Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   120

 
113 
 
alan  feodallar  isə  vassallar  (hərbi  qulluqçular)  olurdular.  Feodal  nərdivanına  ardıcıl  olaraq  kral,  hersoq  və  qraflar, 
baronlar, cəngavərlər daxil idi. Feodal nərdivanından 
təbəələri itaətdə saxlamaq üçün 
istifadə olunurdu. 
Kral: 

 
Ölkədəki bütün feodalların başçısı sayılırdı. 

 
Hersoq və qrafların senyoru idi. 
Hersoq və qraflar: 

 
Yüzlərlə kəndə və böyük döyüşçü dəstələrinə malik idilər. 

 
Kralın vassalı və eynizamanda da Baronların  senyoru  idilər. 
Baronlar: 

 
İyirmi-otuz kəndə malik idilər. 

 
Cəngavərlərin senyoru idilər. 
Beləliklə,  bir  feodal  özünə  nisbətən  kişik  feodalın  senyoru,  eyni  zamanda  böyük  feodalın  vassalı  idi.  Feodal 
nərdivanında  axırıncı  yerdə  duran  cəngavərlərin  –  xırda  feodalların  vassalları  yox  idi.  Kəndlilər  isə  feodal  nərdivanına 
daxil deyilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
114 
 
Bizans imperiyası (395-1453) 
 
 
 
Erkən Orta əsrlərdə Bizansın inkişaf xüsusiyyətləri 
Erkən  Orta  əsrlərdə  Şərqi  Roma  imperiyası  Bizans  adlanırdı.  Bizans  imperiyası  395-1453-cü  illərdə  mövcud 
olmuşdur. Orta əsrlərin ilk dövründə Bizansı Qərbi Avropa ölkələrindən  kəskin  fərqləndirən xüsusiyyətlər var idi. Belə 
ki, Erkən Orta əsrlərdə Qərbi Avropa ölkələrindən fərqli olaraq Bizans imperiyasında vəziyyət aşağıdakı kimi idi: 

 
Feodalizm zəif inkişaf etmişdi. 

 
Quldarlıq quruluşu daha çox davam etmişdi. 

 
Qüvvətli imperator hakimiyyəti və vahid dövlət qalmışdı. 

 
Sənətkarlıq, ticarət və kənd təsərrüfatı yüksək inkişaf etmişdi. 
Erkən orta əsrlərdə (VI əsrə qədər) Bizans imperiyasının ərazisi aşağıdakı torpaqları əhatə edirdi: 

 
Balkan yarımadasını və Kiçik Asiyanı, Ərəbistan və Şimali Afrikanın bir sıra torpaqlarını

 
Suriya, Misir və Fələstini, Krımı və Qafqazın Qara dəniz sahillərini
QEYD:
 Bizansda qüvvətli imperator hakimiyyətinin qalmasının səbəbi imperatorun xəzinəsinin zəngin olması və bu 
xəzinənin hesabına imperatorun böyük ordu və donanma saxlaya bilməsi idi. 
 
Bizansda təsərrüfat, sənətkarlıq və ticarətin inkişafı 
Çox  əlverişli  coğrafi  mövqedə  yerləşmiş 
Bizans  imperiyasının  paytaxtı  Konstantinopol  şəhəri  idi.  Keçmişdə  Bizans 
adlanan Konstantinopol Avropa və Asiyanı birlədirən 
«
qızıl körpü
» 
adlanırdı. Şəhər iki ticarət yolu üzərində yerləşirdi:
 
1.
 
Avropadan Asiyaya  gedən karvan yolları. 
2.
 
Aralıq dənizindən Qara dənizə gedən su yolu. 
Konstantinopoldan  başqa  Bizansın  Antioxiya,  İsgəndəriyyə,  Beyrut,  Korinf  şəhərləri  var  idi.  Onlar  ticarət  və 
sənətkarlıq mərkəzi idi.
 Bizans tacirləri Azərbaycan, İran, Hindistan  Çindən aldıqları malları  Qərbi Avropada satır və 
bu ticarətdən xeyli varlanırdılar. 
Bizans  imperiyasının  uzun  müddət  mövcud  olmasında  kənd  təsərrüfatının,  sənətkarlığın,  ticaət  və  şəhərlərin 
yüksək  inkişaf  etməsi  əsas  rol  oynamışdı.  Bizansda  şəhərlər  sənətkarlıq  və  mədəniyyət  mərkəzi  kimi  qalırdı.  Bizans 
şəhərlərində  yun,  ipək  parça  istehsalı,  şüşə,  qab-qacaq,  papirus,  zərgərlik  məmulatı  istehsalı    kimi  sənətkarlıq 
sahələrindən  Qəri  Avropanın  hələ  xəbəri  yox  idi.  Bizans  şərq  ölkələri  (Hindistan,  Çin,  İran  və  s.)  ilə  ticarətdə  varlanırdı. 
Bizansda ticarətin yüksək inkişaf etməsinin səbəb aşağıdakı amillərlə bağlı idi: 

 
Konstantinopolun əlverişli coğrafi mövqedə yerləşməsi. 

 
Avropadan Asiyaya gedən karvan yollarının buradan keçməsi. 
 
 
 


 
115 
 
 
 
 
 
 
Slavyanların Bizans ərazisində məskunlaşması. Bizansda feodalizm quruluşunun yaranması 
IV  əsrdə  hunların  qərbə  yürüşü  ilə  «xalqların  böyük  köçü»  başladı  və  VI  əsrdə  slavyanların  Bizans  ərazisində 
məskunlaşması ilə başa  çatdı. Bizans
 imperiyasına hücum edən tayfalar içərisində slavyanlar əsas yer tuturdular. 
VI əsrin 
ortalarından  etibarən  slavyanlar  Bizans  ərazisinə  hücum  etməyə  başladılar.  Onlar  əvvəlcə  Bizansın  tabeçiliyində  olan 
Balkan  yarımadasının  şimalını,  sonra  Makedoniya    Yunanıstanı  işğal  etdilər. 
Slavyanlar  burada  icmalar  halında 
məskən salaraq, Bizans imperiyasının əhalisinə çevrilməyə, orduda xidmət etməyə, dövlətə vergi verməyə başladılar.
 
 
 
 
 
 
 
 
Bizansın Səlcuq türkləri və Osmanlılara qarşı mübarizəsi 
Avar,  slavyan  və  ərəb  işğallarından  sonra  Bizans  imperiyasının  ərazisi  kiçildi  və  yalnız  Yunanıstan    Kiçik 
Asiyanı  əhatə  edirdi.  XI  əsrdə  səlcuq  türklərinin  yürüşləri  imperiyanı  ciddi  itkilərə  məruz  qoydu.  Türklərin  hücumunu 
xristian dininə qarşı böyük təhlükə hesab edən Bizans imperatoru Roma Papasına müraciət edərək ondan kömək istədi. Bu, 
səlcuqların tutduğu torpaqları geri almaq üçün başlayan birinci Xaç yürüşü ilə nəticələndi.  
Bizans 
Erkən Orta 
əsrlər dövründə
 
Paytaxtı 
Konstantinopol 
şəhəri  idi 
 
Ərazisinə Balkanlar 
Kiçik Asiya, Şimali 
Afrika daxil idi 
 
Ərəblərin hücumuna 
məruz qalmışdı 
 
Güclü imperator 
hakimiyyəti  
qalmaqda idi 
 
 
 
Vahid dövlət  
halında qalmışdı 
 
Ərazisində slavyan 
tayfaları 
məskunlaşdı 
 
 
Mühüm ticarət 
yolları üzərində 
yerləşirdi 
Sənətkarlıq və 
ticarət yüksək 
inkişaf etmişdi 
 
Quldarlıq quruluşundan 
feodalizmə keçid 
sürətləndi 
 
Quldar malikanələri 
dağıldı, əhali azad 
kəndliyə çevrildi 
 
 
 
Əhali icma üzvlərinə - 
azad kəndlilərə 
çevrildi 
 
İcma daxilində 
təbəqələşmə sürətləndi 
 
Slavyanların  Bizans imperiyasında məskunlaşmasının nəticələri 
 
Şüşə, qab-qacaq, 
papirus istehsalı 
 
Zərgərlik məmulatı 
istehsalı 
 
Yun və ipək parça 
istehsalı 
 
Bizansda Qərbin xəbəri olmayan sənətkarlıq sahələri 
 
Erkən Orta əsrlərdə Bizans şəhərləri 
 
Konstantinopol 
 
Korinf 
 
Antioxiya 
 
İsgəndəriyyə 
 
Beyrut 
 
Aralıq dənizindən Qara 
dənizə gedən su yolunun 
üzərində yerləçirdi 
 
―Qızıl körpü‖ 
adlanırdı 
 
 
Keçmişdə 
Bizans (Vizanti) 
adlanırdı 
 
Avropa və Asiya 
ticarət yolunun 
üzərində yerləşirdi 
 
Bizans dövlətinin 
paytaxtı idi 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə