
Monqol işğalları nəticəsində 
yaranmışdı 
 
Azərbaycana dağıdıcı yürüşlər 
etmişdilər 
 
 
 
Hülakü xan 


 
97 
 
Osmanlı imperatorluğu 
 
 
 
Osmanlı dövlətinin yaranması (1299) 
Böyük  Səlcuq  imperiyası  süquta  uğradıqdan  sonra  onun  ərazisində  Kirman, 
Konya, Suriya, İraq Səlcuq sultanlıqları, Atabəylər dövləti meydana gəldi. Konya 
sultanlığı  dağıldıqdan  sonra  onun  ərazisində  müstəqil  bəyliklər  yarandı.  Bu 
bəyliklərdən  birinə  Osman  bəy  başçılıq  edirdi.  Osman  bəy 
1299-cu  ildə  Osmanlı 
dövlətinin əsasını qoydu. Osmanlılar oğuz türklərinin qınıq boyundan idi.
 
 
Orxan qazinin hakimiyyəti (1326-1359) 
Osman bəyin 
ölümündən sonra 
Osmanlı dövlətində hakimiyyətə Orxan qazi 
(1326-1359)
 
gəldi. 
Orxan qazinin hakimiyyəti dövründə: 

 
Dövlətin  paytaxtı Bursa şəhərinə köçürüldü. 

 
Maltəpə döyüşündə Bizans ordusu məğlubiyyətə uğradıldı. 

 
Yeni fəthlər davam etdirildi, dövlətin ərazisi  genişləndi. 

 
Dövlətin sərhədləri Egey dənizindən Konstantinopoladək genişləndi. 

 
Osmanlı dövləti inzibati cəhətdən  paşalıqlara və sancaqlıqlara bölündü. 

 
Hərbi islahatlar nəticəsində 
ilk dəfə olaraq muzdlulardan  ibarət  piyada 
(yeniçəri) və süvari qoşun növü  yaradıldı.
 
 
Sultan I Muradın hakimiyyəti (1359-1389) 
Sultan I Murad
 
Osmanlı dövləti tarixində ilk dəfə olaraq sultan titulunu qəbul 
etmişdi.
  
Sultan I Muradın hakimiyyəti dövründə: 

 
Balkanlarda Osmanlı fəthləri davam etdirildi, Ədirnə şəhəri ələ keçirildi. 

 
1361-ci ildə Osmanlı dövlətinin paytaxtı Ədirnə şəhərinə köçürüldü. 

 
1370-ci ildə Bizans və Bolqarıstan  Osmanlılardan asılı vəziyyətə düşdü. 

 
1371-ci ildə Çirmən döyüşündə Osmanlılar Serbiya dövlətini  məğlub etdi. 
Məğlubiyyət nəticəsində:
 

 
Serbiya osmanlılardan asılılığı qəbul etdi. 

 
Serbiya hər il Osmanlıya  əsgər və vergi verməyə məcbur oldu. 
QEYD:
  XIV  əsrdə  feodal  ara  müharibələri  Balkan  dövlətlərini  zəiflətmişdi. 
Sultan  I  Murad  bu  amildən  istifadə  edərək
 
Balkanlarda  Osmanlı  fəthləri 
davam etdirirdi.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Osman qazi 
 
 
Orxan qazi 
 
 
I Murad 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə