Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   120

 
108 
 
 
Əmir Teymur (Guri-Əmir) məqbərəsi və məqbərənin içində Teymurun qəbri 
 
 
 
        Səlimiyyə cami 
 
 
 
 
    Şahzadə cami 
 
 
Sinan Xoca.Süleymaniyyə cami 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
   
 
                    Topqapı sarayı (çöl və iç görünüşü).                                                                  Çinili köşk 
 


 
109 
 
AVROPA FEODALİZM DÖVRÜNDƏ 
 
Frank dövləti (500-843) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
German tayfalarının işğalları 
Eramızın I əsrində german tayfaları qərbdən və şərqdən Reyn və Visla çayları, cənubdan Dunay çayı, şimaldan isə 
Baltik və Şimal dənizlərinə qədər ərazilərdə yayılmışdılar. Sonralar çoxsaylı işğallar nəticəsində germanlar digər xalqlarla 
qarışaraq bir çox Avropa xalqlarının yaranmasında mühüm rol oynadılar.
 
V əsrin sonlarında german tayfalarının (
frank, qot, vandal, anql-saks
işğalları nəticəsində:
 

 
Qərbi Avropada quldarlıq quruluşu dağıldı və feodalizm quruluşu meydana gəldi. 

 
Qul əməyini xırda torpaq sahibi olan icma üzvləri - kəndlilərin əməyi əvəz etdi. 
 
Frankların Qalliyanı tutması 
V əsrin sonlarında German tyafalarından biri olan fank tayfalarının başçısı Xlodviq Qalliyaya hücum etmək üçün 
başqa  tayfalarla  ittifaqa  girdi.  Bu  zaman  Qalliyanı  keçmiş  Roma  canişini  idarə  edirdi.  486-cı  ildə  Suasson  şəhəri 
yaxınlığında 
franklarla romalılar arasında həlledici 
döyüş baş verdi. 
Suasson döyüşü nəticəsində:
 

 
Xlodviq romalılar üzərində parlaq qələbə qazanaraq Qalliyanın bir hissəsini ələ keçirdi. 

 
Qalliyadakı Roma quldarları və digər frank tayfa başçıları Xlodviqə tabe oldular. 
Sonralar  franklar  bütün  Qalliyanı  tutmaqla  Roma  imperiyasının  böyük  mülklərinə  yiyələndilər.
  Xlodviq  Qalliya 
torpaqlarını  ələ  keçirdikdən  sonra  döyüşçülərinə  və  müttəfiqlərinə  payladı. 
Beləliklə,
   
Frank  əyanları  iri  torpaq 
sahiblərinə çevrildilər. 
 
Frank dövlətinin yaranması 
V əsrin sonlarında 
Qərbi Avropanın ilkin feodal dövləti olan 
Frank dövləti yarandı. 
Tayfa başçısı Xlodviq Frank 
dövlətinin  ilk  kralı  oldu

Kral  mühüm  qərarları  özü  verirdi. 
 
Tayfa  başçısından  fərqli  olaraq  kral  hakimiyyəti  irsən  öz 
oğullarına verirdi. Odur ki, Frank dövlətində 
irsi hakimiyyət - monarxiya rejimi qurulmuşdu.  
 
 
 
 
 
 
 


 
110 
 
 
Xlodviqin hakimiyyəti (486-511) 
Xlodviqin hakimiyyəti dövründə: 

 
Frankların ilk qanunlar toplusu yaradıldı. 

 
Qalliyanın yerli dini olan xristian dini dövlət dini kimi qəbul edildi. 

 
Xristianlığın qəbul edilməsi  ilə kilsə ilə kral arasında ittifaq yarandı. 
 

 
Kilsə kralın hakimiyyətini möhkəmləndirdi. 

 
Frank dövləti  inzibati cəhətdən vilayətlərə bölündü. 
Frank  dövlətində  vilayətləri    qraflar  idarə  edirdi.  Xlodviq  qraf  vəzifəsinə 
ən  yaxın  adamlarını  təyin  edirdi.  Qrafların  səlahiyyətlərinə  aşağıdakı 
vəzifələr daxil idi: 

 
Vilayətləri idarə edirdi. 

 
Vilayətlərdə əhalidən vergi toplayırdı. 

 
Məhkəmə işlərinə baxırdı. 

 
Döyüşçü dəstələrə başçılıq edirdi. 
QEYD:
  Xlodviqin 
xristian dinini qəbul etməkdə  məqsədi hakimiyyətini möhkəmləndirmək idi.  
 
 
 
 
Böyük Karlın hakimiyyəti. Frank dövlətinin imperiyaya çevrilməsi 
Böyük Karlın (768-814)
  
hakimiyyəti dövründə Frank dövlətinin ən qüdrətli 
dövrü olmuşdur. Böyük Karl hakimiyyəti dövründə:
 

 
İtaliyanın çox hissəsini tutaraq Frank dövlətinə birləşdirdi. 
 
 

 
Frank imperiyasını  yaratdı (Frank dövləti imperiyaya çevrildi).
 

 
R
eyn və Elba çayları arasında yaşayan saksları itaət altına aldı. 

 
800-cü ildə Roma şəhərini tutaraq özünü imperator elan etdi.  

 
Orduda xidmət edənlərə torpaq sahəsi payladı.  

 
Frank  əyanlarına  yeni  torpaqlar  zəbt  etməkdə  və  kəndliləri  təhkimli 
halına salmaqda kömək etdi.  
Frank  əyanları  əvvəllər  Böyük  Karlı  müdafiə  edirdilər.  Əyanların  Böyük 
Karlı  müdafiə  etməsinin  səbəbi,  kralın  əyanlara  yeni  torpaqlar  zəbt  etməkdə  və 
kəndliləri  təhkimli  halına  salmaqda  kömək  etməsi  idi.  Lakin  əyanlar    icma 
üzvlərinin  torpağını  zəbt  etdikdən  sonra,  artıq  qüvvətli  imperator  hakimiyyətinə 
ehtiyac  duymurdular.  Bu  isə  feodalların  müstəqilləşməsinə  və  gələcəkdə  Frank 
imperiyasının süqutuna gətirib çıxardı.  
 
 
 
 
 
 
 
Böyük 
Karlın  
Frank dövlətini 
imperiyaya çevirdi 
 
Orduda xidmət edənlərə torpaq 
sahələri payladı 
 
 
İtaliyanın çox hissəsini özünə 
tabe etdi 
 
Romanı tutaraq özünü imperator 
elan etdi 
Saks tayfalarını özünə tabe 
etdi
 
Ən yaxın adamlarını qraf vəzifəsinə təyin etdi 
 
 
 
 
 
 
 
 
Suasson döyüşündə qələbə qazanaraq Qalliyanı 
işğal etdi 
 
 
 
 
 
 
 
 
 
Frank dövlətini yaradaraq  xristian dinini qəbul 
etdi 
 
 
 
 
 
 
 
 
Kilsə ilə kral arasında ittifaq yaratdı 
 
 
 
 
 
 
 
 
Xlodviq 
 
 
 
 
Böyük Karlın Roma şəhərini tutması 
və Roma papası tərəfindən  tac 
qoyularaq  imperator elan edilməsi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə