Anar İsayev Ramil Rəhimov


Klassik feodalizm dövründə Türk və Şərq xalqlarının mədəniyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   120

 
106 
 
 
Klassik feodalizm dövründə Türk və Şərq xalqlarının mədəniyyəti 
 
 
Təhsil 
Klassik  feodalizm  dövründə  türk  xalqları  ümumdünya  mədəniyyətinə  bənzərsiz  incilər  bəxş  etmişdilər.  Klassik 
feodal  dövlətlərində  hökmdarların çoxu ədəbiyyatla, incəsənətlə, elmlə  məşğul olurdular.  Qüdrətli türk imperatorları Alp 
Arslan, I Məlikşah, Əmir Teymur, Uluqbəy,  Sultan  Süleyman Qanuni və başqaları bu incilərin ərsəyə gəlməsində mühüm 
rol  oynamışlar.  Alp  Arslan  tərəfindən  1066-cı  ildə  Bağdadda  açılan  «Nizamiyyə»  mədrəsəsi  dünyanın  ilk 
universitetlərindən sayılırdı. Universitetdə dini biliklərlə yanaşı, həm də hüquq, ədəbiyyat, riyaziyyat, astronomiya elmləri 
tədris edilirdi. Nizamiyyə universitetindən sonra Təbrizdə yaradılan Rəşidiyyə ali mədrəsəsi Şərqdə ikinci ali təhsil ocağı 
idi.  Teymuri  hökmdarı  Uluqbəy  Səmərqənddə  çoxlu  mədrəsələr  tikdirmişdi.  Süleyman  Qanuni  təhsil  ocaqlarının 
artmasına xüsusi diqqət yetirirdi. 
 
Elmi biliklər 
Klassik feodalizm dövründə elmi biliklər 
inkişaf edirdi. Bu dövrdə Ömər Xəyyam, 
Mahmud  Qaşğari,  Fəzlüllah  Rəşidəddin,  Piri  Rəis,  Nəsrəddin  Tusi  kimi  türk  alimləri 
yaşayıb  yaratmışdılar.  Astronomiyanın  inkişafında  xüsusi  rol  oynamış  İsfahan,  Marağa, 
Səmərqənd  rəsədxanaları  tikilmişdi.  Dövrün  görkəmli  alim  və  şairi  Ömər  Xəyyam 
İsfahan  rəsədxanasının  başçısı  olmuşdu.  Onun  tərtib  etdiyi  «Cəlali  təqvimi»  miladi 
təqvimindən  daha
  dəqiq  hesablamalara  əsaslanırdı.  Digər  görkəmli  türk  astronomu 
Mahmud Qaşğari ulduz bürclərinin dövrü adını (siçan, öküz, bəbir, dovşan, timsah, ilan, 
at,  qoyun,  meymun,  toyuq,  it,  donuz)  türk  dillərində  vermişdir.  Teymuri  hökmdarı  və 
görkəmli astronom Uluqbəy Günəş, Ay və ulduzların hərəkətlərini göstərən cədvəl düzəldib 
Ay və Günəşin orbitlərini müəyyən etmişdi. 
Tibb  elminin  inkişafına  xüsusi  diqqət  yetirilirdi.  Osmanlı  dövlətinin  Ədirnə  və 
Azərbaycanın  Təbriz  şəhərlərində  darüşşəfa  adlı  xəstəxanaları  açılmışdı.  Görkəmli 
Azərbaycan  alimi  Fəzlüllah  Rəşidəddinin  tibbə  aid  əsərləri  Şərqdə  böyük  şöhrət 
qazanmışdı. 
Məşhur  türk  admiralı  Piri  Rəis  tərtib  etdiyi  dəniz  atlasına  Amerika  qitəsini  daxil 
etmişdi. Bu onu göstərirdi ki, avropalılardan daha əvvəl türk coğrafiyaçıları  və səyyahları 
Amerika qitəsi haqqında məlumatlara malik idilər. 
Böyük Moğol hökmdarı Əkbər şahın dövründəki Hindistan  mədəniyyətini  «Əkbər 
əsri» adlandırırlar. Tarixçi Əbül Fəzl əsərlərində Əkbər şahın fəaliyyətini təsvir etmişdi 
 
 
 
 
 
Ədəbiyyat 
Dövrün ən məşhur şairləri Mahmud Qaşğari, Cəlaləddin Rumi, Yunis Əmrə, İmadəddin Nəsimi, Əlişir Nəvai, 
Məhəmməd  Füzuli  olmuşdur.  Mahmud  Qaşğarinin  «Divanü  lüğat-it-türk»  («Türk  dillərinin  divanı»)  əsəri  yüksək 
bədii,  elmi,  ədəbi  səviyyədə  yazılmışdır.  Əsərdə  o  dövrdə  türk  xalqlarının  yaşadığı  əraziləri  təsvir  edən  ilk  xəritə  də 
verilmişdi. Mahmud Qaşğari «Divan»ı ilə, həmçinin türkologiya elminin əsasını qoymuşdur. 
 
Sıra 
nömrəsi 
 
 
Aylar 
Latınca 
adları 
Ayın 
günləri 

 
11-ci ay 
Yanvar 
31 

 
12-ci ay 
Fevral 
28 

 
1-ci ay 
Mart 
31 

 
2-ci ay 
Aprel 
30 

 
2-cü ay 
May 
31 

 
4-cü ay 
İyun 
30 

 
5-ci ay 
İyul 
31 

 
6-cı ay 
Avqust 
31 

 
7-ci ay 
Sentyabr 
31 
10 
 
8-ci ay 
Oktyabr 
31 
11 
 
9-cu ay 
Noyabr 
30 
12 
 
10-cu ay 
Dekabr 
31 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Cəlali təqvimi Səlcuq 
hökmdarı Cəlaləddin 
Məlikşahın dövründə Ömər 
Xəyyam tərəfindən 
hazırlanmışdı. Çox 
dəqiqliklə hazırlanmış 
təqvim müasir dövrümüzdə 
tətbiq olunan miladi 
təqvimindən elədə 
fərqlənmir. Cəlali təqviminə 
əsasən başlanğıc tarixi 
1079-cu ildən hesablanır. 
 
 
 


 
107 
 
Şifahi xalq yaradıcılığının böyük nümayəndəsi Molla Nəsrəddin o zamanda yaşamışdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Memarlıq 
Klassik  feodalizm  dövründə  türk  memarlığı  çiçəklənmə  mərhələsini  yaşadı.  Bu  dövrdə  Təbriz,  Səmərqənd, 
İstanbul, Buxara və başqa şəhərlərdə memarlıq üslubu cəhətdən fərqlənən möhtəşəm nümunələr yaradıldı. 
Əmir  Teymurun  Səmərqənddə  tikdirdiyi  binalar  bu  gün  də  əhəmiyyətini  itirməmişdi.  Teymurun  qəbri  üzərində  inşa 
edilən  «Gur  Əmir»  (Əmir  Teymur)  türbəsi  Səmərqənd  memarlığının  şah  əsəridir.  Əmir  Teymurun  nəvəsi,  Uluqbəy 
dövlət  xadimi,  astronom  olmaqla  yanaşı,  həm  də  dövrünün  görkəmli  memarı  sayılırdı.  Səmərqənd  rəsədxanasının,  o 
cümlədən o dövrün bir sıra tikililərinin memarı Uluqbəy olmuşdur. 
Osmanlı  imperatorluğunun,  o  cümlədən  dünyanın  ən  məşhur  memarı  Sinan  Xoca  hesab  edilir.  Onun  inşa  etdiyi 
Şahzadə,  Süleymaniyyə    Səlimiyyə  cameləri  nadir  memarlıq  incilərindəndir.  İstanbulda  türk  memarları  tərəfindən 
Çinili köşk, Topqapı, Fənərbağça və başqa möhtəşəmsultan sarayları inşa edilmişdi. 
Hindistanda  türk  imperatorluqları  dövründə  hind-müsəlman  mədəniyyəti  yüksəliş  dövrünü  yaşadı.  XIII  əsrin 
əvvəlində  Dehli  sultanı  Qütbəddin  Aybək  tərəfindən  tikdirilən  «Qütb  minar»  adlandırılan  minarə  bu  gün  də 
möhtəşəmliyini saxlamaqdadı. 
 
Çində elmi-texniki kəşflər və nailiyyətlər 
Orta  əsrlərdə  Çin  dünya  mədəniyyətinə  aşağıdakı 
əhəmiyyətli töhfələr vermişdi: 

 
Seysmoskop və spidometr kəşf edildi.  

 
Dünyada  ilk  «Farmakologiya»  (əczazçılıq) 
kitabı  yazılaraq,  müxtəlif  müalicə  üsulları 
müəyyən olundu.  

 
İlk  dəfə  not  yazısı  ilə  musiqi  əsərləri  yazıldı, 
Çində ilk balet yardıldı.  

 
Ölkədə  gəmiçilik  məktəbləri  açıldı,  barıt   
metal top ixtira olundu. 

 
Çin  dənizçiləri  hələ  qədimdə  ixtira  etdikləri 
kompasdan istifadə etməyə başladılar. 
QEYD:
  Ölkədə  xüsusi  gil  növlərindən  möhkəm,  yarımşəffaf,  cingiltili  qablar  hazırlanırdı.  Çində  hazırlandığına 
görə onlara çini qablar deyilirdi.  
 
 
Klassik feodalizm dövründə Türk və Şərq xalqlarının inciləri 
 
 
Səmərqənddə Uluq bəy rəsədxanası və rəsədxananın girişi Dehli - Qütb Minar 
 
 
 
Piri Rəis və onun Dünya xəritəsi. Xəritədə Amerikanın əks 
olunması. 
 
 
 
Mahmud Qaşğari "Divanu Luğat-it-Türk" kitabı  
və  Dünya xəritəsi 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə