Anar İsayev Ramil Rəhimov


Göytürk dövlətinin idarəetmə quruluşu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   120

 
67 
 
Göytürk dövlətinin idarəetmə quruluşu 
Bumin xaqan qədim türklərin çox nüfuzlu Aşina qəbiləsindən idi. Əfsanəyə görə, bu qəbilə  qurddan törəmişdi. Aşina 
qəbiləsindən olanlara  «göydən enmiş türklər»  -  göytürklər  deyirdilər. Odur  ki,  Bumin  xaqanın  yaratdığı bu dövlət  Göytürk 
xaqanlığı adlanırdı. 
Dövlətə “Göytürk” adının verilməsi ilə ilk dəfə olaraq hunlar göytürk adlandırıldı. ―Göytürk‖ mürəkkəb 
sözündəki “göy” sözü həm səma, Tanrı, həm də rəng mənasında işlənir.
 Xaqanlığın bayrağında qurd başının şəkli vardı.  
Göytürk dövlətinin idarəetmə sisteminə aşağıdakılar daxil idi: 

 
Xaqan - dövlətə başçılıq edir, həm də ordu komandanı idi

 
Yabqu - xaqandan sonra ikinci şəxs sayılırdı

 
 Tigin - taxt-tacın vəliəhdi  titulunu daşıyırdı

 
Şad  - xaqanlıqda ən yüksək əyan titulu  idi
 
 
Uyğur xaqanlığı (744-842) 
 
 
 
Uyğur imperatorluğunun yaranması. Qutluq Bilgə Gül xaqan (744-745) 
744-cü  ildə  Göytürk  imperatorluğu  dağıldıqdan  sonra  Qutluq  Bilgə  Gül  xaqan  Uyğur 
xaqanlığının əsasını qoydu. 
Qutluq Bilgə Gül xaqan hakimiyyəti dövründə:
 

 
Doqquz oğuz tayfalarını  On uyğur ilə birləşdirərək Uyğur dövlətini yaratdı. 

 
Ordu şəhərini Uyğur imperatorluğunun paytaxtı etdi. 

 
Uyğur dövlətini geniş ərazini əhatə edən imperatorluğa çevirdi. 

 
Dövlətin  ərazisi  şərqdə  Altaydan  Mancuriyaya,  cənubda  Qobi  səhrasına  qədər  torpaqları 
əhatə edirdi. 
QEYD:
 
Uyğur sözünün mənası “müttəfiq”,  “uyuşan” deməkdir.
 
 
Moyon Çur xaqanın hakimiyyəti (745-759) 
745-ci ildə Qutluq Bilgə Gül  xaqan vəfat etdi. Onun  yerinə oğlu Moyon Çur  xaqan (745-759)  keçdi.  Moyon Çurun 
hakimiyyəti  zamanı  Çində  ərəblərlə  döyüşdə  məğlubiyyətdən  sonra  güclü  çəkişmələr  baş  verdi,  Çin  sərkərdəsi  qanunsuz 
olaraq  Çində  hakimiyyəti  ələ  keçirdi.  Hakimiyyətdən  uzaqlaşdırılan  Çin  imperatoru  uyğurlardan  kömək  istədi.  Bu  zaman 
Moyon  Çur  Çin  imperatoruna  hakimiyyəti  qaytarmaqda  kömək  göstərdi  və 
Çinin  paytaxtını  tutub  devrilmiş  Çin 
imperatorunun hakimiyyətini bərpa etdi. Əldə edilən razılığa görə, Çin Uyğur dövlətinə hər il ipəklə bac verməli idi. 
 
QEYD:
  Çini  özündən  asılı  vəziyyətə  salmaları  I  Göytürk  imperatoru  Muğan  xaqanın  və    Uyğur  xaqanı  Moyon  Çur 
xaqanın fəaliyyətində oxşar cəhət təşkil edir. 
 
 
 
Qutluq Bilgə Gül xaqan 


 
68 
 
 
 
 
 
 
 
 
 
Bögü xaqanın hakimiyyəti (759-779) 
Moyon Çur xaqandan sonra onun oğlu Bögü xaqan hakimiyyəti ələ keçirdi. Bögü xaqanın dövründə: 

 
Çinin bütün ticarət əlaqələri uyğurların əlinə keçdi. 

 
Çinə hücum edən tibetlilər darmadağın edildi.
 
QEYD:
 762-ci ildə tibetlilər Çinə basqın edərkən Bögü xaqan Çin kimi zəngin bir ölkəni itirməmək üçün mübarizəyə 
başlamış və bu mübarizədə qalib gəlmişdi.  
 
Bağa Tarkan xaqanın hakimiyyəti (779-789) 
Bögü  xaqandan sonra  Bağa Tarkan  xaqan  hakimiyyətə  gəldi.  Bağa  Tarkanın dövründə  Uyğur  xaqanlığı gücləndi və  
iqtisadiyyatı daha da yüksəldi.
  Lakin IX əsrin birinci yarısından başlayaraq Uyğur xaqanlığı zəifləməyə başladı. 842-ci ildə 
qırğızların üsyanı nəticəsində Uyğur dövləti  süqut etdi.
 
 
Uyğur xaqanları 
 
 
 
 
Uyğur xaqanlığının iqtisadi həyatı 
Çətin  coğrafi  şəraitə  baxmayaraq,  uyğurlar  zəngin 
təsərrüfat  həyatına  malik  idilər.  Maldarlıq    əkinçilik 
təsərrüfat  həyatında  mühüm  yer  tuturdu.  Sənətkarlığın 
dəmirçilik,  zərgərlik,  toxuculuq,  xüsusilə  xalçaçılıq  sahəsi 
inkişaf  etmişdi.  Böyük  İpək  yolu  buradan  keçdiyi  üçün  bir 
çox  ölkələrlə  ticarət  əlaqələri  qurulmuşdu.  Uyğurlar  böyük 
şəhərlər  (
Qarabalasqun,  Beşbalıq,  Qaraxoca,  Qaşqar, 
Xotan, Yarkənd, Turfan, Qaraşar, Ağsu və.s)  
salmışdılar. 
Şəhərlər arasında çoxlu  yollar çəkilmişdi. Bu yollardan  indi 
də  istifadə  edilir.  Uyğurlar  avropalılardan  xeyli  əvvəl  kağız 
istehsal  etmiş  və  mətbəə  yaratmışdılar.  Onlar  kitab  çap 
edirdilər. Uyğurların özünəməxsus əlifbası da olmuşdur.  
QEYD:
  Hazırda  uyğurların  əksəriyyəti  Çinin  Sintszyan-
Uyğur əyalətində yaşayır. 
 
 
 
Uyğur  dövlətini  yaratdı,  Ordu  şəhərini  Uyğur  imperatorluğunun  paytaxtı 
etdi, Uyğur dövləti imperatorluğa çevrildi. 
 
Çinin  paytaxtını  ələ  keçirərək  imperatorun  hakimiyyətini  bərpa  etdi,  Çin 
uyğurlardan asılılığı qəbul etdi. 
 
Uyğur  dövlətinin  Çin  üzərində  nüfuzunu  artırdı,  uyğurlar  Çinin  bütün 
ticarətini öz nəzarəti altına aldı, Çinə hücum edən tibetlilər  məğlub edildi. 
 
Bögü xaqan (759-779) 
 
Moyon Çur (745-759) 
 
Qutluq Bilgə  (744-745) 
 
Bağa Tarkan  (779-789) 
 
Uyğur xaqanlığı gücləndi,  iqtisadiyyatı daha da yüksəldi. 
 
II Göytürk 
 
I Göytürk 
 
Uyğur 
 
Böyük Hun 
 
Çinə qarşı mübarizə aparmış türk dövlətləri 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə